BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

187
Maraqlı burasıdır ki, tarixi baxımdan da, - burada tarixçilər 
oturublar, bilirlər, - “Azərbaycan dili” termini düzdür. Çünki 
bu, bugünkü termin deyil, bunu çoxdan işlədiblər. XIV əsr-
də Azərbaycan dilinin qrammatikası yazılıbdır və geopoli-
tik baxımdan “Azərbaycan dili” termini işlənməsi son dərəcə 
vacibdir. 
Mən burada bir az açıq danışmaq istəyirəm. Siz bilir-
siniz ki, Xəzər dənizinin Qərb sahili başdan – ayağa kiçik 
etnoslardır. Böyük Qafqazın şimal hissəsi kiçik etnoslardır. 
Kiçik Qafqazın bir tərəfi də kiçik etnoslardır. Yəni biz “türk 
dili” elan eləyiriksə...
Hörmətli prezident, bizdə - Bakı Dövlət Universitetin-
də  dövlət  imtahan  komissiyasının  sədri  idim.  Orada  bir 
oğlan imtahan verərkən mənə işarə elədilər ki, bir bunun 
pasportunu al bax. Aldım baxdım. Gördüm o, pasportun-
da  “azərbaycanlı”  sözünü  pozub,  yazıb  “kürd”.  Soruşdum 
ki, oğlum, niyə belə eləmisən? Dedi, beş – altı adam yığışıb 
ora elan elədilər ki, bizim dilimiz türk dilidir, ona görə mən 
də  götürdüm  “azərbaycanlı”  sözünü  çıxartdım  və  yazdım 
özümü “kürd”.
Mən çox xahiş edirəm, bu məsələyə bir az həssas yanaş-
maq  lazımdır. Azərbaycan  vahid  dövlətdir  indi,  müstəqil 
dövlətdir,  onun  vahid  dili  olmalıdır.  Hamı  yaxşı  bilir  ki, 
türklər bizə “azəri” deyirlər və Türkiyənin özündə də çoxlu 
azərilər yaşayır. Mən Ankara Universitetində mühazirə oxu-
yanda, Bəxtiyar müəllim, tələbələr məni çox çətinliklə başa 
düşürdü. Amma Təbriz Universitetində istədilər mənə tər-
cüməçi versinlər. Tələbələr özləri hay – küy saldılar ki, bizə 
tərcüməçi lazım deyil. İndi siz deyirsiniz Türkiyə ilə biz, - 
mən çox üzr istəyirəm, sizi çox istəyirəm, həddindən artıq 


188
çox istəyirəm, sizə çox böyük hörmətim var, - siz deyirsiniz 
türk dili ilə bizim dilimiz eyni şeydir, bəs onda özbək dili 
ilə? Məni dəvət etmişdilər Kemerovo Universitetinə, gecə 
səhərə qədər bir qoca qarı ilə, türklə söhbət etdim ki, bəlkə 
bircə kəlmə bunun dilindən bir şey başa düşdüm. Bilirsi-
niz, orada teloutlar, şorlar, xakaslar, altaylar və çoxlu digər 
türkdilli  xalqlar  yaşayırlar.  İnanın,  mən  onların  heç  birini 
başa düşmədim. Axı niyə? Bu xalqın dili nə qədər dəyişilər? 
Bizim taleyimiz elə olub ki, ana dilimizdə, milli dilimizdə 
yazılı ədəbiyyat qalmadığından tariximizi də əməlli – başlı 
tədqiq eləyə bilməmişik, əməlli – başlı öyrənə bilməmişik.
İndi vaxt gəlib çatıb. Prezidentimiz hələ 1978-ci ildə bu 
dili  doğrudan  da  formalaşdırıb  konstitusiyada.  Nəyinsə 
xatirinə yox, bütün reallıq xatirinə o vaxt çalışdı. Əgər ya-
dınızdadırsa,  səhv  eləmirəmsə,  konstitusiya  1977-ci  ildə 
qəbul olunmalı idi. Heydər müəllimin o vaxtkı gərgin fəa-
liyyəti nəticəsində Azərbaycan dili dövlət dili kimi konsti-
tusiyaya daxil edildi. İndi təzədən yenə də Heydər Əliyev 
həmin termini dəyişib türk dili eləsə, bu el – oba, camaat 
və Heydər müəllimi tanıyan bütün dünya ictimaiyyəti nə 
deyər? Mənə elə gəlir ki, “Azərbaycan dili dövlət dilidir” 
yazmaq heç də fəlakət deyil, bu, əksinə, bu gün Azərbaycan 
gerçəkliyini və Azərbaycan reallığını əks etdirir. Ona görə 
də  mən  tərəfdarıyam  ki,  konstitusiyamızda  “Azərbaycan 
dili dövlət dilidir” yazılsın. Diqqətinizə görə çox sağ olun.
H.ə.əliyev: Cəmil Quliyev.
c.Quliyev  – Azərbaycan  Respublikası  EA-nın  akade-
miki: Möhtərəm prezident, hörmətli müşavirə iştirakçıları. 
Mənə belə gəlir ki, bu gün müzakirə olunan məsələyə əgər 
biz prezidentin ilk çıxışında qoyduğu məsələ baxımından 


189
yanaşsaq, məsələni düzgün həll etmiş olarıq. Mən konstitu-
siya layihəsinə olan qeydlərimdə yazmışam ki, Azərbaycan 
dilinin dövlət dili olması hər cəhətdən – həm elmi cəhətdən, 
həm tarixi cəhətdən düzgün və müasir dövrün tələblərinə 
uyğun olan, zəruri bir məfhumdur. Axı, gəlin bu “Azərbay-
can dili” deyəndə bir “dilin özü nədir?” anlayışından danı-
şaq. Axı, dil özü tarixi bir kateqoriyadır. Bunu da mən bu-
rada demək istəmirəm, fikir söyləmək istəmirəm. Çünki bu 
auditoriyada  hamınız  bilirsiniz.  Amma  yadınıza  salıram. 
Axı, dil şüur qədər qədimdir.
z.əlizadə - BDU-nun Azərbaycan dilçiliyi kafedrasının 
professoru: Bunu Marks deyib.
c.Quliyev: Dil özü tarixin bir inkişaf pilləsi kimidir və 
ona görə də tarixin özü kimi inkişaf edir. Demək, hər bir mil-
lətin dili, o cümlədən də Azərbaycan dili onun ictimai-siya-
si, tarixi zərurəti ilə inkişaf edibdir. Elmi cəhətdən həqiqət 
belədir və ona görə də o yoldaşlar ki, deyirlər, “türk dili” 
yazılıbdır, “tatar dli” yazılıbdır və s., bu var. Amma fikir ve-
rin ki, bu yaxınlarda arxivdən keçmiş çar dövrünün anketi 
götürülüb dərc olunub. O anketdə Rusiyaya daxil olan han-
sı adlar göstərilir? Yazılır ki, slavyanlar kimlərdir və sairə. 
Sonra yazılır “inorodtsı”. Anket çap olunurdu Moskvada. 
Orada ulduz qoyulub, aşağıda yazılır ki, kimdir “inorodt-
sı”. Qafqaz tatarları və Orta Asiya xalqları. O anketdə bizim 
adımız yoxdur. Amma 1911-ci ildə...
Burada  bəzi  çıxışlarda  dedilər  ki,  guya  “Azərbaycan” 
sözünü Stalin veribdir, ya da başqa yoldaşlar deyir ki, bi-
zim dilimizi də “Azərbaycan dili” göstərəndə guya Stalinin 
göstərişi ilə bizi ayırıblar, – bu, heç bir tarixi sənədə uyğun 
deyil.  Yoldaşlar  istəyirlərsə,  mən  onlara  sənədlər  göstərə 


190
bilərəm. Amma mən sizə bir misal gətirim. 
1911-ci ildə “Russkaya ensiklopediya” çıxıbdır. “Russ-
kaya ensiklopediya”nın 1-ci cildində ayrıca bir məqalə ya-
zılıb. Mən surətini çıxarıb gətirmişəm. Əgər istəsəniz oxuya 
bilərəm, rus dilində yazılıbdır. Məzmunu belədir: Azərbay-
can tatarları (azərbaycanlılar) və Zaqafqaziya tatarları. Son-
ra yazır ki, bunların 600 neçə mini Yelizavetpol quberniya-
sındadır, 500 neçə mini Bakı quberniyasındadır və 400 neçə 
mini Yerevan quberniyasındadır, 180 minə qədəri Tbilisidə-
dir. Sonra yazır ki, Azərbaycan dili necə yayılmışdır.
1911-ci ildə, özü də ensiklopediyanın 1-ci cildini hazır-
layanlar görkəmli alimlər olubdur, həmin o dövrdə mənim 
Azərbaycan  dilim,  mənim  millətim  çox  əzablı  yol  keçib. 
Mən hesab edirəm ki, Azərbaycan dili XX əsrdə Azərbaycan 
millətinin əldə etdiyi ən böyük sərvətdir, ən böyük qazanc-
dır.
Bizim prezidentin qoyduğu bu məsələyə münasibətimi 
bildirmək istəyirəm. Axı, doğrudan da dil fikrin tərkib his-
səsidir, təfəkkürün ayrılmaz hissəsidir, ideyanın ayrılmaz 
hissəsidir. Biz Azərbaycan ideologiyası haqqında düşünü-
rük. Bəziləri deyirlər ki, indi Azərbaycan milli ideologiyası-
nı yazmaq lazımdır. Məsələnin özü düzgün deyil, Azərbay-
canın milli ideologiyası millətin inkişafındadır. Var, amma 
nəyi müzakirə etməliyik? Demək olmaz ki, bizim ideologi-
yamız yoxdur. Belə söhbətlər gedir, belə olmaz. Millət ya-
randıqca  onun  ideologiyası  da  yaranır.  Bunlar  bir-biri  ilə 
vəhdət təşkil eləyir. Bu baxımdan indi bizim bəxtimizə tarixi 
bir şans düşüb. Heyf ki, biz bunu dərindən dərk etməmi-
şik. Üzr istəyirəm, əgər dərindən dərk etsəydik, indiki XX 
əsrin dayanacağında, XXI əsrin astanasında Azərbaycanın 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə