BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə51/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   47   48   49   50   51   52   53   54   ...   120

Panavropa planını həyata keçirməyə başladı. Lakin ABŞ və Almaniya 
Fransanın Avropada hegemon rol oynamasına qarşı çıxdıqlarından bu 
planın reallaşdırılması çətinliklərlə üzləşdi. 
1927-ci ildə ölkədə seçki islahatı həyata keçirildi. Parlament iri 
partiya və koalisiyaların seçkidə iştirakını fəallaşdırmaq üçün əvvəlki 
mojaritar sistem bərpa edildi. Yeni seçki qanunu əsasında 
1928-
 
ci  il  aprelin  22-29-da  deputatlar  palatasına  seçkilər  keçirildi. 
Seçkilərdə sağ partiyalar 266 mandat, Sol blok isə 256 mandat aldı. 
Puankare yenidən hökumət təşkil etdi. O, 1928-ci ilin aprel ayından 
1929-
 
cu  ilin  iyulunadək  baş  nazir  vəzifəsində  işlədi.  Hökumətin 
daxili  siyasəti  başlıca  olaraq  iqtisadiyyatın  səmərəliliyinin 
artırılmasına  və  sosial  problemlərin  həllinə  yönəlmişdi.  Puankare 
hökumətinin  həyata  keçirdiyi  tədbirlər  nəticəsində  frank  sabitləşdi, 
sənaye məhsulu istehsalı artdı, əmək məhsuldarlığı yüksəldi, istehsal 
və  kapitalın  təmərküzləşməsi  gücləndi,  xaricə  kapital  ixracı 
genişləndi.  Puankare  hökumətinin  dini  siyasəti,  xüsusən  missioner 
məktəblərin açılmasına icazə verməsi narazılıqla qarşılandı. 
Puankare xəstəliyi ilə əlaqədar olaraq istefaya getdikdən sonra 
yeni baş nazir Aristid Brian oldu. Brian yalnız iyul ayından oktyabr 
ayınadək  bu  vəzifədə  işlədi.  Ondan  sonra  1929-cu  ilin  oktyabr 
ayından - 1931-ci ilədək baş nazir Andre Tardye oldu. Hökumət daxili 
siyasətdə beşillik planın yerinə yetirilməsini irəli sürdü. Bu məqsədlə 
dövlət büdcəsindən 5 mlrd, frank ayrıldı. 
Dünya iqtisadi böhranı başqa ölkələrə nisbətən Fransada bir az 
gec,  1930-cu  ilin  payızında  başlandı.  Böhranın  gec  baş  verməsinin 
əsas səbəbləri son illərdə fransız iqtisadiyyatı üçün əlverişli şəraitin 
mövcudluğu,  frankın  alıcılıq  qabiliyyətinin 
3
diksək  olması  və 
Almaniyadan  alman  təzminatlarla  bağlı  idi.  Buna  baxmayaraq, 
Fransada böhran digər ölkələrə nisbətən dərin oldu. Sənaye istehsalı 
aşağı  düşdü.  İxrac  üçün  işləyən  sənaye  sahələri  zərər  çəkdi.  İpək 
istehsalı azaldı. İqtisadiyyat üzərində dövlət nəzarətinin qurulmasını 
tələb  edən  qüvvələrin  fəaliyyəti  gücləndi.  Orta  təbəqə  müflisləşdi. 
1930-1932-ci illərdə kiçik tacirlərin sayı 100 min nəfər azal- 
156 


dı.  İş  yerləri  bağlandı.  İşsizlərin  sayı  1  mln.  nəfərə  çatdı.  Ölkəni 
işsizlər  hərəkatı  və  aclıq  yürüşləri  bürüdü.  Kəndlilər  torpaq  və 
əmlakdan  məhrum  oldular.  Onların  gəlirləri  aşağı  düşdü.  Fransada 
böhran, sənaye istehsalının aşağı düşməsi 1932-ci ilin ortalarmadək 
davam etdi. Həmin ilin yayından etibarən ölkədə istehsal yaxşılaşdı. 
Lakin az sonra iqtisadi vəziyyət yenidən ağırlaşdı. 1935-ci ildə sənaye 
məhsulunun  ümumi  həcmi  1913-cü  illə  müqayisədə  67,8%-ə  endi. 
Xaricə  kapital  çıxarılması  artdı.  Fransa  dünya  bazarında  öz 
mövqelərini  itirməyə  başladı.  Dünya  ticarətində  ölkənin  payı 
7,7%-dən 5%-ə endi. Ölkədə sosial ziddiyyətlər kəskinləşirdi. 
Bu  zaman  daxili  siyasi  vəziyyət  xeyli  mürəkkəb  idi.  Ölkədə 
xəzinə pullarının yeyilməsi ilə bağlı qalmaqal gücləndi. 1931-ci ilin 
axırlarmda  keçirilən  seçkilərdən  sonra  Tardye  istefaya  çıxdı.  Onun 
yerinə  baş  nazir  Pyer  Laval  oldu.  Tardye  kimi  Laval  da  güclü 
hakimiyyət rejiminin tərəfdan idi. Ümumiyyətlə, 1931-1932-ci illərdə 
Fransada 7 hökumət dəyişildi. Ölkəni hökumət böhranı bürüdü. 
30-cu  illərdə  Fransanın  ictimai-siyasi  həyatında  dövlət 
tənzimlənməsinin  forma  və  məqsədləri  geniş  müzakirə  obyektinə 
çevrilmişdi.  Dövlət  tənzimlənməsi  caricizm  adlandırıldı.  Sərt 
addımlar  ataraq  böhran  əleyhinə  proqramlar  hazırlayan  fransız 
hökumətləri  iri  kapitala  böyük  güzəştlər  verdilər.  Mühafizə  edilən 
bölmə  yaradıldı.  Onlara  vergi  üstünlükləri,  dövlət  sifarişləri  və 
nəqliyyat  tariflərində  güzəştlər  edildi.  Büdcənin  sosial  proqramlara 
ayrılan xərcləri xeyli ixtisara salındı. Amma bu tədbirlər elə də ciddi 
nəticə vermədi. Belə şəraitdə siyasi təşəbbüs yenidən sol partiyalara 
keçdi.  Növbəti  parlament  seçkiləri  ərəfəsində  hakimiyyət  dairələri 
qayda-qanun  və  sabitlik  yaratmağı  vəd  etdilər.  Yeni  seçki  islahatı 
həyata  keçirildi.  Buna  görə  mojaritar  sistem  üzrə  seçkilər  kiçik 
birmandatlı dairədə bir turdan ibarət keçirilməli idi. Nisbi səs çoxluğu 
qazanan namizəd seçilmiş hesab edilirdi. 
157 


Sol blok hökuməti 
Seçki  ərəfəsində sollar  yenidən birlik  yaratdılar.  Onlar strateji 
əhəmiyyətli  sahələrin  və  müəssisələrin  milliləşdirilməsi  hesabına 
dövlət  bölməsini  genişləndirmək,  hərbi  xərcləri  azaltmaq,  vahid 
dövlət sığorta sistemi  yaratmaq, əmək münasibətlərini tənzimləmək 
proqramını irəli sürdülər. 1932-ci ilin may ayında keçirilən seçkilərdə 
sollar  qələbə  çaldılar.  Onlar  368,  radikallar  157,  Fəhlə 
İnternasionalının  fransız  bölməsi  129  mandat  aldı.  Baş  nazir  sol 
partiyaların  dəstəyi  ilə  Eduard  Errio  seçildi.  Sol  blok  hökuməti 
yaradıldı. 1932-1934-cü illərdə ölkədə 5 dəfə hökumət dəyişdi. 
1931-ci ildə Huver moratoriumu qəbul edildikdən sonra Fransa 
Almaniyadan  istədiyi  təzminatı  ala  bilmədi.  Almaniyaya  qarşı 
təbliğat kampaniyası gücləndi. Xarici siyasətin dəyişdirilməsi ölkədə 
fəal  müzakirə  obyektinə  çevrildi.  Fransanın  Hind-Çin,  Mərakeş  və 
Əlcəzairdəki müstəmləkələrində üsyanlar baş verdi. Hökumət 1932-ci 
ilin noyabr ayında SSRİ ilə hücum etməmək haqqında paktı imzaladı. 
İki ölkə arasında qarşılıqlı ticarət əlaqələri genişləndirildi. 
1933-
 
cü ildən 1934-cü il fevralın 7-dək Fransanın baş naziri 
Eduard Daladye oldu. Bu dövrdə ölkə prezidenti Şari Lebren idi. 
Almaniyada  nasional-sosializm  hakimiyyət  başına  gəldikdən 
sonra  Fransada  da  faşist  təşkilatları  gücləndi.  Ölkədə  millətçi 
qrupların  və  faşist  təşkilatlarının  güclənməsinin  başlıca  səbəbi 
Almaniyadan gələn təhlükə ilə bağlı idi. Almaniya xarici siyasətinin 
məqsədləri  Fransa  cəmiyyətini  qorxuya  salmışdı.  Fransız  faşist 
təşkilatlarının əsas məqsədi ölkədə parlament quruluşunu ləğv etmək 
və  diktatura  yaratmaq  idi.  1934-cü  il  fevralın  6-da  Parisdə  faşist 
qiyamı baş verdi. 20 min faşist küçələrə çıxaraq rüşvətxor məmurların 
və  deputatlar  palatasının  qovulmasını  tələb  etdilər.  Aksen  fransez, 
Feso,  Mübariz  xaçlar.  Kral  cəngavərləri  və  Vətənpərvər  gənclər 
təşkilatları xüsusilə fəal idilər. Polis qiyamçıları darmadağın edərək 
ölkədə faşist təhlükəsinin qarşısını aldı. Faşistlərin hərəkətinə 
158 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə