Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

48 
 
Habsburqlardan  Burbonlara  keçirəcəkdi.  Fransa  kralı  sərkərdə  olmalı  idi  və  Lui 
döyüş səhnəsində şagird kimi xidmət edirdi. 
1658-ci  ildə  o,  məhəbbətlə  taxt-tac  borcu  arasındakı  böyük  münaqişə  ilə 
üzləşdi. Bu, həmin dövrün hökmdarlarının əksəriyyəti üçün oxşar bir hadisə idi. İki 
il ərzində o, Mazarinin qohumu olan Mariya Mançini adlı qıza məhəbbəti naminə 
özü ilə mübarizə aparırdı. Nəticədə o, siyasətin zərurətinə tabe oldu və 1660-cı ildə 
Mariya  Tereza  Avstriyalıya evləndi. Bu qız İspaniya kralı IV Filippin qızı idi və 
nikah iki ölkə arasındakı sülhün ratifikasiya edilməsinə xidmət etdi. Onların nikahı 
çox dəbdəbəli qaydada bayram edildi. Fransız monarxının Habsburq sülaləsindən 
olan ispan infantası ilə nikah ittifaqı Pireney sülhünü möhkəmləndirdi. Fransa ilə 
İspaniya arasında 1659-cu ildə bağlanan bu sülh iki dövlət arasında sərhədləri qəti 
şəkildə müəyyənləşdirdi. 
XIV  Luinin  uşaqlığı  sona  çatdı,  lakin  heç  kəs  inanmırdı  ki,  o,  hakimiyyət 
yüyənini əlində saxlamağa qadirdir. Sonrakı dövrlər göstərdi ki, onun ambitsiyaları 
daha  böyükdür.  O,  öz  memuarlarında  yazırdı:  “Mən  ürəyimdə  hər  şeydən  çox 
şöhrəti seçirəm, hətta həyatın özündən də. Şöhrət sevgisi ehtirası seçmək kimi bir 
şeydir...  bütövlükdə  yer  üzərində  ilahi  funksiyanı  yerinə  yetirdikdə,  biz  onu 
alçaldan qarışıqlığın bacarıqsızlığını üzə çıxarmalıyıq”. 
1661-ci  ildə  Mazarin  öldü.  Bir  gün  sonra,  martın  10-da  saray  dramatik  bir 
zərbə  ilə  üzləşdi.  Kral  təəccüblənən  nazirlərinə  bildirdi  ki,  krallığın  idarə 
edilməsinin  bütün  məsuliyyətini  öz  üzərinə  götürmək  niyyətindədir.  IV  Henrinin 
hökmdarlığından  sonra  belə  bir  şey  olmamışdı.  Bu  o  demək  deyildir  ki,  XIV 
Luinin    hərəkəti  ənənəyə  uyğun  gəlmirdi.  İlahi  hüquqla  icra  edilən  diktatorluq 
konsepsiyası  isə  onun  özünə  məxsus  idi.  İnamına  görə  Lui  özünü  Yer  üzərində 
Allahın  təmsilçisi  kimi  görürdü  və  hesab  edirdi  ki,  bütün  növ  tabe  olmamaq  və 
qiyam günah  sayılmalıdır.  Bu  inamdan  o,  təkcə təhlükəli  günahsızlıq hissiyyatını 
qəbul etmədi, həm də xeyli sakitlik və mülayimlik qazandı. Fronda başa çatdıqdan 
sonra fransızların böyük əksəriyyəti belə bir qərara gəlmişdi ki, Fransanın stabilliyi 
üçün ümid taxt-taca əsaslanır. Həmin vaxt 23 yaşlı monarx əsl kral olmaq barədə 
öz qətiyyətini belə ifadə etdi: 
“Bu vaxta qədər mən öz işlərimin idarə edilməsini mərhum kardinala etibar 
etməkdən faydalanırdım. Bu vaxtdan isə onları özüm idarə edəcəyəm. Siz (katiblər 
və dövlət nazirləri) yalnız özüm xahiş etdikdə, məsləhətçilərim kimi mənə kömək 
edəcəksiniz. Mən tələb və əmr edirəm ki, mənim göstərişim olmadan heç bir qayda 
sənədinə  möhür  vurmayasınız...  Mən  əmr  edirəm  ki,  heç  nəyə,  hətta  mənim 
göstərişim olmadan pasporta da imza atmayın, hər gün heç kəsi yox, şəxsən məni 
nəzərə alaraq hərəkət edin”. 
Onun  anası  Luinin  bu  sözlərinə  bərkdən  güldü,  axı  onun  əylənməsinə  və 
qumar  oynamasına,  kral  sarayındakı  qulluqçu  qızların  yatağına  girməsinə  yaxşı 
bələd  idi.  Lakin  Lui  tam  ciddi  idi,  möhkəm  hökmdar  olmaq  üçün  hər  cür  haqqı 
ödəməyə hazır idi. O, gündəlik işlərlə vicdanla məşğul olmaq qaydasını qoydu və 
bundan nadir hallarda uzaqlaşırdı. O, öz kral sənətini “böyük, nəcib və sevimli bir 
iş” hesab edirdi. Şöhrət qazanmaq naminə o, Versal sarayında böyük və möhtəşəm 
tamaşa  yaratmışdı.  Kralın  ölümündən  bir  neçə  onillik  sonra  Volter  1661-ci  ildən 


49 
 
1715-ci  ilə  qədər  olan  dövrü  “XIV  Lui  erası”  adlandırmışdı.  Tarixçilər  də  o 
vaxtdan həmin dövrü belə adlandırmağa üstünlük verirlər. 
Həqiqətən  də  o,  Fransanı  qeyri-məhdud  şəkildə  idarə  etmişdi.  Gənc  kral 
bəyan etmişdi ki, bu vaxtdan etibarən “özüm birinci nazir olacağam”. O, əmin idi 
ki, monarxın hər bir arzusu onun təbəələri üçün qanundur. Kralın hakimiyyətinin 
təbəələri  tərəfindən  məhdudlaşdırılması  onun  üçün  böyük  biabırçılıqdır.  Yalnız 
təkcə monarx dövlətin faydasının nədə olduğunu bilir, öz əməllərinə görə o, yalnız 
Allah  qarşısında  cavabdehdir.  XIV  Lui  dövləti  özü  ilə  eyniləşdirirdi  (“Dövlət 
mənəm”). Ondan bir əsr sonra taxt-taca gəlmiş Prussiya kralı Böyük II Fridrix isə 
bu məsələdə öz düşüncəsini belə ifadə edirdi: “Dövlətin birinci nökəriyəm”.  
Günəş  Kralın  dövründə  ölkənin  idarə  olunması  kral  şurasında 
mərkəzləşmişdi. Parlamentlərin hüquqları 1667-ci il və 1673-cü il ordinansları ilə 
məhv  edilmişdi,  onların  məhkəmə  səlahiyyətləri,  fövqəladə  məhkəmələrin 
yaradılması ilə məhdudlaşmışdı. 
Kral iqamətgahı sonralar Versal oldu. Versal sarayı öz möhtəşəmliyinə görə 
bütün  digər  sarayları  kölgədə  qoyurdu.  Kral  sarayı  Fransanın  mənəvi  həyatının 
mərkəzi  rolunu  oynayırdı.  XIV  Lui  özünə  xidmətə  görkəmli  rəssamları  və 
yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız incəsənətinin və ədəbiyyatının inkişaf 
istiqamətini müəyyən edirdi. XIV Luinin siyasəti Fransanın beynəlxalq nüfuzunun 
möhkəmlənməsinə yönəlmişdi. 
O, ilk anlarda böyük nazirləri olan Jan Batist Kolberə - markiz Luvuayaya 
və  Uqo  de  Liona  arxalanırdı,  həm  də  onların  arasında  ayrı-seçkilik  yaradırdı. 
Sonralar isə nisbətən aşağı qabiliyyətli adamlara bel bağlamalı oldu. 54 il ərzində 
Lui özünü hər gün səkkiz saatlıq işə həsr etdi. Onun diqqətindən çox xırda detal da 
yayınmırdı.  O,  saray  etiketindən  tutmuş,  qoşunların  hərəkətinə  qədər,  yol 
çəkilişindən ilahiyyat barədə disputlara qədər hər şeyə nəzarət etmək istəyirdi. O, 
uğur  qazanırdı,  çünki  Fransanın  əhval-ruhiyyəsini  gəncliyə  xas  olan  cəsarətlə  və 
parlaqlıqla əks etdirirdi.  
1666-cı ildə XIII Luinin arvadı, az yaşlı XIV Luinin regenti olan anası Anna 
Avstriyalı  vəfat  etdi.  Bu  qadın  Mazarindən  beş  il  artıq  ömür  sürdü.  Lakin  bu 
hadisələr kralı siyasətdən ayıra bilmirdi. 1671-ci ildə o, Şimali Amerikanın daxili 
kontinental hissəsinə sahib olmaq hüququnu irəli sürdü. 
Pensionlardan  və  cəzalardan  istifadənin  əksinə,  bunlarsız  monarxiya, 
kübarları  özünə  tabe  etməyə  qadir  deyildi,  o,  40  il  ərzində  11  vətəndaş 
müharibəsinə start verdi, bu əsasən kübarlığa qarşı çevrilmişdi. Lui onları sarayına  
cəlb edirdi, qumarla pozurdu, bədxərclik nəticəsində onları ağır vəziyyətə salırdı, 
qabiliyyətlərini isə özünün xoşuna gəlib-gəlməməsindən asılı  etmişdi. Kral hesab 
edirdi ki, hər şeydə o, düzgün hərəkət edir. XIV Lui inanırdı ki, taxt-tacı ona Allah 
vermişdir və özünü Yer üzərindəki allah hesab edirdi.  
Sen-Simon  hersoqu  isə  bildirirdi  ki,  saraya  gələn  kübarlar  onu  tərifləməsə, 
Lui  onlara  qarşı  təsir  etmək  qaydasında  hərəkət  etməyi  bacarır.  O,  yazırdı:  “O, 
təkcə  yatağına  getmək  üçün  qalxanda  deyil,  yemək  yiyəndə  də,  otaqlarından 
keçəndə də, bağlarında gəzəndə də sağına və soluna baxırdı. O, kübarları saraydan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə