bildirdi. Nərimanov isə qismən konsessiyaların verilməsinə tərəfdar
idi. Rapallo müqaviləsindən sonra Almaniya Azərbaycan SSR-ni
tanıdığını bildirərək Bakıda nümayəndəlik açdı.
Konfransa gələn türklərin məsələlərin müzakirəsinə yaxın
buraxılmaması vəziyyəti xeyli mürəkkəbləşdirdi. Belə mövqe əslində
Kiçik Asiyada sülhün bərpasına mane olurdu.
Mayın 19-da keçirilən son plenar iclasda konfransın işini
Haaqada davam etdirmək barədə qətnamə qəbul olundu.
Haaqa konfransı
Haaqa konfransı 1922-ci il iyunun 15-dən iyulun 20-dək
keçirildi. Konfransda rus və qeyri-rus komissiyaları; xüsusi
mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı. İyunun
27-də keçirilən kredit yarımkomissiyasının ilk iclasında sədr qərar
qəbul etmək deyil, vəziyyəti öyrənmək üçün toplandıqlarını bildirdi.
Borclar üzrə yarımkomissiya da eyni nəticəyə gəldi. Xüsusi
mülkiyyət yarımkomissiyasmda xarici ölkə vətəndaşlarının Rusiyada
olan mülklərinin qaytarılması tələb edildi. İlk növbədə neft
mədənlərinə olan iddialar irəli sürüldü, Xüsusi mülkiyyətin
qaytarılması tələbi və Rusiyanın buna qarşı yersiz iddiaları
konfransın işini pozdu. Belə şəraitdə müzakirələrin aparılması
səmərəsiz idi. İyulun 19-da sovet nümayəndə heyəti təklif irəli sürdü:
müharibədən əvvəlki borcları qəbul edir və onları ödəməyə hazırdır;
Rusiyada mülkiyyəti olan və konsessiyalar ala bilməyən
keçmiş
sahibkarların haqqını ödəyəcəkdir; iki il müddətində maraqlı
şəxslərlə borcların ödənilməsi haqqında sazişə gələcəkdir. İngilislər
bu təklifə tərəfdar, fransızlar isə əleyhinə çıxdılar. Ruslar xaricilərin
müraciətlərinə
ayrı-ayrılıqda
baxılmasının,
fərdi
qaydada
konsessiyalar verilməsinin mümkünlüyünü, Avropa dövlətləri isə
vahid konsorsium yaradılması ideyasını irəli sürürdülər. Sovet
təklifləri əməli mahiyyət daşımaqdan uzaq olub daha çox Avropa
dövlətləri arasında ixtilaflar yaratmaq və təbliğat məqsədi güdürdü.
İyulun 20-də konfrans
belə bir qətnamə qəbul
34
etdi; Rusiyadan ayrı-ayrılıqda konsessiyalar alınması ideyası rədd
edilsin. Konfransda bolşevik nümayəndə heyətinin Rusiyanın keçmiş
borclarının olmasını qəbul etməsi Avropa dövlətlərini razı saldı.
Bununla da konfrans öz işini başa çatdırdı. Amma dövlətlər arasında
mövcud olan maliyyə-iqtisadi məsələləri həll etmək mümkün olmadı.
Lozan konfransı
Bu dövrdə mühüm hadisələr Türkiyə ətrafında cərəyan edirdi.
Milli azadlıq müharibəsinin gedişində ingilis-yunan işğalçıları
üzərində qələbə qazanan türklər Qara dəniz boğazlarına dair konfrans
çağırılmasını tələb etməyə başladılar. Avropa dövlətləri tərəfindən
qəbul edilən bu təklif əsasında çağırılan Lozan konfransı 1922-ci il
noyabrın 20-dən 1923-cü il iyulun 24-dək keçirildi. Konfransda
İngiltərəni lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil
edirdi. Bundan başqa konfransda Yaponiya, Türkiyə, Yunanıstan,
Yuqoslaviya, Bolqarıstan və Rumıniya, həmçinin müşahidəçi
qismində ABŞ nümayəndə heyətləri iştirak edirdilər. Konfransda üç
komissiya yaradıldı: ərazi və hərbi məsələlər siyasi komissiyada,
xaricilərin və milli azlıqların hüquqları məsələsi hüquqi komissiyada,
maliyyə və iqtisadi məsələlər isə iqtisadi komissiyada müzakirə
olundu.
İsmet İnönü başda olmaqla türk nümayəndə heyəti Türkiyənin
sərhədlərinin 1913-cü ildəki kimi qurulmasını tələb edirdi. Bunun
əksinə olaraq ingilislər Türkiyəyə Avropada daha az ərazi saxlamağa
çalışırdılar.
Konfransda Mosul məsələsi də müzakirə edildi. 1909-cu ilədək
sultan mülkiyyəti olan həmin ərazi gənc türklər inqilabından sonra
müsadirə olunmuşdu. Osmanlı dövləti birinci dünya müharibəsində
məğlub olduqdan sonra türk sultanı Mosulu Əbdülhəmidin varislərinə
qaytarmışdı. Varislər də öz növbəsində hüquqlarını amerikan
kompaniyalarına vennişdilər. Türkiyənin başqa dövlətə vermək
istəmədiyi Mosul
təkcə zəngin neft rayonu
35