BuludHeyderEliyev indd


Ziyalılar yeni konstitusiya layihəsini



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

96
Ziyalılar yeni konstitusiya layihəsini  
 
müzakirə edirlər
1
A
zərbaycan prezidenti Heydər Əliyev 
Respublika  Elmlər Akademiyasında 
keçirilən yığıncaqda iştirak etmişdir.
Oktyabrın  31-də  Respublika  Elmlər  Akademiyası  Rə-
yasət  Heyəti  binasının  iclas  salonunda  Azərbaycan  Res-
publikasının yeni konstitusiya layihəsinin geniş müzakirəsi 
keçirilmişdir. Yığıncağa respublikanın dövlət və hökumət 
orqanlarının, elm, mədəniyyət, təhsil, yaradıcılıq, ictimai – 
siyasi təşkilatlarının, ayrı – ayrı partiyaların, kütləvi infor-
masiya vasitələrinin nümayəndələri toplaşmışdılar.
Yığıncaqda  Azərbaycan  Respublikasının  prezidenti 
Heydər Əliyev iştirak edirdi.
Yığıncaq iştirakçıları oktyabrın 28-də Bakı metrosunda 
baş vermiş faciə nəticəsində həlak olanların xatirəsini bir 
dəqiqəlik sükutla yad etdilər.
_______________
1.  Konstitusiya  layihəsinin  müzakirəsi  mətbuatda  çap  olunmuşdur.  Bax: 
“Azərbaycan“ qəzeti, 25 iyul 1995-ci il; 27 iyul 1995-ci il; 10 noyabr 1995-ci il; 
11 noyabr 1995-ci il.


97
Yığıncağa sədrlik edən respublika Elmlər Akademiya-
sı ədəbiyyat, dil və incəsənət bölməsinin akademik katibi 
Bəkir Nəbiyev bildirdi ki, yeni konstitusiya layihəsi alimlə-
rimiz tərəfindən geniş müzakirə olunmuş, əsasən bəyənil-
miş, onu daha da təkmilləşdirmək üçün bir sıra təkliflər irə-
li sürülmüşdür. Natiq qeyd etdi ki, bugünkü yığıncaq yeni 
konstitusiya layihəsinin bir maddəsinin – Azərbaycan Res-
publikasının dövlət dili haqqında maddənin müzakirəsinə 
həsr olunmuşdur. Alim bu maddənin geniş müzakirəsinin 
respublika prezidenti Heydər Əliyevin təşəbbüsü ilə keçi-
rildiyini bildirdi. O, müstəqil Azərbaycan dövləti quruculu-
ğu sahəsində yorulmaz fəaliyyətinə, elmimizə, mədəniyyə-
timizə və dilimizə böyük qayğı göstərdiyinə görə prezident 
Heydər Əliyevə ziyalılar adından dərin təşəkkür etdi.
Azərbaycan prezidenti Heydər Əliyev yığıncaqda ge-
niş nitq söylədi (dövlət başçısının nitqi böyük diqqətlə din-
lənildi və alqışlarla qarşılandı).
Sonra müzakirələr başlandı. Respublikamızın tanınmış 
alimləri, ziyalıları yeni konstitusiyada dövlət dilimizin necə 
adlandırılması barədə öz mülahizələrini söylədilər.
Yığıncağın axırında məlumat verildi ki, buradakı çıxış-
ların hamısının videoyazısı və stenoqramı yeni konstitusi-
ya  layihəsini  hazırlayan  komissiyaya  təqdim  ediləcək  və 
müzakirə zamanı nəzərə alınacaqdır.
Yığıncaqda  respublika  prezidentinin  İcra  Aparatının 
rəhbəri  Ramiz  Mehdiyev,  dövlət  müşaviri  Hidayət  Oru-
cov, baş nazirin müavinləri İzzət Rüstəmov, Elçin Əfəndi-
yev, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə, 
Elmlər Akademiyasının  prezidenti,  akademik  Eldar  Sala-
yev və digər rəsmi şəxslər iştirak edirdilər.


98
Azərbaycan respublikasının yeni konstitusiya  
layihəsini hazırlayan komissiyanın iclası
Oktyabrın  3-də Azərbaycan  prezidenti  Heydər  Əliye-
vin yanında respublikanın yeni konstitusiya layihəsini ha-
zırlayan komissiyanın növbəti iclası olmuşdur.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 
iclasda çıxış etmişdir.
Azərbaycan respublikasının prezidenti 
Heydər əliyevin çıxışı
-  Hörmətli komissiya üzvləri!
Komissiya iclasının hörmətli iştirakçıları!
Bu  gün  biz  Azərbaycan  Respublikası  Konstitusiyası-
nın hazırlanması ilə əlaqədar təşkil olunmuş komissiyanın 
növbəti iclasına toplaşmışıq.  Komissiyamız fəaliyyətdədir 
və  fəaliyyətə  başlayandan  sonra  səmərəli  iş  görmüşdür. 
Komissiyanın birinci iclası iyunun 5-də olmuşdur. O vaxt 
biz komissiyanın qarşısında duran vəzifələr haqqında da-
nışdıq. Əsas vəzifə Azərbaycan Respublikasının yeni kons-
titusiyasının  və  onunla  yanaşı  olaraq  ölkə  parlamentinə 
seçkilərlə əlaqədar seçki qanununun hazırlanmasıdır.
Azərbaycan  parlamentinin  səlahiyyətlərinin  sona  çat-
ması ilə əlaqədar olaraq biz o vaxt ümumi fikrə gəldik ki, 
əvvəlcə  respublika  Milli  Məclisinə  seçkilər  haqqında  qa-
nun layihəsinin hazırlanmasına başlamaq lazımdır ki, bu 
qanun hazırlansın və seçkilərin vaxtı təyin edilsin, parla-
mentə seçkilər vaxtında keçirilsin. Bu, konstitusiya komis-
siyasının ilk işi oldu. Qanunun konstitusiya komissiyasın-


99
da  hazırlanması  tamamilə  təbii  və  məqsədə  müvafiq  bir 
haldır. Çünki seçkilər haqqında indi artıq qəbul olunmuş 
qanun konstitusiya qanunudur. Şübhəsiz, əgər biz bundan 
əvvəl Azərbaycanın yeni konstitusiyasının layihəsini hazır-
layıb qəbul etmiş olsaydıq, onda bu qanun da konstitusiya 
əsasında qəbul oluna bilərdi. Ancaq yeni konstitusiya ol-
madığına  görə,  seçkilər  haqqında  qanun  konstitusiya  qa-
nunu  olduğuna  görə,  biz  ilk  növbədə,  seçkilər  haqqında 
qanun layihəsinin hazırlanması ilə məşğul olduq.
Komissiyanın  bir  neçə  iclası  keçirildi.  Komissiyanın 
işçi  qrupu  səmərəli  işlədi  və  bütün  bunların  nəticəsində, 
bir neçə dəfə müzakirədən sonra seçki qanununun layihə-
si hazırlanıb Azərbaycanın Milli Məclisinin müzakirəsinə 
təqdim edildi. Milli Məclis bu qanun layihəsini müzakirə 
edərək qəbul etdi və seçkilərin günü təyin olundu. Azər-
baycan parlamentinə yeni seçkilərin – yəni müstəqil Azər-
baycan  Respublikasının  demək  olar  ki,  birinci  parlamen-
tinə seçkilərin günü təyin olunub: 12 noyabr. Seçkilərə çox 
qızğın hazırlıq işləri gedir. Yəni seçkilər prosesi başlayıb və 
həyata keçirilir.
Hesab edirəm ki, konstitusiya komissiyamızın ilk uğur-
lu addımlarından biri belə bir qanunun qəbul olunmasıdır. 
Bu gün, qanun artıq qəbul ediləndən sonra və beynəlxalq 
ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən müəyyən qə-
dər təhlil olunandan və respublikamızın ictimaiyyəti tərə-
findən  müzakirə  ediləndən  sonra  tam  qətiyyətlə  demək 
olar ki, biz ilk dəfə demokratik prinsiplərə tam uyğun olan 
bir qanun – seçki qanunu qəbul etmişik və onu həyata ke-
çiririk.
Qanun qəbul ediləndən sonra o, geniş təhlil və müza-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə