BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə13/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

danışıqlar  müvafiq  müqavilənin  imzalanması  ilə  başa  çatdı.  Bu 
müqavilə  ilk  baxışdan  Fransanın  qələbəsi  olsa  da  ölkənin  iqtisadi 
vəziyyəti nəinki düzəlmədi, əksinə daha da pisləşdi. İşğal nəticəsində 
ağır vəziyyətə düşmüş Almaniya təzminatı ödəməkdən imtina etdi. 
Belə  şəraitdə  Fransa,  İngiltərə  və  ABŞ  təzminata  dair 
beynəlxalq  ekspertlər  komissiyasının  toplantısını  çağırmağı  qərara 
aldılar.  Noyabrın  13-də  ekspertlər  komitəsini  çağmnaq  haqqında 
təzminat  komissiyasının  rəsmi  məlumatı  yayıldı.  Komissiya 
ekspertlərin iki komitəsini yaratmaq barədə qərar qəbul etdi. Birinci 
komitə 
alman 
markasının 
sabitləşdirilməsi 
və 
büdcənin 
sağlamlaşdırılması ilə məşğul olmalı, ikinci komitə isə Almaniyadan 
xaricə  çıxarılmış  kapitalı  geri  qaytarmaq  üçün  mümkün  vasitələri 
axtannah idi. Ekspertlər komitəsinin iclası 1924-cü il yanvarın 14-də 
Londonda açıldı. Birinci ekspertlər komitəsinin sədri vəzifəsinə ABŞ 
nümayəndəsi, Morqan bank qrupu ilə sıx əlaqələri olan general Çariz 
Daues  seçildi.  Komitə  başlıca  olaraq  təzminat  məsələsini  müzakirə 
etdi.  Müzakirələrin  nəticəsində  ekspertlər  belə  qənaətə  gəldi: 
Almaniyanın  təzminatı  ödəmək  qabiliyyətinin  bərpası  yalnız  onun 
işğal  edilmiş  və  işğal  edilməmiş  ərazilərinin  iqtisadi  və  maliyyə 
eəhətdən  birləşdinnəsi  yolu  ilə  mümkün  ola  bilər;  Almaniyaya 
beynəlxalq  istiqrazlar  verilməlidir.  Aprelin  9-da  təzminat 
komissiyasının işi yekunlaşdı. Ekspertlərin hazırladıqları məruzənin 
mətni  təqdim  olundu.  Bu  məruzə  Daues  planı  adlandırıldı.  Plan  üç 
hissədən ibarət idi. Birinci hissə ekspertlərin ümumi nəticələrindən və 
komitənin  mövqeyindən  bəhs  edirdi.  Ekspertlərin  əsas  məqsədi 
Almaniyaya  qarşı  cəza  tədbirlərini  tətbiq  etmək  deyil,  borc  vennək 
üçün yollar axtarmaq idi. İkinci hissədə Almaniyanın ümumi iqtisadi 
və maliyyə vəziyyəti təhlil edilirdi. Üçüncü hissə birinci iki hissəyə 
dair  əlavələrdən  ibarət  idi.  Daues  planı  ilk  növbədə  Almaniya 
təsərrüfatının bərpa edilməsini, daha sonra isə təzminatın alınmasını 
irəli 
sürürdü. 
Plan 
Almaniya 
büdcəsini 
və 
markasını 
sabitləşdirməkdən ötrü 800 mln. 
40 


qızıl  marka  beynəlxalq  istiqraz  verilməsini  nəzərdə  tuturdu.  Daues 
planına görə Almaniya birinci il 1 mlrd, marka, 1928-1929-cu illərdə 
isə ildə 2,5 mlrd, marka təzminat ödəməli idi. Təzminatı ödəmək üçün 
başlıca mənbələr ağır sənaye və dəmiryollarından gələn gəlir, dövlət 
büdcəsi və vergilər idi. 
Daues  planı  bir  tərəfdən  Versal  sülh  müqaviləsi  çərçivəsində 
iqtisadi  cəhətdən  güclü  və  təzminatı  ödəmək  qabiliyyətində  olan 
Almaniyanın  yaradılmasını,  digər  tərəfdən  isə  alman  iqtisadiyyatını 
nəzarətə  götürməklə  bu  ölkənin  təhlükəli  rəqibə  çevrilməməsi 
məqsədini güdürdü. Plan alman xalqı tərəfindən rəğbətlə qarşılandı. 
Daues  planı  təzminat  məsələsində  dövlətlərarası  ziddiyyətləri 
aradan  qaldırmadı.  Plan  əslində  Avropada  hegemonluğa  can  atan 
Fransa üzərində ABŞ və Böyük Britaniyanın birgə diplomatik- siyasi, 
mənəvi və maliyyə cəhətdən üstünlüyü demək idi. Daues planı qəbul 
edildikdən sonra Fransada hökumətin siyasətindən narazılıq daha da 
artdı. 
Təzminat məsələsinə həsr edilmiş ikinci London konfransı 
1924-
 
cü il iyulun 16-dan avqustun 16-dək keçirildi. Konfransın əsas 
məqsədi Almaniyanın iqtisadi və maliyyə bütövlüyünü bərpa etmək, 
ona  istiqrazlar  verən  kreditorlar  üçün  lazımi  təminat  yaratmaq  idi. 
Konfransın  sədri  Böyük  Britaniyanın  baş  naziri  R.Makdonald  idi. 
Birləşmiş  Ştatların  nümayəndə  heyəti  də  konfransda  iştirak  edirdi. 
Konfransın  işi  komissiyalarda  keçirildi.  Birinci  komissiyada 
Almaniya götürdüyü öhdəlikləri pozduqda ona qarşı tətbiq ediləcək 
sanksiyalar  məsələsi  kəskin  mübahisələr  yaratdı.  Belə  hal  olduqda 
Almaniyaya  qarşı  sanksiyalar  yalnız  Millətlər  Cəmiyyətinin  razılığı 
ilə tətbiq edilə bilərdi. Konfransda Rur hövzəsindən hərbi hissələrin 
çıxarılması  məsələsi  müzakirə  edildi.  Qəbul  edilən  qərara  görə 
ordular  Rurdan  ən  geci  bir  il  müddətində  çıxarılmalı  idi.  Avqustun 
2-də  London  konfransının  komissiyaları  öz  işini  sona  çatdırdı. 
Avqustun 16-da ekspertlərin məruzəsi təsdiq edildi. 
41 


Qürarları  beynəlxalq  münasibətlərdə  yeni  mərhələnin 
başlanğıcını  qoyan  London  konfransının  başlıca  yekunları 
aşağıdakılardan  ibarət  idi;  Almaniyadan  alınacaq  təzminata  dair 
məsələnin  Fransa  tərəfindən  təkbaşına  həlli  cəhdləri  rədd  edildi; 
bütün  mübahisəli  məsələlər  ABŞ-ın  iştirakı  ilə  Antanta 
nümayəndələrinin  arbitraj  komissiyasında  həll  olunmalı  idi;  Rurun 
işğalı pislənildi; bu ərazinin təsərrüfat cəhətdən təcili, hərbi cəhətdən 
isə  bir  il  ərzində  boşaldılması  tələb  olunurdu;  hərbi  müdaxilə  və 
məsələlərin  silahlı  yolla  həlli  rədd  edilirdi;  Almaniya  üzərində 
maliyyə və təsərrüfat nəzarəti qoyulurdu; Fransanın Almaniyadan daş 
kömür  və  digər  sənaye  məhsulları  almaq  hüququ  qəbul  edildi; 
Almaniya  isə  verəcəyi  məhsulların  azaldılınası  haqqında  arbitraj 
komissiyasına  müraciət  edə  bilərdi;  Almaniyaya  İngiltərə  və  ABŞ 
istiqrazları verilirdi. 
London konfransının qərarları və Daues planının qəbul edilməsi 
beynəlxalq  aləmdə  qüvvələr  nisbətinə  ciddi  təsir  etdi.  Böyük 
Britaniya-ABŞ  bloku  Avropa  məsələlərinin  həllində  Fransanı 
nisbətən  arxa  plana  keçirdi.  Fransanın  Avropada  hegemonluğa  nail 
olmaq istəyi həyata keçmədi. 
Lokarno sazişləri 
Rurun  işğalından  sonra  Avropada  təhlükəsizlik  üçün  etibarlı 
təminat  yaradılınası  məsələsi  böyük  dövlətlərin  başlıca  qayğısına 
çevrildi.  Fransa  Avropada  hüquqlarının  qorunmasına  dair  ABŞ  və 
Böyük  Britaniyadan  təminat  almağa  çalışırdı.  Ancaq  təminat  paktı 
məsələsində Fransa ilə İngiltərə arasında fikir ayrılığı hökm sürürdü. 
Fransanın  beynəlxalq  mövqeləri  də  güclü  deyildi.  Mərakeşin 
şimalında  rif  tayfalarına  qarşı  ‘İspaniyanın,  Suriyada  isə  Fransanın 
apardığı  hərbi  əməliyyatlar  onların  beynəlxalq  vəziyyətini 
ağırlaşdırırdı. Bu vəziyyətdən istiftdə edən İngiltərə İraq üzərindəki 
mandatını Millətlər Cəmiyyətinin xətti ilə 1924-cü il sen 
42 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə