BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə15/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   11   12   13   14   15   16   17   18   ...   120

ləğv  edildi.  Bundan  sonra  təzminat  yalnız  dəmiryolları  və  dövlət 
büdcəsindən gələn gəlirlər hesabına ödənilməli idi. Sənayedən gələn 
gəlirlər  hesabına  təzminatı  ödəmək,  Almaniyanın  təsərrüfat  və 
maliyyə  sistemi  üzərinə  qoyulan  nəzarət  ləğv  olundu.  Təzminatın 
ümumi  məbləği  132  mlrd,  markadan  113,9  milyarda  endirildi.  Bu 
dəyişikliklər əslində Versal sisteminə vurulan böyük zərbə idi. 
Yunq planının qəbul edilməsi alman xalqı üçün iqtisadi və siyasi 
cəhətdən irəliyə doğru addım olmasına baxmayaraq, narazılıq yaratdı. 
Planın  qəbulundan  sonra  Ölkədə  Avropadakı  ərazi  məsələlərinə 
yenidən baxmaq tələbləri çoxaldı. Bununla  yanaşı olaraq Almaniya 
hərbi  cəhətdən  güclənirdi.  Əgər  1925-ci  ildə  alman  ordu  və 
donanmasına  çəkilən  xərc  490,9  mln.  marka  idisə,  1928-1929-cu 
illərdə bu məbləğ 827 mln. markaya çatdırıldı. Ordu və donanmanın 
texniki  təchizatı  xeyli  yaxşılaşdırıldı.  Ölkədə  güclənən  sürətlə 
silahlanma  müharibə  təhlükəsini  daha  da  artırırdı.  Almaniyada 
nasional-sosialist  təşkilatları  öz  fəaliyyətlərini  gücləndirirdi.  Onlar 
Polşada  yaşayan  alman  milli  azlıqlarının  hüquqlarının  qorunması, 
Dansiq  və  Memelin  Almaniyaya  verilməsi  məsələlərini  kəskinliklə 
qaldırmağa başladılar. 1933-cü ildə reyxs- taqa  keçirilən seçkilərdə 
nasional-sosialistlərin qələbə çalması vəziyyəti daha da ağırlaşdırdı. 
Bundan  sonra  beynəlxalq  məsələlərdə  Almaniyanın  irəli  sürdüyü 
iddialar daha da çoxaldı. 
Brian-Kelloq paktı 
20-ci  illərdə  dövlətlərarası  münasibətlərdə  müharibələrdən 
imtina edilməsi məsələsi daha da aktual oldu. Fransanın xarici işlər 
naziri Aristid Brian ABŞ-m birinci dünya müharibəsinə qoşulmasının 
10 illiyi ilə əlaqədar olaraq 1927-ci il aprelin 6-da söylədiyi nitqində 
Fransanın  ABŞ-a  dost  münasibətini  bildirərək  bu  ölkə  ilə  istənilən 
qarşılıqlı  öhdəlik  götürmək  və  müharibəni  qanun-  dankənar  etmək 
haqqında  saziş  bağlamaq  təklifini  irəli  sürdü.  İyunun  20-də  Brian 
ABŞ-ın Parisdəki səfirinə Əbədi dostluq haqqında 
46 


Fransa-Amerika müqaviləsinin layihəsini təqdim etdi. Fransa bundan 
istifadə  edərək  iqtisadi  mövqelərini  gücləndirmək,  frankın  alıcılıq 
qabiliyyətini  sabitləşdirmək,  ABŞ-a  olan  borclarının  ödənilməsi 
məsələlərini  tənzimləmək  və  Avropada  hərbi-siyasi  vəziyyətini 
möhkəmləndimıək  istəyirdi.  Fransa  diplomatiyasının  bu  təklifi 
Birləşmiş Ştatlarda müsbət qarşılandı. Lakin amerikan diplomatiyası 
ondan  dərhal  öz  daxili  və  xarici  siyasət  məqsədləri  üçün  bacarıqla 
istifadə etdi. Dekabrın 28-də ABŞ dövlət katibi Kelloq yalnız Fransa 
ilə  müvafiq  müqavilənin  bağlanmasını  mümkünsüz  sayaraq  onun 
bütün  başlıca  dövlətlərlə  imzalanmasını  təklif  etdi.  Fransanın 
ikitərəfli  müqavilə  imzalamaq  əvəzinə  ABŞ-ın  çoxtərəfli  müqavilə 
bağlamaq  təklifi  Parisdə  narazılıqla  qarşılansa  da  fransızlar  ondan 
imtina  edə  bilmədilər.  ABŞ  hökuməti  1928-ci  il  iyunun  23-də 
Lokarno sazişlərini imzalayan tərəflərə və Britaniya dominionlarına 
milli  siyasətdə  müharibədən  imtina  etmək  haqqında  müqavilənin 
mətnini  göndərdi.  Bu  mətn  dövlətlər  tərəfindən  bəyənildi.  İyulun 
12-də  Almaniya,  14-də  Fransa,  15-də  İtaliya,  17-  də  Polşa,  18-də 
Belçika  və  Böyük  Britaniya,  20-də  isə  Yaponiya  və  Çexoslovakiya 
həmin pakta qoşuldu. Paktın imzalanması mərasimi avqustun 27-də 
Parisdə  keçirildi.  Mərasimdə  Böyük  Britaniya,  Belçika,  Almaniya, 
İtaliya,  Polşa,  Fransa,  Çexoslovakiya  və  Yaponiya  nümayəndələri 
iştirak  edirdi.  Paktın  birinci  maddəsinə  görə  tərəflər  qarşılıqlı 
münasibətlərdə mübahisə və müharibələrdən imtina edirdilər. İkinci 
maddəyə görə mübahisələri və münaqişələri həll edərkən iştirakçılar 
yalnız dinc vasitələrdən istifadə etməli idilər. Üçüncü maddəyə görə 
pakt  bütün  digər  dövlətlər  üçün  açıq  elan  edilirdi.  1929-cu  ilin 
əvvəlləri üçün Brian-Kelloq paktına 44 dövlət qoşuldu. Pakt həmin il 
iyulun 24-də qüvvəyə mindi. 
Paktın  imzalanmasının  böyük  tarixi  əhəmiyyəti  var  idi.  Onu 
imzalayan dövlətlər qarşılıqlı münasibətlərdə müharibələrdən iiT;tina 
etmək,  bütün  mübahisələri  dinc  vasitələrlə  həll  etmək  öhdəliyi 
götürdülər. Bu isə Avropada müharibə təhlükəsini müvəqqəti də olsa 
arxa plana keçirir və dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığa 
kömək edirdi. 
47 


Pan-Avropa planı 
Lokarno  konfransından  sonra  Avropa  qitəsi  ölkələrinin  siyasi 
birliyinin  yaradılması  məsələsi  aktuallıq  kəsb  etməyə  başladı.  Pan- 
avropa  ideyasının  ideoloqu  avstriyalı  qraf  Kuderxove-Kalerqi 
Portuqaliyadan Polşaya qədər bütün Avropanın birləşdirilməsi fikrini 
irəli  sürdü.  O,  bununla  eyni  zamanda  ABŞ,  Rusiya  və  Şərqi  Asiya 
dövlətlərinə  qarşı  ittifaq  yaratmağı  da  düşünürdü.  Kuderxove- 
Kalerqinin ideyasını məşhur fransız siyasətçiləri E.Errio və A.Brian 
bəyəndilər.  Avropa  dövlətlərinin  birliyi  ideyası  yeni  deyildi.  Tarixi 
kökləri  orta  əsrlərə  gedib  çıxırdı.  1925-ci  ilin  yanvar  ayında  Errio 
Avropa Birləşmiş Ştatları ideyasını irəli sürdü. 1926-cı ildə Vyanada 
A.Brianın  rəhbərliyi  ilə  keçirilən  birinci  Panavropa  konqresinin 
iştirakçıları qitə dövlətlərinin suverenliyini qorumaq şərti ilə onların 
iqtisadi,  gömrük  və  hərbi  əməkdaşlığını  qurmağı  zəruri  saydılar. 
Panavropa  ittifaqı  və  onun  dövlətlərarası  strukturları  olan  Federal 
Şura,  Federal  Məhkəmə  və  Federal  Məclis  yaradıldı.  Lakin  geniş 
ümumavropa sistemi yaratmaq mümkün olmadı. 
Brian 1929-cu ildə ümumi bazar yaratmaq təklifini irəli sürsə də 
qitə dövlətləri tərəfindən birmənalı qarşılanmadı. 
Belə  şəraitdə  başlanan  dünya  iqtisadi  böhranı  bütün  ölkələrdə 
həyat  səviyyəsinin  aşağı  düşməsinə  və  işsizliyin  artmasına  gətirib 
çıxardı.  İşsizlərin  ümumi  sayı  30  mln.  nəfərə  çatırdı.  Böhrandan 
çıxmaq  üçün  Avropa  dövlətlərinin  səylərini  birləşdinnək  zərurəti 
daha  da  artdı.  Böhranın  davam  etməsi  bazarlar,  nüfuz  dairələri, 
kapital  ixracı  və  müstəmləkələrin  bölüşdürülməsi  uğrunda 
mübarizəni  gücləndirirdi.  Dünya  iqtisadi  böhranı  şəraitində  böyük 
dövlətlər  arasında  ziddiyyətlər  kəskinləşdi.  Versal-Vaşinqton 
sisteminin böhran keçirməsi vəziyyəti daha da ağırlaşdırdı. Almaniya, 
Avstriya, Macarıstan və Bolqarıstan təzminata dair öhdəlikləri yerinə 
yetinnəkdən açıq şəkildə imtina etdilər. Onlar silahlanma sahəsində 
bərabər  hüquqlar  əldə  etməyə  və  müharibədən  sonra  yaranmış 
mövcud vəziyyəti dəyişdinnəyə çalışırdılar. Belə şəraitdə 
48 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə