BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə21/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

çağırmaq  təklifini  irəli  sürdü.  Ancaq  bu  təklif  qəbul  olunmadı. 
Avstriyanın  Almaniyaya  birləşdirilməsi  Avropada  müharibəni  daha 
da yaxınlaşdırdı. 
Avstriyanın  anşlüsündən  sonra  BÖ
3
dik  Britaniya  İtaliya  ilə 
münasibətlərini  istiləşdirməyə  səy  göstərdi.  Çünki  Həbəşistan, 
İspaniya  və  Avstriyanın  ardınca  Çexoslovakiya  gəlirdi.  Avstriyanı 
birləşdirdikdən sonra Almaniya xaricdəki almanlar yaşayan ərazilərin 
Üçüncü  reyxə  qatılması  şüarı  ilə  daha  geniş  çıxış  etməyə  başladı. 
Lakin  nasional-sosialistlər  bunu  zorakılıqla  deyil,  demokratik  don 
geyindirməklə 
həyata 
keçirtməyə 
çalışırdılar. 
Almaniya 
Çexoslovakiyanın  daxilində  yaranmış  böhrandan  istifadə  edərək 
Fransa, İngiltərə və İtaliyanın razılığını alıb Çexoslovakiyanın əsasən 
almanlar  yaşayan  Sudet  vilayətini  özünə  birləşdirmək  işinə  girişdi. 
Sudet  vilayəti  məsələsini  müzakirə  etməkdən  Ötrü  1938-ci  il 
sentyabrın  29-30-da  Münhendə  Qəhvəyi  evdə  Almaniya,  İngiltərə, 
Fransa və İtaliya nümayəndə heyətlərinin konfransı keçirildi. Hitler, 
Çember-  len,  Daladye  və  Mussolininin  iştirak  etdiyi  konfransda 
Çexoslovakiyanın  almanlar  yaşayan  bütün  sərhəd  rayonlarını 
Almaniyaya  vermək  barədə  qərar  qəbul  olundu.  Konfransa 
Çexoslovakiya  dəvət  edilməmişdi.  Sudet  vilayətində  yaşayan 
almanlar həmin qərarı bəyəndilər. Razılığa əsasən oktyabrın 1-dən 10 
-dək Çexoslovakiya bu əraziləri boşaltmalı idi. Həmin ərazidəki hərbi 
tikililər  də  Almaniyaya  keçdi.  Beləliklə,  Çexoslovakiya  ərazisi 
parçalandı.  1939-cu  ilin  əvvəllərində  isə  bütün  Çexoslavakiya 
Almaniyaya birləşdirildi. 
Konfrans  zamanı,  sentyabrın  30-da  Münhendə  Çemberlen  və 
Hitler  iki  ölkənin  biri-birinə  qarşı  müharibə  etməməsi  barədə 
bəyannaməni imzaladılar. Əslində bu, hücum etməmək haqqında pakt 
idi. 
Münhen  sazişini  imzalayan  dövlətlər  Almaniyanın  təcavüzkar 
niyyətlərini  şərqə  doğru  yönəldəcəklərinə  ümid  edirdilər.  Bu, 
ingilislərin  sakitləşdirmə  siyasətinin  və  fransız  hökumətinin 
təslimçilik mövqeyinin mahiyyətini göstərirdi. 
64 


Sudet vilayəti birləşdirildikdən sonra Avropada tamamilə yeni 
şərait  yarandı.  Az sonra “ox” dövlətləri  öz aralarında hərbi sazişlər 
bağladılar.  Almaniya  Şərqi  Avropa  ölkələri  əleyhinə  təcavüzkar 
niyyətlərini  daha  da  genişləndirdi.  Almaniyanın  təcavüzkarlıq 
hərəkətlərinə qarşı Fransanın Avropa dövlətlərinin blokunu yaratmaq 
cəhdləri heç bir nəticə vemıədi. Eyni addımları ingilis hökuməti də 
atdı.  1939-cu  il  martın  22-də  İngiltərə  və  Fransa  qarşılıqlı  yardım 
haqqında müqavilə imzaladılar. Müqaviləyə gÖrə dövlətlərdən birinə 
hücum olardısa, digəri ona yardım etməli idi. Eyni tarixdə Almaniya 
Litva ilə müqavilə bağlayaraq Klaypedanı aldı. Aprelin 3-də qarşılıqlı 
yardım 
haqqında 
ingilis-polyak 
bəyannaməsi 
imzalandı. 
Bəyannaməyə  görə  Almaniya  Polşaya  hücum  edərdisə  Böyük 
Britaniya  polyakları  müdafiə  etməli  idi.  Bundan  qəzəblənən  Hitler 
1939-cu  il  aprelin  29-da  hələ  1934-cü  ildə  imzalanmış  hücum 
etməmək  haqqında  alman-polyak  müqaviləsini,  1935-ci  ildə 
imzalanmış alman-ingilis dəniz sazişini ləğv etdi. Almaniya Polşaya 
təzyiqlərini  daha  da  artırdı.  Mayın  22-də  İtaliya  və  Almaniya 
qarşılıqlı  yardım  haqqında  ittifaq  müqaviləsi  imzaladı.  Müqavilə 
Polad paktı adını aldı. Pakta görə üçüncü ölkə ilə müharibə olardısa, 
digər tərəf ona yardım göstəmıəli idi. Tərəflər hərbi və hərbi-iqtisadi 
sahələrdə geniş əməkdaşlıq etmək barədə öhdəlik götürdülər. İtaliya 
Albaniyanı işğal etdi. 
Avropada  yaranmış  belə  vəziyyət  SSRİ,  Böyük  Britaniya  və 
Fransanın  səylərini  birləşdinnəyi  tələb  edirdi.  Almaniya  və 
müttəfiqlərinin  hərəkətlərini  dayandırmaq  və  təhlükəsizlik  sistemi 
yaratmaq  məqsədilə  1939-cu  ilin  mart-avqust  aylarında  Moskvada 
keçirilən  ingilis-fransız-sovet  danışıqları  uğursuzluqla  qurtardı. 
Danışıqları aparan dövlətlər eyni zamanda separat şəkildə Almaniya 
ilə  də  münasibətlər  qumıağa  səy  göstərirdilər.  Bundan  sonra 
Almaniya  və  müttəfiqləri  fəaliyyətlərini  daha  da  genişləndirdilər. 
May  ayında Yaponiya  Monqolustana qarşı təcavüz etdi. SSRİ ordu 
hissələri  Xalxin-Qol  rayonunda  yaponları  dayandırdı.  Hərbi 
əməliyyatlar avqust ayında başa çatdı. 
65 


Belə  şəraitdə  Almaniya  SSRİ-yə  hücum  etməmək  haqqında 
müqavilə  bağlamağı  təklif  etdi.  Sovet  hökuməti  razılaşdı.  SSRİ 
avqustun 19-da Almaniya ilə ticarət sazişini, avqustun 23- də isə 10 il 
müddətinə  hücum  etməmək  haqqında  paktı  və  ona  əlavə  olan  gizli 
protokolu  imzaladı.  Müqaviləni  Almaniyanın  xarici  işlər  naziri 
Ribbentrop və SSRİ xalq xarici işlər komissarı Molotov imzaladılar. 
Müqaviləyə  görə  tərəflər  bir-birilərinə  qarşı  hər  cür  zorakılıq, 
təcavüzkarlıq  hərəkətlərindən  və  hücumdan  imtina  edirdilər. 
Tərəflərdən  birinə  qarşı  hücum  olardısa,  digəri  üçüncü  dövləti 
müdafiə etməməli idi. Onlar beynəlxalq və ikitərəfli məsələlərə dair 
məsləhətləşmələr  aparmalı  və  aralarında  mövcud  olan  bütün 
mübahisələri dinc, danışıqlar yolu ilə həll etməli idilər. 
SSRİ  və  Almaniyanın  imzaladığı  əlavə  gizli  protokolda 
deyilirdi  ki,  Baltikyanı  dövlətlərə  daxil  olan  (Finlandiya,  Latviya, 
Litva  və  Estoniya)  vilayətlərin  ərazi-siyasi  yenidənqurulması  baş 
verərsə, Litvanın şimal sərhədi Almaniya və SSRİ-nin maraq dairəsi 
sayılır; bununla bağlı Litvanın Vilcn vilayətinə olan maraqlarını hər 
iki tərəf etiraf edir; Polşa dövlətinin tərkibinə daxil olan vilayətlərin 
ərazi-siyasi  yenidənqurulması  baş  verərsə,  Almaniya  və  SSRİ-nin 
maraq  dairəsinin  sərhədləri  təqribən  Narva,  Visla  və  San  çayları 
ərazisindən  keçəcəkdir;  müstəqil  Polşa  dövlətinin  qarşılıqlı  maraq 
dairəsində  saxlanılmaq  istəyi  və  onun  sərhədlərinin  necə  olması 
yalnız qarşıdakı siyasi hadisələrin inkişafından asılı olacaqdır; Litva 
dövlətinin  ərazisi  SSRİ-nin  maraqları  dairəsinə,  Lyublin  voyevod- 
luğu və Varşava voyevodluğunun bir hissəsi isə Almaniyanın maraq 
dairəsinə aid  edilir; SSRİ hökuməti Litva ərazisində öz maraqlarını 
qorumaq üçün xüsusi tədbirlərə başlayan kimi  təbii  olaraq ha-  zırki 
Almaniya-Litva  sərhədi  elə  müəyyənləşdiriləcəkdir  ki,  Litva 
ərazisinin  xəritədə  göstərilən  cənub-qərb  xətti  Almaniyaya  keçir; 
Almaniya  ilə  Litva  arasında  olan  təsərrüfat  əlaqələrini  SSRİ 
yuxarıdakı tədbirləri həyata keçirərkən pozmamalıdır. 
Beləliklə, SSRİ Almaniya ilə birlikdə müharibənin 
66 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə