BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

108
daha bildirim. Bildirim ki, bizim xalq müstəqilliyə nə qədər 
can atmışdısa, ayrı – ayrı qruplar müstəqil dövlət olmağı-
mızı heç də istəməmişlər. Bəziləri indi də köhnə əhval-ru-
hiyyə  ilə  yaşayır,  müstəqilliyi  yenə  də  müvəqqəti  hesab 
edirlər. Ona görə də bu proseslərin tarixini sizin xatirinizə 
salıram. 
Bütün bunlara baxmayaraq, 1991-ci il oktyabrın 18-də 
qəbul  olunmuş  dövlət  müstəqilliyi  haqqında  Konstitusi-
ya  Aktı  çox  dəyərli  sənəddir.  Bu  sənəddə  Azərbaycanın 
müstəqilliyi və müstəqil dövlət quruculuğu haqqında çox 
dəyərli müddəalar öz əksini tapıbdır.
Beləliklə,  mən  Azərbaycanın  konstitusiya  yaradıcılığı 
tarixi  haqqında  müəyyən  qədər,  kiçik  məlumat  verərək, 
indi qarşıda duran işlərimiz haqqında danışmaq istəyirəm. 
Çünki  1919-cu  ildə  qəbul  olunmuş  müstəqillik  haqqında 
Akt, – əgər biz onu konstitusiya xarakterli bir sənəd kimi 
qəbul ediriksə, - o, konstitusiyada olmayıbdır. Ondan son-
ra – 1921-ci ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan 
konstitusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövrün-
də  qəbul  edilən  konstitusiyalardır.  O  vaxtlar Azərbaycan 
Respublikası müstəqil dövlət olmamışdır və şübhəsiz, bu 
konstitusiyalarda kommunist ideologiyası, sovet hakimiy-
yətinin prinsipləri öz əksini tapmışdı.
İndi  biz  müstəqil  Azərbaycan  Respublikasının,  Azər-
baycan dövlətinin ilk konstitusiyasını qəbul edirik. Bu, çox 
məsuliyyətli və eyni zamanda çox şərəfli vəzifədir. Bu, bizə 
nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil 
həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik və 
yerinə yetirə biləcəyik. İndiyə qədər görülən işlər və hazır-
lanmış materiallar əsas verir ki, biz qısa müddətdə konsti-


109
tusiyanın layihəsini komissiyanın bir neçə müzakirəsindən 
keçirdikdən sonra xalqımıza, ictimaiyyətə təqdim edək.
Bizim  yeni  konstitusiyamız,  şübhəsiz  ki,  birinci  növ-
bədə  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini, 
bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini 
qoruyub  saxlamaq,  yaşatmaq  üçün  bütün  prinsipləri  əks 
etdirməlidir.  Yəni  konstitusiyamız  demokratik  prinsipləri 
özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə 
etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inki-
şaf  etmiş  dövlətlərin  konstitusiya  təcrübəsindən  istifadə 
etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, 
milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdir-
məlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan 
edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiya-
lı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasi-
yalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək 
üçün  bütün  şərtləri,  müddəaları  konstitusiya  özündə  əks 
etdirməlidir.
Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir 
tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edil-
məsi  prinsipləridirsə,  ikinci  tərəfdən  dövlətçiliyin  qurul-
masını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf 
etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, 
həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına tə-
minat verə bilən dövlətin qurulub yaranmasını təmin edən 
prinsiplər olmalıdır.
Demokratiyanın bir tərəfi insan hüquqları, vətəndaşla-
rın hüquqları, ikinci tərəfi isə dövlət quruculuğu və həm 
müstəqil dövləti yaşadıb, qoruyub saxlamaq üçün, həm də 
insanların hüquqlarını qoruyub saxlamaq üçün dövlət ha-


110
kimiyyətinin təmin olunmasıdır.
Güman edirəm ki, indiyə qədər gördüyümüz işlər və 
əldə etdiyimiz təcrübə artıq imkan verir ki, bu məsələlərin 
hamısı hüquqi nöqteyi – nəzərdən formalaşdırılsın və bi-
zim konstitusiyada öz əksini tapsın.
Mən  bu  konstitusiyanın  başqa  müddəaları  haqqında 
danışmaq  fikrində  deyiləm,  çünki  buna  ehtiyac  duymu-
ram.  Sadəcə  olaraq  bu  əsas  prinsipləri  qeyd  edirəm.  Gü-
man edirəm ki, bu prinsiplər əsasında bizim konstitusiya-
nın layihəsi qısa müddətdə hazır olub təqdim edilə bilər.
Konstitusiyamızda dövlətin, Azərbaycanın bu ağır ke-
çid dövründə, çətin dövründə, bir də qeyd edirəm, vətən-
daşların hüquqlarını qorumaq, dövlətçiliyi qorumaq üçün 
təminatlar olmalıdır. Bu iki il müddətində biz sizinlə birlik-
də, Azərbaycanın dövlətçiliyini dağıtmaq, pozmaq cəhdlə-
rinin dəfələrlə şahidi olmuşuq.
Dünən  Milli  Təhlükəsizlik  Nazirliyinin  verdiyi  məlu-
mat, güman edirəm, ictimaiyyətə bir daha bildirir ki, xalqı 
parçalamaq, dövləti dağıtmaq cəhdlərindən hələ də əl çək-
məyən  qüvvələr  var.  Bu  məlumatı  yəqin  ki,  eşitmisiniz, 
bilirsiniz. Biz iki ildir dövlətçiliyimizə zidd olan qüvvələri 
başa salmaq, anlatmaq istəyirik ki, onlar cinayətkar əməl-
lərindən əl çəksinlər. Ancaq, təəssüflər olsun, bəziləri hələ 
də elə hesab edirlər ki, cinayətkarlıq yolu ilə nəsə əldə edə 
bilərlər.
Oktyabrın 1-2-də Milli Təhlükəsizlik Nazirliyi və onun-
la  birlikdə  Daxili  İşlər  Nazirliyi  tərəfindən  aparılan  əmə-
liyyatlar nəticəsində cinayət halları və yeni silah cəbhəxa-
nalarının, xüsusən terrorçuluq üçün istifadə edilə biləcək 
silahların  gizlədilib  saxlanması,  özü  də  kimin  tərəfindən, 


111
- bir var ki, adicə cinayətkar tərəfindən, bir də var, vaxtilə 
Azərbaycan Respublikasının deputatı seçilmiş adam tərə-
findən. Ancaq təkcə şəxsən o deyil, onun havadarları, ona 
istiqamət verənlər tərəfindən (güman edirəm istintaq on-
ları qısa müddətdə aşkar edib və aşkar edəcəkdir), Azər-
baycanda yenə də qarışıqlıq yaratmaq, terrorçuluq etmək, 
dövlətə qarşı cinayət etmək cəhdi göstərən adamlar tərəfin-
dən – cinayətlər törədilməsinin hazırlanması prosesi artıq 
meydana çıxıbdır.
Bax,  buna  görə  də  bizim  bu  gün  və  gələcəkdə  qəbul 
edəcəyimiz qanunlar və xüsusən əsas qanunumuz – kons-
titusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən in-
sanların hüquqlarını qorusun, insan azadlıqlarını, demok-
ratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, 
söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə döv-
ləti,  cəmiyyəti  idarə  etmək  üçün  təsisatların  yaranması-
nı təmin etsin ki, bu cür hallara yol verilməsin. Ona görə 
də, güman edirəm, biz elə bir konstitusiya yaradacağıq ki, 
bu  konstitusiya  Azərbaycan  Respublikasının  nəinki  qısa 
müddətdə,  həm  də  uzun  müddətdə  müstəqillik  yolu  ilə 
getməsini  təmin  edəcəkdir,  Azərbaycan  Respublikasında 
demokratik hüquqi dövlətin qurulmasını təmin edəcəkdir 
və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıq-
larını təmin edəcəkdir.
Komissiyanın  göstərişi  ilə  işçi  qrupu  konstitusiyanın 
layihəsini  hazırlamaq  üçün  bir  çox  təkliflər  irəli  sürmüş-
dür. Bu təkliflər əsasında, onları ümumiləşdirərək, onların 
üzərində  işləyərək  Prezident  Aparatında  və  Ali  Sovetin 
Aparatında müəyyən materiallar hazırlanıbdır. Mən buna 
hələ  layihə  yox,  materiallar  deyirəm,  çünki  layihəni,  gü-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə