BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə60/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   56   57   58   59   60   61   62   63   ...   120

sahədə sənaye liderliyinə iddia edən Almaniyanın payı 11,6%, Böyük 
Britaniyanın payı 9,3%, Fransanın payı 7%, SSRİ-nin payı isə yalnız 
6% idi. Çiçəklənmə illərində istehsalata yeni texnika, texnologiya və 
geniş konveyer sistemi tətbiq edildi. Standartlaşdırma özünə möhkəm 
yer  tutdu.  Kapitalın  və  istehsalın  təmərküzləşməsi  güeləndi.  Ford, 
General  motors,  Kraysler kimi  iri  şirkətlər istehsalı  genişləndirdilər. 
Polad  sənayesinin  35-40%-i  Morqan  şirkətinin  əlində  cəmləndi. 
Qənaətçilik  artdı.  İri  kapitala  qoyulan  vergi  azaldıldı.  Yüksək  gəlir 
vergiləri  varlıları  yeni  sənaye  müəssisələrinə  kapital  qoymaqdan 
çəkindirirdi.  Kulic  hökuməti  1924-cü  ildə  yeni  vergi  qanununu 
konqresdən keçirdi. Qanuna görə yüksək gəlirli şəxslərin ödəyəcəkləri 
vergi  50%-dən  40%-ə  endirildi.  Dövlət  borcu  azaldıldı.  Dövlət 
inhisarlara kreditlər verdi. Hərbi dəniz donanmasının silahlandırılması 
üçün  vəsait  artırıldı.  Dövlətin  iqtisadiyyatın  işinə  az  qarışması 
nəticəsində xüsusi biznes inkişaf etdi. Kulicin prezidentliyi illərində 
ABŞ  inhisarları  varlandı.  Əgər  1919-cu  ildə  200  iri  korporasiyanın 
varidatı 43,7 mlrd, idisə, 1929- cu ildə bu məbləğ 81,1 mlrd, dollar 
təşkil etdi. Milli sənayeçilər assosiasiyası və ABŞ ticarət palatası yeni 
sənaye  sahələri  yaratdı.  İri  biznesin  özünü  tənzimləmə  sistemi 
təşəkkül  tapdı.  ABŞ-ın  xarici  iqtisadi  əlaqələri  gücləndi.  Xarici 
ticarətdə  proteksionizm  siyasəti  tətbiq  edildi.  Ölkədəki  möhtəşəm 
yüksəlişin  nəticəsində  müharibədən  sonrakı  on  ildə  ABŞ  Avropa 
ölkələrini xeyli qabaqladı. 1929-cu ildə xarici ticarətin həcminə görə 
ABŞ İngiltərəni ötüb keçdi. 
Fermer təsərrüfatlarının problemlərinin həllinə başlanıldı. Kənd 
təsərrüfatının  bərabərliyi  şüarı  irəli  sürüldü.  1924-cü  ildə  kənd 
təsərrüfatı  istehsalını  genişləndirmək  ideyası  gücləndi.  Hökumət 
fermer kooperasiyasını təşviq edərək kreditlər ayırdı. 
Bu  illərdə  amerikan  cəmiyyətinin  müxtəlif  təbəqələrinin  həyat 
şəraiti yaxşılaşdı. 20-ci illərin sonu üçün ölkədə hər bir ailənin 15 min 
dollarlıq varidatı var idi. Onların illik gəliri isə təxminən 3 min dollar 
təşkil edirdi. Avtomobil, telefon, soyuducu, radio və b. gün 
183 


dəlik məişətə daxil oldu. İstehlak kreditləri sisteminin tətbiq edilməsi 
xalq  tərəfindən  rəğbətlə  qarşılandı.  Mədəni  həyatda  yüksəliş  baş 
verdi. Qəzet, jurnal nəşri və konsertlər çoxaldı. 
20-ci illərdə bəzi amerikalılar müasir həyat tərzindən narazılıq 
edirdilər.  Bu  məsələdə  onlar  öz  diqqətini  ailə  və  din  məsələlərinə 
yönəldirdilər.  Çünki  şəhər  cəmiyyəti  və  dünyəvi  cəmiyyət  tədricən 
qədim  kənd  ənənələri  ilə  ziddiyyət  təşkil  edirdi.  Bu  illər  ABŞ 
tarixində hay-küylü, hayqıran 20-ci illər də adlandırılır. 
Bununla  belə,  ölkə  problemlərsiz  də  deyildi.  1900-1915-ci 
illərdə ABŞ-a Cənubi və Şərqi Avropadan 13 mln.dan artıq mühacir 
gəlmişdi. Bunların çoxu katoliklər və  ya  yəhudilər idi. Bu vəziyyət 
anqlosaks  və  protestant  olan  köhnə  amerikalıları  təəccübləndirirdi. 
Bəziləri  yeni  gələnlərə  nifrət  edirdi.  Çünki  onlar  az  əmək  haqqı 
ödənilən iş üçün rəqabət aparırdılar. Başqalarının isə yeni gələnlərdən 
zəhləsi  ona  görə  gedirdi  ki,  yeni  mühacirlər  köhnə  dünyanın,  yəni 
Avropanın  adət-ənənələrini  saxlayır,  bir  çox  hallarda  başqa 
ölkələrdən  gəlmiş  varlıların  şəhər  etnik  ərazisində  yaşayır,  ABŞ 
mədəni mühitində assimilyasiyaya müqavimət göstərirdilər. 
Yaranmış  bu  vəziyyətdə  yerli  amerikalıların  münasibəti  xeyli 
intensivləşdi.  Yenidən  təşkil  olunmuş  Ku  Kluks  Klan  yüz  faiz 
amerikanizm  tələbini  irəli  sürdü.  Klan  üzvlüyünə  ancaq  ABŞ-da 
doğulmuş  ağ  protestanlar  qəbul  edilirdi.  ABŞ-da  sivilizasiyaların, 
mədəniyyətlərin  toqquşması  prosesi  gedirdi.  Ku  Kluks  Klan 
təşkilatının  nümayəndələri  amerikanizm  ideyalarını  qətiyyətlə 
müdafiə  edirdilər.  Onların  başlıca  məqsədi  ənənəvi  ağ,  kənd, 
protestant  və  anqlosakson  Amerikasının  qurulması  idi.  Onlar 
yəhudilərə,  zəncilərə,  katoliklərə  və  mühacirlərə  patriarxal 
Amerikanın əsaslarını sarsıdan qüvvə kimi baxırdılar. 1925-ci ildə bu 
təşkilatın  sıralarında  artıq  4-5  mln.  adam  var  idi.  İrqi  dözümsüzlük 
yüksək həddə çatmışdı. Problemi həll etmək üçün 1924 və 1929-cu 
illərdə yeni mühacirət qanunu qəbul edildi. Bu qanun digər ölkələrdən 
gələn  mühacirlərin  sayını  məhdudlaşdırırdı.  Ölkəyə  gəlməli  olan 
müha 
184 


cirlərin  sayı  ildə  150  min  nəfər  müəyyənləşdirildi.  Bu  say  ABŞ-da 
yaşayan həmyerlilərin sayının nisbətinə müvafiq bölünməklə müxtəlif 
xalqların  nümayəndələrini  təmsil  etməli  idi  və  həmyerlilərin 
təşkilatlarının sayını tədricən azaltmaq məqsədi güdürdü. 
1924-
 
1929-cu  illərdə  ölkədə  yeni  həmkarlar  təşkilatları 
yaradılması  ətrafında  səylər  genişləndi.  Sahibkarlar  kompaniya 
işçilərinin həmkarlar ittifaqlarını yaratdılar. 20-ci illərin sonunda bu 
ittifaqların  1,5  mln.  nəfər  üzvü  var  idi.  Müəssisə  sahibləri  ixtisaslı 
fəhlələrin əmək haqqlarını artırmaq və pensiya tətbiq etmək yolu ilə 
sosial  ziddiyyətləri  yumşaltdılar. Həmkarlar ittifaqlarının iştirakı  ilə 
kredit  verən  fəhlə  bankları  yaradıldı.  AƏT  liderləri  sinfi  sülhün 
yaradılmasında  mühüm  rol  oynadılar.  Əlverişli  iqtisadi  şərait  və 
bərabər  imkanlar  fəhlə  sinfinin  fəallığını  aşağı  saldı.  Həmkarlar 
ittifaqları və fermer hərəkatı zəiflədi. Sosial etiraz çıxışları azaldı. Bu 
isə ölkədə sosial gərginliyi zəiflətdi. 
Kulic  hökuməti  fəal  xarici  siyasət  yeridirdi.  Hökumətin  xarici 
siyasətinin əsas məqsədi ölkənin xarici ticarətini genişləndirmək, yeni 
xammal  mənbələri  ələ  keçirmək,  əlverişli  bazarlara  sahib  olmaq  və 
amerikan  kapitalını  qoymaq  üçün  sərfəli  yerlər  tapmaq  idi.  Xarici 
siyasətin  mühüm  istiqaməti  Avropa  dövlətləri  ilə  ikitərəfli 
münasibətlərin  inkişaf  etdirilməsi  oldu.  ABŞ  hökuməti  bu  qitədə 
mövqelərini möhkəmləndirməyin mühüm yolu kimi müxtəlif ölkələrə 
istiqrazlar  verməyə  başladı.  1929-cu  ildə  təkcə  Morqan  bankı 
İtaliyaya  142  mln.  dollar  istiqraz  verdi.  Kulic  hökuməti  xarici 
siyasətində Almaniyanı dirçəltmək xəttini götürdü. 
1924-
 
cü  ildə  qəbul  edilmiş  Daues  planına  uyğun  olaraq  ABŞ 
İngiltərə ilə birlikdə Almaniyaya 800 mln. marka istiqraz verdi. Daues 
planı qəbul edildikdən sonra ABŞ Almaniyanın Millətlər Cəmiyyətinə 
daxil  edilməsinə  və  Qərbi  Avropa  dövlətləri  ilə  Almaniya  da  daxil 
olmaqla siyasi ittifaqın yaradılması işinə girişdi. 
1925-
 
ci ilin oktyabr ayında İsveçrənin Lokarno şəhərində keçirilən 
konfransda  Reyn  təminat  paktı  və  digər  sazişlər  imzalandı.  Reyn 
təminat paktında müharibədən sonra Avropada formalaşmış 
185 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə