BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə7/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   10   ...   120

Avstriyanın gələcəkdə Almaniya ilə birləşdirilməsi qadağan edilirdi. 
Avstriya 
Serb-Xorvat-Sloven 
dövlətinin 
(Yuqoslaviya) 
müstəqilliyini  tanıyırdı.  Yuqoslaviyanın  tərkibinə  Sloveniya, 
Dalmasiya, Bosna və Hersoqovina daxil olurdu. 
Avstriyada  ümumi  hərbi  mükəlləfiyyət  qadağan  edilirdi.  Ölkə 
yalnız 30 min nəfərlik ordu saxlaya bilərdi. 
Neyi sülh müqaviləsi 
Bolqarıstanla sülh müqaviləsi 1919-cu il noyabrın 27-də Paris 
yaxınlığında 
Neyi-Sür-Sen 
qəsəbəsində 
imzalandı. 
Sülh 
müqaviləsinin  şərtlərinə  görə  Bolqarıstan  ərazisinin  bir  hissəsini,  o 
cümlədən  Egey  dənizinə  çıxışını  itirirdi;  ərazisinin  bir  hissəsi 
Yuqoslaviyaya,  Cənubi  Dobruca  Rumıniyaya,  Qərbi  Frakiya  isə 
Yunanıstana  verilirdi;  bolqar  ordusunun  sayı  könüllülük  əsasında 
muzdla  20  min  nəfər  olmalı;  bolqarlar  müharibədə  vurduğu  ziyana 
görə təzminat ödəməli idi. 
Böyük Trianon sülh müqaviləsi 
Macarıstanla sülh  müqaviləsi 1920-ci  il iyunun  4-də Versalda 
Böyük  Trianon  sarayında  imzalandı.  Sülh  müqaviləsinin  şərtlərinə 
görə  Macarıstan  Yuqoslaviyanın  müstəqilliyini  tanıyırdı;  Xorvatıs- 
tan, Baçka və Banatm qərb hissəsi Yuqoslaviyaya; Transilvaniya və 
Banatm  şərq  hissəsi  Rumıniyaya;  Slovakiya  və  Karpat  arxası 
Ukrayna isə Çexoslovakiyaya verilirdi; Macarıstan Çexoslovakiyanın 
müstəqilliyini  tanıyırdı;  Burgenland  Avstriyaya  verilirdi;  ölkədə 
ümumi  hərbi  mükəlləfiyyət  qadağan  edilirdi;  Macarıstan  35  min 
nəfərdən çox ordu saxlaya bilməzdi; Almaniyanın bütün müttəfiqləri 
kimi Macarıstan da qalib dövlətlərə təzminat verməli idi. 
22 


Spa konfransı 
Versal  sülh  müqaviləsi  imzalandıqdan  sonra  Avropada 
dövlətlərarası  münasibətlərdə  başlıca  məsələ  Almaniyanın  tərksilah 
edilməsi  və  təzminatın  alınması  idi.  Bu  məqsədlə  birinci  dünya 
müharibəsi illərində Almaniya baş qərargahının yerləşdiyi Belçikanın 
Spa  şəhərində  1920-ci  il  iyulun  5-16-da  konfrans  keçirildi. 
Müttəfiqlər  Almaniyadan  Versal  sülh  müqaviləsinin  yerinə 
yetirilməsini  tələb  edərək  aşağıdakı  şərtləri  irəli  sürdülər:  könüllü 
hərbi  təşkilatları  tərksilah  etmək;  ayrı-ayrı  adamlardan  silahları 
yığmaq;  ordunu  könüllülük  prinsipi  əsasında  qumıaq;  hərbi  əmlakı 
təhvil vennək və sülh müqaviləsinin digər şərtlərini yerinə yetinnək. 
Almaniya bunları qəbul edəcəyi təqdirdə 1920-ci il oktyabrın 1-dək 
150 min ordu saxlaya bilərdi. 1921-ci il yanvarın 1- dək ordu 100 min 
nəfər  olmalı  idi.  Almaniya  bu  tələbləri  yerinə  ye-  timıədikdə  isə 
müttəfiqlər  onun  yeni  ərazilərini  işğal  edə  bilərdilər.  Almaniya 
rəhbərliyi qoyulan şərtlərlə razılaşdı. 1920-ci il iyulun 9- da müvafiq 
protokolu imzaladı. 
Konfransda  təzminat  haqqında  məsələ  də  müzakirə  olundu. 
Lakin  kəskin  ixtilaflar  ucbatından  iştirakçı  dövlətlər  alınacaq 
təzminatın  ümumi  məbləği  barədə  yekdil  rəyə  gələ  bilmədilər. 
Bununla  belə,  təzminatı  alacaq  dövlətlərin  payı  aşağıdakı  kimi 
müəyyənləşdirildi: Fransa 52%, İngiltərə 22%, İtaliya 10%, Belçika 
8%,  Yunanıstan,  Rumıniya  və  Yuqoslaviya  6,5%,  Yaponiya, 
Portuqaliya  0,75%.  ABŞ-m  da  təzminat  almaq  hüququ  saxlanıldı. 
Amma ABŞ senatı Versal sülh müqaviləsini təsdiq etmədi. Amerikan 
hökuməti təzminatı almaqdan imtina etdi. ABŞ təzminat məsələsində 
Almaniyanın  çətinliyə  salınmasının  ölkədə  qisasçılıq  meyllərini 
artıracağından narahat idi. 
Konfransda  artıq  bolşevik  işğalı  nəticəsində  devrilmiş  və 
mühacirətdə  qalmış  Ə.Topçubaşov  başda  olmaqla  Azərbaycan 
Cümhuriyyətinin  nümayəndə  heyəti  də  iştirak  edirdi.  Nümayəndə 
heyəti  müharibədə  vurulan  ziyana  görə  Azərbaycana  təzminat 
verilməsi və bolşevik işğalına son qoyulması məsələlərini qaldırsa da 
istəyinə çata bilmədi. 
23 


Sevr sülh müqaviləsi. 
Osmanlı dövləti ilə sülh müqaviləsi 1920-ci il avqustun 10-da 
Sevrdə  bağlandı.  Müqaviləni  bir  tərəfdən  İngiltərə,  Fransa,  İtaliya, 
Yaponiya, Belçika, Yunanıstan, Hicaz, Polşa, Portuqaliya, Rumıniya, 
Yuqoslaviya,  Çexoslovakiya,  digər  tərəfdən  Osmanlı  dövləti 
imzaladı.  Müqavilənin  şərtlərinə  görə  türk  sultanı  paytaxt  kimi 
İstanbulu  saxlayırdı.  Sülh  müqaviləsinin  tələbləri  yerinə 
yetirilmədikdə  müttəfiqlər  onun  şərtlərini  yenidən  nəzərdən  keçirə 
bilərdilər.  Ölkədə  işğal  rejimi  saxlanılırdı.  Müttəfiqlərin  yaratdığı 
maliyyə  komissiyasının  razılığı  olmadan  Osmanlı  dövləti 
konsessiyalar  verə  bilməzdi.  Osmanlı  silahlı  qüvvələri  əsgər  və 
zabitlərlə  birlikdə  50  min,  jandarmeriyanın  sayı  isə  35  min  nəfər 
müəyyənləşdirildi. 
Sülh 
müqaviləsi 
Osmanlı 
dövlətinin 
parçalanmasını rəsmiləşdirirdi. Osmanlı dövləti ərazilərinin 80%-ni - 
Fələstin,  Transiordaniya,  İraq,  Suriya,  Livan  və  başqalarını  itirirdi; 
Qara  dəniz  boğazları  üzərində  Antanta  ölkələrinin  beynəlxalq 
nəzarəti  qoyulur  və  tərksilah  edilirdi;  bütün  ölkələrin  gəmiləri 
müharibə  və  dinc  vaxtı  boğazlardan  sərbəst  şəkildə  keçə  bilərdi. 
Bundan ötrü boğazlar komissiyası yaradılırdı. Komissiyanın tərkibinə 
İngiltərə, Fransa, Yaponiya,  İtaliya, istədiyi  vaxt  ABŞ- dan iki səsi 
olan bir, Rusiya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Türkiyədən 
bir səsi olan bir nümayəndə daxil ola bilərdi. Rusiya, Bolqarıstan və 
Türkiyə  yalnız Millətlər Cəmiyyətinə daxil olduqdan sonra belə bir 
hüququ qazanacaqdı. 
Türkiyə ərazisi Kiçik Asiya və İstanbul şəhəri olmaqla Avropa 
qitəsində  balaca  bir  zolaqla  məhdudlaşdırılırdı.  Ədimə  ilə  birlikdə 
Şərqi  Frakiya,  Dardanelin  Avropa  sahili,  Qallipoli  yarımadası  və 
İzmir Yunanıstana, Dodekanes adaları isə İtaliyaya verilirdi. 
Sevr  müqaviləsi  Türkiyəni  suverenlikdən  məhrum  edərək  onu 
müstəmləkəyə  çevirir  və  müstəqilliyini  faktiki  olaraq  ləğv  edirdi. 
Özünü  xalqın  gözündə  salmış  sultan  hakimiyyəti  artıq  ölkədə  real 
qüvvəyə  malik  deyildi.  Bundan  fərqli  olaraq  Ankarada  yaradılan 
Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti Mustafa Kamal 
24 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə