BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

149
* * *
Azərbaycan Respublikasının yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
Xəbər verdiyimiz kimi, prezident Heydər Əliyevin ya-
nında  Azərbaycan  Respublikasının  yeni  konstitusiya  la-
yihəsini hazırlayan komissiyanın növbəti iclası olmuşdur.
İclası giriş sözü ilə respublika prezidenti, konstitusiya 
komissiyasının sədri Heydər Əliyev açmışdır. (Prezidentin 
həmin iclasdakı giriş sözü qəzetin 4 noyabr tarixli nömrəsində 
dərc olunmuşdur).
Giriş sözünün axırında prezident Heydər Əliyev dedi: 
Müzakirəni başlamaq üçün mən istəyirəm Ramiz Mehdi-
yevə söz verəm və o, Elmlər Akademiyasında keçirilən yı-
ğıncağın nəticəsi barədə məlumat versin. Çünki mən orada 
çıxış etdim, yəni məsələnin qoyuluşu haqqında fikirlərimi 
söylədim, ondan sonra getdim ki, orada iştirakımla heç bir 
fikrə  təsir  etməyim.  Amma  indi  komissiyanın  üzvləri,  o 
cümlədən mən də bilməliyik ki, orada gedən müzakirələr 
nə cür olub və onun məzmunu nədən ibarətdir, nə nəticə 
verib.
ramiz  Mehdiyev  –  Azərbaycan  Respublikası  Prezi-
dentinin İcra Aparatının rəhbəri, yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın üzvü: 
Möhtərəm prezident, sizin tapşırığınız, tövsiyəniz əsa-
sında oktyabrın 31-də respublika Elmlər Akademiyasında 
konstitusiya layihəsinin dövlət dili ilə bağlı bəndinin mü-
zakirəsi  keçirilmişdir.  Müzakirəyə  akademiyanın  bütün 
humanitar institutlarının kollektivləri, respublika universi-


150
tetlərinin dil və ədəbiyyat, hüquq və fəlsəfə, tarix, polito-
logiya kafedralarının müəllimləri, yazıçılar və jurnalistlər 
birliklərinin,  başqa  yaradıcılıq  təşkilatlarının  nümayən-
dələri, tanınmış dil - ədəbiyyat mütəxəssisləri və ziyalılar, 
Bakı şəhər orta məktəblərinin dil - ədəbiyyat müəllimləri 
dəvət olunmuşdular. Müşavirədə çıxış etmək üçün 51 nəfər 
yazılmış, onların 27-si çıxış etmişdir. Çıxış edənlərin 15-i, 
yəni  əksəriyyəti,  o  cümlədən  Dilçilik  İnstitutunun  direk-
toru  Ağamusa  Axundov,  xalq  şairləri  Qabil,  Nəbi  Xəzri, 
Elmlər Akademiyasının müxbir üzvləri Fuad Qasımzadə, 
Məsumə Məlikova layihədə Azərbaycan dilinin dövlət dili 
kimi göstərilməsini dəstəklədilər.
H.ə.əliyev:  Mən  istərdim  ki,  konkret  olaraq  orada 
hansı mövqedən çıxış edənlərin siyahısını bugünkü iclasın 
iştirakçılarına çatdırasınız.
r.ə.Mehdiyev: Ağamusa Axundov, EA-nın Dilçilik İnsti-
tutunun direktoru – Azərbaycan dili dövlət dilidir;
Vaqif Aslanov, EA-nın Dilçilik İnstitutunun professoru – 
Azərbaycan dili;
nəbi Xəzrixalq şairi – Azərbaycan dili;
Tofiq HacıyevM.Ə.Rəsulzadə adına BDU-nun türkologi-
ya kafedrasının müdiri, professor – təklif vermişdir: türk dili, azə-
ri türkcəsi və yaxud Azərbaycan türk dili;
Çingiz Abdullayevyazıçı – Azərbaycan dili;
fərəməz Maqsudovakademik – Azərbaycan dili;
Sabir rüstəmxanlıMilli Məclisin üzvü – azəri türkcəsi;
Kamil VəliyevM.Rəsulzadə adına BDU-nun Azərbaycan 
dilçiliyi kafedrasının müdiri – türk dili, yaxud Azərbaycan türk-
cəsi;
əkrəm əylisliyazıçı – Azərbaycan türk dili;


151
Xeyrulla əliyevMilli Məclisin üzvü – Azərbaycan dili;
Mübariz  əliyev,  Sosial  –  Demokrat  Partiyasının  büro 
üzvü – Azərbaycan dili;
Musa AdilovM.Ə.Rəsulzadə adına BDU-nun ümumi dil-
çilik kafedrasının müdiri, professor – Azərbaycan dili;
zöhrab HəsənoğluAzərbaycan Respublikası Elmlər Aka-
demiyasının baş elmi işçisi – Azərbaycan türk dili;
nizami cəfərovM.Ə.Rəsulzadə adına BDU-nun filologi-
ya fakültəsinin dekanı, professor – Azərbaycan türk dili;
ruqiyyə Qəmbər qızıNizami adına Ədəbiyyat İnstitutu-
nun baş elmi işçisi – türk dili;
isa ismayılzadəşair – türk dili, yaxud Azərbaycan türk-
cəsi;
nizami XudiyevN.Tusi adına Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin rektoru – onun təklifləri bir az çoxdur, deməli – 
Azərbaycan türk dili, Azərbaycan türkcəsi, Azərbaycan – türk dili 
və yaxud “Azərbaycanın dövlət dili türk dilləri ailəsinə daxil olan 
Azərbaycan dilidir”;
Qabilxalq şairi – Azərbaycan dili;
Şamil QurbanovM.Rəsulzadə adına BDU-nun professo-
ru – Azərbaycan dili;
AnarYazıçılar Birliyinin sədri – Azərbaycan türk dili;
yusif SeyidovM.Ə.Rəsulzadə adına BDU-nun Azərbay-
can dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor 
– Azərbaycan türk dili;
fuad QasımzadəM.Ə.Rəsulzadə adına BDU-nun profes-
soru, fəlsəfə kafedrasının müdiri – Azərbaycan dili;
Qənbər ismayılovNeft Kimya Texnikumunun müəllimi 
– Azərbaycan dili;
Qəzənfər KazımovN.Tusi adına Azərbaycan Dövlət Pe-


152
daqoji Universitetinin professoru – Azərbaycan dili;
əlisa ŞükürovN.Tusi adına Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin professoru – türk dili;
Məsumə MəlikovaM.Rəsulzadə adına BDU-nun hüquq 
fakültəsinin professoru – Azərbaycan dili;
Həsən MirzəyevN.Tusi adına Azərbaycan Dövlət Pedaqo-
ji Universitetinin kafedra müdiri, professoru – Azərbaycan dili.
Beləliklə,  Azərbaycan  dilinin,  yəni  “Azərbaycan  Res-
publikasının  dövlət  dili  Azərbaycan  dilidir”  təklifinin 
tərəfdarları 15 nəfərdir. Qalan təkliflər türk dili –tərəfdarı 
3 nəfərdir. Azərbaycan türkcəsi – 3 nəfər. Azərbaycan türk 
dili – 3 nəfər, türk dili – 3 nəfər, türk dili – Azərbaycan türk-
cəsi,  yəni  bu  iki  fikrin  tərəfdarı  –  1  nəfər,  türk  dili,  azəri 
türkcəsi, Azərbaycan türk dili – 1 nəfər və 1 nəfər də Azər-
baycan  türk  dili  – Azərbaycan  türkcəsi, Azərbaycan  türk 
dili və “Azərbaycanın dövlət dili türk dilləri ailəsinə daxil 
olan Azərbaycan dilidir” – 1 nəfər.
Beləliklə, müzakirə onu göstərdi ki, burada müxtəlif fi-
kirlər var. Ancaq onu bir də qeyd etmək istəyirəm ki, çıxış 
edənlərin əksəriyyəti, yəni 27 nəfərdən 15 nəfəri “Azərbay-
can  dövlət  dili Azərbaycan  dilidir”  təklifinə  tərəfdar  çıx-
mışdır.
H.ə.əliyev.  Əyləşin.  Bu  məsələdə  aydınlıq  yaratmaq 
üçün Baş Arxiv İdarəsinin rəisi Paşayev buraya dəvət olu-
nubdur. O buyursun.
Oktyabrın  31-də  mən  ziyalıların  qarşısında  çıxış 
edərkən  bəzi  tarixi  məqamları  qeyd  etdim.  Ancaq  mən 
dünən axşam televiziya ilə baxarkən yenə də gördüm ki, o 
çıxış edən alimlərimizin bəziləri tarixi məqamları düzgün 
bilmirlər,  ona  görə  də  düz  fikirlər  söyləmirlər.  Yəni  fikir 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə