BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə31/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   27   28   29   30   31   32   33   34   ...   120

Nasional-sosialistlər  hökumətinin  ideoloji  siyasəti  irqçiliyə 
əsaslanırdı.  Ölkədə  nasional-sosialist  ideologiyası  ilə  sıx  bağlı  olan 
özünəməxsus  qanun  doktrinası  yaradıldı.  Digər  faşist  rejimlərindən 
fərqli  olaraq  nasional-sosialistlərin  ideoloji  sistemi  mövcud  dövlət 
sisteminin möhkəmləndirilməsi və təbliğinə deyil, onun müvəqqəti və 
məhdud  xarakter  daşıdığını  göstəmıəyə  yönələrək  cəmiyyətin 
qarşısında  ali  məqsəd  kimi  yeni  irqi  dünya  qaydası  yaratmağı 
qoyurdu.  İqtisadi,  siyasi,  sosial  və  xarici  siyasət  sahəsində  həyata 
keçirilən  bütün  tədbirlər  bu  məqsədə  xidmət  edirdi.  Cəmiyyət 
həyatında  kollektivin  deyil,  şəxsin  rolu  artırıldı.  Şəxsiyyət  öz 
mənafeyini qoruyaraq onu cəmiyyətin mənafeləri və millətin ümumi 
məqsədləri  ilə  uzlaşdırmalı  idi.  Xalq  hüquqi  münasibətlərin  və 
hakimiyyətin  ali  subyekti  hesab  edilirdi.  Siyasi  və  sosial  hüquqlar 
yalnız  alman  xalqına  mənsub  idi.  “Vahid  vətən”,  “xalqın  vahid 
rəhbəri”,  “ümumi  düşmən”,  “ümumi  tarixi  tale”  və  s.  şüarlar  irəli 
sürüldü. Maarif və təbliğat naziri olan Y.Hcbbels bu sahədə mühüm 
rol oynayırdı. 
Alman  xalqının  ari  irqə  mənsub  olması  müasir  ideoloji 
metodlarla  təbliğ  edilirdi.  Xalqın  ixtiyarına  çoxlu  kitabxanalar 
verilmişdi. İstirahət və idman geniş yayılmışdı. İncəsənətin inkişafına 
xüsusi diqqət  yetirilirdi.  Alman irqinin dünyanın  ən saf irqi olduğu 
geniş təbliğ edilir, iudaizm isə dünyanın taunu hesab olunurdu. 
1933-cü  ildə  millətin  sağlamlığını  qorumaq  haqqında  qanun 
qəbul edildi. Qanuna əsasən sağalmaz və ruhi xəstələr üçün müalicə 
yerləri tikildi. 1937-ci ildə ölkədə 168 min nəfər belə xəstə var idi. 
İkinci  dünya  müharibəsi  başladıqda  isə  yevtanaziya-könüllü  ölüm 
tətbiq  edildi.  Bu  məqsədlə  l940-cı  ildə  xüsusi  idarə  yaradıldı. 
Təxminən 75 min alman öz razılığı ilə öldürülmüşdü. 
1935-
 
ci  ildə  vətəndaşlıq  haqqında,  alman  qanı  və  alman 
şərəfini  qorumaq  haqqında  qanunlarla  hökumət  irqçiliyi  rəsmi 
doktrina olaraq qəbul etdi. 
Nasional-sosialistlər gənclərin tərbiyəsinə xüsusi diqqət 
95 


verərək Gənc millət, Hitlerçi gənclər, Alman gəncləri ittifaqı. Alman 
qızları  ittifaqı  və  başqa  təşkilatlar  yaratmışdılar.  Həmin  təşkilatlar 
müxtəlif sahələrlə məşğul olsalar da onlann başlıca məqsədi gəncləri 
ideoloji və fiziki cəhətdən hazırlamaq idi. Beləliklə, ölkədəki bütün 
gənclər  güclü  şəxsiyyətin  yaradılmasına  xidmət  edən  vahid 
ideya-siyasi sistemin nəzarətinə keçmişdi. 
Ailə-nikah  hüququna  düzəlişlər  edildi.  Ailə  qurarkən  xüsusi 
sağlamlıq  məhkəmələrinin  icazəsini  almaq  tələb  olunurdu. 
Almaniyada  yaşayan  yəhudilərə qarşı məhdudiyyətlər gücləndirildi. 
1936-cı  il  qanunu  ilə  yəhudilərə  vətəndaşlıq  verilməsindən  imtina 
olundu.  Almanların  onlarla  nikaha  girmələri  qadağan  edildi.  6 
yaşından  başlayaraq  yəhudilər  ictimai  yerlərdə  milli  paltar  geyməli 
idi. Ölkədə irqi və milli dözümsüzlük yüksək həddə çatmışdı. 1938-ci 
il noyabrın  7-də mənşəcə  yəhudi  olan  ruhi xəstə Gerşel  Qryunşpan 
Parisdəki alman səfirliyinin katibini öldürdükdən sonra vəziyyət daha 
da  pisləşdi.  Noyabrın  9-da  yəhudilərə  qarşı  bütün  ölkə  ərazisində 
kütləvi  qırğınlar  törədildi.  Bu,  hadisə  “büllur  gecələr”  adını  aldı. 
Kütləvi qırğınlara və təqiblərə məruz qalan  yəhudilər Almaniyadan 
qaçmağa  başladılar.  1933-cü  ildə  Almaniyada  yaşayan  500  min 
yəhudidən  bu  zaman  yalnız  300  mini  qalmışdı.  Ölkədə  qalan 
yəhudilər  1  mlrd,  marka  məbləğində  irqi  təzminat  ödəməli  idilər. 
Bütövlükdə nasional- sosialistlərin hakimiyyəti illərində təxminən 6 
mln.  yəhudi  öldürülmüşdü.  Yəhudilərin  planlı  şəkildə  öldürülməsi 
xolokost  adını  aldı.  Nasional-sosialistlər  eyni  zamanda  22  min 
qaraçını da məhv etmişdilər. 
Nasional-sosialistlərin  liderləri  öz  ideologiyalarını  faşizmlə 
qətiyyən eyniləşdirmirdilər. H.HimmIer yazırdı ki, faşizm və nasio- 
nal-sosializm  kəskin  şəkildə  fərqlənən  iki  müxtəlif  təzahürdür. 
Onların  arasında  mənəvi  və  ideoloji  hərəkatlar  kimi  müqayisə 
aparmaq  olmaz.  Y.Hebbels  isə  göstərirdi  ki,  faşizm  nasional- 
sosializmə heç nə ilə bənzəmir. Nasional-sosialistlər faşizmə yalnız 
sol, bolşevik və liberal-demokratik sistemlərə qarşı mübarizədə 
96 


potensial müttəfiq kimi baxırdılar. Ona görə də nasional-sosialistlər 
avtoritar  istiqamətli  cərəyan  olan  bolşcvizmə  nifrət  edərək  sinfİ 
mübarizəyə qarşı çıxırdılar. 
Nasional-sosialistlər 
ölkədə 
mülki 
hüquq 
sistemini 
təkmilləşdirdilər. Vətəndaşlıq haqqında qanuna əsasən ölkə əhalisi iki 
dərəcəyə - vətəndaş və təbəələrə bölündü. Almanlar vətəndaş, digər 
xalqların  nümayəndələri  isə  təbəə  elan  edildilər.  Bütün  sosial  və 
siyasi  hüquqlar  vətəndaşa  verilirdi.  Ari  xalq  dövləti  bütün  hüquq 
sisteminə  tətbiq  edilmişdi.  Vətəndaş  hüquqi  münasibətlərin  ali 
subyekti elan olunmuşdu. 
Cinayət  hüququ  təkmilləşdirildi.  Şəxsiyyətin  törətdiyi 
cinayətlərinə  görə  deyil,  dövləti  cinayətlərə  görə  məsuliyyəti 
ağırlaşdırıldı.  Dövləti  cinayətlərin  dərəcələri  genişləndirildi.  Təkcə 
dövlətə  qarşı  cinayət  törədənlər  deyil,  eyni  zamanda  nasional- 
sosialist  ideyalarına  tərəfdar  çıxmayanlar  xalq  düşməni  hesab 
edilirdilər. Vəzifəli şəxsə qarşı cinayətə görə ölüm hökmü və ya 15 il 
həbs  cəzası  nəzərdə  tutulurdu.  Vəkil  sistemi  tamamilə  dövlətin 
nəzarətinə keçirilmişdi. 1933-cü ildə dövlət və hökumət əleyhinə olan 
çıxışlar üzrə cinayətlərə baxmaq üçün xüsusi məhkəmələr yaradıldı. 
Belə  məhkəmələr  partiyanın  üç  üzvündən  ibarət  olurdu.  İşin  adi, 
yoxsa 
xüsusi 
məhkəməyə 
göndərilməsini 
prokuror 
müəyyənləşdirirdi.  Xüsusi  mühüm işlərə baxmaq üçün 1936-cı  ildə 
Xalq Məhkəməsi təsis edildi. Bu məhkəmə mövcud olduğu müddətdə 
5 min adama ölüm hökmü kəsmişdi. 
Nasional-sosialistlərin  hakimiyyəti  illərində  dövlət-siyasi 
stRikturunun  əsasını  rəsmi  olaraq  xalq  hakimiyyəti  təşkil  edirdi. 
Dövlət  həyatı  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bütün  məsələlər 
plebisit  yolu  ilə  həll  olunurdu.  Faşist  rejimlərindən  fərqli  olaraq 
nasional-sosialistlər  xalq  ruhunu  məhv  etmək  deyil,  onu  qaldırmaq 
məqsədi  güdürdülər.  Başqa  ölkələrdəki  faşist  rejimləri  dövlət 
strukturuna  xalq  ruhunu  total  cəmləşdirən  vasitə  kimi,  nasional- 
sosialistlər isə ona yalnız formal olaraq baxırdılar. Dövlət 
97 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə