BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə36/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   32   33   34   35   36   37   38   39   ...   120

Bu illərdə İngiltərənin daxili ictimai-siyasi həyatı üçün ən çətin 
problem  İrlandiya  məsələsi  idi.  Məqsədi  müstəqil  İrlandiya  dövləti 
yaratmaqdan  ibarət  olan  şinnfcyncrlər  (biz  özümüz  üçün)  hərəkatı 
güclənmişdi. 
Hələ 
1914-cü 
ildə 
İrlandiyaya 
verilən 
qomrul-özünüidarəetmə  hüququndan  narazı  qalan  irlandlar  1916-cı 
ildə  üsyan  etmişdilər.  İrlandiyanın  şimal  qrallıqlarmda  -  Olsterdə 
yaşayan  və  İrlandiyada  hakim  olan  katolik  dinindən  fərqli  olaraq 
protestantlığa  itaət  edən  çoxlu  ingilis  və  şotlandlar  da  buna  qarşı 
çıxdılar. İngiltərə ilə ittifaqa tərəfdar olanlar Olsterdə özünüidarəetmə 
sisteminin  yayılmasına  imkan  vermədilər.  Üsyan  başladı. 
Şinnfeynerlər  məğlub  oldular.  Bütün  bunlara  baxmayaraq,  irlandlar 
1918-ci  ildə  keçirilən  parlament  seçkilərində  fəal  iştirak  etdilər. 
İrlandlar  üçün  ayrılan  103  deputat  yerindən  73-nü  şinnfeynerlər 
qazandılar. Deputat seçilənlərin bir qismi həbsdə və mühacirətdə idi. 
İrlandiyalı deputatlar Londona gəlməkdən imtina etdilər. 1919-cu ilin 
yanvar  ayında  Dublində  toplaşan  27  deputat  irland  parlamentini  və 
İrlandiya  Respublikasını  yaratdı.  Yeni  respublikanın  prezidenti 
şinnfeynerlərin  lideri  De-Valera  oldu.  İrland  hökuməti  quruldu. 
Tezliklə  yerlərdə hakimiyyət  orqanları  yaradıldı.  Ordu təşkil edildi. 
İngiltərə  hökumətinin  yeni  hakimiyyət  orqanlarını  ləğv  etmək 
cəhdləri  İrlandiya  Respublika  Ordusu  ilə  ingilis  ordu  hissələri 
arasında  qanlı  toqquşmalara  gətirib  çıxardı.  İrlandiyada  çoxlu  qan 
töküldü. Hökumət güzəştə getməyə məcbur oldu. Daxildə və bir sıra 
xarici  ölkələrdə  ictimai  rəy  qan  tökülməsinin  əleyhinə  idi.  Bununla 
belə, ölkədə İrlandiyaya müstəqillik verilməsinin əleyhdarları da var 
idi.  1921-ci  il  dekabrın  6-da  L.Corc  müstəqil  İrlandiya  dövlətinin 
yaradılmasına  dair  şinnfeynerlərlə  saziş  imzaladı.  Şimaldakı  altı 
qraflıq İngiltərəyə birləşdirildi. Lakin Olsterdə dini zəmində vətəndaş 
qarşıdunnası kəsilmədi. Cənubdakı 26 qraflıq paytaxt Dublin olmaqla 
İrlandiyada qaldı. İrlandiya Respublikasında ingilis hərbi dəniz bazası 
saxlanıldı. İrlandiyanın xarici siyasətinə İngiltərə nəzarət edirdi. 
1921-
 
ci  il  müqaviləsi  irland  xalqının  milli-azadlıq 
mübarizəsin 
III 


də mühüm mərhələni təşkil etdi. Amma şinnfeynerlərin içərisində bu 
müqaviləyə münasibətdə yekdil fikir mövcud deyildi. Şinnfeynerlərin 
sağ qanadı müqaviləyə tərəfdar, sol qanadı isə əleyhinə çıxırdı. Fikir 
ayrılıqları  İrlandiyada  vətəndaş  müharibəsinin  və  dini  münaqişənin 
törədilməsinə  gətirdi.  Şinnfeynerlərin  böyük  əksəriyyəti  1921-ci  il 
müqaviləsini  rədd  edərək  müharibəyə  başladı.  İrlandiyada  vətəndaş 
müharibəsinin yeni mərhələsində De- Valeranın tərəfdarları 1923-cü 
ildə məğlub oldular. Respublikanın prezidenti şinnfeynerlərin radikal 
qanadının lideri Qriffıts seçildi. Amma bundan sonra da problem həll 
olunmadı. 
L.Corc  hökumətinin  xarici  siyasəti  liberalizmə  əsaslanırdı. 
Onun  xarici  siyasətinin  başlıca  strateji  məqsədi  zor  tətbiq  etmədən 
lloydcorçizm  prinsipləri  əsasında  sabit  beynəlxalq-hüquqi  sistem 
yaratmaq və yeni dünya qaydasının təminatçısı olmaq idi. Liberalizm 
Böyük  Britaniyanın  yeritdiyi  imperiya  siyasətindən  imtina  etmək 
deyildi.  Belə  yanaşma  ingilis  pasifist  xarici  siyasətinə  yanaşmanın 
əsasını  təşkil  edirdi.  Milli  maraqlan  ciddi  qorumaqla  beynəlxalq 
münasibətlərin zorakılıqsız tənzimlənməsini irəli sürürdü. Bu isə yeni 
xarici  siyasət  proqramının  həyata  keçirilməsini  zəruri  edirdi.  Yeni 
xarici siyasət kursu özünü Paris sülh konfransında göstərdi. 
Hökumətin  xarici  siyasətində  mühüm  yeri  Paris  sülh 
konfransında iştirak etmək tutdu. Burada Böyük Britaniya Almaniya 
müstəmləkələrinə  və  bəzi  türk  ərazilərinə  sahib  olmağa  çalışırdı. 
Konfransda  ingilis-fransız  ziddiyyətləri  üzə  çıxdı.  İngiltərə 
nümayəndə heyəti Fransanın Almaniya ilə bağlı bir sıra təkliflərinin 
qəbul  edilməsinə  mane  oldu.  İngilis  hökuməti  1920-ci  ilin  may 
ayında  İraq,  Fələstin,  Transiordaniya,  Tanqanika,  Toqo  və 
Kamerunun bir hissəsi və Sakit okeanda Nauru adaları üzərində rəsmi 
olaraq  mandat  aldı.  İngiltərənin  dominonları  isə  keçmiş  alman 
müstəmləkələri  olan  Cənub-Qərbi  Afrika,  Samoa  adası  və  Yeni 
Qvineya  adasının  alman  hissəsi  üzərində  mandat  qazandılar. 
Beləliklə,  Böyük  Britaniya  əhalisi  5,5  mln.  nəfər  olan  21  mln.  kv. 
km.-lik alman və 
112 


əhalisi  4  mln.  nəfər  olan  500  min  kv.  km.-lik  türk  ərazilərini  öz 
nəzarətinə keçirdi. 
İngiltərə  Millətlər  Cəmiyyətinin  yaradılmasını  fəal  surətdə 
müdafiə etdi. 
Lloyd  Corc  mandat  sisteminə  imperialist  siyasətin  davam 
etdirilməsi  kimi  deyil,  beynəlxalq  hüquqi  məkanın  mühüm  hissəsi 
kimi  baxırdı.  Mandat  sistemi  öz  suverenliklərini  müstəqil  qorumaq 
iqtidarında  olmayan  ölkələrlə  böyük  dövlətlərin  münasibətini 
tənzimləməli idi. 
Birinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  İngiltərənin 
dominionları  Kanada,  Avstraliya,  Yeni  Zelandiya,  Cənubi  Afrika 
İttifaqı,  Nyufaundlend  və  I921-ci  ildən  İrlandiya  Respublikası  idi. 
Hökumət  onlarla  münasibətləri  yaxşılaşdırmağa  xüsusi  diqqət 
yetirirdi. 
Avropa  ölkələrinə  və  ABŞ-a  münasibətdə  ingilis  hökuməti 
tarazlaşdırılmış xətt yeridirdi. 
İngiltərənin  xarici  siyasətində  Azərbaycan  da  mühüm  yer 
tuturdu.  Dünya  müharibəsi  qurtardıqdan  sonra  20  min  nəfərlik 
müttəfiq  ordu  hissələri  ingilis  generalı  Tomsonun  komandanlığı 
altında  ikinci  dəfə  Azərbaycana  gəldi.  Bundan  əvvəl  general 
Denstervil  başda  olmaqla  ingilis  ordu  hissələri  Bakıda  olmuşdular. 
Lakin Paris sülh konfransının qərarlarına uyğun olaraq onlar ölkədən 
çıxarıldılar. Azərbaycan üzərində mandat İtaliyaya verildi. Paris sülh 
konfransında  Böyük  Britaniya  və  Azərbaycan  Cümhuriyyəti 
nümayəndə heyətləri əlaqələr yaratdılar. Məhz xarici işlər naziri Lord 
Kcrzonun təklifi ilə Antanta Ali Şurası Azərbaycanın müstəqilliyini 
de-fakto tanıdı. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğala 
məruz qaldıqdan sonra Bakıdakı ingilislər sovet hökuməti tərəfindən 
həbs edilsə də azad olundular. 
1922-
 
ci  ilədək  ingilis  hökuməti  Azərbaycana  müəyyən  maraq 
göstərərək müstəqil dövlətin bərpasına tərəfdar çıxdı. 
Xarici  siyasətinin  istiqamətlərindən  biri  müstəmləkələrlə 
münasibətlər idi. L.Corc müstəmləkələrlə iqtisadi əlaqələrin 
113 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə