BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə40/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   36   37   38   39   40   41   42   43   ...   120

həyata  keçirilməsi  ləngidi.  Sosial  ziddiyyətlər  daha  da  kəskinləşdi. 
Tətil  hərəkatı  gücləndi.  Xüsusən,  ölkənin  daş  kömür  sənayesində 
böyük  narazılıq  hökm  sürürdü.  Şaxta  sahibləri  daş  kömürün  xarici 
bazarda  rəqabət  qabiliyyətinin  artırılması  və  maya  dəyərinin  aşağı 
salınmasında  maraqlı  idilər.  Amma  onlar  buna  köhnə  şaxta 
avadanlıqlarının  dəyişdirilməsi  ilə  deyil,  fəhlələrin  əmək  haqqının 
azaldılması yolu ilə nail olmaq istəyirdilər. 1925-ci ilin yayında şaxta 
sahibləri iş gününün artırılması və əmək haqqının azaldılması barədə 
şərtləri  mədənçilərə  bildirdilər.  Şərtləri  qəbul  etmədikləri  təqdirdə 
onları  işdən  qovmaqla  hədələdilər.  Lakin  bu  hədələr  heç  bir  nəticə 
vermədi. Mədənçilərin federasiyası şərtləri rədd etdi. Dəmiryolçular, 
nəqliyyatçılar  və  maşınqayıranlar  federasiyanın  qərarını  müdafiə 
etdilər.  Geri  çəkilən  şaxta  sahibləri  güzəştə  getdilər.  Hökumət 
mədənçilərin  əmək  haqqının  əvvəlki  səviyyəsini  saxlamaq  üçün 
mədən sahiblərinə 9 ay müddətində vəsait vennəyi öhdəsinə götürdü. 
Bu, mühüm qələbə olduğundan həmin gün - iyulun 31-i qımıızı cümə 
adını  aldı.  Lakin  münaqi.şə  yenə  də  həll  olunmadı.  Doqquz  aylıq 
müddət başa çatdıqdan sonra, 1926-cı il aprelin 30-da şaxta sahibləri 
lokaut  elan  etdilər.  Onlar  müəssisələri  bağlayıb  fəhlələri  işdən 
qovdular.  Buna  cavab  olaraq  işçilər  lokauta  qarşı  çıxdılar.  Ölkədə 
gərginlik  yarandı.  Problemi  həll  etmək  üçün  hökumət  fövqəladə 
vəziyyət tətbiq etdi. Tred-yu- nionların Ali Şurası İngiltərə tarixində 
ilk dəfə olaraq ümumi tətilə çağırdı. Tətil mayın 4-də başladı. Ölkə 
əhalisinin 18 mln. nəfərinin iştirak etdiyi bu tətilin başlıca tələbi əmək 
haqqının  azaldılmaması  və  iş  gününün  artırılmamasma  təminat 
verilməsi  idi.  Tətilin  gedişində  bəzən  yerli  hakimiyyət  orqanlarının 
funksiyalarını yerinə yetirən komitələr və fəaliyyət şuraları yaradıldı. 
Qarşıdurma yüksək həddə çatdığından hökumət fəhlə çıxışlarını 
yatırmaq  xətti  götürdü.  Təbliğat  və  ştreykbrexerçilik  işə 
salındı.Tred-yunionların  rəhbərləri  olan  D.Tomas,  U.Sitrin  və 
E.Bevin  ümumi  tətili  qanunsuz  elan  edərək  mayın  12-də  onu 
dayandırdılar. Fəhlələr işə qayıtmağa məcbur oldular. Tətil hərəka 


tı  məğlubiyyətə  uğradı.  Əmək  haqqı  azaldıldı.  İş  günü  8  saata 
qaldırıldı. 
Bununla  belə,  hökumət  münaqişələri  yumşaltmaq  məqsədi  ilə 
islahatlar həyata keçirməyə başladı. 1927-ci ildə parlament Sənayedə 
münaqişələr  və  həmkarlar  ittifaqları  haqqında  qanun  qəbul  etdi. 
Qanuna əsasən hökuməti hər hansı fəaliyyətə məcbur etməyə çağıran 
ümumi  tətillər  və  başqasına  hədə  gələn  kütləvi  piketlər  qadağan 
olundu.  Tətil  zamanı  işi  davam  etdirdiklərinə  görə  həmkarlar 
ittifaqlarının  üzvlüyündən  çıxarılan  fəhlələr  vurulan  ziyana  görə 
təzminat  tələb  edə  bilərdilər.  Dövlət  qulluqçuları  siyasi  fəaliyyətlə 
məşğul, fred-yuniyonların konqresinə və Leyborist Partiyasına daxil 
ola bilməzdilər. Onların yalnız xüsusi həmkarlar ittifaqları təşkilatına 
daxil olmaq hüquqları var idi. Qanun həmçinin həmkarlar ittifaqları 
birliklərinin  siyasi  məqsədlər  üçün  nəzərdə  tutulmuş  mailiyə 
fondlarını yaratmasını ciddi şəkildə tənzimləyirdi. 
Həmin ildə sosial sahəyə dair iki qanun qəbul edildi. İşsizliyin 
aşağı  həddi  müəyyənləşdirildi.  Bu  qanunlara  görə  işsizlik  ölkədəki 
əmək  qabiliyyətli  əhalinin  10%-nə  qədər  ola  bilərdi.  Hökumət 
işsizlərə  yardım  sistemini  təkmilləşdirdi.  Əgər  işsiz  həqiqətən  iş 
axtarıb  tapa  bilməzdisə,  ona  yardım  edilirdi.  İşsizlərə  yardım 
göstərilməsi funksiyası yerli özünüidarə orqanlarına verildi. Əvvəllər 
mövcud olan mərkəzləşdirilmiş himayəçilik ləğv edildi. 
İstehsalın səmərəliliyinin artırılması və maddi-texniki bazasının 
modernləşdirilməsi  gücləndirildi.  Qəbul  edilən  qanunların  tətbiqi 
müəssisələrin rentabelli işləməsinə kömək etdi. 
Əməklə  kapital  arasında  ziddiyyətlərin  yumşaldılması  üçün 
tədbirlər  həyata  keçirildi.  Həmkarlar  ittifaqlarının  rəhbərləri  və 
sahibkarlar  1928-ci  ilin  yanvar  ayında  İmperiya  kimya  trestinin 
rəhbəri  Alfred  Mondun  sədrliyi  altında  başlıca  məqsədi  əmək 
münasibətləri  sahəsində  dövlət  siyasətinin  ümumi  prinsiplərini 
işləyib  hazırlamaqdan  ibarət  olan  birləşmiş  hökumət  komissiyası 
yaratdılar.  Tred-yunionların  Ali  Şurası  ilə  məsləhətləşən  komissiya 
əməklə kapitalın barışdınimasının ümumi prinsiplərini hazırlayıb 
124 


hökumətə  təqdim  etdi.  Sənəddə  göstərilirdi  ki,  istehsalın 
səmərəliliyinin  artırılması  fəhlələrin  əlavə  istismarı  sayəsində  ola 
bilməz. 
Hökumət  həmin  ildə  Alfred  Mondun  irəli  sürdüyü  əmək  və 
kapitalın barışdırılmasına, sosial ziddiyyətlərin aradan qaldırılmasına 
və tətillərin baş vemıəsinə qarşı yönəldilən tədbirlər sistemini qəbul 
etdi.  Ölkədə  sosial  ziddiyyətlər  yumşaldıldı.  Bu,  mondizm 
adlandırıldı.  Müəssisə  sahibləri  ilə  işçilər  arasında  münasibətlər 
tənzimləndi. 
Stenli  Bolduin  hökumətinin  xarici  siyasətinin  məqsədi 
İngiltərənin 
beynəlxalq 
siyasi 
və 
maliyyə 
mövqelərini 
möhkəmləndinnək  idi.  İngilis  hökuməti  həmin  mövqeləri  yeni 
metodlarla  qorumağa  çalışırdı.  İngiltərə  xarici  ölkələrə  kapital 
qoyuluşunun  1/4  hissəsini  itirməsinə  baxmayaraq,  hələ  də  ABŞ-la 
yanaşı dünyanın maliyyə liderlərindən biri olaraq qalırdı. 
Xarici  siyasətinin  istiqamətlərindən  biri  beynəlxalq  sahədə 
çoxtərəfli əməkdaşlıq oldu. İngiltərə 1925-ci ildə Lokarno sazişlərini 
imzaladı. Tərksilaha dair proqrama qoşuldu. 
Stenli  Bolduin  hökuməti  1927-ci  il  mayın  27-də  SSRİ  ilə 
diplomatik münasibətləri kəsdi. İngilis hökuməti Avropa siyasətində 
hegemonluğa can ataraq Fransa ilə Almaniya arasında mövcud olan 
ziddiyyətlərdən  məharətlə  istifadə  edirdi.  İngiltərə  İtaliya  ilə 
əməkdaşlığı genişləndirdi. 
Xarici  siyasətdə  ABŞ-la  münasibətlər  xüsusi  yer  tuturdu. 
İngiltərə  bir  tərəfdən  Avropa  və  beynəlxalq  siyasət  məsələlərində 
ABŞ-ın  müttəfiqi, digər  tərəfdən isə ucuz xammal  və əlverişli satış 
bazarları  üstündə  rəqibi  olsa  da  dünya  siyasətində  bu  iki  ölkənin 
əməkdaşlığı və rolu getdikcə güclənirdi. 
İngilis  hökuməti  Çində  öz  mövqelərini  möhkəmləndirmək 
məqsədi  ilə  ölkədə  güclənən  milli  azadlıq  hərəkatına  qarşı  fəal 
mübarizəyə  aparırdı.  1925-ci  il  mayın  30-u  Şanxayda  çinlilərin 
nümayişinin  ingilis  polisi  tərəfindən  atəşə  tutulması  ölkədə 
İngiltərənin siyasətindən olan narazılığı daha da artırdı. Qarşıdurmanı 
zəiflətmək  məqsədi  ilə  1926-cı  ildə  ingilis  hökuməti  Çinə  dair 
beynəlxalq 
125 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə