BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə43/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   39   40   41   42   43   44   45   46   ...   120

dilər.  1932-ci  ilin  noyabr  ayında  Ehtiyacın  yoxlanması  haqqında 
qanun  qəbul  edildi.  Qanuna  əsasən  yardımların  ödənilməsi  üzərinə 
ciddi  nəzarət  qoyuldu.  İşsizlik  hələ  də  ağır  sosial  problem  olaraq 
qalırdı. 1933-cü ildə işsizlərin sayı 3 mln. nəfər idi. Ölkədə işsizlər 
hərəkatı  artdı.  Onlar  hökumətin  kəsdiyi  yardımların  bərpasını  və 
antifəhlə  qanunlarının  ləğvini  tələb  edirdilər.  1934-cü  ilin  yanvar 
ayında  Londonda  Birlik  və  hərəkət  konqresində  xalqın  həyat 
şəraitinin  yaxşılaşdırılması  tələb  edildi.  Müəssisələrdə,  xüsusən 
toxuculuq  sənayesində  tətil  hərəkatı  gücləndi.  Həmkarlar 
ittifaqlarında sol qüvvələrin təsiri artdı. 1934-cü ildə ölkədə kütləvi 
çıxışlar  baş  verdi.  Makdonald  hökuməti  etiraz  hərəkatlarına  qarşı 
ciddi tədbirlər həyata keçirdi. Parlament 1934-cü ildə qiyama təhrik 
etmənin qarşısını almağa yönəldilən qanun qəbul etdi. 
Yaranmış  gərgin  vəziyyətdə  sol  meyllərin  artması  təkcə 
hökuməti  deyil,  digər  siyasi  cərəyanları  da  narahat  edirdi.  Sol 
qüvvələrə qarşı çıxan faşist təşkilatları fəaliyyətlərini gücləndirdilər. 
Leyborist Partiyası İcraiyyə Komitəsinin keçmiş üzvü Osvald Mosli 
1932-ci  ildə  Britaniya  faşistləri  ittifaqını  yaratdı.  Almaniyada 
nasional-sosialist  hərəkatı  ilə  sıx  bağlı  olsa  da  İngiltərədə  faşizmin 
sosial  dayağı  olmadığı  üçün  ictimai-siyasi  həyatda  özünə  yer  tuta 
bilmədi. 
Bu  zaman  Leyborist  Partiyası  dərin  böhran  keçirirdi.  Partiya 
üzvləri  təşkilatın  getdikcə  nüfuzdan  düşməsinin  qarşısını  ala 
bilmədiyi üçün rəhbərliyi kəskin tənqid edirdi. Nəticədə 1932-ci ilin 
oktyabr  ayında  Artur  Henderson  partiya  liderliyindən  istefa  verdi. 
Onun  yerinə  keçən  sol  leyborist  Corc  Lensber^  də  partiyanın 
nüfuzunu qoruyub saxlaya bilmədi. 
Milli  hökumətin  xarici  siyasət  sahəsində  başlıca  məqsədi 
İngiltərənin beynəlxalq mövqelərinin gücləndirilməsi idi. Beynəlxalq 
məsələlərdə  İngiltərənin  əsas  müttəfiqi  ABŞ  oldu.  1931-ci  ilin 
sentyabr ayında ABŞ və Fransanın 100 iri bankı İngiltərəyə 80 mln. 
funt sterlinq istiqraz verdi. 
Xarici siyasətdə dominionlarla qarşılıqlı münasibətlər xüsusi 
132 


yer  tuturdu.  Maliyyə  sistemini  sağlamlaşdırmaq  və  funt  sterlinqin 
dəyərini  artınuaq  məqsədilə  1931-ci  ildə  Britaniya  imperiyasının 
iştirakı  ilə  600  mln.  nəfər  əhalinin  yaşadığı  ərazidə  valyuta  ittifaqı 
yaradıldı.  İttifaqa  daxil  olan  Britaniya  Birliyi  ölkələri,  Latın 
Amerikasının  əksər  dövlətləri,  həmçinin  İran,  Misir,  Norveç, 
Finlandiya,  Danimarka,  İsveç,  Yunanıstan  və  Portuqaliya  öz  milli 
valyutalarını  funt  sterlinqin  kursuna  uyğunlaşdırdılar.  Həmin 
ölkələrin  valyuta  ehtiyatlan  Londonda  saxlanılmağa  başlandı.  Blok 
dövlətləri  ticarətdə  vahid  hesablaşmaya  keçdilər.  Bu,  Funt  sterlinq 
bloku adlandırıldı. 
I932-Cİ 
ildə Ottavada (Kanada) keçirilən konfransda İngiltərə ilə 
dominionları  arasında  iqtisadi  münasibətlər  tənzimləndi.  Bir  sıra 
ticarət müqavilələri bağlandı. Bu müqavilələrə görə ingilis mallarının 
ixracı  yaxşılaşdı.  Onlar  rəqabətə  davamlı  oldular.  Birlik  daxilində 
idxal  rüsumları  tamamilə  və  ya  qismən  aradan  qaldırıldı.  Nəticədə 
ingilis  sənayesi  və  həmin  ölkələrin  iqtisadiyyatı  inkişaf  etdi.  Artıq 
30-cu  illərin  sonunda  dünya  ticarət  dövriyyəsinin  30-  40%-i  ingilis 
milli valyutası ilə aparılırdı. 
Xarici  siyasətin  istiqamətlərindən  biri  Avropa  ölkələri  ilə 
əlaqələr idi. İngiltərə 1932-ci ildə keçirilən Lozan konfransında dünya 
iqtisadi  böhranı  şəraitində  Almaniyanın  təzminatı  ödəməyi 
dayandınnası  təklifini  müdafiə  etdi.  İngiltərə  həmin  ildə  tərksilaha 
dair Cenevrədə keçirilən konfransın iştirakçısı oldu. Hərbi xərclər və 
silah  istehsalı  artırıldı.  İngilis  hökuməti  Avropada  Almaniya  və 
İtaliyanın təcavüzkar hərəkətlərinə münasibətdə bitərəfliyini nümayiş 
etdirdi. Almaniya ilə hərtərəfli saziş bağlamaq üçün 1935-ci ilin mart 
ayında  İngiltərə  hökumətinin  üzvləri  Saymon  və  İden  Berlində 
Hitlerlə  görüşdülər.  Hitler  silahlanmanı  gücləndirmək  və  Şərqi 
Avropada  sərbəst  fəaliyyət  qazanmaq  istəklərini,  Çexoslovakiya  və 
Polşa  ilə  ərazi  mübahisələrinin  həll  edilməsi  zəruriliyini  onların 
diqqətinə  çatdırdı.  Saymon  Almaniyadan  Londona,  İden  isə  martın 
28-də  Moskvaya  gəldi.  Moskvada  keçirilən  görüşlərdə  ikitərəfli  və 
beynəlxalq məsələlər müzakirə edildi. Təcavüzün qar 
133 


şısını  almağa  dair  ingilis  təklifləri  Sovet  İttifaqı  tərəfindən  kifayət 
qədər ciddi nəzərə alınmadı. 
Milli  hökumət  Yaponiyanın  Uzaq  Şərqdəki  hərbi  təcavüzünü 
bəyənirdi. 
Ölkənin daxili və xarici siyasətinin qarşısında duran problemləri 
həll  edə  bilməyən  və  özünü  xalqın  gözündə  tamamilə  nüfuzdan 
düşürən Makdonald 1935-ci ildə istefaya getdi. 
Stenli Bolduin hökumətinin daxili və xarici siyasəti 
1935-ci  ilin  yayında  hökumət  yenidən  formalaşdırıldı.  İyun 
ayından  ona  Bolduin  başçılıq  etməyə  başladı.  Noyabr  ayında  isə 
parlamentə yeni seçkilər keçirildi. 
Mühafizəkarlar  seçkiqabağı  kampaniyada  daxili  siyasət 
sahəsində  heç  bir  nəzəri  vədlər  verməyərək  əməli  fəaliyyət 
göstərəcəklərini,  xarici  siyasət  sahəsində  isə  beynəlxalq  aləmdə 
kollektiv  təhlükəsizlik  sistemi  yaratmaq  və  sülh  uğrunda  mübarizə 
aparmaq niyyətlərini bəyan etdilər. 
Leyboristlər  isə  Sosializm  və  sülh  uğrunda  adlı  yeni  proqram 
qəbul etdilər. Əvvəlki Leyborizm və millət proqramından geniş olan 
bu  proqramda  bank,  nəqliyyat,  enerji  sistemlərinin  yenidən 
qurulması, daş kömür, gəmiqayırma və maşınqayırma sahələrinin bir 
qisminin milliləşdirilməsi irəli sürülürdü. Bundan ötrü milliləşdirmə 
prosesinin  hüquqi  əsaslarının  işlənib  hazırlanması  zəruriliyi 
göstərilirdi.  Leyboristlər  demokratiya  və  sülh  ideyalarına  sadiq 
olduqlarını  bəyan  etdilər.  1935-ci  ildə  leyboristlərin  lideri  Klement 
Ettli seçildi. 
Liberal  partiyasında  üç  qruplaşma  mövcud  idi.  L.Corcun 
tərəfdarları Milli hökumətlə əməkdaşlıq ideyasını rədd edirdilər. Con 
Saymonun  milli  liberalları  hökumətlə  əməkdaşlıq  etməyə,  Herbert 
Semuelin  tərəfdarları  isə  əməli  müxalifətdə  qalmağa  üstünlük 
verirdilər.  Partiyanın  yeni  ideoloji  platforması  tarixçi  professor 
Ramsey Myuar və iqtisadçı Con Keyniz Meynardm 1928-ci ildə 
134 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə