BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə33/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   29   30   31   32   33   34   35   36   ...   120

lərin  xeyrinə idi. 1936-cı  ildə Avropanın  20 ölkəsində təxminən 40 
faşist partiyası fəaliyyət göstərirdi. Macarıstan, Finlandiya, Rumıniya 
və başqa ölkələrdə faşizmin dayaqları kifayət qədər güclü idi. Böyük 
Britaniya 
da 
nasional-sosialistlərin 
hakimiyyətə  gəlməsinə 
soyuqqanlı  yanaşdı.  Avropa  dövlətləri  kommunizmi  nasio- 
nal-sosializmdən  daha  təhlükəli  saydıqlarından  onun  hakimiyyətə 
gəlməsinə laqeyd münasibət bəslədilər. Avropa ölkələrində mövcud 
olan  siyasi  qüvvələr  nasional-sosializmi  kommunizmə  alternativ 
hesab edirdilər. 
Hakimiyyətə  gələn  nasional-sosialistlər  fəal  xarici  siyasət 
yeridirdilər.  Xarici  siyasətdə  Hitler  geosiyasi  nəzəriyyəni 
əsaslandırdı.  Bu  nəzəriyyəyə  görə  bioloji  dövlət,  təbii  sərhədlər  və 
optimal  coğrafı-iqtisadi  rayonlar  yaradaraq  yeni  dünya  qaydası 
qurmaq 
strateji 
məqsəd 
olaraq 
qarşıya 
qoyuldu. 
Nasional-sosialistlərin  xarici  siyasəti  əsasən  iki  mərhələdən  ibarət 
olmuşdur: 1933- 
1935-
 
ci illər; 1935-ci ildən sonra. 1933-cü il fevralın 1-də dövlətin 
xarici  siyasət  məqsədlərinə  dair  hökumət  dekreti  verildi.  Dekretdə 
xarici  siyasətin  vəzifələri  aşağıdakı  kimi  müəyyənləşdirilmişdi: 
yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası. 
Nasional-Sosialist  Partiyasında  xarici  siyasət  şöbəsi  yaradıldı. 
Şöbənin rəhbəri Rozenberq oldu. Bu dövrdə Almaniya hökumətinin 
əsas diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və 
inkişafına  yönəlmişdi.  Bildirilirdi  ki,  Avropada  əlverişli  bazarlar 
vardır. Heç kəs Versal sülhünün əleyhinə gedə bilməz və Fransa ilə 
müharibə  haqqında  danışmaq  hələ  tezdir.  Bununla  belə,  Almaniya 
müxtəlif  üsullardan  istifadə  edərək  Avstriyanın  işlərinə  qarışırdı. 
1934-cü  il  iyulun  25-də  14  nəfər  nasist  Avstriya  kansleri  Dolfusu 
qətlə yetirdi. 
Almaniya  30-cu  illərdə  keçirilən  beynəlxalq  konfranslarda  da 
fəal iştirak etdi. 1933-cü ilin fevral-iyul aylarında Cenevrədə keçirilən 
tərksilaha  dair  konfransda  Almaniya  nümayəndə  heyəti  silahların 
saxlanılması sahəsində digər dövlətlərlə bərabərlik 
101 


prinsipini  təklif  etdi:  ya  siz  silahlarınızı  Almaniya  səviyyəsinə 
endirin,  ya  da  Almaniya  silahlarını  sizin  səviyyəyə  qaldıracaqdır. 
Təklif  qəbul  olunmadığından  Almaniya  oktyabrın  14-də  Millətlər 
Cəmiyyətinin  konfransından,  oktyabnn  16-da  isə  bu  təşkilatın 
üzvlüyündən  çıxdığını  bəyan  etdi.  Noyabrın  12-də  keçirilən 
referendumda xalq Hitler hökumətinin müvafiq qərarını bəyəndi. 
1933-cü  il  iyulun  20-də  Hitler  hökuməti  ilə  Roma  Papası 
arasında konkordat (müqavilə) imzalandı. Həmin sənədə görə katolik 
kilsəsi  ruhanilərə  və  dini  ordenlərin  üzvlərinə  Almaniya  ərazisində 
siyasi  fəaliyyətlə  məşğul  olmağı  qadağan  etdi.  Bundan  sonra 
yepiskop  və  arxiyepiskoplar  yalnız  hökumətin  sanksiyası  ilə  təyin 
oluna bilərdi. 
Ciddi müqavimətə rast gəlmədiyi üçün xarici siyasət sahəsində 
Hitlerin  mövqeləri  xeyli  möhkəmləndi.  ABŞ-ın  Avropa  işlərinə 
qarışmamaq, bitərəflik, Böyük Britaniya və Pransanın sakitləşdirmə 
siyasəti Almaniyanın əl-qolunu geniş açırdı. 1935-ci ildən başlayaraq 
nasional-sosialistlər  Versal  sülh  müqaviləsinin  şərtlərini  daha  ciddi 
təftiş etməyə başladılar. Millətlər Cəmiyyətinin protektoratlığı altında 
yerləşən  Saar  vilayətində  həmin  ildə  keçirilən  plebisit  nəticəsində 
xalqın istəyi ilə bu ərazi Almaniyaya birləşdirildi. 1936-cı ilin mart 
ayında Reyn hərbsizləşdirilmiş zonası tutuldu. Həmin ildə Almaniya 
və  İtaliya  müttəfiqlik  haqqında  sənəd  imzalayaraq  Berlin-Roma 
oxunu yaratdılar. 1936- 37-ci illərdə Almaniya, Yaponiya və İtaliya 
Antikomintem paktını imzaladılar. 1936-39-cu illərdə isə Almaniya 
İspaniyada gedən vətəndaş müharibəsinə müdaxilə etdi. 1938-ci ilin 
mart ayında Almaniya Avstriyanı özünə birləşdirdi (anşlüs). Bununla 
kifayətlənməyən  Hitler  sentyabrın  29-30-da  Münhendə  Çemberlen, 
Daladye  və  Mussolininin  iştirakı  ilə  keçirilən  konfransda 
Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet vilayətinin Alma 
102 


niyaya birləşdirilməsinə nail oldu. 1939-cu ilin may ayında Almaniya 
və  İtaliya  Polad  paktını  imzaladılar.  Avqustun  23-də  Almaniya  ilə 
SSRİ arasında 10 il müddətinə hücum etməmək haqqında pakt və gizli 
protokol  imzalandı.  Sentyabrın  1-də  Almaniya  Polşaya  qarşı 
müharibəyə  başladı.  Bir  neçə  gün  sonra  isə  SSRİ  Qərb  Ukrayna, 
Qərbi  Belorusiya  və  Bessarabiyanı  işğal  etdi.  Böyük  Britaniya  və 
Fransa  Polşa  qarşısında  götürdükləri  öhdəliyə  uyğun  olaraq 
sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər. Beləliklə, ikinci 
dünya müharibəsi başlandı. 
Üçüncü reyxın iflası 
Müharibənin  birinci  ili  böyük  qələbələr  haqqında  Almaniyada 
hay-küy yaratmışdı. İlk zamanlar Almaniyanın qitədə mövqeləri xeyli 
möhkəmləndi. 142 mln. nəfər əhalisi olan 11 Avropa ölkəsi Almaniya 
tərəfindən  qısa  müddətdə  işğal  edildi.  Almaniya  iqtisadiyyatı  hərbi 
relsə keçirildi. 1941-ci ildə ölkədə 41 mln. ton polad istehsal edilmiş
400 mln. ton daş kömür çıxarılmışdı. 
Almaniyanın SSRİ-yə hücumu 1941-ci il iyunun 22-də başladı. 
Alman komandanlığı qısa müddətdə qələbə çalacağına ümid edirdi. 
Lakin  sərt  qışda  Moskva  altında  alman  ordularının  hücumu 
dayandırıldı.  Almaniya  uzunmüddətli  müharibə  aparmağa  məcbur 
oldu. İldırım sürətli müharibə planı boşa çıxdıqdan sonra Almaniya 
quru  qoşunlarının  baş  komandan  Feldmarşal  Brauxiç  vəzifəsindən 
uzaqlaşdırıldı. 
1942-ci  ilin  mart  ayında  Hitlerin  əmri  ilə  Şpeyerin  rəhbərliyi 
altında  Hərbi  İqtisadiyyat  Şurası  yaradıldı.  Şuranın  tərkibinə  iri 
inhisarların da nümayəndələri daxil edildilər. İşğal edilmiş ölkələrdən 
çoxlu  məhsul  və  zəngin  xammalın  gətirilməsi  Almaniyanın  iqtisadi 
vəziyyətini yaxşılaşdırmış, alman xalqında 
103 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə