BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə26/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   22   23   24   25   26   27   28   29   ...   120

məğlubiyyətə uğradı. Hitler başda olmaqla müqəssirlər həbs edildilər. 
Partiyanın  fəaliyyəti  qadağan  olundu.  1924-cü  il  fevralın  26-da 
qiyamçılar  üzərində  məhkəmə  prosesi  başlandı.  40  nəfər  ittiham 
edildi.  Məhkəmədə  Hitler  qiyamın  dövləti  cinayət  olduğunu  etiraf 
etdi.  Məhkəmədən  təbliğat  vasitəsi  kimi  istifadə  edərək  özünü 
müqəssir sayıb məsuliyyəti üzərinə götürən Hitler bildirdi ki, inqilaba 
qarşıdır, satqın deyildir, alman xalqının alçaldılmasının əleyhinədir. 
Məhkəmə  prosesi  nasional-sosialistlərin  nüfuzunu  daha  da  artırdı. 
Hitlerə  5  il  həbs  cəzası  verildi.  Hitler  və  silahdaşları  Landsberq 
həbsxanasında  milli  qəhrəman  kimi  qarşılandılar.  Həbsxanada  ikən 
silahdaşları  olan  Morisə  və  Gessə  "Mənim  mübarizəm"  kitabını 
söyləyərək  yazdırdı.  Bütövlükdə,  1924-28-ci  illərdə  Hitler  üç  kitab 
yazdı. Bu kitablar nasional-sosializm hərəkatının yaranma səbəbləri 
və  məqsədlərini  müəyyənləşdirərək  “Mənim  mübarizəm”in  tərkib 
hissələrinə çevrildilər. Hitler həbsxanada 6 ay yatdıqdan sonra azad 
edildi. 
Almaniyada sabitləşmə 
Rurun  işğalının  Almaniya  üçün  ciddi  iqtisadi  nəticələri  oldu. 
Ölkənin  təsərrüfat  həyatı pozuldu, maliyyə vəziyyəti pisləşdi,  xırda 
müəssisələr sıradan çıxdı, istehsal mərkəzləşdi, daş kömür, dəmiryol 
və  başqa  sahələrdə  iri  inhisarçı  müəssisələr  meydana  gəldi.  İşğal 
nəticəsində  xarici  ticarətə  böyük  zərbə  dəydi.  1913-cü  illə 
müqayisədə 1923-cü ildə xarici ticarət dövriyyəsi 50% aşağı düşdü. 
Fəhlə hərəkatı və "pivəxana qiyamı" yatırıldıqdan sonra siyasi 
sabitləşmə üçün zəmin yarandı. Ölkənin başlıca siyasi qruplaşmaları 
arasında kompromis əldə edildi. Bundan sonra hökumətin imkanları 
xeyli artsa da Ştrezeman hökuməti istefaya getdi. 
1923-cü ilin dekabr ayında katolik-mərkəzçilərin nümayəndəsi 
Vilhelm Marks kansler oldu. Kiçik koalisiya hökuməti quruldu. Onun 
tərkibinə  Katolik-Mərkəz,  Alman  Xalq  və  Demokrat  partiyalarının 
nümayəndələri girsələr də sosial-demokratlar daxil edilmədilər. 
80 


1923-cü  il  dekabrın  15-dən  1924-cü  il  fevralın  15-dək 
feyxstaqda  75  fövqəladə  qanun  qəbul  edildi.  Ölkədə  mühasirə 
vəziyyəti  aradan  qaldırıldı.  Kommunist  Partiyası  leqal  fəaliyyətini 
bərpa  etdi.  V.Marks  hökuməti  daxili  siyasətdə  “Rentabelli 
iqtisadiyyata  keçid  proqramı”nı  elan  edərək  fövqəladə  tədbirlər 
həyata keçirdi.  İş  günü  8 saatdan 9-12 saata qədər artırıldı. Yeni  iş 
yerləri  açıldı.  İşsizlər  məcburi  olaraq  işə  qəbul  edilirdilər.  Dövlət 
qulluqçularının  sayı  azaldıldı.  Əlillərə  pensiya  verildi.  İşğal 
nəticəsində  ziyan  dəymiş  müəssisələr  715  mln.  qızıl  marka 
kompensasiya  aldılar.  Ölkənin  daxili  iqtisadi  həyatında  sabitləşmə 
meylləri öz əksini tapdı. Sabitləşmənin başlıca daxili səbəbi ölkənin 
əsas siyasi qüvvələri arasında razılığın əldə olunması, alman xalqının 
çalışqanlığı  və  hökumətin  yeritdiyi  siyasətlə,  beynəlxalq  səbəbi  isə 
Almaniyanın dünyada mövqelərinin möhkəmlənməsi və edilən xarici 
yardımlarla əlaqədar idi. 
V.Marks hökumətinin xarici siyasət sahəsində qarşısında duran 
minimum  vəzifə  Almaniyanın  müharibədən  əvvəlki  mövqelərini 
bərpa  etmək  idi.  Bundan  ötrü  xarici,  xüsusən  amerikan  kapitalına 
ümid bəslənilirdi. Almaniya hökuməti maliyyə yardımları almaq üçün 
ABŞ və İngiltərəyə müraciət etdi. 1923-cü ilin payızında Fransa da 
ABŞ-dan  istiqrazlar  almaq  üçün  xahiş  etdi.  Cavabında  amerikanlar 
təzminat məsələsinin həllinin zəruriliyini irəli sürdülər. 
1923-cü  ilin  noyabr  ayında  təzminat  məsələsinə  dair  yeni 
təkliflər  hazırlamaq  məqsədilə  amerikan  generalı  Çariz  Dauesin 
başçılığı  altında  ekspert  komissiyası  yaradıldı.  Komissiya  müvafiq 
təkliflər işləyib hazırladı. Ekspert komissiyasının təklifləri 1924-cü il 
iyulun 16-da Londonda öz işinə başlayan konfransda bəyənildi. Bu, 
Daues  planı  adını  aldı.  Konfransın  qərarlarına  əsasən  Fransa  və 
Belçika orduları Rurdan çıxarılmalı idi. Plana görə Almaniya 1924- 
29-cu illərdə ABŞ və başqa dövlətlərdən 20 mlrd, qızıl marka kredit 
və  istiqrazlar  alırdı.  Bunun  10-14  mlrd,  markası  uzunmüddətli,  6 
mlrd, markası isə qısa müddətli kredit idi. 
81 


Bütövlükdə, Almaniyaya 63 mlrd, qızıl marka verildi. Bunun 70%- i 
ABŞ-ın  payına  düşürdü.  Plana  görə  1924-25-ci  illərdə  Almaniya 
qalib  dövlətlərə  1  mlrd,  qızıl  marka  təzminat  ödəməli  idi.  1929-cu 
ildə  ödənilən  təzminatın  məbləği  2,5  mlrd,  markaya  çatacaqdı. 
Təzminatın  gömrük  rüsumları,  vergilər,  dəmiryolları  və  sənayedən 
gələn gəlirlər hesabına ödənilməsi nəzərdə tutulurdu. 
Daues planı bir tərəfdən Almaniya iqtisadiyyatını nəzarət altına 
alır,  digər  tərəfdən  isə  alman  təsərrüfiUını  bərpa  etməyə  kömək 
edirdi. 
İstiqrazın əsas hissəsi iqtisadiyyatın yenidən qurulmasına, yeni 
sənaye  sahələrinin  yaradılmasına,  energetika  və  kommunikasiya 
şəbəkələrinə  yönəldildi.  Alman  və  amerikan  kapitalı  çulğalaşdı. 
Birgə  bank  birlikləri  yaradıldı.  Krupp,  Hengel  və  b.  Versal  sülh 
müqaviləsindən  irəli  gələn  qadağanları  pozaraq  istehsalı 
genişləndirirdilər. 
İstiqrazların  alınması  nəticəsində  Almaniya  iqtisadiyyatı 
çətinliklərdən qurtardı. Təsərrüfat həyatı canlandı. Valyuta sabitləşdi. 
Xarici ticarət dövriyyəsi artdı. 1925-ci ildə kapitalı 800 mln. marka 
olan  Polad  tresti  yaradıldı.  Ölkədə  istehsal  olan  dəmir  və  poladın 
40%-i bu trestin əlində cəmlənmişdi. 1926-cı ildə İQ Farbenindustri 
kimya tresti  yaradıldı.  Kapitalı 1 mlrd, marka olan bu trest  sintetik 
ixracının 80%-nə, boya ixracının 100%-nə nəzarət edirdi. 
Sabitləşmə illərində Almaniyada 2100 kartel yaradıldı. Ölkənin 
energetika  sənayesində  Ümumi  elektrik  kompaniyası  və  Simens 
şirkəti  əsas  rol  oynayırdı.  Nəticədə  1927-ci  ildə  ölkədə  istehsalın 
ümumi həcmi müharibədən əvvəlki səviyyəyə çatdı. Almaniya maşın 
ixracına görə ABŞ-dan sonra dünyada ikinci yerə çıxdı. 
1929-
 
cu  ildə  Almaniyada  16,1  mln.  ton  polad  əridildi.  Bu  rəqəm 
Fransada 9,8 mln. ton,  İngiltərədə isə 10,1 mln ton idi.  Həmin ildə 
sənaye məhsulu istehsalı 1913-cü illə müqayisədə 117% oldu. 
Öİ
KƏ 
həyatı  böhrandan  qurtuldu.  Əhalidə  nikbin  əhval-ruhiyyə  yarandı. 
Mədəniyyət  inkişaf  etdi.  Veymar  respublikası  mədəniyyətin 
çiçəklənməsi rəmzinə çevrildi. Ölkə həyatı modernləşdi. 
82 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə