BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə48/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   44   45   46   47   48   49   50   51   ...   120

nəfər  tətil  etdi.  İnqilabi  əhval-ruhiyyə  ordu  və  donanmaya  da 
yayılırdı. 
Belə  gərgin  sosial-iqtisadi  və  siyasi  şəraitdə  Kommunist 
İnternasionalının  yaradılmasını  alqışlayan  fransız  sosialistləri  xeyli 
fəallaşdılar.  Sosialist  Partiyasının  tərkibindəki  sol  qanada  başçılıq 
edən  “Humanite”nin  direktoru  Marsel  Kaşen  və  Fransa  Sosialist 
Partiyasının  baş  katibi  Lüdovik  Frossar  Komintemlə  danışıqlar 
aparmaq  üçün  Moskvaya  gəldilər.  Onlar  Moskvadan  qayıtdıqdan 
sonra Ko- mintemə qəbulun “21 şərti”ni müzakirə etdilər. Sağlar və 
mərkəzçilər onun əleyhinə çıxdılar. M.Kaşenin təşəbbüsü ilə 1920-ci 
il dekabr ayının sonunda Fransa Sosialist Partiyasının Tur şəhərində 
keçirilən  fövqəladə  qurultayında  Komintemə  daxil  olmaq  barədə 
qəbul  edilən  qərara  sağlar  və  mərkəzçilər  tabe  olmadılar.  FSP 
Komintemin  fransız  bölməsi,  1921-ci  il  yanvarın  1-dən  isə  Fransa 
Kommunist  Partiyası  adlanmağa  başladı.  Moskvanın  himayəsi  ilə 
yaradılan bu partiyada vəziyyət ağır olaraq qalırdı. Partiya daxilində 
müxtəlif  qruplaşmaların  fəaliyyət  göstənnəsi  siyasi  və  təşkilati  işin 
aparılmasına mane olurdu. Partiyanın sosial dayağı zəif idi. 
Kommunistlərin təkidi ilə Ümumi Əmək Konfederasiyasından 
çıxan  şəxslərin  Unitar  Ümumi  Əmək  Konfederasiyası  yaratmaları 
həmkarlar ittifaqlarını parçalayaraq xeyli zəiflətdi. 
1914-cü  ildə  seçilmiş  deputatlar  palatasına  növbəti  seçkilər 
1918-ci ildə keçirilməli idi. Lakin müharibə vəziyyəti ilə bağlı olaraq 
onun  səlahiyyət  müddəti  1919-cu  ilədək  uzadılmışdı.  Bu  müddətdə 
radikal seçki islahatı həyata keçirildi. İslahatın başlıca məqsədi seçki 
hüququnu daha çevik etmək və seçicilərin əhval- ruhiyyəsini nəzərə 
almaq idi. Ölkədə proporsional-mojaritar seçki sistemi tətbiq edildi. 
Yeni  qanuna  görə  departamentlərdə  75  min  əhalidən  1  deputat 
seçilməli idi. Partiya və koalisiyalar isə namizədlərin siyahısını tərtib 
edirdilər.  Seçicilər  bütün  siyahıya  deyil,  konkret  namizədə  səs 
verməli idilər. Səslərin mütləq çoxluğunu qazanan namizəd seçilmiş 
hesab edilirdi. 1919-cu ilin noyabr ayında müharibədən sonra ilk dəfə 
olaraq  deputatlar  palatasına  keçirilən  seçkilər  ərəfəsində  Puankare, 
Milyeran və 
147 


Brian altı sağ və bir neçə liberal partiyanın daxil olduğu Milli blok 
yaratdılar. Milli blokun tərkibinə L.Bartunun respublikaçı demokratik 
sollar,  P.Penlevenin  respublikaçı  sosialistlər,  J.Klemansonun  sol 
respublikaçılar,  R.Puankarenin  Respublikaçı  Demokratik  Partiyası, 
F.De Vadelin Respublika Federasiyası, J.Nulansın Milli Respublikaçı 
Fəaliyyət  Partiyası  və  b.  daxil  oldular.  Milli  blok  seçkiqabağı 
proqramında ölkədə sosial və dini sabitliyi, qayda- qanunu, respublika 
quruluşunu qorumağı, fransız cəmiyyətində həmrəyliyi bərqərar, azad 
edilmiş  rayonları  bərpa  etməyi,  müharibə  əlillərinə  və  keçmiş 
döyüşçülərə  qayğı  göstərməyi  vəd  verdi.  Proqramın  xarici  siyasət 
sahəsində ən mühüm tələbi Versal sülh müqaviləsi şərtlərinin yerinə 
yetirilməsinə nail olmaq idi. 
Seçkilərdə  Milli  blok  437,  radikallar  86,  sosialistlər  isə  68 
mandat qazandılar. Klemanso hökuməti istefaya getdi. Milli blokda 
ilk  hökuməti  bitərəf  A.E.Milyeran  (1859-1943)  təşkil  etdi.  Onun 
hakimiyyəti  illərində  daxili  siyasətdə  bir  sıra  tədbirlər  həyata 
keçirildi.  1920-ci  ildə  noyabrın  11-i  birinci  dünya  müharibəsində 
qələbə  və  həlak  olanların  xatirə  günü  kimi  rəsmi  olaraq  qanu- 
niləşdirildi. 
Xarici  siyasət  sahəsində  Milyeran  hökuməti  Versal  sülh 
müqaviləsinin  şərtlərinin  yerinə  yetirilməsinə  və  yaranmış  sistemin 
qorunmasına  çalışırdı.  1920-ci  ilin  yanvar  ayında  senata  seçkilər 
keçirildi. Seçkiqabağı kampaniyanı uğurla aparan və “alman hər şeyi 
ödəyəcək”  şüarından  istifadə  edən  Milli  blok  və  respublikaçı 
demokratlar  parlamentdəki  yerlərin  2/3  hissəsini  qazanaraq  625 
yerdən  400-nə  sahib  oldular.  Radikalların  və  respublikaçı 
demokratların  daxil  olduğu  bu  blokun  lideri  Raymon  Puankareni 
(1860-1934)  təkcə  geniş  xalq  kütlələri  deyil,  neft  inhisarları  da 
müdafiə  edirdilər.  Ölkədə  Milli  blokun  əleyhdarı  olan  qüvvələr 
əsasən  royalistlər  idi.  Zadəgan  və  yüksək  hərbçilərdən  ibarət  olan 
royalistlər monarxiyanı bərpa etməyə çalışırdılar. Lakin onların sosial 
dayaqları güclü deyildi. 
1920-ci  ilin  yanvar  ayında  Puankarenin  prezidentlik  müddəti 
başa çatdı. Yeni seçkilərdə onun rəqibləri Klemanso və Milyeran 
148 


oldu. Baş nazir işləyən Milyeran sentyabr ayında keçirilən seçkilərdə 
prezident  oldu.  Onun  prezidentlik  müddəti  1920-ci  ilin  sentyabr 
ayından  1924-cü  ilədək  davam  etdi.  Fransada  prezidentin  çox  da 
geniş səlahiyyətləri yox idi. 
Milyeran  prezident  seçildikdən  sonra  1920-ci  ilin  sentyabr 
ayından  1921-ci  ilin  yanvarınadək  baş  nazir  J.Leyq  oldu.  Lakin  o, 
istefaya getdikdə yerinə 1921-ci il yanvarın 16-da Aristid Brian keçdi. 
Brian 1921-ci  ilin  sonuna qədər hakimiyyət  başında oldu.  Hökumət 
daxili  siyasət  sahəsində  geniş  proqram  irəli  sürdü.  Yeni  sənaye 
sahələrinin  yaradılması  üçün  addımlar  atıldı.  Lakin  ölkədə  köhnə 
sənaye  sahələri  zəif  işlədiyindən  məhsul  istehsalı  1913-cü  illə 
müqayisədə 1921-ci ildə 55%, kənd təsərrüfatı məhsulları istehsalı isə 
77% təşkil etdi. Qiymətlər, xüsusilə ərzağın qiyməti qalxdı. Hökumət 
1921-ci  il  yanvarın  20-də  verdiyi  bəyanatındakı  vədlərini  yerinə 
yetirə bilmədi. 
Brian  hökuməti  xarici  siyasət  sahəsində  Kiçik  Antantanın 
yaradılması  işini  başa  çatdırdı.  Fransa  ətrafında  sanitar  dəhlizi 
yaratmaq  işinə  səy  edildi.  Fransız  hökuməti  1921-ci  ildə  Polşa  ilə 
siyasi  pakt  və  hərbi  konvensiya  imzaladı.  1920-21-ci  illərdə 
Çexoslovakiya,  Yuqoslaviya  və  Rumıniyanın  Kiçik  Antantada 
birləşməsinə  kömək  etdi.  1938-ci  ilədək  mövcud  olan  bu  ittifaqın 
məqsədi  Almaniyada  nasizmin,  SSRİ-də  isə  bolşevizmin  qitədə 
güddükləri təcavüzkar niyyətlərin qarşısının  alınmasına  yönəlmişdi. 
1921-ci ilin mart ayında Yaponiya ilə imzalanan məxfi saziş isə Uzaq 
Şərqdə  digər  dövlətlərin  nüfuzunun  artmasının  qarşısını  almaq 
məqsədi  güdürdü.  Brian  hökuməti  Vatikanla  münasibətlərini 
yaxşılaşdırdı.  1921-ci  ilin  dekabr  ayında  Fransa  senatı  Vatikanda 
diplomatik  missiyanın  fəaliyyətinin  bərpa  edilməsi  haqqında  qərarı 
təsdiqlədi. 
1921-ci  ilin  sonlarından  etibarən  Brian  hökumətinin  daxili  və 
xarici  siyasətindən  narazılıq  artdı.  Müxalifət  gücləndi.  Fransanın 
Vaşinqton konfransında uğursuzluğa düçar olması və xarici siyasətdə 
çevik xətt yeridə bilməməsi etirazla qarşılandı. Hökumət böh 
149 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə