BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə23/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   19   20   21   22   23   24   25   26   ...   120

Qustav  Ştrezeman  idi.  Güclü  milli  dövlət  ideyasına  əsaslanan  bu 
partiyanın proqramı liberal siyasi və iqtisadi islahatların əleyhinə idi. 
Protestant dairələr də AXP-ni müdafiə edirdilər. 
AMXP-nin rəhbəri Alfred Huqenberq idi. Partiyanın sıralarında 
əsasən millətçilər və mühafizəkarlar toplaşmışdılar. 
Aralarında  mövcud  olan  ziddiyyətlər  ucbatından  vahid  blok 
yarada bilməyən sol  partiyalar-Almaniya Sosial-Demokrat  Partiyası 
və Almaniya Müstəqil Sosial-Demokrat Partiyası müvafiq olaraq 163 
və  22  mandat  qazandılar.  ASDP-nin  potensial  müttəfiqi  sayılan 
Alman Demokrat Partiyasının Müəssislər Məclisində 75 yeri var idi. 
Bu  partiyaya  Fridrix  Nauman  və  Valter  Ratenau  başçılıq  edirdilər. 
Mərkəz Partiyası 73 yer qazandı. 1919-cu ildə M.Şpann və E.Ştadler 
başda olmaqla bir qrup bu partiyadan ayrılaraq Milli sosial həmrəylik 
birliyi  yaratdı.  Ayrılan  digər  bir  qrupun  əsasında  Bavariya  Xalq 
Partiyası  yaradıldı.  BXP  seçkilərdə  18  deputat  yeri  qazandı. 
Kommunist Partiyası isə seçkiləri baykot etdi. 
1919-cu  il  fevralın  6-da  Müəssislər  Məclisi  öz  işinə  başladı. 
Sinfi  mübarizəni  inkar  edən  sağ  sosial-demokratların  və 
reformistlərin nəzarətində olan sovetlər öz səlahiyyətlərini Müəssislər 
Məclisinə  verdi.  Müəssislər  Məclisi  Fridrix  Eberti  fevralın  11-də 
respublikanın ilk prezidenti seçdi (1918-1925). Koalisiyalı hökumətin 
başçısı F.Şeydeman oldu. Hərbi nazir vəzifəsinə Noske təyin edildi. 
Beləliklə,  hakimiyyətə  ASDP,  Mərkəz  və  ADP  partiyalarının 
yaratdıqları  Veymar  koalisiyası  gəldi.  Həmin  partiyalar  respublika 
quruluşuna  tərəfdar  idilər.  Lakin  bu  zaman  sosial-demokrat  liderlər 
əvvəlki inqilabi ideyalardan uzaq düşmüşdülər. Onlar ölkənin keçmiş 
idarə  üsulundan  yenisinə  az  ağrısız  keçirmək  barədə  düşünürdülər. 
Xüsusi  mülkiyyətə  toxunulmadı.  Böyük  əksəriyyəti  respublika 
quruluşunun  əleyhinə  olan  məmurlar  və  hakimlər  öz  vəzifələrində 
otunnuşdular. Bu illərdə alman cəmiyyətində respublika quruluşuna 
inamsızlıq var idi. Ölkədə fəhlələrin mübarizəsi dayanmadı. Onların 
yaratdıqları Bremen Sovet Respublikası yalnız üç həftə yaşadı. Rur və 
Berlində 
71 


silahlı toqquşmalar baş verdi. 1919-cu il aprelin 13-dən mayın 1- dək 
Bavariyada  Yevgeni  Levinenin  başçılığı  ilə  yaradılan  sovet 
respublikası məğlubiyyətə uğradı. Levine güllələndi. 
1919-cu il iyunun 28-də Versalda qalib dövlətlər Almaniya ilə 
sülh müqaviləsini bağladılar. Müqaviləni Almaniya tərəfindən xarici 
işlər naziri Rantçau imzaladı. 
Birinci  dünya  müharibəsi  ölkənin  sosial-iqtisadi  həyatına  ağır 
təsir etdi. Almaniya müharibəyə 150 mlrd, marka xərclədi. Xammal 
və  yanacaq  ehtiyatları  tükəndi.  Müharibədə  hərbi-siyasi  cəhətdən 
məğlub olan Almaniya eyni zamanda böyük insan itkisinə də məruz 
qalmışdı: 2 mln. nəfər ölmüş, 4,5 mln. nəfər yaralanmış, 1 mln. nəfər 
əsir  düşmüşdü.  Müharibədə  ölənlərin  80  min  nəfəri  dənizçi  idi. 
Almaniya əhalisinin 1/10-ni itirdi. 
Sənaye  sahələri  dağıldı.  Kənd  təsərrüfatı  bərbad  hala  düşdü. 
Taxıl  və  kartof  istehsalı  15-18%,  iribuynuzlu  mal-qara  11%  azaldı. 
Vergilər  5  dəfə  artdı,  İş  günü  12-14  saata  çatdı.  Aclıq,  xəstəlik  və 
işsizlik ölkəni bürüdü. Maliyyə sistemi pozuldu. 
Almaniya  müharibə  nəticəsində  ərazisinin  1/8  hissəsini  və  ya 
73,6  min  kv.  km-ni  (bütün  ərazisinin  13%-ni)  itirdi.  Versal  sülh 
müqaviləsinin şərtlərinə görə Almaniya Elzas və Lotaringiyanı, Polşa 
ərazilərini itirir, Dansiq (Qdansk) azad şəhərə çevrilirdi. Reynin sol 
sahili 15 il müddətinə Antanta ölkələri tərəfindən tutulur, çayın hər iki 
sahilində  50  km-lik  ərazi  hərbsizləşdirilmiş  zona  elan  edilirdi.  Saar 
vilayəti  15  il  müddətinə  Millətlər  Cəmiyyətinin  idarəçiliyi  altına 
keçirdi.  Saarm  daş  kömür  şaxtaları  Fransaya,  Eypen,  Malmedi  və 
Morena dairələri isə Belçikaya verilirdi. 
Versal sülh müqaviləsinin hərbi müddəaları daha ağır idi. Buna 
görə  Almaniya  əsasən  könüllülərdən  ibarət  100  min  nəfərlik  quru 
qoşunları saxlaya bilərdi. Əsgər və unter zabitlər 12 il, zabitlər isə 45 
il  qulluq  etməli  idilər.  Orduda  zabitlərin  sayı  4  min  nəfərdən  çox 
olmamalı idi. Silah və sursat istehsalı qadağan edilirdi. Almaniya ağır 
artilleriya,  tank,  hərbi  aviasiya,  sualtı  donanma  və  hərbi  dəniz 
aviasiyası saxlaya bilməzdi. Ölkənin hərbi dəniz 
72 


donanması  6  zirehli  orta  gəmi  və  bir  neçə  xırda  gəmi  ilə 
məhdudlaşdırılırdı. 
Ölkənin  bütün  hərbi  və  ticarət  donanması,  paravoz  və 
vaqonlarının  bir  qismi  Antanta  ölkələrinin  sərəncamına  verilirdi. 
Almaniyanın isə limanları və hava sahəsi Antanta ölkələri üçün açıq 
elan  edilirdi.  Müharibədə  məğlub  olan  ölkə  üçün  belə  bir  sülh 
müqaviləsi  fəlakətli  olsa  da  Almaniya  onu  təsdiq  etdi.  Versal  sülh 
müqaviləsinin ağır şərtləri sabitsizliyin başlıca mənbəyi oldu. 
Veymar konstitusiyası 
1919-cu il iyulun 31-də Müəssislər Məclisi iclaslarını keçirdiyi 
yerin  adma  uyğun  olaraq  Veymar  konstitusiyasını  qəbul  etdi. 
Konstitusiya  avqustun  11-də  qüvvəyə  mindi.  Ölkədə  monarxiya 
quruluşu ləğv edildi. Yeni dövlət quruluşu yaradıldı. Konstitusiyaya 
görə  Almaniya  federativ  quruluşlu,  prezidentli  və  parla-  mentli 
respublika  oldu.  Konstitusiya  yaradıcıları  ölkənin  əsas  qanununu 
hazırlayarkən  Fransa  və  İngiltərənin  təcrübəsini  nəzərə  almışdılar. 
Konsitusiyaya  görə  ölkədə  qanunverici  hakimiyyət  parlamentə 
məxsus  idi.  Parlamentin  yuxarı  palatası  reyxsrat  (İmperiya  Şurası) 
adlandırıldı.  Reyxsratın  yalnız  veto  qoymaq,  referendum  və 
konstitusiya  dəyişikliklərində  iştirak  etmək  hüququ  var  idi.  Onun 
tərkibinə  əhalinin  sayına  uyğun  olaraq  torpaq  landtaqlarmm 
nümayəndələri  daxil  edilirdi.  Parlamentin  aşağı  palatası  reyxstaq 
adlandırıldı. Reyxstaqın 68 nəfər üzvündən 27-i prezident tərəfindən 
təyin  olunurdu.  O,  qanunverici  prosesə  nəzarət  edirdi.  Parlament 
ümumi seçki yolu ilə 4 ildən bir seçilirdi. Seçib- seçilmək hüququ 20 
yaş müəyyənləşdirildi. Konstitusiyada reyxs- taqa geniş səlahiyyətlər 
verilirdi.  Bu  səlahiyyətlərə  xarici  ölkələrlə  əlaqələr  saxlamaq, 
müstəmləkə məsələləri, mühacirət, müdafiə, nəşr, ittifaqlar yaratmaq, 
bank,  ticarət,  dəmiryolları,  sənaye,  sosial  təminat,  vətəndaş 
azadlıqları və s. daxil idi. 
Konstitusiyaya görə 7 ildən bir ümumxalq səsverməsi ilə seçilən 
dövlət başçısı olan prezidentə geniş səlahiyyətlər verilirdi. O, 
73 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə