BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

180
görə də bu gün qəbul edilən qərar elə bir qərar olmalıdır 
ki, gələcəkdə biz bu faciələrlə yenidən qarşılaşmayaq. Mən 
Bəxtiyar  müəllimin  fikirlərini, Anar  müəllimin  fikirlərini, 
Kamil Vəliyevin fikirlərini, Tofiq Hacıyevin fikirlərini din-
ləmişəm, qəbul elədiyim hissələri var ki, onları mən bir az 
poetik şəkildə davam etdirmək istəyirəm. XII əsrdən üzü 
bəri:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun.
Bizim  üçün xeyir – dua
Qılanlara salam olsun.
   
 
 
(Yunis İmrə)
Haqqımızda dövlət
vermiş fərmanı,
Fərman padşahındır,
dağlar bizimdir.
   
 
(Dadaloğlu) 
Dost – dost deyə neçəsinə
sarıldım,
Mənim sadiq yarım qara
torpaqdır.
   
 
(Aşıq Veysəl)
Bizə qalan əziz borc
əsrlik zamanlardan,
Tarixi təmizləmək
saxta qəhrəmanlardan.
   
 
(Fazil Qısakürək)


181
Mən bir ceviz ağacıyam,
Gülxanə parkında,
Nə sən onun farkındasan,
Nə polis farkında.
   
 
(Nazim Hikmət)
Çərşənbə günündə
çeşmə başında
Gözüm bir alagöz 
xanıma düşdü.
   
 
(Aşıq Ələsgər)
Mübarizə bu gün də var,
yarın da,
Mən də onun ən ön sıralarında.
   
 
(Rəsul Rza)
Ey doğma dilində
danışmağı ar bilən
fasonlu ədabazlar,
Ruhunuzu oxşamır
qoşmalar, telli sazlar
Bunlar qoy mənim olsun.
Ancaq Vətən çörəyi
sizlərə qənim olsun.
   
(Bəxtiyar Vahabzadə) 
Yüzlərlə belə misal çəkmək olar. İndi deyin görək, bu-
rada bilindimi ki, hansı Azərbaycan dilidir, hansı türk di-
lidir? Yəni eyni kökdən, eyni qaynaqdan, eyni dayaqdan, 


182
eyni  mayadan  gələn  dilin  var.  Bunu  niyə  bölürsən,  niyə 
parçalayırsan, niyə ayırırsan? Hörmətli prezidentimiz çox 
sağ olsun ki, bu gün bizi bura dəvət edib. Bəxtiyar müəllim 
dedi, gəlin taleyin bizə verdiyi fürsətdən yüksək səviyyədə 
istifadə eləyək. Mənə belə gəlir ki, biz “türk” sözündən, türk 
dilindən, türk nəfəsindən imtina eləməklə çox şeylərimizi 
itiririk. Min illik tarixi həqiqətləri 60 illik siyasi çaxnaşma-
lara qurban vermək olmaz. Amma mən yenə gəlirəm, mən 
də təsdiqləyirəm Azərbaycan dili olsun, ancaq Azərbaycan 
dili ayrılıqda o qüvvəni ifadə eləmir, o bizim kökümüzdə 
olan ağırlığı, şəhdi, o barlı budaqları ifadə eləmir. Ona görə 
“Azərbaycan türk dili” ifadəsi işlənsə, konstitusiyada bu cür 
yazılsa, mənə belə gəlir ki, hamı tərəfindən razılıqla qarşı-
lanar.
Eyni zamanda nəzərə alın ki, Cənubi Azərbaycanda ya-
şayan 25 milyon soydaşımız özünə türk deyirsə, 60 milyon-
luq Türkiyə, türk xalqı isə sənin vuran qolun, görən gözün 
səviyyəsində sənin taleyinlə hər gün məşğul olursa, onsuz 
da itirə - itirə gələn Azərbaycan xalqı bu gün niyə daha bö-
yük itkilərlə yaşamalıdır? Ona görə də mənim ürəyimdən 
keçən arzu budur ki, Azərbaycan türk dili bu qaydada qal-
sın, bu səviyyədə öz yerinə gətirilsin. Belə olsa biz daha çox 
udarıq, nəinki Azərbaycan dili qalsa. “Azərbaycan türkcəsi” 
terminini  də  bayaq  hörmətli  prezidentimiz  çox  düz  izah 
elədi. “Azərbaycan türkcəsi” deyiləndə də qaranlıq qalır, ay-
dınlaşmır. Amma “Azərbaycan türk dili” – burada həm sə-
nin yerinə hörmətin, həm millətinə, həm dilinə, həm dininə 
hörmətin öz yerində qalır. Sağ olun. Təşəkkür edirəm. 
f.Maqsudov: Zəlimxan, Nədimdən, Şeyx Qalibdən də 
bir şey de görüm, o nə təhər deyib?


183
zəlimxan  yaqub:  Hörmətli  Fərəməz  müəllim,  onlar-
dan  da  deyə  bilərəm. Amma  Dadaloğlu  türk  dünyasının 
bir Allahıdır.
H.ə.əliyev: Bir – birinizə mane olmayın. Hərə sərbəst 
danışsın. Afad Qurbanov buyursun. Afad Qurbanov dilçi-
dir, professordur.
A.Qurbanov – N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji 
Universitetin kafedra müdiri, professoru: Hörmətli prezident, 
mən  qabaqcadan  sizə  öz  təşəkkürümü  bildirirəm  ki,  bu 
gün  mənə  bir  mütəxəssis  kimi  öz  fikrimi  deməyə  imkan 
yaratdınız. Mən onu qeyd etmək istəyirəm ki, nədənsə bu 
son vaxtlarda məni ayrı – ayrı tədbirlərdən ayırmaq fikri 
meydana  çıxır.  Srağagün  akademiyada  keçirilən  iclasda 
proqramda mənim adım ikinci ola-ola mənə orada söz ver-
mədilər, sizə mən bir də öz təşəkkürümü bildirirəm.
H.ə.əliyev: Eybi yoxdur, bir şey uduzmamısan. Daha 
da yüksək səviyyədə danışarsan. (Gülüş).
A.Qurbanov: Onun üçün də çox-çox təşəkkürümü bil-
dirirəm.
H.ə.əliyev: Çünki o dəfə danışanlar bu dəfə danışma-
yacaqlar.
A.Qurbanov: Hörmətli müşavirə iştirakçıları, əziz pre-
zident. Bugünkü məsələ xalqımızın həyatında son dərəcə 
vacib məsələdir. Xeyli vaxtdır Azərbaycanın həyatında bu 
məsələ başlayıb, xalqımız arasında gənclik arasında elə bir 
dolaşıqlıq əmələ gətirib ki, bu dolaşıqlığa biz təcili şəkildə 
son qoymalıyıq. Respublikanın orta məktəblərinin aşağı si-
niflərində “türk dili” öyrədilir, ali məktəblərdə “Azərbaycan 
dili” öyrədilir, qəzet – jurnalların çoxunda, elmi ədəbiyyat-
da “Azərbaycan türk dili”, xüsusilə Ali Attestasiya komissi-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə