BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə52/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

cavab  olaraq  fevralın  9-da  Parisdə  50  min  nəfərin  iştirak  etdiyi 
antifaşist nümayişi, fevralın 12-də isə bütün ölkədə faşizm əleyhinə və 
respublikanın müdafiəsi məqsədi ilə möhtəşəm mitinqlər keçirildi. Bu 
mitinqlərdə  təxminən  4,5  mln.  nəfər  iştirak  etdi.  Müxtəlif  siyasi 
qüvvələrin  iştirak  etdiyi  mitinqlər  faşizm  əleyhinə  Xalq  Cəbhəsinin 
yaradılması üçün əlverişli şəraitin yetişdiyini göstərirdi. 
Digər  ölkələrdən  fərqli  olaraq  Fransada  faşizmin  bir  sıra 
özünəməxsus  cəhətləri  var  idi.  Fransız  faşizmi  siyasi  cəhətdən  pə- 
rakəndə və zəif idi. İdeya boşluğu hökm sürürdü. Hərəkatın başında 
parlaq şəxsiyyət durmurdu. Fransız faşizmi bir qrup varlı təbəqələrə 
və millətçi qüvvələrə arxalanırdı. Faşizmin ölkədə dərin tarixi kökləri 
mövcud  deyildi.  Fransa  cəmiyyətinin  faşistləş-  dirilməsi  yalnız 
hakimiyyət  tərəfindən  həyata  keçirilə  bilərdi.  Lakin  rəsmi  dairələr 
ölkədə faşizmin intişar tapmasında maraqlı deyildilər. 
Milli birlik hökuməti 
1934-
 
cü ilin fevral ayından oktyabrmadək ölkənin baş naziri 
Q.Dumerq oldu. O, 34 nazirdən ibarət Milli birlik hökuməti yaratsa da 
qısa  müddətdən  sonra  istefaya  getməyə  məcbur  oldu.  Dumerqin 
yerinə  baş  nazir  əvvəlki  kabinetlərdə  müxtəlif  vəzifələrdə  işləmiş 
Pycr  Etyen  Flanden  oldu.  1934-1936-cı  illərdə  Fransada  5  hökumət 
dəyişildi. 
Bu zaman Fransanın xarici siyasəti xeyli fəallaşmışdı. Almaniya 
təhlükəsinə  qarşı  yeni  müttəfiqlər  axtarışı  gücləndi.  Fransa  Şərq 
Lokarnosu  ideyasını  irəli  sürdü.  Bu  ideyaya  görə  Fransa,  SSRİ  və 
Kiçik  Antanta  dövlətləri  müqavilələr  imzalayaraq  kollektiv 
təhlükəsizlik  sistemi  yaratmalı  idilər.  İdeyanın  həyata  keçirilməsi 
məqsədilə  Fransa  1934-cü  il  aprelin  17-də  Böyük  Britaniya 
hökumətinə  müraciət  edərək  Reyn  təminat  paktının  digər  Avropa 
dövlətləri  ilə  imzalanmasının  zəruriliyini  göstərdi.  1934-cü  ilin 
yazında  Fransanın  xarici  işlər  naziri  Lui  Bartu  bir  sıra  Mərkəzi  və 
Cənub-Şərqi Avropa ölkələrinə səfər etdi. Səfərlərdə başlıca 
159 


məqsəd  Avropada  kollektiv  təhlükəsizlik  sistemi  yaratmağa  nail 
olmaq idi. Lakin bu sistemi yaratmaqdan ötrü çoxlu problemləri həll 
etmək lazım gəlirdi. Oktyabrın 9-da Yuqoslaviya kralı I Aleksandrın 
Marseldə qarşılanma mərasimində Bartu xorvat  millətçi təşkilatının 
üzvləri  tərəfindən  öldürüldü  (I  Aleksandrın  Marseldə  qarşılanması 
əbəs deyildi. Birinci dünya müharibəsi illərində fransız ordu hissələri 
Marsel  limanından  Serbistana  köməyə  getmişdilər.)  Bu  qətl  fransız 
cəmiyyətini hərəkətə gətirdi. 
Bundan sonra Fransanın xarici işlər naziri olan Laval SSRİ ilə 
yaxınlaşmaq  ideyasına  ehtiyatlı  münasibət  göstərdi.  1934-cü  il 
dekabrın  5-də  fransız-sovet  sazişi  imzalandı.  Sazişə  görə  tərəflər 
Şərqi Avropa təminat paktının hazırlanması əleyhinə olan hər hansı 
diplomatik  addımlardan  imtina  edirdilər.  1935-ci  ilin  may  ayında 
SSRİ  ilə  Fransa  arasında  qarşılıqlı  yardım  haqqında  müqavilə 
imzalandı. Müqaviləyə görə tərəflərdən birinə üçüncü dövlət hücum 
edərdisə, digər tərəf ona yardım etməli idi. Amma bu müqavilə hərbi 
konvensiya ilə möhkəmləndirilmədi. 
Laval faşist rejiminin mövcud olmasına baxmayaraq, İtaliya ilə 
yaxınlaşmağın tərəfdarı idi. Bu məqsədlə edilən səylər öz nəticəsini 
verdi. 1934-cü ilin fevral ayında Romada Fransa, İtaliya, Avstriya və 
Macarıstan  arasında  təminat  protokolları  imzalandı.  Fransanın  fəal 
hərəkətləri  Avropada  Almaniyanın  planlarının  həyata  keçirilməsini 
müəyyən  qədər  yubatdı.  Fransız  hökuməti  eyni  zamanda  İtaliyanın 
Həbəşistana  qarşı  hərəkətlərini  də  bəyəndi.  Belə  olduqda  Böyük 
Britaniya  Fransa  əleyhinə  təbliğata  başladı.  Təzyiq  nəticəsində 
Fransa-İtaliya müttəfiqliyinin qarşısı alındı. Fransa Böyük Britaniya 
ilə  yaxınlaşdı.  Ziddiyyətlərə  baxmayaraq,  nasional-sosializmin 
Almaniyada  hakimiyyətə  gəldiyi  ilk  illərdə  fransız-alman 
münasibətləri o dərəcədə də kəskin deyildi. 1935-ci ilin aprel ayında 
Fransanın  təşəbbüsü  ilə  keçirilən  Almaniyanın  Versal  sülh 
müqaviləsinin  şərtlərini  pozmasına  həsr  edilmiş  konfrans  istənilən 
nəticəni  vermədi.  1935-ci  ilin  iyun  ayından  1936-cı  ilədək  fransız 
hökumətinə Laval başçılıq etdi. 
160 


Xalq Cobhəsi hökumoti 
Faşist  qiyamı  yatırıldıqdan  sonra  ölkodə  sol  qüvvələrin 
birləşdirilməsi  zəruriliyi  ortaya  çıxdı.  1934-cü  il  iyulun  27-də 
Sosialist  və  Kommunist  partiyaları  faşizmə,  müharibə  təhlükəsinə 
qarşı  birgə  mübarizə  aparmaq  haqqında  pakt  imzalayaraq  birgə 
fəaliyyət göstəmıək məqsədilə Əlaqələndirmə Komitəsi yaratdılar. 
1935-
 
ci  il  iyulun  14-də  Bastiliyanın  alınmasının  ildönümü 
münasibətilə  Parisdə  yarım  milyondan  çox  adamın  iştirak  etdiyi 
möhtəşəm  nümayiş  oldu.  Faşizmə  qarşı  şüarlar  söyləyən 
nümayişçiləri və siyasi partiyaları küçələrə çıxan xalq da dəstəklədi. 
Beləliklə, Xalq Cəbhəsinin əsası qoyuldu. Ölkənin 48 təşkilatı Xalq 
Cəbhəsində  birləşdi.  1936-cı  ilin  yanvar  ayında  elan  edilən  Xalq 
Cəbhəsinin  proqramında  siyasi-iqtisadi  və  digər  tələblər  var  idi. 
Proqramda  nəzərdə  tutulan  siyasi  tələblər  əsasən  aşağıdakılardan 
ibarət  idi:  faşist  təşkilatlarını  buraxmaq;  terrorizmə  qarşı  mübarizə; 
tərksilah;  mətbuat  azadlığı;  Millətlər  Cəmiyyəti  çərçivəsində 
əməkdaşlıq. 
Proqramın  iqtisadi  tələblər  bölümündə  başlıca  olaraq 
aşağıdakılar nəzərdə tutulurdu: əmək haqqını azaltmadan iş gününü 
qısalt- maq; işsizlərə kömək etmək; yeni iş yerləri açmaq; ictimai işlər 
təşkil  etmək;  pensiyaçılara  və  hərbi  qulluqçulara  qayğı;  bankları 
milliləşdirmək;  iqtisadiyyatın  planlı  inkişafım  təmin  etmək; 
iqtisadiyyat  üzərində  dövlət  nəzarətini  gücləndirmək;  kənd 
təsərrüfatına  yardım  etmək;  maliyyə  sistemini  sağlamlaşdınnaq; 
əmək münasibətlərini tənzimləmək və s. 
Sosialist tələblərinin mövcud olmadığı bu proqram demokratik 
və  antifaşist  xarakter  daşıdığından  sosial  dayaqları  da  möhkəm  idi. 
Xalq onu müdafiə edirdi. Lakin Xalq Cəbhəsi rəhbərliyində alyansın 
strateji  məqsədləri  barədə  məsələdə  ciddi  fikir  ayrılıqları  hökm 
sürürdü.  Kommunistlər  Xalq  Cəbhəsinə  xalq  kütlələrinin  birbaşa 
siyasi  hərəkatı  kimi  baxaraq  onun  möhkəm  yerli  təşkilatlarının 
yaradılmasını  tələb  edirdilər.  Radikallar  isə  Xalq  Cəbhəsinə 
seçkiqabağı  blok,  sağ  mərkəzçi  qüvvələrin  hakimiyyətə  gəlmək 
yolunu kəsməkdə və möhkəm demokratik hökumət yaratmaqda vasitə 
ki- 
161 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə