BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə44/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   40   41   42   43   44   45   46   47   ...   120

çap  edilmiş  “Britaniyanın  sənaye  gələcəyi”  (bu  əsərə  bəzən  “Sarı 
kitab”da deyilir) adlı kitabı oldu. Onlar dövlətin geniş sosial siyasət 
yeritməsinin,  istənilən  forma  və  təzahürləri  ilə  sosializmin  əleyhinə 
çıxaraq  fərdin  azadlığını  və  rəqabəti  irəli  sürürdülər.  Biuna  görə 
dövlət cəmiyyətin inkişafının mexanizmlərini işləyib hazırlamalı, idi. 
Bütün  bunlar  əslində  Keyniz  inqilabı  olub  “yeni  kurs”  mahiyyətini 
daşısa da liberalların proqramı geniş tərəfdar qazanmadı. Seçkilərdə 
mühafizəkarlar  387,  leyboristlər  isə  154  yer  aldılar.  Hökuməti 
mühafizəkarlar  təşkil  etdilər.  Baş  nazir  İngiltərənin  mövqelərinin 
gücləndirilməsi uğrunda siyasəti fəal  müdafiə edən S.Bolduin oldu. 
Hökumətdə xarici işlər naziri vəzifəsini Semuel Xor, maliyyə naziri 
vəzifəsini  isə  Nevil  Çemberlen  tutdular.  Çemberlenin  əvvəlki 
illərdəki sosial mühafizəkarlıq baxışları keçmişdə qaldı. O, əsl toriyə 
çevrildi, daha da təkəbbürlü oldu. Bununla belə, Çemberlen mötədil 
xətt yeridilməsinin tərəfdarı idi. 
Bolduin  hökumətinin  daxili  siyasəti  başlıca  olaraq  ölkə 
iqtisadiyyatının sağlamlaşdırılmasına yönəlmişdi. Hökumətin həyata 
keçirdiyi  geniş  iqtisadi  və  sosial  tədbirlər  nəticəsində  iqtisadiyyat 
sağlamlaşdı.  Sənaye  və  kənd  təsərrüfatında  yüksəliş  əldə  edildi. 
Əmək  məhsuldarlığı  1932-37-ci  illərdə  20%  artdı.  İqtisadi  yüksəliş 
1937-ci  ilədək  davam  etdi.  İşsizliyin  səviyyəsi  aşağı  düşdü.  Əgər 
1934-cü  ildə  ölkədə  işsizlərin  sayı  2  mln.  nəfər  idisə,  1935-37-ci 
illərdə 1,7 mln. nəfər oldu. 
Parlamentin  hələ  1934-cü  ildə  qəbul  etdiyi  işsizlərə  yardım 
verilməsi  haqqında  qanun  uğurla  tətbiq  edildi.  Bolduin  hökuməti 
ölkədə ictimai qayda-qanunu möhkəmləndinnək üçün tədbirlər həyata 
keçirdi.  1935-ci  ildə  qiyam,  1936-cı  ildə  isə  ictimai  qayda-  qanun 
haqqında  qanunlar  qəbul  edildi.  Bununla  belə,  hakimiyyətin  yuxarı 
dairələri  arasında  narazılıqlar  hökm  sürürdü.  1936-cı  ildə  ölkənin 
siyasi  həyatı  qalmaqallarla  müşayiət  olundu.  Həmin  ildə 
soyuqdəymədən vəfat edən kral V Georqun yerinə VIII Eduard kral 
olmalı idi. Lakin duyğusal, əhlikef və subay olan VIII Eduard 
135 


1937-ci  ildə  evləndikdən  sonra  kral  olacağını  bəyan  etdi.  Onun 
sevgilisi  bundan  əvvəl  iki  dəfə  ailə  qunnuş  və  boşanmış  amerikalı 
Uellis Simpson idi. Hökumət kral ailəsinin şərəfi üçün alçaldıcı olan 
bu  nikaha  qarşı  çıxdı.  Bolduin  hökumətin  istefa  verəcəyi  və 
böhranının yaranacağı ilə hədələdi. Yaranmış vəziyyət haqqında VIII 
Eduarda radio ilə nitq söyləməyi qadağan etdi. Onun qarşısına iki şərt 
qoyuldu: ya həmin qadından imtina edib kral taxt-tacına yiyələnsin, 
ya  da  onunla  evlənib  kral  taxt-tacından  imtina  etsin.  U.Çerçil 
gözlənilmədən  kralı  müdafiə  etməyə  başladı.  O  hətta  parlamentdə 
partiyalararası Kral fraksiyası yaratmağa çalışırdı. Lakin VIII Eduard 
başqa cür hərəkət etdi. O, kral taxt-tacından əl çəkdi. Onun əvəzinə 
qardaşı VI Georq kral oldu. Beləliklə, böhran aradan qaldırıldı. Lakin 
monarxiya  böhranının  aradan  qaldırılması  hakimiyyət  dairələrində 
birliyi  bərpa  edə  bilmədi.  Siyasi  həyatın  leytmotivi  Çerçil  və 
Çemberlenin fraksiyaları arasında kəskin mübarizə ilə səciyyələnirdi. 
Partiyadaxili diskussiya parlament səviyyəsinə keçdi. Əsas mübahisə 
xarici siyasət problemləri ətrafında gedirdi. 
Böhrandan  sonra  ölkədə  idarəçilik  sisteminin  daha  da 
təkmilləşdirilməsi işi davam etdirildi. 1937-ci ildə nazirlər haqqında 
qanunun  qəbul  edilməsi  ilə  icra  hakimiyyətinin  səlahiyyətləri  xeyli 
genişləndirildi. Baş nazir üstün hüquqlar aldı. 
Bolduin  hökumətində  Makdonald  da  təmsil  olunmuşdu. 
Nəşriyyat  işləri  naziri  kimi  o,  1937-ci  ildə  Latın  Amerikasında 
səfərdə ikən vəfat etdi. 
Xarici  siyasətdə  Avropa  ölkələri  ilə  münasibətlər  xüsusi  yer 
tuturdu.  İngiltərə  Almaniya  və  İtaliya  ilə  əlaqələrini  sıxlaşdıraraq 
faşizmi  sakitləşdimıək  xəttini  götünnüşdü.  1935-ci  ilin  iyun  ayında 
Almaniya  və  İngiltərə  hökumətləri  hərbi  dəniz  sazişini  imzaladılar. 
Sazişə  görə  Almaniyanın  hərbi  dəniz  donanması  İngiltərə 
donanmasının 35%-i qədər ola bilərdi. 
İyulun 15-də İngiltərə Almaniya, İtaliya və Fransa ilə birlikdə 
Versal sülh müqaviləsində Almaniya üçün nəzərdə tutulan 
136 


məhdudiyyətlərə  yenidən  baxılmasını  mümkün  sayan  Razılıq  və 
əməkdaşlıq paktını imzaladı. 
İtaliya Həbəşistana hücum edərkən İngiltərə hökuməti Millətlər 
Cəmiyyətindən İtaliyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını 
tələb etdi. Lakin bu tələb heç bir nəticə vemıədi. 1935-ci ilin dekabr 
ayında  Semuel  Xor  və  Fransanın  baş  naziri  Laval  Həbəşistanın  bir 
hissəsinin İtaliyaya verilməsini nəzərdə tutan sazişi imzaladılar. 
Hökumət  1936-cı  ildə  yeni  silahlanma  proqramını  qəbul  etdi. 
Həmin  ildə  Böyük  Britaniya  İspaniya  işlərinə  Avropa  dövlətlərinin 
qarışmamasına  dair  sazişin  işlənib  hazırlanmasının  iştirakçısı  oldu. 
İngiltərə Sakit okeanda Yaponiya ilə digər dövlətlər arasında mövcud 
olan  ziddiyyətlərdən  məharətlə  istifadə  edərək  Uzaq  Şərqdə 
yaponların hərəkətlərini şirnikləşdirir və regionda yapon hökumətini 
sabitliyin təminatçısı kimi qəbul edirdi. 
İngiltərənin xarici siyasətində mühüm yerlərdən birini Hindistan 
tuturdu. Milli azadlıq mübarizəsinin genişləndiyi bir vaxtda ingilis və 
hind  ictimai-siyasi  xadimlərinin  nümayəndələri  1935-ci  ildə  yeni 
konstitusiyanı qəti hazırlayaraq qəbul etdirdilər. Hindistan federasiya 
oldu.  Hindistanlıların  iştirakı  ilə  mərkəzi  və  yerli  icraedici  və 
qanunverici orqanlar yaradıldı. Beləliklə, Hindistanda qarşıdurma və 
antiingilis əhval-ruhiyyəsi zəiflədi. 
Nevil Çemberlen hökuməti 
1937-ci ildə Milli hökumətin tərkibində dəyişiklik edildi. Stenli 
Bolduin  istefaya  getdi.  Yeni  baş  nazir  N.Çemberlen  (1869-  1940) 
oldu.  Bolduinin  istefaya  getməsi  onun  təcavüzkarı  sakitləşdirmək 
siyasətinin iflasa uğraması ilə bağlı idi. 1938-ci ildə xarici işlər naziri 
İden və müavini Lord Krenbori də istefaya getdilər. Yeni xarici işlər 
naziri  Halifaks  oldu.  Çemberlen  hökuməti  fəal  daxili  siyasət 
yeritməyə başladı. O, hökumətin içində “daxili 
137 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə