Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   83   84   85   86   87   88   89   90   ...   99

182 
 
qəhrəmandan  fərqli  olaraq  heç  kəsə  qarşı  qəddarlıq,  rəhmsizlik  də 
göstərməmişdilər.  
Onlar  yalnız  öz  fədakarlıqlarına  görə  məşhurlaşmışdılar.  Onlar  ani  şəraitin 
diqtəsi  ilə  deyil,  öz  ailə  borclarını,  nikahın  müqəddəsliyinə  itaət  etdiklərini  ön 
plana çəkərək, belə qəhrəmanlığa əl atmışdılar. Ruş şairi Nikolay Nekrasov onları 
«Rus qadınları» poemasında tərənnüm etmişdi. Onların mənəvi obrazları bəlkə də 
Homerin füçunkar Yelenasından da daha cazibədar idi.  
Qadınlar  təkcə  mərhəmətlilik  nümunəsi  deyillər,  onlar  qisas  almaq  fikrinə 
düşdükdə,  zəhəri  ilə  düşməni  məhv  edən  ilandan  da  qəddar  hərəkət  etməkdən 
çəkinmirlər. Onlar heç də qətlə əl atmırlar, lakin kiminsə ömrünə zəhər qatmaqla, 
onu  qəbirə  gömülməyə  qədər  izləyir,  zərbələrinin  ardını  kəsmirlər.  Belə 
qadınlardan  biri  olan  peterburqlu  əcnəbi  qızı  İdaliya  Poletika,  Puşkinin  həyatına 
son  qoyulmasında  bilavasitə  iştirak  etməsə  də,  Jorj  Dantes  kimi  onu  ölümcül 
yaralayan  gülləni  atmasa  da,  bu  atəşin  açılmasını  reallaşdırmaq  üçün  çox  iş 
görmüş, bütün məkr «dühasını» işə salmışdı.  
A.S.Puşkin  arvadı  Natalya  Nikolayevna  ilə  Dantesin  yaxınlığı  barədə 
şayiələrə  görə,  xanımının  və  özünün  şərəfini  qorumaq  üçün  Dantesi  duelə 
çağırmışdı.  Bu  şayiələrin  yayılmasında,  həm  də  Danteslə  Natalyanın 
münasibətlərini «qaydaya» salmaq üçün İdaliyanın «zəhməti» az olmamışdı.  
Dantes həm də Puşkinin bacanağı, Natalya Nikolayevnanın bacısının əri idi. 
Bir  sıra  səbəbləri  nəzərə  alaraq  dueldən  imtina  etməyə  çalışmışdı.  Lakin  şairin 
təkidi ilə 1837-ci ilin yanvarında həmin dueldə Puşkin ağır yaralanmış və az sonra 
ölmüşdü. 
Sonra  vicdanlı  şəxs  kimi  tanınan  Lanskoyun  başçılıq  etdiyi  zabit  şərəfi 
məhkəməsi bu ölüm hadisəsində Dantesin təqsirsiz olduğu qənaətinə gəlmişdi. Bu 
həmin Lanskoydur ki, sonralar Natalya Nikolayevnaya evlənmiş, onların övladları 
da olmuşdu.  
Rus tədqiqatçıları, səriştəli puşkinistlər də Natalya Nikolayevnanın şərəfinin 
ləkəsiz  olduğu  qərarına  gəlmiş,  bu  qadının  xatirəsinə  kiminsə  daş  atmasını,  hətta 
buna cəhd etməsini bağışlanmaz bir qəbahət hesab etmişlər.  
Lakin  Puşkinin  Dantesi  duelə  çağırması  da  sadəcə  şıltaqlıq  əlaməti  deyildi, 
şayiələr  onun  mənliyini  əzirdi.  Bu  şayiələri  yaymaqda  İdaliya  kimi  öz  çirkin 
məqsədlərini güdənlərin də mövcudluğunu inkar etmək olmaz. Bəs İdaliyanı buna 
sövq edən, düşmənçiliyə gətirib çıxaran səbəb nə idi?  
Həmin  dövrlərdə  Peterburqda  kübar  qızlar,  qadınlar  əylənmək  üçün 
evlərində  ballar  təşkil  edirdilər.  Bu  ballara  çox  vaxt  Puşkin  də  dəvət  olunurdu, 
onun  istedadı  artıq  hamıya  yaxşı  bəlli  idi.  Balı  keçirən  sahibələrin  albomlarına  o, 
bədahətən  qoşduğu  panegirik  şeirlər  yazırdı  və  bu  parçalar  sonralar  ən  yüksək 
poeziya  nümunələri  kimi  məşhurlaşırdı.  İdaliya  Poletika  da  ənənəyə  müvaqfiq 
olaraq,  digər  rəfiqələri  kimi  belə  bir  bal  təşkil  etmişdi.  Məclisin  qonağı  olan 
Puşkinə  albomunu  təqdim  edib,  ora  nəsə  bir  şey  yazmağını  xahiş  etdi.  Şair 
xahişdən  imtina  etməyib,  özü  üçün  ən  bəlalı  yolu  seçdi.  O,  alboma  tərif  dolu, 
mədhiyyə xarakterli poetik sözlər yazdı, İdaliyanı bu şeirdə ən gözəl və nəcib qız 
kimi  təsvir  etdi.  Ev  sahibəsi  çox  razı  qalmışdı  və  albomu  lovğalıqla  digər 


183 
 
qonaqlara  göstərmişdi.  Birdən  salonda  bərkdən  səslənən  gülüş  səsləri  eşidildi. 
İdaliya  gülənlərə  yaxınlaşdıqda,  onlar  albomda  şairin  imzasının  altındakı  tarixi 
göstərdilər. Puşkin həmin günün dəqiq tarixi əvəzinə «1 aprel» sözlərini yazmışdı. 
İdaliya buna əvvəlcə diqqət verməmişdi, belə işarə isə yazılanların hamısının yalan 
olduğunu bildirirdi. Puşkinin belə hədyan, təhqiramiz hərəkətini olduğu kimi qəbul 
edən İdaliya bu vaxt ondan qisas alacağına and içdi.  
Beləliklə, Puşkin yolverilməz acı bir zarafatla, özünə təsəvvür edə bilmədiyi 
dəhşətli  bir  düşmən  qazandı.  İdaliya  qisas  üçün  hər  şeyə  hazır  idi.  Nataliya 
Nikolayevna ilə Dantesin öz təxəyyulundəki yaxınlığına nail olmaq üçün dəridən-
qabıqdan  çıxırdı.  Şayiələrin  böyüməsi  üçün  də  hər  şeyə  əl  atırdı.  Puşkin  isə  bu 
şayiələrin  qurbanına  çevrilməkdən  yayına  bilmədi  və  ən  bədbəxt  qərarını  verib, 
Dantesi duelə çağırdı.  
İdaliyanın  qəzəbi  Puşkin  öləndən  sonra  da  soyumadı.  Odessada  şairə 
Rusiyada  ilk  dəfə  olaraq  heykəl  qoyulmuşdu.  Bir  dəfə  İdaliya  Poletika  həmin 
abidənin yanından keçəndə, nifrətlə ona tüpürmüşdü.  
 
XX əsrdəki bəzi qadınlar 
 
Polyak  xalqı  Kleopatraya  bənzəyən,  vətəni  naminə  Fransa  imperatoru 
Napoleon  üçün  məşuqəliyə  razı  olan  Mariya  Valevskayaya,  əlbəttə,  hörmətlə 
yanaşmalıdır.  Lakin  Polşanı  daha  məşhurlaşdıran  bir  qadın  elmdə  böyük  kəşflər 
etmişdi. Mariya Sklodovskaya-Küri XIX əsrin sonunda Parisdə işləməyə başlamış, 
lakin XX əsrdə daha böyük şöhrət qazanmışdı. Görkəmli fizik və kimyaçı olmaqla 
Mariya Sklodovskaya-Küri radikativlik təliminin yaradıcılarından biri idi. Əri Pyer 
Küri ilə birlikdə polonium və  radium elementlərini kəşf etmiş, birincini öz vətəni 
Polşanın  şərəfinə  belə  adlandırmışdı.  O,  radioaktiv  şüalanmanı  tədqiq  edərkən, 
«radioaktivlik»  termnini  elmə  gətirmişdi.  1903-cü  ildə  əri  ilə  birlikdə  Nobel 
mükafatına  layiq  görülmüşdü.  1910-cu  ildə  kimya  elmi  üzrə  ikinci  dəfə  Nobel 
mükafatı almışdı. Onun qızı İren Küri və qızının əri Fredrik Jolio- Küri də sonralar 
Nobel  mükafatına  layiq  görülmüşdülər.  Kürilər  ailəsindən  olan  dörd  nəfər  dünya 
şöhrətli alim beş Nobel mükafatının sahibi olmuşdu.  
İkinci  Dünya  müharibəsində  Hitler  Almaniyasına  və  militarist  Yaponiyaya 
qarşı  vuruşan  Müttəfiq  dövlətlərin  –  İngiltərə,  SSRİ  və  ABŞ-ın  rəhbərləri  –  baş 
nazir  Uinston  Çörçillin,  sosialist  ölkəsinin  lideri  İosif  Stalinin  və  prezident 
Franklin  Delano  Ruzveltin  ailələrində  də  müxtəlif  vaxtlarda  müəyyən    çətinliklər 
yaranmış, yəqin ki, bundan onların özləri də əziyyət çəkməmiş deyildilər. XX əsrin 
30-cu  illərində  Çörçill  ancaq  İcmalar  Palatasının  üzvü  kimi  siyasi  fəaliyyət 
göstərirdi, bu vaxt onun arvadı Klementina bir varlı adama qoşulub, gəmi ilə Sakit 
okeana uzunmüddətli səfərə çıxmışdı. Səfərdən qaydan arvadını görən Çörçill buna 
çox  sevinmişdi,  deyəsən  arvadının  ailəsinə  qayıdacağına  da  ümidini  itiribmiş. 
Stalinin  arvadı  Nadejda  Alilluyeva  1932-ci  ilin  noyabrında  tapança  gülləsi  ilə 
özünü öldürmüşdü. Ruzveltin xanımı Eleanor beş uşaq anası olmaqla yanaşı, onun 
dörd oğlu İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuşdu, bir jurnalist qadınla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə