BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə50/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   46   47   48   49   50   51   52   53   ...   120

Aprelin  17-də  Pol  Penlevenin  başçılığı  ilə  yeni  hökumət 
yaradıldı. Lakin bu hökumət də daxili siyasətdə uğur qazana bilmədi. 
Pambıq-parça, yun və b. yüngül sənaye sahələrində vəziyyət ağır idi. 
Belə şəraitdə iri inhisarların yaradılması gücləndi. 
Sol  blok  hökumətlərinin  xarici  siyasətinin  başlıca  məqsədi 
Avropada 
hegemonluğa 
nail 
olmaq, 
müstəmləkələrdə 
möhkəmlənmək  və  nüfuz  dairəsi  qazanmaq  idi.  Bu  hökumətlər 
Almaniyaya münasibətdə sərt xətt yeritməkdən imtina etdilər. Fransız 
diplomatiyasının  bu  istiqamətdəki  fəaliyyət  metodları  dəyişdirildi. 
Baş  nazir  seçildikdən  dərhal  sonra  Errio  İngiltərəyə,  sonra  isə 
Belçikaya səfər etdi. Errio hökuməti ABŞ və İngiltərə ilə razılaşaraq 
Daues planını və Lokarno sazişlərim qəbul etdi. Sol blok hökuməti bir 
il  müddətində  fransız  ordu  hissələrini  Rurdan  çıxardı.  Lokarno 
sazişlərini  imzalamaqla  Fransanın  Avropadakı  mövqeləri  bir  qədər 
zəiflədi.  Sazişlərin  yerinə  yetirilməsinin  təminatçıları  İngiltərə  və 
İtaliya  oldu.  Lakin  Reyn  təminat  paktından  sonra  da  ingilis-fransız 
ziddiyyətləri səngimədi. 
Fransanın  xarici  siyasətində  Millətlər  Cəmiyyətində  iştirak 
etmək  xüsusi  yer  tuturdu.  Fransız  diplomatiyası  Millətlər 
Cəmiyyətinin köməyi ilə Avropada Fransanın nüfuzunu bərpa etməyə 
çalışırdı.  1924-cü  ildə  Errionun  təklifi  ilə  Millətlər  Cəmiyyəti 
Beynəlxalq  münaqişələrin  tənzimlənməsi  haqqında  protokolu  qəbul 
etdi. 
Sülh  siyasəti  yeridən  Errio  hökuməti  SSRİ  ilə  münasibətlərə 
diqqət yetirərək 1924-cü il oktyabrın 28-də diplomatik münasibətlər 
qurdu. 
Fransa  xarici  siyasətində  hər  vasitə  ilə  müstəmləkələrdə 
möhkəmlənməyə çalışırdı. 1925-ci ildə Sol blok hökuməti Mərakeşdə 
rif  tayfalarına  qarşı  hərbi  əməliyyatlar  keçirərək  Əbdülkərimin 
başçılığı altında “Ya azadlıq, ya ölüm” şüarı ilə aparılan üsyana zərbə 
endirdi.  Fransa  hərbçiləri  eyni  zamanda  Suriyada  druz  tayfalarına 
qarşı  aparılan  hərbi  əməliyyatlarda  da  iştirak  etdilər.  Müharibələr 
dövlət büdcəsinə böyük ziyan vurdu. Frankın alıcılıq qabiliyyəti aşağı 
düşdü. 
153 


Sol  blok  hökumətlərinin  xarici  siyasətində  Türkiyə  də 
özünəməxsus yer tuturdu. Hərbi müdaxilənin uğursuz olacağını başa 
düşən  fransızlar  Türkiyə  ilə  yaxınlaşıb  barışıq  imzaladılar.  Yaxın 
Şərqdə bir sıra iqtisadi problemlərini həll etdilər. 
Xalq  Sol  blok  hökumətlərinin  daxili  və  xarici  siyasətindən 
narazı idi. İri sənayeçilər öz kapitallarını xəlvəti olaraq ölkədən xaricə 
çıxarırdılar.  Xaricə  kapital  çıxarılması  əgər  1924-25-ci  illərdə  10 
mlrd, frank idisə, 1926-cı ildə bu məbləğ 17 mlrd, franka çatmışdı. 
1925-ci  ilin  sonu  -  1926-cı  ilin  birinci  yarısında  ölkədə  daxili 
siyasi  mübarizə  gücləndi.  Penleve  1926-cı  ilin  iyul  ayında  istefaya 
getdi.  Yeni  hökuməti  Aristid  Brian  təşkil  etdi.  Lakin  o  da  tezliklə 
istefa  verdikdən  sonra  prezident  hökumət  təşkil  etməyi  yenidən 
Eduard  Errioya  tapşırdı.  Ancaq  parlament  bu  hökumətə  etimad 
göstərmədi. Ölkədə hökumət böhranı yarandı. 
Milli birlik hökuməti 
Parlamentdə  uzun  müzakirələrdən  sonra  yeni  koalisiyah 
hökumət yaradıldı. Bu hökumət Milli birlik adlandırıldı. 
Milli  birlik  hökuməti  1926-cı  ilin  iyul  ayından  1928-ci  ilədək 
hakimiyyətdə  oldu.  Onun  tərkibinə  respublikaçı  sosialistlərin  və 
radikalların nümayəndələri daxil edildilər. Hökumətin başında fransız 
və  beynəlxalq  işgüzar  dairələrinin  müdafiə  etdiyi  Puankare  durdu. 
Errio, Brian və Penleve də bu hökumətə daxil edildilər. Daxili siyasət 
sahəsində hökumətin qarşısında duran başlıca vəzifə ölkədə maliyyə 
sabitliyini  təmin  etmək  idi.  Məqsədə  nail  olmaqdan  ötrü  maliyyə 
ekspertlərindən  ibarət  komitə  yaradıldı.  Qısa  müddətdə  iri  kapital 
üzərinə qoyulan vergi ləğv edildi. 1926-cı ilin dekabr ayında maliyyə 
islahatı  həyata  keçirildi.  Frank  devalvasiya  edilərək  müharibədən 
əvvəlki  alıcılıq  qabiliyyətinə  yaxınlaşdırıldı.  Müharibə  vaxtı 
buraxılan istiqrazların dəyəri ödənildi. Frank sabitləşdirildi. Ölkənin 
maliyyə sistemi sağlamlaşdırıldı. Puankare frankın xilasedicisi adını 
aldı. Maliyyə sisteminin sabitləşməsi və 
154 


inkişafında ABŞ və İngiltərədən alınan kreditlər mühüm rol oynadı. 
1926-
 
1932-ci  illərdə  ölkənin  qızıl  ehtiyatı  18  mlrd,  frankdan  83 
mlrd, franka çatdırıldı. Kredit sistemi möhkəmləndirildi. 
1927-
 
ci ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlki 
dövrlə müqayisədə 3 dəfə artdı. Polad əridilməsinə görə ölkə 1913- cü 
il  səviyyəsinə  1928-ci  ildə  gəlib  çatdı.  Bütövlükdə,  ölkədə  sənaye 
məhsulu  istehsalı  müharibədən  əvvəlki  səviyyəyə  yetişdi.  Fransa 
ümumi  sənaye  məhsulu  istehsalı  sahəsində  Almaniya  və  İngiltərəni 
ötüb keçərək ABŞ-dan sonra ikinei yeri tutdu. Bununla belə, fransız 
sənayesi texniki cəhətdən hələ də geri qalırdı. Hökumət hərbi aviasiya 
sənayesini yenidən qurdu. Müstəmləkələrə kapital qoyuluşu 10%-dən 
20%-dək  artdı.  Fransanın  xarici  ticarətində  müstəmləkələrin  xüsusi 
çəkisi çoxaldı. Müstəmləkələrin payı ixracatda 28%-ə, idxalatda isə 
24%-ə çatdı. Fransaya xaricdən xeyli ucuz işçi qüvvəsi gəldi. 
Hökumət sosial sahədə mühüm tədbirlər həyata keçirdi. 1926- cı 
ildə  qocalığa  və  əlilliyə  pensiya,  işsizliyə  görə  yardım  verilməsi 
haqqında qanunlar qəbul edildi. 
Milli  birlik  hökuməti  zamanında  ölkədə  şovinizm  meylləri 
gücləndi.  Faşist  təşkilatları  xeyli  fəallaşdı.  Vətənpərvər  gənclər 
cəmiyyəti,  1927-ci  ildə  isə  Odlu  xaçlar  faşist  təşkilatları  yaradıldı. 
Ölkədə antialman əhval-ruhiyyəsi gücləndi. 
Milli  birlik  hökumətinin  xarici  siyasəti  Avropada  Fransanın 
hegemon  rolunun  möhkəmləndirilməsinə  yönəlmişdi.  1927-ci  il 
aprelin  6-da  ABŞ-ın  birinci  dünya  müharibəsinə  gimıəsinin  onuncu 
ildönümü  münasibəti  ilə  Brian  ABŞ-la  ikitərəfli  münasibətlərdə 
müharibələrdən imtina olunması haqqında təklif irəli sürdü. ABŞ- ın 
bəyəndiyi, lakin təkcə Fransa ilə deyil, digər dövlətlərlə də çoxtərəfli 
əsasda imzalanmasını təklif etdiyi bu sənəd Brian-Kelloq paktı adını 
aldı. 1928-ci il avqustun 27-də Parisdə İngiltərə, Belçika, Almaniya, 
İtaliya,  Polşa,  Fransa,  Çexoslovakiya  və  Yaponiya  bu  paktı 
imzalayaraq  milli  siyasətdə  müharibələrdən  imtina  etmək  və 
mübahisəli məsələləri dinc yolla həll etmək barədə qarşılıqlı öhdəlik 
götürdülər. Beləliklə, Fransa özünün 
155 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə