BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə22/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

başlanmasının  səbəbkarı  və  iştirakçısı  oldu.  Əslində  bu  sənədlər 
Almaniyanın  Şərqi  Avropa  ölkələrinə,  xüsusən  Polşaya  qarşı 
təcavüzkar  hərəkətlərinə,  SSRİ-nin  isə  Qərbi  Ukrayna,  Qərbi 
Belarusiya,  Bessarabiya  və  Baltikyanı  ölkələrə  işğalçı  hücumlarına 
əsas verdi. 
Beləliklə, sol təmayüllü bolşevizmin və sağ yönümlü nasional- 
sosializmin  təqsiri  ucbatından  bəşəriyyət  ikinci  dünya  müharibəsi 
astanasında dayandı. 
67 


II
 
BÖLÜM 
ALMANİYA 
Birinci dünya müharibəsinin Almaniya üçün 
nəticələri 
Birinci  dünya  müharibəsindəki  hərbi  uğursuzluqlar  ölkədə 
sosial-iqtisadi 
vəziyyəti  kəskinləşdirdi.  Müharibənin  davam 
etdirilməsinin  perspektivsiz  olduğu  aydın  görünürdü.  Ölkənin  ağır 
sosial-iqtisadi  vəziyyəti  siyasi  hakimiyyətə  də  təsir  göstərdi. 
İmperator  II  Vilhelm  E.Lüdendorfü  istefaya  göndərdi.  1918-ci  il 
oktyabrın  5-də sosial-demokrat  Maks  Badenski  hökuməti  yaradıldı. 
O,  siyasi  sistemin  islahatını,  hökumətin  reyxstaq  qarşısında 
məsuliyyət  daşımaq,  ali  dövlət  və  hökumət  vəzifələrinə  şəxslərin 
təyin olunmasında icra strukturlarının rolunu azaltmaq və geniş sosial 
tədbirlər həyata keçinnək niyyəti barədə məlumat verdi. İmperator II 
Vilhelmin  qohumu  olan  M.Badenski  hökumətinin  əsas  vəzifəsi 
Almaniya üçün əlverişli sülh bağlamaq və ölkədə inqilabi partlayışın 
qarşısını  almaq  idi.  Onun  hökuməti  qurulmamışdan  əvvəl 
Almaniyanın  sülh  bağlamaq  təklifini  ABŞ  qəbul  etməmişdi.  Ba- 
denskinin  imperatoru  hakimiyyətdən  uzaqlaşdınnaq  yolu  ilə  qalib 
dövlətlərlə münasibətləri tənzimləmək niyyəti üzə çıxdı. 
Oktyabr  ayının  sonunda  Almaniya  silahlı  qüvvələrinin 
komandanlığı  ingilislərlə  bərabər  olmayan  dəniz  döyüşünə  girmək 
barədə əmr verdi. Ruhdan düşən, məğlubiyyətlə barışan, keyfiyyətsiz 
ərzaqdan narazı qalan əsgər və matroslar döyüşməkdən imtina edərək 
noyabrın 3-də liman şəhəri olan Kildə üsyana başladılar. Üsyançılar 
şəhəri ələ keçirərək Almaniyada ilk dəfə olaraq Fəhlə, matros və əsgər 
deputatları  sovetini  yaratdılar.  Kildəki  hadisələr  Almaniyada 
inqilabın başlanğıcı oldu. Bunun ardınca Hamburq, Bremen, Lyübek, 
Hannover,  Leypsiq,  Ştutqart,  Köln,  Münhen  və  b.  şəhərlərdə  də 
üsyanlar baş verdi. Üsyançılar köhnə hakimiyyəti 
68 


devirib Fəhlə, matros və əsgər deputatları sovetləri yaratdılar. Ölkəni 
inqilab  bürüdü.  Almaniyada  inqilab  dörd  dövrdən  keçmişdir:  3-9 
noyabr; 10 noyabr - dekabrın ortaları; dekabrın ortaları - 1919- cu il 
fevral; 1919-cu il fevral - may. 
İmperatorun  devrildiyini  elan  edən  Maks  Badenskinin  özü  də 
istefaya çıxdı. Müəssislər Məclisi çağırılana qədər hökumətin başçısı 
sosial-demokratların  nümayəndəsi  Fridrix  Ebert  oldu.  Almaniya 
Sosial-Demokrat  Partiyası  ilə  Almaniya  Müstəqil  Sosial-Demokrat 
Partiyası  müvəqqəti  koalisiyalı  hökumət  yaratdılar.  Yüksək  hərbi 
dairələr  bu  hökuməti  müdafiə  edirdi.  İnqilab  nəticəsində  noyabrın 
9-da  Almaniyada  monarxiya  devrildi.  Vəziyyətin  ağır  olduğunu 
görən  II  Vilhelm  Hollandiyaya  qaçdı.  1918-ci  il  noyabrın  10-da 
Berlin  Fəhlə  və  əsgər  deputatları  sovetinin  iclası  toplandı.  Sovetdə 
üstünlüyü  sağ  sosial-demokratlar  və  mərkəzçilər  təşkil  edirdilər. 
Sovet Ebertin Xalq Müvəkkilləri Şurası adlı müvəqqəti hökumətinin 
yaradılmasını 
bəyəndi. 
Hökumətin 
tərkibinə 
sağ 
sosial-demokratlar-Şeydeman,  Landsberq,  müstəqillər-Haaze,  Dit- 
man  və  bəzi  keçmiş  nazirlər  daxil  oldular.  Alman  fəhlələrinin 
əksəriyyəti Ebert hökumətini fəhlə və sosialist hökuməti hesab edirdi. 
Ebertin özü Almaniyanı sosial dövlət adlandırırdı. 
Ebert  hökuməti  bir  sıra  daxili  problemlərin  həllinə  girişərək 
mühasirə  vəziyyətini  ləğv,  söz,  mətbuat,  yığıncaq  azadlığını  bərpa, 
siyasi dustaqları əfv, 8 saatlıq iş gününü tətbiq etdi. İşsizlərə yardım 
göstərdi. 
Müharibə 
dövründə 
tətbiq 
edilən 
konstitusiya 
məhdudiyyətləri aradan qaldırıldı. Sənaye mülki relsə keçirildi. Xalq 
Müvəkkilləri  Şurasının  qəbul  etdiyi  iş  əməkdaşlığı  haqqında  sazişə 
əsasən  həmkarlar  ittifaqlarının  leqal  fəaliyyət  göstərməsinə  və 
kollektiv  müqavilələrin  bağlanmasına  icazə  verildi.  Daxili  siyasət 
sahəsində  Ebert  hökumətinin  başlıca  vəzifəsi  Müəssislər  Məclisinə 
seçkiləri hazırlamaq idi. 
Xarici  siyasət  sahəsində  hökumətin  əsas  məqsədi  ölkəni 
müharibədən  çıxarmaq  idi.  Bu  məqsədlə  bir  sıra  tədbirlər  həyata 
keçirildi. Almaniya hökuməti “14 maddə”-nin prinsipləri əsasında 
69 


danışıqlar aparmaq barədə ABŞ-a müraciət etdi. Amerikan hökuməti 
mütəffıqlərlə  məsləhətləşdi.  Onlar  Almaniyanın  təklifi  ilə 
razılaşdılar. Hökumət noyabrın 11-də qalib dövlətlərlə barışıq sazişini 
imzaladı. 
Bu dövrdə Almaniyanın ictimai-siyasi həyatında milli şuraların, 
yoxsa  sovetlərin  arxasınca  getmək  sualına  cavab  vermək  qarşıda 
dururdu.  Ağır  şəraitdə  sol  partiyaların  fəaliyyəti  güclənirdi.  Onlar 
alternativ  olaraq  Fəhlə  deputatları  sovetləri  və  qvardiya  dəstələri 
yaratdılar, 1918-ci il dekabrın 16-21-də Berlində Birinci ümumalman 
fəhlə və əsgər deputatları sovetlərinin qurultayını keçirdilər. İnqilabın 
nəticələrinə yekun vuran Birinci ümumalman qurultayı mahiyyətinə 
görə  siyasi  hakimiyyət  uğrunda  mübarizənin  bir  forması  idi. 
Qurultayda  müxtəlif  siyasi  qruplar  arasında  mübarizə  kəskinləşdi. 
Çoxluq təşkil edən sağ mərkəzçilər Ebert hökumətinin saxlanılmasına 
səs  verdilər.  Qurultayda  Müəssislər  Məclisinə  seçkilər  təyin  edildi. 
Bu, əslində sovetlərin ləğvi demək idi. 
Hökumətin  əleyhinə  çıxan  kommunistlərdən  ibarət  Spartak 
İttifaqı 1918-ci il dekabrın 30-dan 1919-cu il yanvarın 1-dək Berlində 
Almaniya  Kommunist  Partiyasının  təsis  qurultayını  keçirdi. 
Qurultayda  qəbul  edilən  partiya  proqramında  alman  fəhlə  sinfinin 
başlıca 
vəzifəsi 
sovetlər 
uğrunda 
mübarizə 
aparmaq 
müəyyənləşdirildi. Amma proqram səhvlərsiz də deyildi. Müəssislər 
Məclisinə  keçirilən  seçkiləri  baykot  etmək  barədə  qurultayın  qərarı 
səhv idi. 

1919-cu  ilin  yanvar  ayının  əvvəllərində  hökumət  Berlində 
keçirilən  fəhlə  nümayişlərini  darmadağın  etdi.  Yanvarın  15-də 
kommunistlərin liderləri K.Libknext və R.Lüksemburq öldürüldülər. 
Yanvarın 19-da Müəssislər Məclisinə seçkilər keçirildi. Ümumi, 
birbaşa və gizli keçirilən seçkidə seçicilərin 83%-inin iştirak etməsi 
alman  cəmiyyətindəki  yüksək  siyasi  fəallığı  göstərirdi.  Müəssislər 
Məclisinin sağ qanadını Alman Xalq Partiyası və Alman Milli Xalq 
Partiyası təşkil edirdi. Bu partiyaların hər biri 44 deputat yeri qazandı. 
Sağ yönümlü olan AXP-nin rəhbəri 
70 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə