BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

69
var. Amma “biz gəlin dilimizi türkdilli eləyək”, -yenə də deyirəm, 
mən bunu etiraz nöqteyi- nəzərindən demirəm, istəyirəm özümə 
aydınlıq gətirim...
   Axı, nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azər-
baycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək 
özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, mən Tata-
rıstan türküyəm?”
   Heydər Əliyev millətin də, dilin də tarixi taleyini yax-
şı  bilirdi.  O  bilirdi  ki,  dilin  adını,  millətin  adını  yenidən 
qoymaq asan bir iş deyildir. Bu iş olduqca məsuliyyətli və 
çətin bir işdir. Ona görə də o, bu məsələyə böyük yanğıyla 
yanaşırdı: “... biz həm dilimizin adını yenidən qoymalıyıq, həm 
də  millətimizin  adını  yenidən  qoymalıyıq.  Onda  ölkəmizin  də 
adını dəyişdirək? Bunu düşünmək lazımdır”. Əslində Heydər  
Əliyev  məsələni  bu  şəkildə  qoymaqla  hiss  etdirmək  istə-
yirdi ki, müzakirə olunan məsələ elə-belə məsələ deyil. Bu, 
Azərbaycan  xalqının  taleyüklü  məsələsidir.  Ona  görə  də 
müzakirə zamanı ordan- burdan yox, konkret məsələdən 
danışmaq,  onun  elmi-məntiqi  cəhətlərini  aydınlaşdırmaq 
lazım  idi.  Bu  mənada  Heydər  Əliyev  bəzi  tarixi  həqiqət-
lərin  özünü  də  təhlil  edirdi,  niyə  belə  olduğuna  aydınlıq 
gətirirdi, suallar verirdi, suallara cavablar tapırdı, başqala-
rını da bu sual və cavablarda iştirak etməyə istiqamətləndi-
rirdi. Fikir verək: “ Doğrudur, taleyimiz belə gəlib ki, məsələn, 
bizə  tatar  deyiblər.  Amma  biz  tatar  deyilik  axı.  Neçə  illər  bizə 
tatar deyiblər? Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o 
birisilər də özlərinə tatar deyiblər. Bu Bakıda, Azərbaycanda bir 
belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı- “russ-
ko- tatarskaya şkola”. Bəs niyə o vaxtlar Cəlil Məmmədquluzadə, 
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Məmmədəmin Rəsulza-


70
də, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə və  başqaları durub 
demədilər  ki,  necə  yəni  “russko-  tatarskaya  şkola”?  Niyə  buna 
etiraz eləmədilər? Hamı da bunu qəbul elədi- “russko- tatarskaya 
şkola”. Heydər Əliyev buna  bizim aqibətimiz və taleyimiz 
kimi yanaşırdı. Sonradan 1918-ci ildən 1936-cı ilə qədər bizə 
türk deyilib, dilimiz türk dili adlanıbdır. Daha sonra dili-
miz Azərbaycan dili adlanıb, azərbaycanlı kimi tanınmışıq.  
Bax bu tarixi həqiqətləri Heydər Əliyev deyirdi və onların 
hər birinə cavab axtarırdı. Belə hesab edirdi ki, hər bir şeyi 
əsaslandırmaq  olar  və  bu  əsaslandırmalar  barədə  demək 
olmaz  ki,  onların  biri  digərindən  üstündür.  Ancaq  onun 
fikrincə, bunların hamısı bizim tarixi taleyimizdir. “amma 
bizim tarixi aqibətimiz belədir. İndi biz tarixi bir mərhələdəyik. 
Biz gərək elə bir qərar qəbul eləyək ki, o, həm bu günümüzü, həm 
keçmişimizi əks etdirsin, həm də gələcəyimiz üçün və bu gün döv-
lətçiliyimiz üçün yararlı olsun. Bax, məsələ burasındadır”.
Ziyalıların  bəziləri,  o  cümlədən  Bəxtiyar  Vahabzadə 
Azərbaycan  sözünün  yer  adı  kimi  işləndiyini  nəzərə  ala-
raq onun dil  adı kimi işlənməsini düzgün hesab etmirdi.   
Müxtəlif  müqayisələr  gətirərək   öz  mövqeyini  təsdiq  et-
məyə çalışırdı. Bəxtiyar Vahabzadə deyirdi: “Məsələn, hamı-
ya məlumdur, Misir də ərəbdir, İraq da ərəbdir, Əlcəzair də ərəbdir 
və s. Amma hamısında dil bir dildir. O dillərin müəyyən ləhcələri 
var. Amma demirlər “ Misir dili”. Axı, yerlə adlandırmaq olmaz, 
“azərbaycanlı”  sözü  yeri  bildirir.  Mən  bakılıyam,  gəncəliyəm, 
qubalıyam. “Lı” şəkilçisi milləti bildirmir. Ərəb hamısı ərəbdir. 
Amma demirlər ki, Əlcəzair ərəbidir, demirlər ki, məsələn, “İraq 
dili”, ya “Əlcəzair dili”, ya “ Misir dili” hamısına “Ərəb dili” 
deyirlər”. Əslində Bəxtiyar Vahabzadənin gətirdiyi dəlil və 
sübutda bir məntiq var. Ancaq bu məntiqi türkdilli xalqla-


71
ra və onlara keçdiyi tarixi yola olduğu kimi tətbiq etmək, 
məsələni bu şəkildə əsaslandırmaq yeganə analogiya deyil-
dir. Bu analogiya ilə oppozisiya təşkil edən digər analogiya 
da vardır. Bu mənada Heydər Əliyev məntiqi Bəxtiyar Va-
habzadənin gətirdiyi müqayisəyə belə cavab verirdi: “Slav-
yan millətləri var və slavyan dilləri var. Bir-birinə də çox yaxın, 
elə bizim üçün də tarixən çox yaxın –Rusiya, Belarusiya, Ukray-
na. Bunların dili eynidir. Xüsusilə Belarusiya ilə Rusiyanın dili 
eynidir. Ona deyir “ rus dili”, o birisinə deyir “ belarus dili”. Bəs 
niyə deyir? Mən sizin sadəcə olaraq “ərəb dili” sözünüzə cavab 
vermək istəyirəm. Yəni belə şeylər var tarixdə.  Biz burada istisna 
etmirik. Onu götürsən ona da cavab tapmaq olar, bunu götür-
sən, buna da cavab tapmaq olar”. Məhz bu məntiq qarşısında 
Bəxtiyar Vahabzadə belə söyləməli olur: “ Ümumi orta yol 
tutmalıyıq”. Onun bu fikri Heydər Əliyev məntiqinin yarat-
dığı fikir idi. Daha doğrusu, razılaşma qənaətindən başqa 
bir şey deyildi. 
   Heydər Əliyev elə bir məntiqlə fikir söyləyirdi ki, mü-
zakirə iştirakçısı olan hər bir ziyalı anlayırdı ki, dövlət di-
linin adı məsələsi millətin tale məsələsidir. Hüquqi əsas ol-
madan dilimizin adının gah türk, gah tatar, gah azəri və s. 
adlanması belə bir müzakirə ilə qarşılaşmaq reallığını gün-
dəmə gətirmişdi. Odur ki, müzakirələr çox rəngarəng ge-
dirdi və fikirlər haçalanırdı. Heydər Əliyev belə bir vəziy-
yətdə müzakirəyə güclü dirijorluq edir, hər kəsi öz dilində 
danışdırır, hər kəsi səbrlə dinləyir və hər kəsə söz verirdi. 
Heydər Əliyevin müzakirədə söz verdiyi ziyalılardan biri 
də şair Zəlimxan Yaqub idi. Zəlimxan Yaqub “Azərbaycan 
türk dili” ifadəsinin konstitusiyaya daxil olmasının tərəfin-
də idi. Və bunu belə əsaslandırırdı. XII əsrdən üzü bəri yüz-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə