BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə34/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   30   31   32   33   34   35   36   37   ...   120

qələbəyə olan inam yüksəlmişdi. 1942-ci il aprelin 26-da reyxstaqın 
qərarı ilə Hitlerə millətin rəhbəri, ali baş komandan, hökumətin və ali 
məhkəmənin başçısı, partiyanın füreri səlahiyyətlərinin verilməsi qəti 
olaraq təsdiq edildi. 
Hərbi  əməliyyatların  gedişində  antihitlerçi  koalisiyaya  daxil 
olan ölkələr üçün əsaslı dönüşün yaradılması və çoxlu hərbi xərclər 
Almaniyanın  iqtisadi-sosial  vəziyyətini  ağırlaşdırdı  1943-cü  ildə 
əmək mükəlləfiyyəti 16-65 yaşlı kişilərə və 17-45 yaşlı qadınlara aid 
edildi.  Kartoçka  sistemi  tətbiq  olundu.  Alman  ictimai  rəyində 
qələbəyə  olan  inam  azalmağa  başladı.  Xalqın  qələbə  ruhunu 
qaldırmaq üçün genişlənən rəsmi təbliğat da elə bir nəticə vermədi. 
Gözlənilən qələbəyə böyük ümidsizlik, həyat şəraitinin pisləşməsi və 
müharibədə  verilən  çoxlu  canlı  itkilər  ölkə  rəhbərliyindən  olan 
narazılığı  gücləndirdi.  Yüksək  rütbəli  zabitlər  sui-qəsd  hazırladılar. 
Amma K.fon Ştaufenberqin başçılığı altında 1944-cü il iyulun 20- də 
Hitlerə qarşı törədilən sui-qəsd uğursuzluqla nəticələndi. İyulun 30-da 
Hitler Terror və sabotaj haqqında əmr verdi. Əmrə görə sui- qəsddə 
şübhəli  bilinənlərə  və  antifaşist  hərakatla  əlaqəsi  olanlara  qarşı 
dəhşətli repressiya tədbirləri həyata keçirildi. Məhkəmələrin hökmü 
ilə  50  min  adam  öldürüldü,  minlərlə  şəxs  həbsxana  və  islah 
düşərgələrinə salındı. Edam olunanların içərisində general- polkovnik 
Lüdviq Век, polkovnik Ştaufenberq və Leypsiq şəhərinin keçmiş ober 
burqomisteri Kari Herdeler var idi. Almaniya Komminist Partiyasının 
rəhbəri E.Telman da edam edildi. 
Vəziyyətdən çıxmaq üçün Almaniya rəhbərliyi bütün maddi və 
insan ehtiyatlarını geniş səfərbərliyə aldı. 1944-cü il sentyabrın 25-də 
Hitlerin  əmri  ilə  yaradılan  xalq  könüllü  dəstələrinə  16-60  yaşadək 
olan kişilər cəlb edildilər. Vermaxt zabitləri həmin dəstələrə rəhbərlik 
etməkdən  uzaqlaşdırıldılar.  Onlar  nasional-  sosialist  zabitlərin 
komandanlığı  altına  keçirildilər.  Lakin  bu  cəhdlər  də  uğursuz  oldu. 
Artıq 1944-cü ilin sonlannda hərbi əməliyyatlar Almaniya ərazisinə 
keçirildi. İdarəetmə sistemini və ölkə iqtisa- 
104 


diyyatını  böhran  bürüdü.  Həyat  fəaliyyəti  üçün  zəruri  olan  sosial- 
iqtisadi strukturlar dağıldı. Qaçqınların köçürülməsi qarışıq hal aldı. 
Ölkə  idarəolunmaz  həddə  çatdı.  Alman  xalqını  bürüyən  psixoloji 
böhran hakim dairələri də əhatə edirdi. Çarəsiz qalan Hitler 1945- ci il 
aprelin 30-da özünü öldürdü. Hitlerin vəsiyyətinə uyğun olaraq varisi 
təyin edilən Deniç mayın 8-də Almaniyanın danışıqsız təslim olması 
haqqında aktı imzalamağa məcbur oldu. Beləliklə, Üçüncü reyx iflasa 
uğradı. Alman xalqının tarixində yeni bir dövr başlandı. 
105 


III
 
BÖLÜM 
BOYUK BRİTANİYA 
Birinci dünya müharibəsinin İngiltərə üçün nəticələri 
Birinci  dünya  müharibəsinin  İngiltərə  üçün  ağır  sosial-iqtisadi 
nəticələri  oldu.  Müharibədə  qalib  gəlməsinə  baxmayaraq,  ölkəyə 
böyük  ziyan  dəydi.  Hərbi  əməliyyatların  gedişində  875  min  nəfər 
öldü,  2  mln.  nəfər  yaralandı.  İngiltərə  dünyadakı  mövqelərini 
möhkəmləndinnək  istəyinə  nail  ola  bilmədi.  Böyük  Britaniyadan 
fərqli  olaraq  ABŞ  və  Yaponiyanın  beynəlxalq  mövqeləri  xeyli 
gücləndi. Müharibə nəticəsində İngiltərə yalnız öz müstəmləkələrini 
genişləndirə  bildi.  İngilis  hərb  sənayesi  inkişaf  etsə  də  bütövlükdə 
ölkə  iqtisadi  cəhətdən  zəiflədi.  Xammal  və  işçi  qüvvəsinin 
çatışmaması  ucbatından  köhnə  sənaye  sahələri  geri  qalırdı.  Bundan 
fərqli  olaraq  sənayenin  yeni  sahələri  -  kimya,  avtomobil,  aviasiya, 
poladəritmə və hərb sənayesi xeyli inkişaf etdi. Müharibənin sonunda 
İngiltərə  sənayesində  qeyri-bərabər  inkişaf  özünü  aydın  şəkildə 
göstərdi. 
Sənaye və kapitalın təmərküzləşməsi gücləndi. Hərbi sifarişləri 
yerinə yetirən ingilis inhisarları xeyli varlandılar. Kiçik müəssisələrin 
bir çoxu sıradan çıxdı. İri sənaye müəssisələri yarandı. 
Müharibə  maliyyə  sisteminə  zərbə  vurdu.  Daxili  və  xarici 
borclar  artdı.  Dövlət  borcu  əgər  1914-ci  ildə  645  mln.  funt  sterlinq 
idisə, 1918-ci ildə bu rəqəm 12 dəfə artaraq təqribən 7,8 mlrd, funt 
sterlinqə çatdı. İngiltərənin ABŞ-a olan hərbi borcu 1919-cu ildə 850 
mln.  funt  sterlinq  və  ya  təxminən  4  mlrd,  dollar  oldu.  Bütövlükdə 
ABŞ-a olan borc 5,5 mlrd, dollar təşkil edirdi. Xaricə kapital qoyuluşu 
25% azaldı. 
Sənaye istehsalının 20%-dən çox azalması xarici ticarətə mənfi 
təsir edirdi. Ölkənin xarici ticarəti 2 dəfə azaldı, idxal isə artdı. 
106 


Hərbi  əməliyyatların  gedişində  İngiltərə  milli  sərvətlərinin 
1/3-ni itirdi. Dünyanın maliyyə mərkəzi London sitidən Nyu- Yorkda 
Uoll Stritə keçdi. Ölkə tiearət donanmasının 70%-dən məhrum oldu. 
Bununla  belə,  Britaniya  donanması  dünyadakı  möhtəşəmliyini  hələ 
də qoruyub saxlayırdı. 
Müharibə  illərində  ölkədə  kənd  təsərrüfatı  sahələri  genişləndi. 
Məhsul istehsalı artdı. 
Hərbi əməliyyatların aparılması üçün yüngül və yeyinti sənayesi 
məhsullarına  olan  təlabat  Böyük  Britaniyanın  müstəmləkələrində 
iqtisadi inkişafa kömək etdi. Müstəmləkələrdə müasir sənaye sahələri 
yaradıldı.  Nətieədə  həmin  ərazilərdə  yeni  ictimai  münasibətlər  və 
millətlər formalaşdı. Müstəmləkələrdə, xüsusən Hindistan və Misirdə 
milli azadlıq hərəkatı genişləndi. 
Lloyd Corc hökumətinin daxili və xarici siyasəti 
Müharibənin  başa  çatması  dinc  dövrə  xas  olan  bir  sıra 
problemlərin  həllini  irəli  sürdüyündən  hökumət  fəal  daxili  siyasət 
yeritmək  xəttini  tutdu.  1918-ci  ildən  İngiltərədə  iqtisadi  yüksəliş 
müşahidə olunmağa başladı. Bu yüksəlişin bir sıra səbəbləri var idi. 
Müharibədən sonra ölkə əhalisinin ehtiyacları artmışdı. Tərxis olunan 
əsgərlər  işlə  təmin  edilirdilər.  Dağıdılmış  təsərrüfatın  bərpası  üçün 
işçi  qüvvəsinin  çatışmazlığı  işsizliyi  xeyli  azaltmışdı.  1916-cı  ildən 
baş nazir olan liberal L.Corcun (1863-1945) liberal, mühafizəkar və 
leyboristlərdən  təşkil  olunmuş  koalisiyalı  hökumətinin  hələ  1917-ci 
ildə qəbul etdiyi iqtisadi və siyasi yenidənqurma proqramına uyğun 
olaraq ölkə təsərrüfatının bərpasına başlanıldı. Geniş islahatlar həyata 
keçirildi. Qısa müddət ərzində çuqun əridilməsi və gəmi tikintisi artdı. 
Bununla  belə,  müharibədən  sonrakı  ilk  illərdə  dövlət  büdcəsinin 
40%-i hərbi borcların ödənilməsinə sərf edilirdi. 
Sosial sahənin inkişafına xüsusi diqqət yetirildi. Tərxis olunan 
əsgərlərə ev və işə düzələnədək yardım verildi. Müharibə başa çat 
107 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə