BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

198
o siyasi oyunlara baş qoşmağa nə həvəsimiz, nə imkanımız 
var. Ona görə də mən hesab eləyirəm ki, Azərbaycan Res-
publikasının dövlət dili Azərbaycan dili olmalıdır, nə Azər-
baycan türkcəsi, nə də Azərbaycan – türk dili olmalıdır.
H.ə.əliyev: Filologiya elmləri doktoru Həsən Quliyev, 
Dilçilik İnstitutundan.
H.Quliyev – Dilçilik İnstitutunun türk dilləri şöbəsinin 
müdiri: Hörmətli prezident, hörmətli müşavirə iştirakçıla-
rı, biz həmişə prezidentimizin çıxışından öz işimizdə dö-
nüş yaratmaq üçün istifadə eləmişik. Yenə də çox şükür ki, 
Heydər müəllim bu əvvəlki cavanlıq duyğusu ilə çıxış elə-
yir, bizi yenə qidalandırır. Bir dəfə Şirəliyev iclasdan sonra 
gəlib dedi ki, Heydər müəllim çox gözəl çıxış elədi və biz 
də  ümumiyyətlə,  Heydər  müəllimin  çıxışından  bir  nəticə 
çıxarıb öz işimizdə nitq mədəniyyəti məsələlərinə çox geniş 
fikir verməliyik və biz həmişə Heydər müəllimin çıxışların-
dan öyrənməliyik.
Heydər  müəllim,  Dilçilik  İnstitutunun  türk  dilləri  şö-
bəsinin müdiri kimi mən də sizə təşəkkür edirəm ki, gözəl 
təşəbbüs göstərmisiniz və dilimizin adının konstitusiyada 
dəqiqləşdirilməsi məsələsini bugünkü iclasa çıxarmısınız. 
Hamıya da sərbəst söz verilir, istənilən qədər danışır və öz 
elmi dəlillərini müşavirə iştirakçılarına çatdırır.
Heydər  müəllim,  ümumiyyətlə  Orxon  –  Yenisey  abi-
dələrində, V – VIII əsr abidələrimizdə, - bunlar ümumi türk 
abidələridir – bu abidələrdə “azbudun”, “az əri” kimi ter-
minlər işlənib. Ola bilsin ki, bizim qəbilənin adı da həmin 
bu “az” xalqından əmələ gəlib. Ümumiyyətlə, türklər XIV 
əsrə qədər bir – birinə yaxın, bir–birini başa düşən dildə da-
nışmışlar, lakin XIV əsrdən sonra bu dillər arasında diffe-


199
rensasiya, yəni fərqlənmə, müstəqilləşmə prosesi başlayıb. 
Millətin əmələ gəlməsindən sonra müstəqil dillər yaranıb. 
Keçmiş SSRİ ərazisində 23 türk xalqı var, hər bir türk xalqı-
nın özünün müstəqil dili var və heç kim indi öz ana dilinin 
adının dəyişdirilməsi haqqında fikirləşmir və bu işi də or-
talığa atmır. Bizə nə olub ki, indi – bilmirəm. Uzun müddət 
biz bütün dünyaya Azərbaycan xalqı, Azərbaycan Respub-
likası, Azərbaycan dövləti kimi tanınmışıq. İndi bizə nə dü-
şüb ki, birdən – birə ana dilimizin adını dəyişək, bu haqda 
geniş mübahisələrə səbəb olan fikirlər yayaq? Mənə elə gə-
lir, bu da xaricdən gələn hər hansı bir təxribatın nəticəsidir 
ki, bizim respublikaya da gəlib çıxıb.
Türkiyədə  bir  jurnal  buraxırlar  –  “Türkologiya”  jur-
nalı. Bu jurnalda keçmiş SSRİ ərazisindəki türk dillərinin 
hamısını  “ləhcə”  adlandırırlar.  Mən  dəfələrlə  həmin  yol-
daşlara məktub da yazmışam, bura gələndə o yoldaşlarla 
söhbət  eləmişəm  ki,  bizim  dilimizi  təhqir  eləməyin.  Dili-
miz müstəqil türk dillərindən biridir və heç kimin də haqqı 
yoxdur bu dilin adını kiçildib “ləhcə” deyə. Bizim dil, ana 
dilimiz, Azərbaycan dili müstəqil bir dil kimi türk dilindən 
istər fonetikasına görə, istər orfoqrafiyasına görə, istərsə də 
qrammatik quruluşuna görə fərqlənir. Biz nə qədər çalışsaq 
ki, türk dilində danışan bir vətəndaşı 100 faiz başa düşək, 
bu, qeyri – mümkün şeydir.
Ümumiyyətlə, mən türk dillərinin müqayisəli lüğəti ilə 
uzun illər məşğul olmuşam və belə bir nəticəyə gəlmişəm 
ki, bizim sözlərin 50 – 60 faizindən azı mənaca uyğun gə-
lir, qalanları isə semantik cəhətdən fərqlənir və bu gün biz 
desək ki, ana dilimiz türk dilidir, bu, həm elmi dolaşıqlı-
ğa, həm də ümumiyyətlə səhv bir nəticəyə gətirib çıxarır. 


200
“Türk dedikdə, ümumiyyətlə bu, osmanlı türklərinin, Tür-
kiyə dövlətinin adıdır və ikinci mənada isə “türk” dedikdə 
bütün türk xalqlarının ümumi adı nəzərdə tutulur. Biz əgər 
bu sistemi əsas tutsaq, həm elmi səhvə yol verə bilərik, həm 
də öz xalqımızın dilinin adını təhrif eləmiş olarıq. Ona görə 
də mən təklif edirəm ki, bu işdə, bu müzakirədə mütəxəs-
sislərin fikri əsas götürülsün və konstitusiyada yazılsın ki, 
dilimizin adı, Azərbaycan xalqının dövlət dili Azərbaycan 
dilidir, dövlətimizin adı Azərbaycan Respublikasıdır, xalqı-
mızın adı Azərbaycan xalqıdır. Diqqətinizə görə təşəkkür 
edirəm.
T.Hacıyev – M.Ə.Rəsulzadə adına BDU-nun Türkologi-
ya kafedrasının müdiri, professor: Heydər müəllim, icazə 
verin bir – iki kəlmə söz deyim.
H.ə.əliyev: Kimsiniz siz?
T.Hacıyev:  Mən  Hacıyev  Tofiq,  mən  çıxış  eləmişəm, 
indi çıxış eləməyəcəyəm. Amma indi mən İqrar müəllimin 
danışığına diqqət yetirəndə, onun dediyindən belə çıxdı ki, 
orda türklərin hamısını qırıb qurtarıblar və indi türk qal-
mayıb. O türkün dövlətindən söhbət gedir. Atilla dövlətin-
dən, Çinin şimalında, Qobu ətrafından söhbət gedir. Bax, 
biz buna görə deyirik ki, tarixçilərimiz Azərbaycan dilini 
gətirməklə bizi türklükdən məhrum eləyiblər və əcdadları-
mızın adından bizi məhrum ediblər. Üzr istəyirəm.
i.əliyev:  Onu  İqrar  müəllim  demir,  mən  yazılanı 
göstərdim sizə.
H.ə.əliyev:  Əyləşin.  Bilirsiniz  ki,  mən  1969-cu  ildən 
Azərbaycana  rəhbərlik  eləmişəm,  ondan  əvvəlki  dövrdə 
də  əgər  bilavasitə  Azərbaycana  rəhbərlik  eləməmişəmsə, 
tutduğum vəzifələrə görə Azərbaycanda gedən bu proses-


201
ləri həmişə izləmişəm, xüsusən tarix sahəsində, ədəbiyyat 
sahəsində, elm sahəsində, o cümlədən dil sahəsində. Ona 
görə də, keçən dəfə də dedim, mən çox şeylərin şahidiyəm. 
İndi burada oturanların əksəriyyəti gəncdir, onlar bu şey-
ləri  kitablardan  deyirlər,  amma  mən  bunların  çoxunun 
şahidiyəm.  Mənim  özüm  də  orta  məktəbdə  oxuyanda, 
həmin  1937-ci  ilə  qədər,  -  mən  orta  məktəbi  1939-cu  ildə 
bitirmişəm, - əlbəttə ki, orada “türk dili” yazılırdı. Bunun 
hamısı  məlumdur  mənə. Ancaq  eyni  zamanda  bu  işlədi-
yim zaman bir şeyi də müşahidə eləmişəm ki, bəzən bizim 
alimlərimiz  və  o  cümlədən  ictimai  elmlər  sahəsində  fəa-
liyyət göstərən yazıçılarımız bu elmi mübahisələri gətirib 
şəxsi münasibətlərə bağlayırlar, bəzən bir – birinə kəskin 
münasibət göstərirlər, hətta keçmişdə, yadımdadır, bəzən 
bir – birini təhqir eləyirdilər. Belə şeylərə yol vermək lazım 
deyil.  Hərə  öz  fikrini  desin,  amma  bizim  də  məqsədimiz 
ondan ibarət olmalıdır ki, həqiqəti axtaraq. Heç kəs hesab 
eləməsin ki, onun bildiyi elə, ruslar demişkən, “absolyutna-
ya istina”, yəni mütləq həqiqətdir. Elə deyil. Kim nə qədər 
çox bilirsə, bir o qədər də bilmir. Bunu yəqin ki, dərk etmək 
lazımdır. Ona görə mən istəmirəm ki, kəskinləşdirəsiniz və 
o cür kəskin çıxışların da mən tərəfdarı deyiləm, yəni ifrat 
çıxışlar, ifrat qiymətlər yaramaz. Biz həqiqəti axtarmalıyıq. 
Ona görə, ola bilər, İqrar Əliyevin öz fikri olsun, sizin öz fik-
riniz olsun. Burada inanmıram ki, kimsə kimi məhv eləmək 
istəyir, biz sadəcə tarixi araşdırmalıyıq. Güman edirəm ki, 
biz alimləri də dinlədik, yazıçıları da, şairləri də dinlədik, 
27 nəfər oktyabrın 31-də çıxış edibdir, bu gün saymadım, 
bilmirəm nə qədər çıxış eləyib. Neçə? 
yerdən: 14 nəfər.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə