BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə45/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   41   42   43   44   45   46   47   48   ...   120

kabinet”  yaratmışdı.  Bütün  hakimiyyət  məsələləri,  demək  olar  ki, 
Çemberlen,  Halifaks,  maliyyə  naziri  Saymon  və  daxili  işlər  naziri 
Semuel  Xor  tərəfindən  həll  edilirdi.  Hökumət  aqrar  bölmənin 
inkişafına  kömək  məqsədi  ilə  əsas  kənd  təsərrüfatı  məhsullarının 
alınmasına təminatlı qiymətlər qoydu. Fermerlər Birlik ölkələrinə öz 
mallarını gömrük rüsumu olmadan satmağa başladılar. 30-cu illərdə 
kənd  təsərrüfatına  kapital  qoyuluşu  artırıldı.  Çemberlen  hökuməti 
1937-ci  ildə  İrlandiya  parlamentinin  qəbul  etdiyi  konstitusiyanı 
bəyəndi. 
Hökumət fəal xarici siyasət həyata keçirirdi. 1937-ci ildə İtaliya 
ilə  İngiltərə  arasında  saziş  bağlandı.  Sazişə  görə  İngiltərə 
Həbəşistanın  İtaliya  tərəfindən  tutulmasını  bəyəndi.  Tərəflər  Aralıq 
dənizi  rayonunda  bir-birilərinin  mənafelərinə  hörmət  edəcəkləri 
barədə qarşılıqlı öhdəlik götürdülər. 1938-ci ildə Çemberlen Romaya 
səfər etdi. Çemberlen hökuməti həmin ilin sentyabr ayında İtaliya və 
Fransa ilə birlikdə Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet 
vilayətini  Almaniyaya  birləşdirməyi  nəzərdə  tutan  Münhen 
sövdələşməsini qəbul etdi. Bunu sülhpərvər addım kimi qələmə verdi. 
O,  Münhen  sövdələşməsini  ingilis  xalqına  "mən  sizə  sülh 
gətirmişəm"  kimi  təqdim  etdi.  İngiltərənin  1939-cu  il  martın  21-də 
SSRİ  və  Fransa  ilə  birlikdə  kollektiv  təhlükəsizliyə  dair  başladığı 
danışıqlar uğursuzluqla nəticələndi. Həmin il martın 31-də İngiltərə 
Polşaya hücum olacağı təqdirdə təcavüzkara qarşı mübarizədə polyak 
hökumətinə yardım göstərəcəyinə təminat verdi. Aprelin 7-də İtaliya 
Albaniyanı  işğal  etdikdə  İngiltərə  eyni  təminatı  Yunanıstana  və 
Rumıniyaya da aid etdi. Hollandiya, İsveçrə və Danimarkaya müvafiq 
təminatlar  təklif  olundu.  Hökumət  Türkiyə  ilə  əməkdaşlığa  dair 
danışıqlara başladı. 
138 


Böyük Britaniya ikinci dünya müharibəsi illərində 
Polşa təcavüzə məruz qaldıqdan sonra alman ordu hissələrinin 
bu ölkənin ərazisindən çıxarılması tələbi rədd olunduqda İngiltərə 
1939-
 
cu il sentyabrın 3-də Almaniyaya müharibə elan etdi. Lakin 
1940-
 
cı  ilin  may  ayınadək  yalnız  passiv  müharibə  apardı.  Bu  isə 
qəribə müharibə adını aldı. İngiltərə ilə eyni vaxtda Yeni Zelandiya, 
Avstraliya, sentyabrın 5 və 8-də isə Kanada və Cənubi Afrika İttifaqı 
Almaniyaya  müharibə  elan  etdilər.  Hindistan  da  Almaniya  ilə 
müharibə  vəziyyətində  olduğunu  bildirdi.  Britaniya  parlamenti 
Hindistanın müdafiəsi haqqında qanun qəbul etdi. Qanuna görə yerli 
hakimiyyətə fövqəladə səlahiyyətlər verildi. Küçə yürüşləri, mitinqlər 
və  düşmən  təbliğatı  qadağan  edildi.  Fövqəladə  səlahiyyətlər  rejimi 
Böyük  Britaniyanın  bütün  müstəmləkə  və  dominionlarına  tətbiq 
olundu.  Lakin  ingilis  rəsmi  dairələri  ölkəni  geniş  miqyaslı  hərbi 
əməliyyatlara  qoşmaqdan  çəkinirdilər.  Müharibənin  başlanması 
ölkənin daxili siyasi həyatına öz təsirini göstərdi. Hakimiyyət başında 
olan  mühafizəkarlar  koalisiyalı  hökumət  qurmağı  təklif  etdilər. 
Leyboristlər və Çemberlen başda olmaqla liberallar qurulan hökumətə 
girməkdən boyun qaçırdılar. Bununla belə, 1939-cu il sentyabrın 8-də 
hər  üç  partiya  siyasi  barışıq  haqqında  sənəd  imzalayaraq  müharibə 
davam  etdiyi  dövrdə  səyləri  birləşdirməyə  dair  öhdəlik  götürdülər. 
Onlar yerli özünüidarə orqanlarına seçki keçirməmək, tərkiblərini isə 
kooptasiya  yolu  ilə  dəyişdirmək  barədə  razılığa  gəldilər.  Müharibə 
dövründə seçkilərdə hər bir partiya icmalar palatasında təmsil olunan 
partiyanın  təmsilçisinin  yerinə  dairələrdə  öz  namizədini  irəli 
sürməmək barədə öhdəlik götürdü. 
Tezliklə sahibkarlarla tred-yunionlar arasında sənaye barışığı da 
imzalandı.  Barışığa  görə  müharibə  dövründə  tətil  və  mitinqlər 
kcçinnək  qadağan  edildi.  Çemberlen  hökumətin  tərkibinə  qatı 
antifaşist olan Uinston Çerçili və Antoni İdeni daxil etdi. 
Danimarka və Norveç təslim edildikdən sonra Böyük Britaniya 
139 


hökumətinin beynəlxalq  nüfuzu xeyli aşağı  düşdü. l940-cı  il mayın 
7-8-də  parlamentdə  müzakirələr  zamanı  Çemberlen  hökuməti  təkcə 
leyboristlər və liberallar deyil, eyni zamanda bir sıra mühafizəkarlar 
tərəfindən  də  kəskin  tənqid  edildi.  Deputatlar  hökuməti  öz 
vəzifələrini yerinə yetirməməkdə təqsirləndirdilər. Hökumətə etimad 
məsələsində liberallar və leyboristlər, mühafizəkarların isə böyük bir 
hissəsi  onun  əleyhinə  səs  verdi.  Nəticədə  1940-cı  il  mayın  10-da 
Çemberlen istefaya getdi. U.Çerçil (1874-1965) yeni hökuməti təşkil 
etdi.  Çerçilin  yaratdığı  hökumət  koalisiyalı  idi.  Onun  tərkibinə  54 
mühafizəkar, 17 leyborist, 4 liberal, 4 milli- liberal, 4 milli-leyborist 
və 8 müstəqil şəxs daxil oldu. Xarici işlər naziri Halifaks, daxili işlər 
naziri leyboristlərin lideri Ettli oldu. Müharibənin aparılmasına dair 
strateji məsələlərin həllini öz üzərinə götürən Çerçil həmçinin bütün 
hakimiyyəti,  generalitetə  və  müharibə  illərində  xarici  əlaqələrə 
nəzarəti  də  əlində  cəmləşdirdi.  Hökumət  koalisiyalı  olsa  da  onda 
aparıcı rolu mühafizəkarlar oynayırdılar. Bütün hakimiyyəti öz əlində 
cəmləşdirən baş nazir Çerçil demək olar ki, avtoritor dövlət idarəçiliyi 
mexanizmini  yaratdı.  Çerçil  hökuməti  təşkil  edən  gün  Almaniya 
orduları  Hollandiya,  Belçika  və  Lüksemburqdan  Fransaya  hücum 
etdilər.  Bu  hücum  ingilis  və  fransız  orduları  üçün  fəlakətli  oldu. 
Parlamentdə 
1940-
 
cı  il  mayın  22-də  müharibənin  aparılmasına  dair  fövqəladə 
qanun qəbul edildi. Hökumət ölkənin iqtisadi həyatı, insan və maddi 
ehtiyatları üzərində nəzarəti əlinə aldı. Qanuna müvafiq olaraq bir sıra 
fəmıanlar verildi. 1940-cı ilin yayında hərbi istehsalı genişləndirmək 
məqsədi ilə tədbirlər həyata keçirildi. 
Hökumət  iqtisadi  fəaliyyəti  tənzimlədi.  İş  günü  12  saata,  iş 
həftəsi isə 7 günə çatdırıldı. İş rejimi ciddiləşdirildi. 
İyunun  l6-da  Fransa  ilə  ittifaq  bağlamağa,  orduları  və 
komandanlığı  birləşdinuəyə  dair  Çerçilin  təklifi  fransız  hökuməti 
tərəfindən  rədd  olundu.  Fransa  təslim  olmaq  aktını  imzaladıqdan 
sonra  İngiltərə  Avropada  yaxın  müttəfiqini  itirdi.  İyunun  23-də 
Fransa ilə əlaqələrini kəsən Britaniya hökuməti iyulun 7-də fransız 
140 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə