BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə41/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

müqavilələrə  yenidən  baxmağı  və  ölkənin  daxili  suverenliyini 
gücləndiiTnək  üçün  təminat  verməyi  təklif  etdi.  Bundan  sonra 
İngiltərə-Çin münasibətlərində yumşalma baş verdi. 
İngiltərə 
ilə 
dominionları 
arasında 
münasibətlərin 
tənzimlənməsi  sahəsində  mühüm  qərarlar  qəbul  olundu.  Dünya 
müharibəsindən  sonra  iqtisadi  cəhətdən  möhkəmlənən,  millətləri 
formalaşan  və  dövlətlərə  çevrilən  dominionlar  xarici  siyasət 
sahəsində  də  hüquqlarının  verilməsini  tələb  edirdilər.  İngilis 
hökuməti həmin tələblərin qarşısında geri çəkildi. Çünki dominionlar 
buna  qədər  müstəqil  olaraq  Versal  sülh  müqaviləsini  imzalayıb 
bərabərhüquqlu  üzv  kimi  Millətlər  Cəmiyyətinə  daxil  olmuşdular. 
1926-cı  ildə  İngiltərə  ilə  dominionların  nümayəndələrinin  İmperiya 
konfransı  keçirildi.  Konfransda  tərəflər  arasında  qarşılıqlı 
münasibətlərin  hüquqi  normaları  işlənib  hazırlandı.  Dominionlar 
daxili  və  xarici  siyasətdə  müstəqillik,  İngiltərə  ilə  bərabərlik 
qazandılar.  Dominionların  istəyi  yerinə  yetirildi.  Bununla  belə, 
dominionlar Britaniya imperiyasının tərkibində qaldılar. İngilis kralı 
eyni zamanda dominionların da kralı oldu. Belə uğurlu siyasi qərarlar 
İngiltərə ilə dominionları arasında iqtisadi münasibətlərin inkişafına 
da  müsbət  təsir  etdi.  Ticarət-iqtisadi  əlaqələr  artıq  daxili  deyil, 
beynəlxalq iqtisadi münasibətlərin tərkib hissəsinə çevrildi. 
İkinci Leyborist hökuməti 
1928-ci  ildə  ölkədə  yeni  seçki  qanunu  qəbul  edildi.  Qanuna 
əsasən qadın və kişilərin hüquqları bərabərləşdirildi. Bununla belə, 3 
aylıq oturaq həyat tərzi, əmlak sahibi olmaq və universitet bitinrıək 
senzi saxlanıldı. İşsizliyə görə yardım alan şəxslərin seçki hüququnun 
məhdudlaşdınimasından imtina edildi. 
Seçki  ərəfəsində Mühafizəkarlar Partiyasında rəhbərlik uğrun- 
da  mübarizə  qızışdı.  Belə  vəziyyət  mühafizəkarların  seçkiqabağı 
cəlbedici proqram irəli sürməsinə mane olurdu. 
Mühafizəkarlardan fərqli olaraq leyboristlər Leyborizm və 
126 


millət  adlı  yeni  proqram  işləyib  hazırladılar.  Proqram  radikal 
islahatlardan  çox  uzaq  idi.  Leyboristlərin  əvvəllər  irəli  sürdükləri 
milliləşdirmə  tələbi  ictimai  korporasiyalar  yaradılması  ideyası  ilə 
əvəz edildi. Nəticədə cəmiyyətdə leyboristlərin nüfuzu xeyli yüksəldi. 
1929-cu  il  mayın  30-da  keçirilən  parlament  seçkilərində 
mühafizəkarlar 
məğlubiyyətə 
uğradılar. 
Leyboristlər 
287, 
mühafizəkarlar  260,  liberallar  isə  59  mandat  əldə  etdilər.  Beləliklə, 
parlamentdə  ilk  dəfə  böyük  fraksiya  yaradan  leyboristlər  təkbaşına 
hökumət qurmaqda digər partiyalara möhtac olmadılar. Leyboristlərin 
lideri  R.Makdonald  1929-cu  il  iyunun  7-də  İkinci  Leyborist 
hökumətini yaratdı. Hökumətdə xarici işlər naziri Henderson, maliyyə 
naziri isə Snouden oldu. 
İkinci  Leyborist  hökumətinin  daxili  siyasəti  başlıca  olaraq 
işsizliyə qarşı mübarizə  proqramının  həyata keçirilməsini, iş  yerləri 
yaratmaq  üçün  köçünuə  siyasətinin  yerinə  yetirilməsini  və  sosial 
sığorta  sisteminin  tətbiqini  nəzərdə  tuturdu.  Hökumət  bu  proqramı 
radikal  addımlar  atmaqla  deyil,  digər  partiyalarla  ümumi  razılığa 
gəlmək  yolu ilə həyata keçinnəyə başladı. Belə yol xeyli uzun olub 
ingilis cəmiyyətində çoxlu mübahisələr yaradırdı. 
Hökumətin daxili siyasəti dünya iqtisadi böhranının və ya böyük 
böhranın  başlanması  ilə  əlaqədar  olaraq  çətinliklərlə  üzləşdi.  Başqa 
ölkələrdən fərqli olaraq dünya iqtisadi böhranı  İngiltərədə bir qədər 
gec,  1930-cu  ildə  başladı.  Bu  böhrandan  İngiltərə  digər  ölkələrə 
nisbətən az ziyan çəkdi. Ölkənin əsasən köhnə sənaye sahələrinə zərər 
dəydi. 1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3%, 
1932-ci  ildə  isə  82,5%  təşkil  etdi.  1929-cu  ilə  müqayisədə  1933-cü 
ildə  kömür  çıxarılması  285  mln.  tondan  208  mln.  tona,  çuqun 
əridilməsi  isə  7,59  mln.  tondan  3,57  mln.  tona  endi.  Toxuculuq 
sənayesində  ağır  vəziyyət  yarandı.  İqtisadiyyata  sərmayə  və  xaricə 
kapital qoyuluşu aşağı düşdü. Böhran nəticəsində xarici ticarət 2 dəfə 
azaldı.  Daxili  ticarət  ziyan  çəkdi.  Ölkənin  beynəlxalq  iqtisadi 
əlaqələri zəiflədi. Lakin ölkə 
127 


iqtisadiyyatının  strukturunda  dəyişikliklər  olmadı.  Vəziyyətdən 
çıxmaqdan ötrü hökumət xarici ticarətdə proteksionizmi gücləndirdi. 
Böhran aqrar sahəyə də zərbə vuraraq çoxlu depressiya rayonları 
yaratdı. Kənd təsərrüfatı məhsulları istehsalı azaldı. Kəndlər boşaldı. 
Əmək qabiliyyətli əhalinin təxminən 25%-i işsizə çevrildi. Əhalinin 
vəziyyəti pisləşdi.  Böhranın  sosial  nəticələrini  yumşaltmağa çalışan 
hökumət  1930-cu  ilin  fevral  ayında  sosial  sığorta  və  işsizliyə  görə 
yardım  verilməsi  haqqında  qanunu  parlamentdən  keçirdi.  Qanun 
işsizliyə görə yardım almaq həddini 15 yaş müəyyənləşdirdi. Bütün 
işsizlərə 12 ay müddətində yardım verilməli idi. 
Böhran ölkənin maliyyə sistemində də yarandı. Hökumət büdcə 
kəsirinin  olduğunu  1931-ci  ildə  rəsmi  olaraq  etiraf  etdi.  Milli 
iqtisadiyyatı  sağlamlaşdırmaqdan  ötrü  təkliflər  hazırlayan  kral 
komissiyası  yaradıldı.  Komissiyanın  sədri  iqtisadçı  C.Mey  oldu. 
Vəziyyəti dərindən araşdıraraq büdcə kəsirinin 120 mln. funt sterlinq 
olduğunu təsbit edən komissiya böhrandan çıxmaqdan ötrü aşağıdakı 
təklifləri  irəli  sürdü:  sərt  iqtisadi  siyasətə  keçmək  zəRiridir;  dövlət 
sosial proqramları genişləndinnəlidir; ictimai iş yerləri açılmalıdır. 
Hökumət böhranın sosial nəticələrini zəiflətmək üçün ictimai iş 
yerləri yaratmaq sistemini tətbiq etdi. Əmək qabiliyyətli əhalinin bir 
qismi böhran rayonlarından köçürüldü. 
Yerli  banklar  qısa  müddətdə  xaricə  1  mlrd,  funt  sterlinq 
dəyərində  qızılı  gizli  çıxararaq  ölkənin  maliyyə  sisteminə  zərbə 
vurduqlarından hökumət bunun qarşısını almaq üçün tədbirlər həyata 
keçirdi. 
Komissiyanın  təklifləri,  xüsusən  xarici  ölkələrdən  kreditlər 
alınması  məsələsi  kəskin  mübahisələr  yaratdı.  Makdonaldın  özü  və 
hökumətinin  yalnız  iki  üzvü  xaricdən  kredit  almağa  razı  oldular. 
Hökumət üzvlərinin çoxu kredit alınmasının əleyhinə çıxdı. Bununla 
belə, hökumət ölkəni düşmüş olduğu vəziyyətdən çıxannaq üçün 
12S 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə