BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər


Almaniya bloku ölkələrinin məğlubolma səbəbləri



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə4/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   ...   120

Almaniya bloku ölkələrinin məğlubolma səbəbləri 
Almaniya  və  müttəfiqlərinin  birinci  dünya  müharibəsində 
məğlub olmasının başlıca səbəbləri aşağıdakılardan ibarət idi: 
Birincisi,  Antanta  dövlətlərinin  iqtisadi  və  insan  ehtiyatları 
Almaniya,  Avstriya-Macarıstan,  Osmanlı  dövləti  və  Bolqarıstandan 
üstün  idi.  Buna  görə  də  üzücü  müharibədə  Almaniya  bloku 
ölkələrinin  hərbi  və  digər  ehtiyatları  tez  tükəndi.  Müharibə  neft 
müharibəsi  idi.  Antanta  ölkələrindəki  neft  və  daş  kömür  ehtiyatları 
Almaniya bloku ölkələrini xeyli üstələyirdi. 
İkincisi, hərbi qüvvələr nisbəti Antanta ölkələrinin xeyrinə idi. 
Müharibənin  gedişində  Antanta  ölkələri  48  mln.  355  min  əsgər  və 
zabiti və ya 525 diviziyanı, Almaniya bloku ölkələri isə 25 mln. 160 
min  əsgər  və  zabiti  və  ya  372  diviziyanı  hərbi  əməliyyatlara  cəlb 
etmişdilər.  Müharibə  illərində  Antanta  ölkələri  9  mindən  çox  tank 
istehsal etmişdilər. Almaniya bloku ölkələrində isə tanklar demək olar 
ki,  yox  idi.  Antanta  ölkələri  aviasiya  sarıdan  iki  dəfə,  hərbi  dəniz 
donanması  baxımından  isə  daha  çox  üstün  idi.  Beləliklə,  Antanta 
blokunun hərbi cəhətdən üstünlüyü müharibədə qələbəni təmin edən 
əsas amillərdən biri oldu. 
Üçüncüsü,  Almaniyanın  siyasi  üstqurumu  müharibə  dövründə 
böhran  vəziyyətinə  düşdü.  Ölkədə  çevik  idarəçilik  çatışmırdı. 
Almaniya  və  müttəfiqləri  idarəçilikdə  mövcud  olan  böhrandan  çıxa 
bilmədilər. 
Dördüncüsü,  alman  bloku  ölkələrinin  hərbi  nəzəriyyəsi, 
strategiya  və  taktikası  rəqiblərindən  zəif  idi.  Onlar  öz  qüvvələrini 
şişirdərək  rəqibin  qüvvələrini  lazımınca  qiymətləndirmirdilər. 
Almaniyanın siyasi rəhbərliyi və hərbi komandanlığı mövcud şəraitdə 
müharibə aparılması şərtlərinə, başlıcası isə ölkənin iqtisadi, siyasi və 
hərbi imkanlarına cavab verməyən “Şliffen planf’nın əsiri oldu. 
Beşincisi, Almaniya və müttəfiqləri müharibəyə hərbi kəşfiyyat 
və  informasiya  baxımından  yaxşı  hazırlaşmamışdılar.  Alman  hərbi 
komandanlığı hətta Rusiya ərazilərinin xəritəsini kifayət qədər dəqiq 
hazırlaya bilməmişdi. Alman zabitləri hərbi 
13 


əməliyyatların aparıldığı yerli şəraitə yaxşı bələd deyildilər. Antanta 
ölkələrinin hərbi kəşfiyyatı isə demək olar ki, qüsursuz işləyirdi. 
Altıncısı, Antanta ölkələri Almaniya bloku ölkələrini zəiflətmək 
və  əsas  diqqətlərini  hərbi  əməliyyatlardan  yayındırıb  daxili 
problemlərə  yönəltmək  məqsədi  ilə  Osmanlı  dövləti  və  Avstriya- 
Macarıstan  imperatorluğunda  yaşayan  milli  azlıqları  qiyamlara  və 
separatçılığa  təhrik  etdilər.  Erməni  silahlı  dəstələri  Osmanlı  dövləti 
ərazisində yaşayan dinc türk əhalisinə - qoca, qadın və uşaqlara qarşı 
kütləvi  qətllər  törədərək  dövlətə  arxadan  zərbə  vurdular.  Bu  isə 
Osmanlı  hökuməti  üçün  daxildə  çoxlu  problemlər  yaradaraq  onu 
zəiflətdi. 
Müharibənin beynəlxalq nəticələri 
Kompyen barışığının imzalanması  ilə əhalisi  1 mlrd, nəfərdən 
çox  olan  34  ölkənin  və  səfərbərliyə  alınmış  74  mln.  nəfərin  iştirak 
etdiyi birinci dünya müharibəsi sona çatdı. Müharibədə təxminən 10 
mln.  nəfər  öldürüldü,  20  mln.  nəfər  yaralandı.  Müharibəyə  külli 
miqdarda  vəsait  xərcləndi.  Birbaşa  hərbi  xərclər  208  mlrd,  dollar 
təşkil etdi. 
Müharibənin  bir  sıra  möhtəşəm  beynəlxalq  nəticələri  oldu. 
Birincisi,  müharibə  nəticəsində  dünyanın  siyasi  xəritəsində  ciddi 
dəyişikliklər  əmələ  gəldi.  Avstriya-Macanstan  imperatorluğu  və 
Osmanlı  dövləti  parçalandı.  Rusiya  imperiyasının  dağılması 
nəticəsində uzun illər boyu dini və milli zülm altında inləyən xalqlar 
azadlığa çıxdılar. Yeni müstəqil dövlətlər yarandı. 
İkincisi, müharibə dünya dövlətlərinin iqtisadiyyatına dərin təsir 
göstərərək onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafını 
sürətləndirdi.  Hərbi  əməliyyatlar  bir  sıra  ölkələrin  iqtisadiyyatını 
dağıdaraq on illərlə geriyə atdı. Digərlərinin isə yüksək inkişafına və 
varlanmasına şərait yaratdı. Müharibə nəticəsində ABŞ və Yaponiya 
xeyli  varlandı.  1914-cü  ilə  qədər  dünya  bankirləri  hesab  olunan  və 
maliyyə zəncirini öz əllərində 
14 


saxlayan  İngiltərə,  Fransa  və  Almaniya  müharibə  illərində  xarici 
kapitallarının  xeyli  hissəsini  itirdilər.  Müharibə  başlanana  qədər 
Avropa ölkələrinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə, 
Fransa,  İtaliya  və  qitənin  digər  dövlətlərinə  külli  miqdarda  borc 
verməklə  onları  özündən  asılı  vəziyyətə  salaraq  dünyanın  qüdrətli 
maliyyə mərkəzinə çevrildi. 
Müharibənin  ilk  günlərindən  Almaniya  bloku  dövlətlərini 
blokadaya alan ingilis donanması onları dünyanın xammal və ərzaq 
mənbələrindən  məhrum  etdi.  Öz  növbəsində  Almaniya  sualtı 
müharibənin  köməyi  ilə  Antanta  ölkələrinin  müstəmləkələrlə 
əlaqələrini  kəsib  çətinlik  yaratmağa  və  onları  blokadaya  almağa 
çalışsa da istəyinə çata bilmədi. Bununla belə, müharibənin gedişində 
Avropa  dövlətləri  ilə  digər  qitələr  arasında  ticarət  mübadiləsinin 
kəsilməsi  əsrlər  boyu  formalaşmış  iqtisadi  əlaqələri  qırdı.  Ənənəvi 
dünya bazarını dağıtdı. 
Müharibə  müstəmləkə  və  yarımmüstəmləkə  dövlətlərinin 
iqtisadiyyatında  mühüm  dəyişikliklər  etdi.  Hərbi  əməliyyatlar 
ucbatından 
Avropa 
dövlətlərinin 
müstəmləkələrə 
və 
yarımmüstəmləkələrə sənaye mallan ixrac etməsi xeyli azaldı. Bunun 
əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün həmin 
yerlərdə  emal  və  yüngül  sənaye  sahələrinin  qurulmasına  şərait 
yaratdılar.  Fabrik  və  zavodların  tikilməsi  müstəmləkə  və 
yarımmüstəmləkələrdə sənaye cəmiyyətinin qurulması və inkişafına, 
texniki  tərəqqiyə,  eyni  zamanda  yeni  sosial  münasibətlərin 
yaranmasına təkan verdi. 
Üçüncüsü,  müharibə  müstəmləkə  və  yarımmüstəmləkələrdə 
milli  azadlıq  hərəkatını  gücləndirdi.  Xalqlar  müstəqillik  dövrünə 
qədəm qoydular. Müstəmləkə sisteminə sarsıdıcı zərbə vuruldu. 
Dördüncüsü, müharibənin yaratdığı ağır sosial-iqtisadi vəziyyət 
bir çox ölkələrdə inqilabi hərəkatların meydana gəlməsinə səbəb oldu. 
Hərbi  əməliyyatlardan  cana  doymuş  xalqların  sosial  hərəkatları 
gücləndi.  Yeni  sosial-iqtisadi  və  siyasi  quruluşlu  dövlətlərin  əmələ 
gəlməsi meylləri yarandı. 
15 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə