BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

141
Bu gün noyabrın 2-dir. Biz bu işlərin hamısını bu günə 
qədər tamamlaya bilməmişik. Səbəb ondan ibarətdir ki, bir 
tərəfdən işlər doğrudan da çoxdur, ikinci tərəfdən də bəzi 
hadisələr vaxtımızı çox almışdır. Ona görə də komissiya-
nın iclasında həm bu gün üçün nəzərdə tutulan məsələlər 
barəsində  müzakirə  gedəcəkdir,  həm  də  bundan  sonra 
hansı işlər görəcəyimizi birlikdə məsləhətləşib qərar qəbul 
etməliyik.
İndi komissiyanın iclasının bugünkü gündəliyi haqqın-
da.  Mən  qeyd  etdim  ki,  biz  verilən  təkliflər  əsasında  bu 
günədək layihəni tamamilə işləyib qurtarıb mətbuata ver-
məliydik. Bu, mümkün olmadı və bunun da səbəbləri ay-
dındır.  Bu  gün  isə  yenə  də  komissiyanın  iclasında  əhali, 
ictimaiyyət tərəfindən verilmiş təkliflərin hamısının müza-
kirə olunması gündəliyə salınmayıbdır. Mən gündəliyə bir 
məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə 
olunmasını lazımlı hesab edirəm. O da  konstitusiya layihə-
sinin 23-cü maddəsi – Azərbaycanın dövlət dili haqqında 
olan maddədir. Nə üçün mən bu maddəni, xüsusi müza-
kirə etməyi lazım bilirəm, nə üçün bu maddəyə bu qədər 
diqqət verilir və nə üçün şəxsən mən diqqət verirəm? Ona 
görə ki, bu maddə konstitusiyamızın çox əsas maddələrin-
dən biridir. Bir də ona görə ki, dövlət dili haqqında respub-
likamızın tarixində və xüsusən XX əsr tariximizdə cürbəcür 
mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamısını 
müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə 
də  mən  bu  məsələnin  xüsusi  müzakirə  olunmasını  lazım 
bilmişəm.
1992-ci  ilin  dekabrında  Milli  Məclis  Azərbaycanın 
dövlət dili haqqında bir qanun qəbul edibdir. Dünən yox, 


142
srağagün,  yəni  oktyabrın  31-də  bu  məsələ  ilə  əlaqədar 
Elmlər  Akademiyasının  binasında  Azərbaycan  ziyalıları-
nın–  akademiyanın  elmi  idarələrinin, universitetlərin,  ya-
radıcılıq birliklərinin nümayəndələrinin və alimlərimizin, 
şairlərimizin,  yazıçılarımızın,  dil,  ədəbiyyat,  elm  sahəsin-
də mütəxəssislərin böyük bir yığıncağını keçirməyi lazım 
bildim. Həmin yığıncağın birinci hissəsində mən özüm də 
iştirak etdim. Orada çox geniş müzakirə zamanı mən hə-
min məsələnin nə üçün bu cür müzakirə olunması haqqın-
da fikirlərimi demişəm və bu, televiziyada verilibdir. Mən 
təkrar  etmək  istəmirəm.  Yəqin  ki,  siz  televiziya  ilə  bunu 
görmüsünüz, eşitmisiniz. Kim eşitməyibsə, mənim çıxışım 
qəzetdə dərc olunub, oxuya bilər.
Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə ko-
missiyanın  sədri,  Azərbaycanın  prezidenti  kimi  şəxsən 
mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhə-
miyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində 
cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz 
qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhə-
miyyət verirəm.
1992-ci  ilin  dekabrında  Milli  Məclis  tərəfindən  qəbul 
olunmuş qanun, - mənasını, məzmununu kənara qoyaraq, 
- qanunvericilik nöqteyi – nəzərindən  qeyri – qanuni bir 
sənəddir.  Çünki  konstitusiyada  Azərbaycanın  dövlət  dili 
haqqında dəyişiklik etmək üçün gərək konstitusiya qanu-
nu qəbul ediləydi. Konstitusiya qanunu qəbul etmək əvə-
zinə  qəbul  olunmuş  bu  adi  qanun,  şübhəsiz  ki,  konstitu-
siyada dəyişiklik edə bilməz. Azərbaycan Respublikasının 
1978-ci ildə qəbul olunmuş konstitusiyasında “Azərbayca-
nın dövlət dili Azərbaycan dilidir”  yazılıbdır. 1992-ci ilin 


143
dekabr ayında isə Milli Məclisin 26 üzvünün səs verməsi 
ilə  qanun  qəbul  olunubdur  ki,  “Azərbaycanın  dövlət  dili 
türk dildir”. Şübhəsiz ki, bu qanun onu ləğv edə bilməzdi. 
O qanun da qalıbdır, yəni konstitusiya da qalıb, bu qanun 
da qəbul olunub. Ona görə də qanunvericilik, qanunçuluq 
nöqteyi – nəzərindən burada böyük qüsurlara yol verilib-
dir. Bu, məsələnin bir tərəfi.
Əhalinin  bir  hissəsi,  demək  olar  ki,  əksəriyyəti  ümu-
miyyətlə  bu  qanunun  qəbul  edilməsindən  narazı  olub-
dur, ola bilər, bir hissəsi bəyənibdir. Ancaq qanunvericilik, 
ümumiyyətlə siyasət sahəsində təcrübəsi olan adamlar bu 
qanunun qeyri – qanuni qəbul edildiyinə görə bundan na-
rahat olublar.
Bax, belə bir vəziyyət yaranıb. Şübhəsiz, bunların hamı-
sı da o zaman, o dövrdə, həmin 1992-ci ildə Azərbaycana 
rəhbərlik  edən  adamların  bu  cür  ciddi,  belə  məsuliyyətli 
işə məsuliyyətsiz yanaşmalarını bir daha nümayiş etdirir, 
sübut edir. Bax, belə səhvlər buraxmamaq, həmin qeyri – 
qanuni yollarla getməmək üçün və bu məsələni xalqın ira-
dəsi ilə həll etmək üçün konstitusiya komissiyasının sədri 
kimi mən bu işə çox ciddi fikir verirəm, bu məsələnin ciddi 
müzakirə edilməsini lazım bilmişəm. Ona görə də komissi-
yanın bugünkü iclasında yalnız bu maddəni, bu məsələni 
müzakirə etməyi təklif edirəm.
Onu da qeyd etmək istəyirəm ki, əgər mən komissiya 
sədri,  bir  prezident  olaraq,  bəzilərinin  hesab  etdiyi  kimi 
məsələn  hansısa  bir  tərəfə  meyl  etsəydim,  onu  edə  bilər-
dim. Konstitusiyanın layihəsi müzakirə olunub və oktyab-
rın  14-də  konstitusiya  komissiyasında  son  dəfə  müzakirə 
edilib, dərc olunub. Son müzakirə zamanı konstitusiya ko-


144
missiyasının üzvlərindən üç nəfər dil haqqında öz fikirləri-
ni bildirib. 
Komissiyanın üzvləri Bəxtiyar Vahabzadə, Anar, Elçin 
Əfəndiyev deyirlər ki, dövlət dili yazılsın, Azərbaycan türk 
dili,  ya Azərbaycan  türkcəsi.  Komissiyanın  başqa  üzvləri 
bu fikri bəyənməyiblər, yəni bu fikrə qoşulmayıblar. Pro-
sedura,  müzakirə  nöqteyi  –  nəzərindən  vəziyyət  bundan 
ibarətdir. Ancaq yenə də deyirəm, bu çox həssas, çox incə 
məsələ olduğuna görə əgər bir adam da bu barədə bir söz 
deyirsə, ona fikir vermək lazımdır  və burada məsələni adi  
çoxluq ilə, azlıq ilə həll etmək olmaz. Baxın, 1992-ci ilin de-
kabrında bu məsələni Milli Məclisdə zorla həyata keçiriblər. 
Əgər zorla olmasaydı, Milli Məclisin üzvlərinin əksəriyyəti 
gərək buna səs verəydi. Ancaq əksəriyyəti səs verməyibdir. 
Milli  Məclisin  iclasda  iştirak  edən  39  nəfər  üzvündən  bu 
məsələyə 26 nəfər səs verib. Milli Məclisin 50 üzvü var. Belə 
bir qanunun qəbul edilməsi üçün Milli Məclisin üzvlərinin 
üçdə ikisi səs verməli idi. Əgər üçdə ikisi səs verməyibsə, 
demək, təmkinlik göstərmək lazım idi. Bu ideyanı mütləq 
həyata keçirmək istəyən adamlar bunu bir daha müzakirə 
etməli idilər, bir daha məsləhətləşmələr aparmalı idilər və 
o adamları da inandırmaq lazım idi ki, belə bir qərar qəbul 
olunmalıdır. Əgər onlar inanmasaydılar, onlarla hesablaş-
maq lazım idi. Bunlar olmayıb. 
Mən hesab etmirəm ki, bu, təcrübəsizlikdən olub. Mən 
hesab edirəm ki, o insanlar – o vaxt Azərbaycana rəhbərlik 
edən adamlar təcrübəsizliyindən də çox, böyük iddialarla 
yaşayırdılar. Onların hər biri hesab edirdi ki, bütün bu al-
çaq dağları onlar yaradıblar, başqaları yaratmayıblar. Bax, 
belə iddialara görə onlar bu işləri ediblər. Əgər bu iddialar 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə