BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə47/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   43   44   45   46   47   48   49   50   ...   120

IV
 
BÖLÜM 
FRANSA 
Birinci dünya müharibəsinin Fransa üçün nəticələri 
Birinci  dünya  müharibəsində  qalib  gəlməsinə  baxmayaraq, 
Fransanın  sosial-iqtsiadi  vəziyyəti  ağır  idi.  Hərbi  əməliyyatların 
gedişində ölkənin insan ehtiyatına güclü zərbə dəydi. 1,3 mln. nəfər 
öldürüldü. 2 mln. 560 min nəfər  yaralandı. İnsan itkisi İngiltərədən 
təxminən 3, ABŞ-dan isə 12 dəfə çox oldu. Uşaq ölümü və kütləvi 
xəstəliklər  artdı.  Fransa  əmək  qabiliyyətli  əhalisinin  11%-ni  itirdi. 
Ölkənin şimal-şərqində yerləşən 10 departamentdə hərbi əməliyyatlar 
getdiyindən nəqliyyat və sənaye dağıdıldı. 6 min km. dəmiryolu, 52 
min km. avtomobil yolu, 550 min ev, 23 minədək sənaye müəssisəsi, 
fabrik, zavod və şaxta sıradan çıxdı. Maliyyə sistemi iflic hala düşdü. 
Müharibə  ölkəyə  təxminən  200  mlrd,  frank  ziyan  vurdu.  Milli 
sərvətin  1/4  hissəsi  itirildi.  Fransız  iqtisadiyyatında  amerikan  və 
ingilis  kapitalının  rolu  artdı.  1920-ci  ildə  ölkənin  ümumi  borcu 
təxminən 300 mlrd, frank idi. Bu məbləğin 40 mlrd, frankını ABŞ-a, 
62  mlrd,  frankını  isə  İngiltərəyə  olan  borc  təşkil  edirdi.  Hərbi 
əməliyyatlar  kənd  təsərrüfatına  da  ağır  zərbə  vurdu.  Əkin  sahələri 
dağıdıldı. Kənd təsərrüfatı məhsulları istehsalı azaldı. 
Osmanlı 
dövlətinin, 
Rusiya 
və 
Avstriya-Macarıstan 
imperiyalarının dağılması nəticəsində Fransanın xaricə kapital ixracı 
40% aşağı düşdü. 
Ağır  sosial-iqtisadi  nəticələrinə  baxmayaraq,  müharibədə 
iqtisadiyyatın bəzi sahələri, xüsusən hərb sənayesi inkişaf etdi. Fransa 
Avropanın  ən  güclü  dövlətlərindən  birinə  çevrildi.  1  mln.  700  min 
əhalinin  yaşadığı  Elzas  və  Lotaringiyanın  qaytarılması,  Saar  daş 
kömür hövzəsindən istifadə edilməsi. Afrikada Toqo və Kamerunun 
bir hissəsinin. Yaxın Şərqdə isə Suriya və Livanın 
144 


alınması  Fransa  iqtisadiyyatının  inkişafına  müsbət  təsir  göstərdi. 
Ölkənin  ümumi  sənaye  potensialı  gücləndi.  Müharibə  qurtardıqdan 
sonra  təsərrüfatın  bərpası  işlərinə  90  mlrd,  frank  vəsait  ayrıldı. 
Maşınqayırma və kimya sənaye sahələri inkişaf etdi. Pejo, Reno və 
Sitroen  maşınqayırma  zavodları  ölkədəki  maşın  istehsalının  2/3-ni 
verirdilər.  Bütün  bunların  nəticəsində  qısa  müddətdə  sənaye 
istehsalının  həcminə  görə  Fransa  dünyada  beşinci  yeri  tutdu. 
İstehsalın  və  kapitalın  təmərküzləşməsi  daha  da  artdı.  İri  trest  və 
konsernlər yarandı. Ölkədə metallurgiya sənayesinə “Komite de Forj” 
konserni rəhbərlik edirdi. Xarici ticarət dövriyyəsi artdı. Üç iri inhisar 
ticarət  donanmasının  62%-nə  nəzarət  edirdi.  Müharibədən  sonra 
Şneyderlər  və  Rotşildlər  ölkə  iqtisadiyyatında  mövqelərini 
möhkəmləndirdilər. Xırda banklar sıradan çıxdı. İri banklar yarandı. 
Ölkənin bank-maliyyə sisteminə üç iri bank - Hind-Çin, Lion və Paris 
bankları nəzarət edirdi. 
Dünya  siyasətinə  təsir  edən,  qüdrətli  hərbi  dövlətə  çevrilən 
Fransa ordusunun texniki təchizatı yaxşılaşdırıldı. Əsgərlərin döyüş 
ruhu yüksəldi. 
Fransa aqrar-sənaye ölkədən sənaye-aqrar ölkəyə çevrildi. Əgər 
müharibəyə  qədər  əhalinin  53%-i  kənddə  yaşayırdısa,  müharibədən 
sonra şəhərə axın çoxaldı. Urbanizasiya gücləndi. 
Müharibədən sonra ölkənin siyasi həyatı. 
Milli blok hakimiyyət başında 
Müharibənin başa çatması Fransanın sosial-siyasi həyatına ciddi 
təsir  etdi.  İlk  illərdə  ölkədəki  siyasi  şəraiti  əsasən  iki  amil 
şərtləndirirdi:  birincisi,  müharibədə  qazanılan  qələbə  ilə  əlaqədar 
olaraq  şovinizm  və  millətçilik  artdı;  ikincisi,  ağır  iqtisadi  şərait 
inqilabi  hərəkat  yaratdı.  Bu  zaman  ölkədə  üç  böyük  siyasi  partiya 
qrupu  fəaliyyət  göstərirdi:  sağ,  mərkəzçi  və  sol  partiyalar.  Bu 
partiyalar 
ölkədə 
siyasi 
qüvvələr 
arasındakı 
nisbəti 
müəyyənləşdirirdilər.  Sağlar  ənənəvi  fransız  cəmiyyətini,  sollar  isə 
yeni  siyasi-  partiya  mədəniyyətini  özlərində  əks  etdirirdilər.  Belə 
vəziyyət 
145 


fransız  cəmiyyətinin  siyasi  strukturunda  qütbləşməni  və 
modernləşməni göstərirdi. 
Paris sülh konfransında fransız hökuməti Avropa məsələlərində 
öz  istəklərinə  çatdı.  Sülh  konfransının  qərarlarına  uyğun  olaraq 
Fransa geniş ərazilər əldə etdi. Zəngin təbii sərvətləri olan Elzas və 
Lotaringiyanı  özünə  qaytardı.  Saar  daş  kömür  şaxtaları  Fransaya 
keçdi,  Saar  vilayəti  isə  15  il  müddətinə  Millətlər  Cəmiyyətinin 
idarəçiliyinə verildi. Bu müddət başa çatdıqdan sonra Saarın taleyi ilə 
bağlı  vilayətdə  referendum  keçirilməli  idi.  Hərbsizləşdirilmiş  zona 
elan  olunan  Reynin  sol  sahili  5  ildən  15  ilədək  Antanta  orduları 
tərəfindən  işğal  edilməli  idi.  Reynin  sağ  sahili  boyunca  50  km.-lik 
sahədəki  ərazi  hərbsizləşdirilmiş  elan  edildi.  Fransa  Toqo  və 
Kamerundakı  alman  müstəmləkələrinin  bir  hissəsini  aldı.  Suriya  və 
Livan  üzərində  Fransa  mandatı  qoyuldu.  Fransa  parlamenti  sülh 
müqaviləsini  372  nəfər  lehinə,  53  nəfər  əleyhinə,  74  nəfər  bitərəf 
olmaqla təsdiq etdi. 
1917-ci  ildən  baş  nazir  olan  J.B.Klemansonun  (1841-1929) 
yeritdiyi  daxili  siyasət  fəal  və  səmərəli  idi.  Müharibə  qurtardıqdan 
sonra  hökumət  kartoçka  sistemini  ləğv  etdi.  Hərbi  qanunlar  aradan 
qaldırıldı.  Əhaliyə  kreditlər  verildi.  İqtisadiyyat  üzərində  dövlət 
nəzarəti zəiflədildi. 1919-cu ilin aprel ayında parlament iqtisadiyyat 
sahəsində iki qanun qəbul etdi. Bu qanunlardan birinə əsasən fabrik və 
zavodlarda 8 saatlıq iş günü rəsmi şəkildə tətbiq olundu. Digər qanuna 
əsasən  həmkarlar  ittifaqlarına  sahibkarlarla  kollektiv  müqavilələr 
bağlamaq hüququ verildi. 
Klemanso  hökuməti  bir  sıra  problemlərlə  üzləşdi.  Başlıca 
problem ölkənin maliyyə sistemində yaranmış çətinliklərlə bağlı idi. 
Dövlət büdcəsinin kəsiri 27 mlrd, frank təşkil edirdi. Digər bir çətinlik 
Fransanın 200 varlı ailəsinin Klemanso hökumətindən narazı qalması 
idi.  Onlar  Klemansonu  Almaniyanı  parçalamamaqda  və  Fransaya 
əlavə  gəlirlər  gətinnəməkdə  təqsirləndirirdilər.  Digər  tərəfdən 
müharibədən sonra əhali arasında müxtəlif sosial-siyasi cərəyanların 
təsiri  artdı.  Fəhlələr  öz  hüquqları  uğrunda  mübarizəni 
gücləndirirdilər. Tətillər çoxalırdı. 1919-cu ildə təxminən 1,2 mln. 
146 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə