BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə35/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   31   32   33   34   35   36   37   38   ...   120

dıqdan  sonra  hərbi  istehsala  olan  təlabatın  azalması  nəticəsində  iş 
yerlərini itirən fəhlələrə yardımlar edildi. Mənzil tikintisinə və təhsilin 
inkişafında çoxlu vəsait aynidı. 1918-ci ildə ölkədə yeni təhsil islahatı 
həyata  keçirildi.  Fişer  islahatı  adı  ilə  tanınan  bu  islahata  görə  14 
yaşınadək  olan  uşaqların  təhsil  alması  məcburi  idi.  Pulsuz  ibtidai 
təhsil  tətbiq  edildi.  İslahat  ölkədə  təhsil  müəsisələrinin  tikilməsi  və 
.savadsızlığın ləğvində başlıca rol oynadı. 
Uşaq  əməyindən  istifadəni  birdən-birə  ləğv  etmək  xeyli  çətin 
olduğundan  hökumət  bu  işə  nəzarəti  yerli  hakimiyyət  orqanlarına 
tapşırdı. Həmin orqanlar uşaq əməyindən istifadəni məhdudlaşdıraraq 
tədricən aradan qaldırmalı idilər. 
Siyasi sistemin təkmilləşdirilməsi sahəsində də tədbirlər işlənib 
hazırlandı.  1918-ci  ilin  əvvəlində  ölkədə  seçki  islahatı  həyata 
keçirildi. Buna görə ildə 5 funt sterlinq gəlirli daşınmaz əmlakı olan 
21 yaşına çatan kişilərə və 30 yaşına çatan qadınlara səsvermə hüququ 
verilirdi. Yeni seçki qanununun qəbulundan sonra ölkədəki seçicilərin 
ümumi sayı 8 mln. nəfərdən 21 mln. nəfərə çatdı. Bundan fərqli olaraq 
seçki dairələrinin sayı azaldıldı. 
Leyboristlər  seçki  ərəfəsində  partiyanın  yeni  proqramım  dərc 
etdilər.  S.Vebb  və  A.Henderson  tərəfindən  hazırlanan  proqramda 
sosial-iqtisadi sahədə bir sıra radikal tədbirlərin,  o cümlədən strateji 
əhəmiyyətli sahələr sayılan dəmiryolları, ticarət gəmiçiliyi, daş kömür 
sənayesi,  hərbi  və  elektrik  enerjisi  istehsalı  ilə  məşğul  olan 
müəssisələrin milliləşdirilməsinin həyata keçirilməsi, minimum əmək 
haqqının  müəyyənləşdirilməsi,  8  saatlıq  iş  gününün  tətbiqi  nəzərdə 
tutulurdu. 
Seçki  ərəfəsində  liberallar  arasında  narazılıq  gücləndi.  H.Ask- 
vit  ənənəvi  sərt  siyasəti  davam  etdirməyi,  L.Corc  isə  koalisiyanı 
möhkəmləndirməyi  təklif  edirdi.  Partiya  daxilində  belə  mübahisəli 
vəziyyətdə onların əleyhinə olan leyboristlər koalisiyalı hökumətdən 
çıxdılar. Ölkədə hökumət böhranı yarandı. Yeni seçkilər təyin edildi. 
Seçki qanununa əsasən 1918-ci il dekabrın 14- 
108 


də hərbi vəziyyət hələ ləğv edilmədiyindən parlamentə komanda ilə, 
kuponla  seçkilər  və  ya  "gümüşü  seçkilər"  adlandırılan  seçkilər 
keçirildi.  Seçkilər  nəticəsində  icmalar  palatasındakı  707  yerdən 
484-nü  mühafizəkar  və  liberallar  qazandılar.  Bunun  348  mandatı 
mühafizəkarların,  I36-sı  liberalların  idi.  Leyboristlər  isə  60  deputat 
yerinə  sahib  oldular.  L.Corcun  başçılığı  ilə  koalisiyalı  hökumət 
yaradıldı.  Kabinetdə  əsas  vəzifələri  mühafizəkarlar  tutdular.  Bu 
hökumətdə  L.Corcun  müavini  Mühafizəkarlar  Partiyasının  lideri 
Bonar Lou, müdafiə naziri Uinston Çerçil, xarici işlər naziri isə Lord 
D. Kerzon təyin edildilər. 1922-ci ilə qədər hakimiyyətdə qalan yeni 
hökumətin  başlıca  şüarı  “İngiltərəni  oyadın”  oldu.  Baş  nazir  ölkəni 
qəhrəmanlarına layiq edəcəyini bildirdi. 
L.Corc  ölkəni  ağır  vəziyyətdən  çıxamıağın  yeganə  yolunu 
xüsusi  sahibkarlığın  inkişaf  etdirilməsində  görürdü.  O,  dövlət 
tənzimlənməsi  prinsipinin  əleyhinə  idi.  İstehsal  üzərində  dövlət 
nəzarəti ləğv edildi. Bundan fərqli olaraq dövlətin sosial funksiyaları 
artırıldı.  1919-cu  ildə  funt  sterlinqin  qızıla  olan  paritetinin  ləğv 
edilməsi sənaye istehsalının artımına müsbət təsir etdi. 
İctimai-siyasi  hərəkatlar  genişləndi.  1919-cu  ildə  ölkəni  tətil 
hərəkatı  bürüdü.  İşçilər  əmək  haqqının  artırılmasını,  iş  gününün 
azaldılmasını  və  həmkarlar  ittifaqlarının  yaradılması  hüquqlarının 
bərpa olunmasını tələb edirdilər. Şotlandiyada 100 min fəhlə ümumi 
tətilə  çıxdı.  Hökumət  güzəştə  getdi.  İşçilərin  əmək  haqqı  artırıldı. 
Sənayedə 7 saatlıq iş günü tətbiq edildi. 
Dəmiryolçuların da tətilləri baş verdi. 6 mln. nəfərdən çox fəhlə 
iş həftəsinin azaldılmasına nail oldu. 
1919-cu 
ildə  Kommunist  İnternasionalının  yaradılması 
İngiltərədə  sosialist  və  kommunist  meyllərinin  artmasına  müəyyən 
təsir  etdi.  Həmin  ilin  may  ayında  Londonda  Britaniya  Sosialist 
Partiyası.  Fehlə  Sosialist  Federasiyası  və  Cənubi  Uels  Sosialist 
Cəmiyyəti  nümayəndələrinin  müşavirəsində  Böyük  Britaniya 
Kommunist  Partiyasını  yaratmaq  məqsədi  ilə  birləşmiş  müvəqqəti 
komitə təşkil 
109 


olundu. 1920-ci il iyulun 30-dan avqustun 1-dək keçirilən qurultayda 
Böyük  Britaniya  Kommunist  Partiyası  yaradıldı.  1920-ci  ildə  bu 
partiyanın sıralarında 10 minədək üzv var idi. Lakin kommunistlərin 
sosial  dayaqları zəif idi. Xalq  sinfi  mübarizə və inqilab təbliğ edən 
kommunistlərin  arxasınca  getmirdi.  Cəmiyyətdə  mərkəzçi  və 
islahatçılıq əhval-mlıiyyəsi üstünlük təşkil edirdi. 
1920-
 
ci ilin sonlarına yaxın İngiltərəni bürüyən dərin iqtisadi 
böhran 1922-ci ilədək davam etdi. Böhrandan çıxmaq üçün hökumət 
tədbirlər  proqramını  həyata  keçirdi.  1920-ci  ildə  taxılın  qiymətini 
müəyyənləşdirən  qanun  qəbul  edildi.  Böhran  şəraitində  hökumət 
sosial  xərcləri  azaltdı,  vergiləri  artırdı.  İngiltərədə  vergilər  digər 
Avropa  ölkələri  ilə  müqayisədə  çox  idi.  1920-ci  ilin  avqust  ayında 
parlamentdə hökumətə fövqəladə səlahiyyətlərin verilməsi haqqında 
qanun qəbul olundu. Qanuna görə hökumət əleyhinə olan çıxışların 
qarşısını  almaq  üçün  fövqəladə  vəziyyət  tətbiq  edilə  bilərdi. 
Fövqəladə vəziyyət tətbiq edilərkən hökumət qanun qüvvəsi daşıyan 
fəniianlar verə və istənilən tədbiri həyata keçirə bilərdi. Bütün bunlara 
baxmayaraq, böhran ölkə iqtisadiyyatını ağır vəziyyətə saldı. 1921-ci 
ildə sənaye məhsulu müharibədən əvvəlki səviyyənin 68%-ni təşkil 
edirdi.  Bir  il  ərzində  daş  kömür  çıxarılması  30%,  çuqun  və  polad 
istehsalı 3 dəfə, xarici ticarət dövriyyəsi isə 1913-cü illə müqayisədə 2 
dəfə  aşağı  düşdü.  İstehsalın  azalması  işsizlik  problemini  yaratdı. 
İşsizlərin  sayı  2  mln.  nəfərə  çatdı.  Xalqın  sosial-iqtisadi  vəziyyəti 
ağırlaşdı. 
Müharibə illərində daş kömür sənayesi üzərinə qoyulmuş dövlət 
nəzarəti 1921-ci ilin yazında ləğv edildi. Həmin ildə tred- yunionlar 
konqresinin Ali Şurası yaradıldı. Əmək haqqının azaldılmasına etiraz 
edən işçilərə qarşı şaxta sahibləri lokaut elan edərək milyon nəfərdən 
çox  fəhləni  işsiz  qoydu.  Hökumət  həmin  rayonlara  ordu  hissələri 
yeritdi. Tətil 1921-ci il aprelin 15-nə təyin olunsa da nəqliyyatçıların 
həmkarlar  ittifaqlarının  liderləri  barışığa  gedərək  ondan  imtina 
etdilər.  Fəhlələr  bu  günü  qara  cümə  adlandırdılar.  Sahibkarlarla 
işçilər arasında anlaşma əldə olundu. Beləliklə, ölkədə tətil hərəkatı 
zəiflədi. 
110 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə