BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə14/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   10   11   12   13   14   15   16   17   ...   120

tyabrın  27-də  uzatdı.  I925-ci  ildə  isə  Millətlər  Cəmiyyəti  Mosul 
rayonunu İraqa verdikdə Türkiyə buna eliraz etdi. Lakin 1926-cı il 5 
iyun  tarixli  Ankara  müqaviləsi  ilə  bununla  razılaşmağa  razı  oldu. 
Yaranmış belə ağır vəziyyətdə təminat sənədlərinin hazırlanması və 
imzalanması zəruri idi. 
Təminat  paktı  məsələsində  İtaliya  aparılan  müzakirələrdən 
sonra  İngiltərənin  təklifini  qəbul  etdi.  Reyn  paktında  İtaliya  ikinci 
təminatçı dövlət olmalı idi. 
Təminat məsələsinə həsr edilmiş Lokarno (İsveçrə) konfransı 
1925-
 
ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya. 
Fransa,  Almaniya,  İtaliya,  Belçika,  Polşa  və  Çexoslovakiya 
nümayəndə  heyətləri  iştirak  edirdilər.  Konfransın  sədri  Ostin  Çem- 
berlen idi. 
Lokarno konfransının yekununda aşağıdakı sənədlər imzalandı: 
yekun  aktı;  Almaniya,  Belçika,  Fransa,  Böyük  Britaniya  və  İtaliya 
arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə Belçika 
arasında arbitraj sazişi; Almaniya ilə Fransa arasında arbitraj sazişi; 
Almaniya  ilə  Polşa  arasında  arbitraj  sazişi;  Almaniya  ilə 
Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında 
saziş; Fransa ilə Çexoslovakiya arasında saziş. 
Reyn  təminat  paktım  imzalayan  dövlətlər  Versal  sülh 
müqaviləsi  ilə  müəyyən  edilmiş  ərazilərdə  status-kvoya  hörmət 
edəcəklərinə,  bir-birilərinə  qarşı  müharibələrdən  imtina  etməyə  və 
sərhədlərinin  toxunulmazlığına  dair  öhdəlik  götürürdülər.  Sənədləri 
imzalayan  Almaniya  da  bütün  ərazi  məsələlərinin  Fransa,  Belçika, 
Polşa və Çexoslovakiyanın iştirakı ilə beynəlxalq arbitraj sistemində 
həllinə  dair  öhdəlik  götürürdü.  İngiltərə  və  İtaliya  paktın  təminatçı 
dövlətləri oldular. Bununla da Fransanın Avropada rolu zəiflədilirdi. 
Lokarno  sazişləri  1925-ci  il  dekabrın  1-  də  Londonda  son  olaraq 
imzalandı.  İştirakçı  dövlətlərin  parlamentləri  paktı  təsdiq  etdi. 
Lokarno  sazişləri  ilə  Almaniya  Millətlər  Cəmiyyətinə  üzv  qəbul 
olunmağa  dəvət  edildi.  1926-cı  il  sentyabrın  1  O-dan  etibarən 
Almaniya nümayəndə heyəti Millətlər Cəmiyyəti 
43 


nin işində iştirak etməyə başladı. Almaniya digər dövlətlərlə yanaşı 
bərabər siyasi hüquqlar aldı. 
Lokarnodan  sonra  da  böyük  dövlətlər  arasında  mövcud  olan 
ziddiyyətlər  zəifləmədi.  Avropada  Fransanın  hegemonluğunun 
qarşısını  almaqdan  ötrü  İngiltərə  hökuməti  Almaniya  və  İtaliya  ilə 
əməkdaşlıq etmək xətti götürdü. Belə şəraitdə İtaliya da İngiltərə ilə 
əlaqələr  qurulmasına  xüsusi  diqqət  yetirirdi.  1925-ci  ilin  dekabr 
ayında  Rapalloda  Çemberlenlə  Mussolininin  görüşündə  sənədlərin 
imzalanması ilə iki ölkə arasında qarşılıqlı etimad bərqərar oldu. 
1926-
 
cı  il  yanvarın  27-də  İngiltərə  ilə  İtaliya  hökumətləri  hərbi 
borclar  məsələsinə  dair  saziş  imzaladılar.  İtaliya  birinci  dünya 
müharibəsi illərində yaranmış borclarını ödəməkdə güzəşt əldə etdi. 
Bu saziş İtaliyanın maliyyə vəziyyətini yaxşılaşdırdı. İtaliya-İngiltərə 
münasibətlərinin  yaxşılaşdığını  görən  Fransa  Rumıniya  ilə 
müqavilələr imzaladı. Balkanlarda və Aralıq dənizində nüfuz dairəsi 
uğmnda  mübarizə  1926-cı  il  mayın  30-da  Fransa-Türkiyə,  iyunun 
5-də isə İngiltərə-Türkiyə dostluq konvensiyalarının imzalanması ilə 
müşayiət olundu. Türkiyənin Qərb dövlətləri ilə yaxınlaşması SSRİ 
hökumətini narahat edirdi. 
Yunq planı 
20-ci  illərin  sonlarından  beynəlxalq  münasibətlərdə  dünyanı 
nüfuz  dairələrinə  bölmək,  yeni  əlverişli  bazarlara  və  ucuz  xammal 
mənbələrinə  yiyələnmək  uğrunda  mübarizə  gücləndi.  Almaniya, 
İtaliya və Yaponiya Versal sülh müqaviləsinin şərtlərinə uyğun olaraq 
dünyanın  bölüşdürülməsinin  əleyhinə  çıxırdı.  Daues  planı  ilə 
Almaniyaya  istiqrazların  verilməsi,  ölkəyə  xarici  kapital  axını, 
markanın sabitləşməsi, əlverişli ticarət müqavilələrinin imzalanması 
və  sənayenin  texniki  cəhətdən  yenidən  qurulması  alman  maliyyə 
kapitalının mövqelərini xeyli gücləndirdi. Artıq 
1927-
 
ci  ildə  Almaniya  məhsullarının  ixracı  müharibədən  əvvəlki 
səviyyəni ötüb keçdi. Bu isə Almaniyanın xarici siyasətinə əlavə 
44 


güc  verirdi.  Belə  şəraitdə  Almaniya  açıq  şəkildə  yeni  iddialar  irəli 
sürməyə  başladı.  1928-ci  ildən  Almaniyanın  Reyn  vilayətindən 
müttəfiq ordularının çıxarılmasını və ödədiyi təzminatın məbləğinin 
aşağı  salınmasını  tələb  etməsi  Fransada  narazılıq  yaradırdı. 
Mübahisəni  həll  etmək  üçün  böyük  dövlətlər  təzminat  məsələsinin 
müzakirəsini keçirməyə hazır olduqlarını bəyan etdilər. 
1928-
 
ci il dekabrın 22-də Böyük Britaniya, İtaliya, Belçika, 
Fransa  və  Yaponiya  təzminat  məsələsinə  dair  ekspertlər  komitəsini 
təsis etdiklərini rəsmi şəkildə bildirdilər. Komitənin ilk iclası 1929- cu 
il fevralın 11-də keçirildi. Onun tərkibinə  Böyük Britaniya, Fransa, 
İtaliya,  Yaponiya,  Belçika,  ABŞ  və  Almaniyanın  hər  birindən  iki 
nəfər  olmaqla  14  nümayəndə  daxil  oldu.  Komitənin  sədri  Dau-  es 
planının  müəlliflərindən  biri  olan  ABŞ  eksperti  Ouen  Yunq  idi. 
Müzakirələr  nəticəsində  Yunq  planı  ekspertlər  tərəfindən  qəbul 
olundu.  Son  razılaşma  iyunun  7-də  əldə  edildi.  37  il  müddətində 
Almaniyanın  ödəyəcəyi  təzminatın  orta  məbləği  l  mlrd.  988  mln. 
marka  olmalı  idi.  Bu  məbləğə  Almaniyanın  Daues  planına  əsasən 
aldığı  istiqrazların  ödənilməsi  də  əlavə  edildi.  Yunq  planı  1929-cu 
ildə  Haaqada  12  dövlətin  -  Fransa,  Böyük  Britaniya,  Almaniya, 
Belçika,  İtaliya,  Yaponiya,  Çexoslovakiya,  Yuqoslaviya,  Polşa, 
Rumıniya,  Yunanıstan  və  Portuqaliya  nümayəndə  heyətinin  iştirak 
etdiyi  konfransda  müzakirə  olundu.  Konfransda  maliyyə  və  siyasi 
komissiyalar  yaradıldı.  Reyn  vilayətinin  azad  edilməsi  məsələsində 
konfrans  iştirakçıları  ilkin  razılığa  gəldilər.  Məlum  olduğu  kimi, 
Versal müqaviləsinin şərtlərinə görə üçüncü zona yalnız 1935-ci ildə 
azad  edilməli  idi.  Lakin  müzakirələr  nəticəsində  üçüncü  zonanı 
1930-cu  ilin  ortalarınadək  azad  etmək  qərara  alındı.  Müttəfiqlərin 
sonuncu  ordu  hissələri  yalnız  həmin  ilin  iyun  ayında  Reyn 
vilayətindən çıxarıldı. Yunq planı prinsipcə 1929-cu il avqustun 31-də 
müvafiq  protokolun  imzalanması  ilə  bəyənildi.  Qəti  olaraq  bu  plan 
1930-cu il yanvarın 20-də keçirilən ikinci Haaqa konfransında qəbul 
edildi. Yunq planı təzminatın ödənilməsi qaydasını dəyişdirdi. Daues 
planının müəyyənləşdirdiyi istiqraz vərəqələri sistemi 
45 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə