BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

153
deyəndə ki, tarixləri düzgün qeyd eləmirlər. Ona görə mən 
Baş Arxiv İdarəsindən xahiş etdim ki, bu mövzuda nə vaxt 
hansı qərarlar qəbul olunubdur, - bu barədə sadəcə arayış 
çıxarılsın. Siz o arayışı oxuyun.
A.Paşayev – Baş Arxiv İdarəsinin rəisi: 
Hörmətli prezident, hörmətli komissiya üzvləri! Dövlət 
arxivlərində saxlanılan, dövlət dili haqqında məlumat olan 
ilk sənəddə - 1918-ci il iyul ayının 27-də Azərbaycan Xalq 
Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmiş qərarda 
türk dili dövlət dili kimi elan edilmişdir. Sonra, parlamentin 
fəaliyyəti zamanı parlamentin iclaslarının bütün material-
larına biz baxdıq. Belə bir məsələ parlamentdə qaldırılma-
yıb. Demək istəyirəm ki, qanun səviyyəsində dil haqqında 
elə bir qərar qəbul edilməyib.
H.ə.əliyev: O qərarı kim qəbul edibdir?
A.Paşayev: Bunu Nazirlər Kabineti, məruzəçi bilavasitə 
Fətəlixan Xoyski olubdur.
H.ə.əliyev: Onun imzası ilə qəbul olunubdur?
A.Paşayev: Onun imzası ilə qəbul olunubdur.
H.ə.əliyev:  Ümumiyyətlə,  bizim  1918-20-ci  ildə  olan 
ilk Azərbaycan Demokratik Respublikasının tarixi haqqın-
da da mən hiss eləyirəm, - mən öz mülahizəmi deyirəm, 
- bizim ədəbiyyatda, mətbuatda yenə də subyektivliyə çox 
yol verilibdir. Bəzi adamlar yenə də hissiyyata qapılaraq, 
subyektivliyə yol verərək ayrı – ayrı tarixi hadisələri təhrif 
ediblər. O cümlədən, məsələn, Fətəlixan Xoyskinin fəaliy-
yəti demək olar ki, Azərbaycanın bu dövrə aid ədəbiyyatın-
da, 1918-20-ci illəri əks etdirən məqalələrdə və dərc olunan 
başqa  materiallarda  heç  əks  olunmayıbdır. Amma  o,  çox 
böyük işlər görübdür və xeyli müddət hökumətə rəhbər-


154
lik edibdir. Təklif var, mən ona baxacağam, onun 100 illik 
yubileyini də biz mütləq keçirməliyik. Mən sadəcə olaraq 
demək istəyirəm ki, bu işlərdə də bizim tarixçilər yox, bəzən 
bax, bu jurnalistlər hissiyyata qapılaraq məqalələr yazırlar, 
dərc eləyirlər, bununla yenə də qarışıqlıq yaradırlar. Xahiş 
edirəm tarixi həqiqətlərə riayət olunsun. Tarixi həqiqətləri 
təhrif etmək lazım deyil. Bu gün mən sadəcə haşiyəyə çıx-
dım. Buyurun.
A.Paşayev: İkinci belə rəsmi sənəd 1921-ci il mart ayı-
nın 29-da Azərbaycan İnqilab Komitəsi tərəfindən Nəriman 
Nərimanovun  və  Dadaş  Bünyadzadənin  imzası  ilə  qəbul 
edilmiş, verilmiş əmrdir. Burada Azərbaycan SSR-ni bütün 
idarələrində kargüzarlığın türk dilində aparılmasını təmin 
edə bilmək üçün xüsusi komissiya yaradılması əmr edilir. 
Beş nəfərdən ibarət bu komissiyaya sədr Dadaş Bünyadza-
də təyin olunub.
Birinci Azərbaycan Sovet Konstitusiyası 1921-ci il may 
ayının 19-da qəbul edilmişdir. Çıxışlarda, qəzet məqalələ-
rində yazırlar ki, guya bu konstitusiyada dövlət dili kimi 
Azərbaycan dili göstərilib. Ancaq konstitusiyanın müxtəlif 
variantlarını da mən buraya gətirmişəm. Əslində o konsti-
tusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. Yalnız 
1924-cü il iyun ayının 27-də Azərbaycan Mərkəzi İcraiyyə 
Komitəsi dekret verdi. Bu dekretlə Azərbaycan Sovet Sosi-
alist Respublikasında dövlət dili türk dili elan edilib. Bura-
da çox maraqlı bir məsələ var. Bundan sonra 5-ci, 6-cı, 7-ci, 
8-ci Sovetlər qurultaylarında konstitusiyaya əlavələr edilir. 
Ancaq dil haqqında o konstitusiyaya heç bir maddə əlavə 
olunmur. Məsələn, o konstitusiyaya edilən əlavələrdə gerb-
lə əlaqədar olaraq, bayraqla əlaqədar olaraq “türk əlifba-


155
sında” sözləri yazılıb. Məsələn, yazılıb ki, “türk əlifbasında 
Azərbaycan Sosialist Sovet Cümhuriyyəti” sözü əlavə edil-
sin”. Ancaq dil haqqında maddə yoxdur.
Dil haqqında, dilin dövlət dili elan edilməsi haqqında 
ilk  sənəd  1936-cı  ildə  9-cu  Sovetlər  Qurultayına  təqdim 
olunmuş konstitusiya layihəsidir. Maraqlıdır, bu konstitu-
siya layihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosia-
list Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu 
qeyd olunur.
Qeyd edim ki, biz 1936-cı ilin axırına qədərki çoxlu şəx-
si sənədləri qaldırdıq: həm partiya arxivində partiya üzv-
lərinin uçot vərəqələrini, həm dövlət arxivində ayrı – ayrı 
işçilərin vərəqələrini. Dil məfhumu və milliyyət məfhumu 
demək olar ki, bir – biri ilə bağlı olur. Məsələn, orada mil-
liyyəti  türk,  ana  dili  türk  yazılıbdır.  9-cu  Sovetlər  qurul-
tayına  seçilmiş  nümayəndələrin  anketlərini  buraya  gətir-
mişəm. Kim istəsə baxa bilər. Burada ikinci anket Mircəfər 
Bağırovun anketidir. Orada da milliyyəti yazılıb – tyurk... 
Bunlar  dekabr  ayında  Moskvaya  gedib,  SSRİ  Konstitusi-
yası  qəbul  ediləndən  sonra  qayıdıb  gəlib  yenidən  konsti-
tusiya  layihəsi  üzərində  işləyiblər.  1937-ci  il  mart  ayının 
14-də Azərbaycanın 9-cu Sovetlər qurultayı öz işini davam 
etdirib, konstitusiya layihəsi müzakirə olunub. Burada ən 
maraqlı bir məsələ odur ki, birinci dəfə olaraq mandat ko-
missiyasının  hesabatında  o  qurultay  nümayəndələrinin 
milliyyəti  haqqında  məlumat  veriləndə  yazılıb:  deputat-
lar: azərbaycanlılar – 225 nəfər, ermənilər, ruslar və sairə 
və sairə. Birinci dəfə “Azərbaycan” sözü burada işlədilib. 
Mən buraya bilavasitə müzakirənin stenoqrafik hesabatını 
gətirmişəm. Orada artıq kim ki, Azərbaycan dilində çıxış 


156
eləyibdir, yazılıb. Demək istəyirəm ki, 1937-ci ilin konstitu-
siyası qəbul ediləndən sonra heç yerdə “türk dili” məfhu-
mu işlənməyib. Ancaq çox maraqlıdır ki, layihədə olmasına 
baxmayaraq,  1937-ci  il  aprel  ayının  14-də  qəbul  olunmuş 
konstitusiyada belə bir maddə yoxdur. Konstitusiyadan hə-
min maddə çıxarılıb.
H.ə.əliyev: Yəni dövlət dili haqqında maddə yoxdur?
A.Paşayev: Dövlət dili haqqında heç bir maddə yoxdur.
H.ə.əliyev:  Sonrakı  tarixi  də  bilirsiniz,  mən  bunu 
keçən dəfə demişəm. 1956-cı ildə Azərbaycan Konstitusiya-
sına əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azərbay-
can dilidir”. Siz bunu bilirsiniz.
A.Paşayev: Sonra da 1978-ci ildə.
H.ə.əliyev: Bir də 1978-ci ildə qəbul olunmuş konsti-
tusiyada yazılıb: “Azərbaycanın dövlət dili Azərbaycan di-
lidir”. O barədə də mən oktyabrın 31-dəki çıxışımda geniş 
məlumat verdim. Sualı olan varmı Baş Arxiv İdarəsinin rəi-
sinə? Buyurun.
i.rüstəmov – baş nazirin müavini, yeni konstitusiya la-
yihəsini hazırlayan komissiyanın üzvü: “Azərbaycan dövlət 
Cümhuriyyətinin dili Azərbaycan dilidir”. Hər hansı ildə 
bunun belə adlandırılması barədə arxivdə sənədiniz var?
H.ə.əliyev: Xeyr, elə bir sənəd yoxdur.
i.rüstəmov:  “Azərbaycan”  adında  qəzet  həmin  cüm-
huriyyətin orqanıdır.
A.Paşayev: İzzət müəllim, əlimizdə elə bir rəsmi sənəd 
yoxdur ki, niyə görə...
H.ə.əliyev: Bu, təbiidir: Azərbaycan Respublikasının 
adı Azərbaycan Demokratik Cümhuriyyəti idi. Qəzetin də 
adı “Azərbaycan”dır. Bu, təbiidir, şübhəsiz.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə