BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə5/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   ...   120

Paris sülh konfransı 
Məğlubiyyətə  uğrayan  Almaniya  ilə  sülh  müqaviləsini  işləyib 
hazırlamaq  və  müharibədən  sonrakı  dünya  quruluşu  məsələlərini 
müəyyənləşdirmək üçün qalib dövlətlər konfrans çağırmaq qərarına 
gəldilər. Konfransın keçiriləcəyi yer məsələsi qalib dövlətlər arasında 
müəyyən mübahisələr yaratdı. Fransa konfransın Parisdə, İngiltərə isə 
bitərəf  ölkədə,  konkret  olaraq  İsveçrədə  çağırılmasını  təklif  edirdi. 
Məsləhətləşmələrdən  sonra  konfransın  Parisdə  çağırılması  barədə 
razılıq əldə olundu. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil 
edildi: Almaniya ilə sülh müqaviləsi; ərazi və müstəmləkə mülkləri; 
Millətlər Cəmiyyətinin yaradılması; təzminat; tərksilah. 
Sülh  konfransı  1919-cu  il  yanvarın  18-də  Paris  yaxınlığında 
Versalda Güzgülü salonda açıldı. Konfransın yanvann 18-də açılması 
əbəs  deyildi.  Fransa-Prussiya  müharibəsində  qalib  gəlmiş  prus 
yunkerləri 1871-ci il yanvarın 18-də məhz Versalda Güzgülü salonda 
Almaniya  imperiyasının  yaradılmasını  elan  etmişdilər.  Qalib 
dövlətlər,  xüsusən  konfransa  ev  sahibliyi  edən  Fransa  bununla 
Almaniyadan  əvəz  çıxmaq  istəyirdi.  Konfransın  işində  27  ölkədən, 
(İngiltərənin müstəmləkələri ilə birlikdə 32 ölkədən) 1000, ekspert və 
texniki heyətlə birlikdə isə iki min nəfərdən çox adam iştirak edirdi. 
Konfransa ABŞ-dan 400, İngiltərədən isə 200 adam gəlmişdi. Rəsmi 
nümayəndə  heyətləri  4  dərəcəyə  bölünmüşdü.  Məğlub  dövlətlərin 
nümayəndələri konfransın işinə yaxın buraxılmırdılar. Yeni yaranmış 
dövlətlər  və  bitərəf  ölkələr  dördüncü  dərəcəyə  daxil  edilmişdilər. 
Məsələlərin  müzakirəsində  bu  ölkələrin  iştirakı  yalnız  beş  əsas 
dövlətdən birinin dəvəti ilə mümkün ola bilərdi. 
Konfransın  sədri  Fransanın  baş  naziri  J.Klemanso  idi.  Fransa 
prezidenti R.Puankare konfransın açılışmdakı nitqində Almaniyanın 
taleyi  ilə  bağlı  deyirdi:  “Ədalətsizliklə  yaranan  şərəfsizliklə  məhv 
olur”.  Konfransa  əvvəllər  Onlar  şurası  rəhbərlik  edirdi.  Bu  şuranın 
tərkibinə  beş  böyük  dövlətin  (ABŞ,  İngiltərə,  Fransa,  İtaliya, 
Yaponiya) hər birindən iki nümayəndə - heyət başçıları və xarici 
16 


işlər nazirləri daxil idi. Onlar şurasının iclaslarında çoxlu ekspert də 
iştirak  etdiyindən  konfransın  işinin  məxfiliyini  qorumaq  mümkün 
olmurdu.  Bu  problemi  aradan  qaldınnaq  üçün  martın  25-də  Onlar 
şurası  iki  hissəyə  bölündü:  Dördlər  şurası  (nümayəndə  heyətlərinin 
başçıları Vilson, Lloyd Corc, Klemanso, Orlando) və Beşlər şurası (bu 
dövlətlərin  xarici  işlər  nazirləri  Lansinq,  Balflır,  Pişon,  Sanino  və 
Makino).  Bu  şuralardan  başqa  sayı  58-ə  çatan  komissiyalar  da 
yaradıldı.  Konfransın  gedişində  həmin  komissiyaların  1646  iclası 
keçirildi.  Eyni  zamanda  vəziyyəti  öyrənmək  üçün  yerlərə  müxtəlif 
komissiyalar da göndərildi. 
Konfransın  işi  heç  də  rəvan  getmirdi.  Müharibədə  müttəfiq 
olmuş  qalib  dövlətlər  arasında  konfransın  gedişində  dünyanı  nüfuz 
dairələrinə  bölmək  uğrunda  ziddiyyətlər  xeyli  kəskinləşdi.  Bu 
ziddiyyətlər  qalib  dövlətlərin  konkret  məqsədlərində  üzə  çıxırdı. 
Dünya  müharibəsinin  gedişində  iqtisadi,  maliyyə,  hərbi  və  siyasi 
cəhətdən  xeyli  möhkəmlənmiş  ABŞ  dünyaya  mənəvi  rəhbərliyə, 
bütün  ölkələr  və  xalqlar  üçün  bərabər  imkanların  yaradılmasına 
çalışırdı. Amerikan diplomatiyası Almaniya və Osmanlı dövlətindən 
alınmış  ərazilərin  İngiltərə  və  Fransaya  deyil,  yaradılması  nəzərdə 
tutulan  Millətlər  Cəmiyyətinin  nəzarətinə  verilməsini  tələb  edirdi. 
Açıq  dənizlər,  azad  ticarət  və  müstəmləkə  məsələlərinin  sərbəst 
tənzimlənməsi,  mandat  sistemi  haqqında  ABŞ  təklifləri  İngiltərə, 
Fransa  və  Yaponiyanın  güclənməsinin  qarşısını  almağa  yönəlməklə 
yanaşı, ədalətə əsaslanan, zorakıhqsız yeni dünya qaydası yaratmağa 
xidmət  edirdi.  Bütün  bunlar  müharibədən  sonrakı  beynəlxalq 
münasibətlərdə  ABŞ-ın  həm  məsuliyyətinin,  həm  də  nüfuzunun 
artdığını göstərirdi. 
Almaniyanın  damıadağm  edilməsinin  əleyhinə  olan  ABŞ  eyni 
zamanda  gələcəkdə  Avropada  İngiltərə  və  Fransanın  iddialarının 
qarşısını  almaq  üçün  tarazlaşdırılmış  siyasət  yeritmək  və  onu 
bərabərhüquqlu tərəfdaşa çevirmək niyyətində idi. Vilson Fransanın 
baş naziri Klenmansonun bütün Reyn ərazisini Almaniyadan ayırmaq 
tələbinə qarşı çıxdı, Fransanın Saar hövzəsini ilhaq etməsinin qarşısını 
aldı, mübanhadə vurulan ziyana gorə 


təzminatın ödənilməsinin ağır yükünü Almaniyanın boynuna qoymuş 
olsa da müharibənin bütün xərclərinin bu ölkənin üzərinə qoyulması 
təklifini rədd etdi. 
Fransa  Almaniyanı  kiçik  dövlətlərə  parçalamağa,  Bavariyanı 
ondan ayırmağa, Avropada öz sərhədlərini genişləndinuəyə. Osmanlı 
mülklərinə  və  Almaniya  müstəmləkələrinə  sahib  olmağa,  qitədə 
özünün  şəriksiz  hegemonluğunu  qurmağa,  Almaniyadan  alınacaq 
ümumi təzminatın 57% -ni almağa iddia edirdi. 
Böyük  Britaniya  Afrikadakı  Almaniya  müstəmləkələrini,  türk 
mülklərini  ələ  keçimıəyə,  Avropada  öz  hegemonluğunu  yaratmağa 
çalışırdı.  İngilis  diplomatiyası  eyni  zamanda  qitədə  dövlətlərarası 
münasibətlərdə  tarazlığın  saxlanılmasından  ötrü  Almaniyanın 
tamamilə məhv edilməsinin əleyhinə idi. Bu məqsədlə L.Corc 
1919-
 
cu  ilin  mart  ayında  Vilsona  və  Klemansoya  “Fontenblodan 
memorandum”  adlı  sənədi  göndərdi.  Almaniya  ilə  əzablı  sülh 
bağlamamaq təklifini irəli sürdü. 
İtaliya Balkan yarımadasında öz nüfuzunu möhkəmləndirmək, 
Avstriya-Macarıstanın bir sıra ərazilərinə sahib çıxmaq və Afrikada 
mülklər qazanmaq istəyirdi. 

i ■
 
Yaponiya  Çin  ərazisindəki  Almaniyanın  mülkü  hesab  olunan 
Şandun əyalətini və Sakit okeandakı müstəmləkələrini tələb edirdi. 
Keçmiş  Rusiya  imperiyasının  xarabalıqlarında  yaranmış  yeni 
dövlətlərin  tanınması  məsələsi  ümumrus  məsələsinin  həllinədək 
təxirə  salındı.  Kolçak,  Denikin  və  digər  qüvvələrin  bolşevik 
hakimiyyətinə qarşı hərbi əməliyyatlar apardığı bir zamanda Avropa 
ölkələri, xüsusən Fransa və İtaliya vahid və bölünməz Rusiya şüarını 
müdafiə  edərək,  onlara  hər  cür  yardım  göstərməyə  çalışırdılar. 
Müharibə  nəticəsində  yaranmış  yeni  müstəqil  dövlətlərin 
nümayəndələri  isə  ümidlərini  ən  çox  sülh  konfransının  ideoloji 
əsasını təşkil edən Vilson prinsiplərinə bağlayırdılar. Lakin bu dövrdə 
beynəlxalq şərait yeni yaranmış dövlətlərin xeyrinə deyildi. 
Paris  sülh  konfransının  işi  altı  aya  yaxın  davam  etdi.  Sülh 
müqaviləsinin  əsas  müddəaları  barədə  razılıq  əldə  olundu.  Mayın 
7-də Klemanso Almaniyanın  xarici  işlər naziri  Brokdorf-Rantçaunu 
də- 
18 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə