BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə49/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   45   46   47   48   49   50   51   52   ...   120

ranı yarandı. Brian istefaya getdi, 1922-ci il yanvarın 15-dən 1924- cü 
il  iyulun  1-dək  Fransanın  baş  naziri  Raymon  Puankare  oldu.  Onun 
başlıca  vəzifəsi  sənayenin  bərpasını  başa  çatdınnaq,  iqtisadiyyatı 
inkişaf etimıək və liberallaşdırmaq, təbii bazar mexanizmlərini bərpa 
etmək  idi.  Hökumət  iqtisadiyyatın  dövlət  tənzimlənməsini  ləğv 
etməyə  başladı.  İri  inhisarlara  güzəştlər  verildi.  Puankare  hökuməti 
daxili siyasətində şovinist meylləri gücləndirdi. 
Xarici  siyasətdə  hökumətin  başlıca  məqsədi  Avropada 
Fransanın  hegemonluğunu  təmin  etmək  idi.  Bundan  ötrü  fransız 
hökuməti  hətta  qətiyyətli  addımlar  atdı.  Amma  fransızların 
iddialarına  qarşı  ABŞ  və  Almaniya  qəti  etiraz  etdiklərindən 
hegemonluq istəyini həyata keçimıək o qədər də asan deyildi. 
Genuya  konfransında  Fransa  borclar  məsələsindən  öz  xeyrinə 
istifadə  etməyə  çalışırdı.  Almaniyanın  təzminat  ödəməsini 
yubatmasını  bəhanə  edən  Fransa  və  Belçika  ordulannı  yeridərək 
1923-cü  il  yanvarın  11-də  Ruru  və  Reyn  vilayətini  tutdu.  Fransa 
həmin  ərazidə  separatçılıq  hərəkatını  açıq  şəkildə  müdafiə  edərək 
Reyn  Respublikasının  yaradılmasına  kömək  göstərdi.  Lakin  Rurun 
işğalı  ilə  Fransa  öz  istəyinə  çata  bilmədi.  Fransız  iqtisadiyyatı  ağır 
vəziyyətə  düşdü.  Ölkənin  maliyyə  sistemi  pozuldu.  İki  ay  ərzində 
frankın dəyəri iki dəfə aşağı düşdü. Yaranmış böhrandan çıxmaq üçün 
ABŞ və İngiltərə Fransaya təzyiqlər etdilər. Rur avantürası boşa çıxdı. 
Belə vəziyyət 1923-cü ildə hökumət böhranı yaratdığından Milli blok 
istefaya  getməyə  məcbur  oldu.  Ölkədə  siyasi  partiyaların  yeni 
blokları yaranmağa başladı. 
Puankare hökumətinin xarici siyasətində Azərbaycan da mühüm 
yer tuturdu. O, baş nazir seçilərkən parlamentdə etdiyi məruzəsində 
Fransanın  əlaqələr  saxlamasını  zəruri  saydığı  ölkələrdən  biri  kimi 
Azərbaycanı da qeyd etmişdi. Puankare Azərbaycanla neft sayəsində 
əməkdaşlıq  qurmaq  tərəfdarı  idi.  Fransanın  Azərbaycanda  bolşevik 
rejimini  devirib  milli  hökuməti  bərpa  etmək  və  əməkdaşlıq  qunnaq 
planları mövcud olsa da onu reallaşdırmaq mümkün 
150 


olmadı. Aprel işğalı nəticəsində dövlət müstəqilliyi itirildikdən sonra 
Fransada  yaşamağa  məcbur  olan  Azərbaycan  nümayəndə  heyətinə 
fransız hökuməti yardımlar edirdi. 
Sol blok hökuməti 
Radikal sosialistlər 1923-cü ildə Milli blokdan ayrıldılar. Seçki 
ərəfəsində, 1924-cü ildə onlar sosialistlər və respublikaçılarla birlikdə 
Sol blok yaratdılar. Bu blok seçkiqabağı kampaniyada ümumi siyasi 
amnistiya verilməsi, 8 saatlıq iş gününə əməl edilməsi, kapital üzərinə 
vergi qoymaqla ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və b. 
vədləri verdi. Mayın 11-də keçirilən parlament seçkilərində Sol blok 
287, sağ partiyalar 125, kommunistlər isə 26 mandat qazandılar. Sol 
blok  qələbə  qazandıqdan  dərhal  sonra  iyunun  1-də  deputatlar 
palatasının  sol  qrupları  Milyera-  nın  prezident  kreslosundan  əl 
çəkməyəcəyi  təqdirdə  hökumət  təşkil  etməyəcəklərini  bildirdilər. 
Belə olduqda sağlar və digər partiyalar Fransua Marşal başda olmaqla 
koalisiyalı hökumət yaratdılar. Lakin deputatlar palatası bu hökuməti 
təsdiq etmədi. Düşmüş olduğu ağır vəziyyətdə Milyeran iyunun 11-də 
konstitusiyaya  uyğun  olaraq  istefaya  getdi.  İyunun  13-də  Qaston 
Dumerq  Fransa  Milli  Məclisində  respublika  prezidenti  seçildi. 
Radikal-sosialist  Eduard  Errio  (1872-  1957)  baş  nazir  oldu.  O, 
1925-ci  ilin  aprel  ayınadək  baş  nazir  vəzifəsində  işlədi.  Zabit 
ailəsində  anadan  olmuş,  tarix-filologiya  fakültəsini  bitirmiş,  ziyalı, 
demokrat  və  pasifist  olan  Eduard  Errio  buna  qədər  Lion  şəhərinin 
meri  və  deputatlar  palatasının  sədri  vəzifələrində  işləmişdi.  Yeni 
hökumətdə  18  nazir  vəzifəsindən  13-  nü  radikal-sosialistlər,  5-ni 
respublikaçı sosialistlər tutdu. 
Errio daxili və xarici siyasətdə prinsipial dəyişikliklər dövrünün 
başlandığını  bəyan  etdi.  Onun  hakimiyyətə  gəlməsi  ilə  daxili 
siyasətdə bir sıra dəyişikliklər oldu. İlk növbədə ölkə iqtisadiyyatında 
sabitləşmə  baş  verdi.  Fransada  sabitləşmənin  bir  sıra  özünəməxsus 
cəhətləri var idi. Ölkə iqtisadiyyatında möhtəşəm 
151 


irəliləyiş əldə edildi. Metallurgiya, maşınqayırma, aviasiya və kimya 
sənaye sahələrinin sürətlə inkişaf etdiyi l924-1928-ci illərdə sənaye 
istehsalı ildə 5% artmışdı. Bu cəhətdən Fransa yalnız ABŞ- dan geri 
qalırdı. 
İqtisadi inkişafın və siyasi sabitləşmənin bir sıra səbəbləri var 
idi.  Ölkə  Elzas,  Lotaringiya  və  Saar  daş  kömür  hövzələrini  əlinə 
keçirmiş,  Almaniyadan  8  mln.  frank  təzminat  almışdı.  Hökumət 
sosial  ziddiyyətləri  aradan  qaldırılmaq  və  əməklə  kapital  arasında 
barışıq  üçün  geniş  proqramlar  həyata  keçirdi.  Yeni  müharibənin 
başlamasını  istəməyən  xalq  əsas  diqqətini  quruculuğa  verdi.  Bütün 
bunlar fransız iqtisadiyyatının inkişafında başlıca rol oynadı. 
Bu  irəliləyişlərə  baxmayaraq,  ölkə  iqtisadiyyatının  bir  sıra, 
xüsusən köhnə sahələri hələ də geri qalırdı. Kağız, dəri və pambıq- 
parça  sənayesini  maliyyə  çatışmazlığı  ucbatından  yenidən  qurmaq 
çətin  idi.  Fransız  maliyyə  kapitalı  istehsala  sərmayə  qoymaqda 
ləngiyirdi.  Ölkənin  kənd  təsərrüfatında  problemlər  qalırdı. 
İqtisadiyyat üzərində dövlət inhisarı və nəzarət hələ də saxlanılırdı. 
İqtisadiyyatı  gerilikdən  çıxarmaqdan  ötrü  Ali  İqtisadi  Şura  və 
Ali  Dəmiryol  Şurası  yaradıldı.  Maliyyə  sisteminin  sağ- 
lamlaşdırılmasına başlandı. Milli Kredit bankının yaradılması ölkənin 
iqtisadi  inkişafında  başlıca  rol  oynadı.  Fransanın  aqrar-sənaye 
ölkədən sənaye-aqrar ölkəsinə çevrilməsində ölkədə şəhər əhalisinin 
kənd  əhalisinə  nisbətinin  artaraq  51%-ə  çatması  da  təsir  etdi. 
Hökumətin  daxili  siyasətində  mənzil  tikintisinə  xüsusi  diqqət 
yetirildi. Bu məqsədlə 300 mln. frank vəsait ayrıldı. 
Sol  blok  hökuməti  siyasi  və  hüquqi  sahədə  bir  sıra  tədbirlər 
həyata  keçirdi.  1924-cü  ilin  dekabr  ayında  siyasi  məhbuslara 
amnistiya  verildi.  Qadınlar  bələdiyyə  və  kontonlarda  iştirak  etmək 
hüququ  qazandılar.  Bu  tədbirlər  cəmiyyətdə  müsbət  qarşılansa  da 
iqtisadi problemlər həll olunmamış qalırdı. 
Kapital üzərinə vergi qoyulması haqqında qanun layihəsi 
1925-
 
ci  il  aprelin  11-də  senat  tərəfindən  rədd  edildikdə  Errio 
kabineti istefaya getdi.  Beləliklə, Errio “qızıl divan” başı ilə sındıra 
bilmədi. 
152 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə