BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

206
edərək  “Azərbaycan  türkcəsi”  adlandırıblar.  Nəhayət,  XX 
əsrin ortalarında həm dilimizin, həm millətimizin inkişafı 
tam formalaşmış və əsas vermişdi ki, millətimizin adı azər-
baycanlı, dilimizin adı Azərbaycan dili kimi qanuniləşsin.
Əgər biz millətimizə və dilimizə qoşalaşmış ad versək, 
onda  biz  iki  səhvə yol  veririk.  Birinci  səhv  ondan  ibarət-
dir ki, biz türk dil qrupunun statusunu dəyişib onu vahid 
bir dil, yəni X-XI əsrlər dövrünə qaytarırıq. İkinci səhv isə 
ondan  ibarətdir  ki,  əgər  biz  artıq  müstəqilləşmiş  dilimizi 
ləhcə statusuna salırıqsa, yenə də orta əsrlərə məxsus türk 
dilləri  münasibətinə  qaytarırıq.  Bir  halda  ki,  türk  dilləri 
arasında  münasibətlər  fundamental  şəkildə  dəyişilibdir, 
əgər tam belədirsə - onda gərək dilimizi qoşalaşmış şəkil-
də “Azərbaycan türkcəsi” yox, üçləşmiş şəkildə, deyək ki, 
“Azərbaycan oğuz türkcəsi” adlandıraq. Ona görə ki, oğuz-
lar qıpçaqları, bulqarlar isə hər ikisini başa düşmürlər.
İnsanların  uşaqlığı,  gəncliyi  və  püxtələşmə  dövrü  ol-
duğu kimi, dillərin də həmin taleyi var. Mən heç də hesab 
etmirəm  ki,  biz  milliyyətimizi  və  dilimizi  “azərbaycanlı” 
adlandıraraq türk varisliyimizdən əl çəkirik. Xeyr və yenə 
də  xeyr.  Biz  türk  kökündə  bitmiş  və  formalaşmış  Azər-
baycan  millətiyik.  Bizim  dilimiz  türk  kökündə  bitmiş  və 
püxtələşmiş  Azərbaycan  dilidir.  Bəli,  keçən  əsrlərdə  dili-
mizə “türk dili” deyiblər, amma tarix inkişaf etdikcə, özü-
müzə  məxsus  mədəniyyətimiz  inkişaf  etdikcə  dilimiz  də 
inkişaf edib və tam müstəqilləşib, əyalət ləhcəsi statusun-
dan çıxıb, müstəqil dövlətin müstəqil Azərbaycan dili sta-
tusuna qalxıb. Dilin və millətin adı kiminsə istəyi ilə yox, 
tarixi  proseslərə  əsasən  formalaşır.  Bizim  millətimizin  və 
dilimizin adı Azərbaycan adı ilə artıq formalaşıb və dünya 


207
birliyi tərəfindən qəbul olunub.
H.ə.əliyev:  Nəriman  Həsənzadə  buyursun.  Bəs  ko-
missiya  üzvlərindən  daha  kim  çıxış  etmək  istəyir?  İzzət 
Rüstəmov, sonra.
n.Həsənzadə  –  şair:    Hörmətli  prezident,  hörmətli 
Azərbaycan  ziyalıları.  Tarixi  mənbələrdən  çoxlu  misallar 
gətirildi,  deyildi.  Mən  bunları  təkrar  eləmək  istəmirəm. 
Ancaq öz rəyimi bildirmək istəyirəm, çünki burada kənar-
da qalmaq olmaz. Mənim yadımdadır ki, biz uzun müddət 
Rəsul Rza, Bəxtiyar Vahabzadə başda olmaqla Azərbaycan 
dili uğrunda mübarizə aparırdıq şeirlərimizdə. Rəhmətlik 
Xəlil  də  və  başqa  şairlərimiz  də.  İndi Azərbaycan  dilinin 
əleyhinə mübarizə gedir. Mən hörmətli türkoloq Tofiq Ha-
cıyevin tədqiqatlarında oxumuşam ki, XII əsrdə Əbül – üla 
Gəncəvinin yanına bir nəfər Təbrizdən gəlib və o deyib ha-
radansan? Deyib, Azərbaycandanam və dilim də Azərbay-
can dilidir. Hələ XII əsrdə bu söhbət gedib. Yəni “Azərbay-
can dili” deməklə biz türkün əleyhinəyikmi? Yəni türklər 
qabağa düşüb türk dili elan eləyib. İndi bayaq bu söhbət 
olduğuna görə təkrar eləmək istəmirəm. Yəni biz Azərbay-
can dilini elan eləməklə, Azərbaycan dilini konstitusiyada 
qəbul eləməklə biz türklüyümüzü, türk mənşəliyimizi, heç 
birini danmırıq və burada çox hörmətli prezident o gün də 
dedi, bu gün də dedi ki, nə gözəl dildir, nə şirin dildir, nə 
ad qoyursunuz – qoyun. Doğma dilim. Mən bir misal gə-
tirmək  istəyirəm.  Vaxtilə  yadınızdadırsa,  bu  da  hörmətli 
prezidentin vaxtında olub, bizə “azəri xalqı” deyirdilər, bir 
də “Azərbaycan xalqı”. Onda da o qədər mübahisə getdi ki, 
biz “azəri xalqı” deyək, yaxud “Azərbaycan xalqı” deyək? 
Mən hərdən fikirləşirəm, görürəm: elə ki, Azərbaycan xalqı 


208
bir az dirçəlir, görürlər ki, dünya miqyasına çıxır – nə qədər 
yerdən böyründən bıçaqlar dəyir, vururlar. 
Misal üçün, elə bizim neftimizi deyək. Neft indiyə qə-
dər heç kimin yadına düşmürdü. Elə ki, Azərbaycan öz nef-
tinə, öz var - dövlətinə sahib oldu, özü ortaya düşdü, - nə 
qədər “sahibi” çıxarmış, nə qədər “şəriki” çıxarmış Azər-
baycanın sərvətinin! Dil də bizim sərvətimiz, Azərbaycan 
xalqının sərvətidir. Bu bizim dilimizdir, Azərbaycan dilidir. 
Yəni “Azərbaycan dili” deməklə qətiyyən mənşə danılmır, 
burada heç bir şey yoxdur.
Mən bir balaca misal çəkim, onunla, hörmətli prezident, 
vaxtınızı almayım. Biz Mustay Kərimlə Yuqoslaviyada po-
eziya günlərində idik. Gündüzlər görüşlərdə çıxış edirdik 
və axşam Mustay Kərimlə danışırdıq ki, gəl çıxaq öz dili-
mizdə  danışaq.  O  başqırddır,  mən  də Azərbaycan  türkü, 
yəni  azərbaycanlı.  Danışırdıq,  sonra  qayıdırdıq.  Qayıtdıq 
Moskvaya, indi Moskvadan məni yola salır. Dedim, Mus-
tay, sənə bir şey demək istəyirəm. Dedi, nədir? Dedim, o 10 
gün ki, axşamlar danışdıq, mən səni heç başa düşmədim. 
Dedi, Nəriman, mən də səndən heç nə başa düşmürdüm. 
Belə isə öz dilimizdə danışmaq – niyə biz özümüzü bu cür 
aldadaq, nə üçün axı? Mən istəyirəm, türk mənim qarda-
şımdır,  doğmadır,  əzizimdir,  türklə Azərbaycan  arasında 
böyük bir dostluq, qardaşlıq körpüsü çəkildi. Türk bizə hə-
mişə dayaqdır, bizi həmişə dəstəkləyir. Amma deyirlər hər 
qardaş öz evində xoşbəxt olsun.
Mən  akademiyadakı  söhbətdə  eşidəndə  ki,  -  Vaqif 
müəllim dedi onu, Ağamusa müəllim dedi, - Kaliforniya-
da Azərbaycan dilinin öyrədilməsi, tədqiqi ləğv olunub ki, 
belə dil yoxdur, belə bir xalq yoxdur, - düzü çox pis oldum. 


209
Hələ onu da deyim. Yeddi türk dövlətinin görüşü oldu Biş-
kekdə. Bizim hörmətli prezidentimiz orada iştirak edirdi. 
Süleyman Dəmirəl də gəlmişdi. Orada da hamısı yazılmış-
dı– yeddi türk dövləti, deməli, Türkiyə və Azərbaycan ya-
zılmışdı. Yəni bu bizim müstəqilliyimizdir, – mən belə qə-
bul eləyirəm, – suverenliyimizdir, dünya meydanına çıxırıq 
bu adla, bu ünvanla, bu tarixlə, bu məntiq ilə. Heç kəs dan-
mır bunu. Bunu da konstitusiyada elan eləyirik. Mən sizi 
23-cü bəndə səs verməyə çağırıram. Sağ olun.
H.ə.əliyev: İzzət Rüstəmov:
i.rüstəmov  –  baş  nazirin  müavini,  yeni  konstitusi-
ya  layihəsini  hazırlayan  komissiyanın  üzvü:  Mən  elə  bu 
məsələnin  ilk  müzakirəsi  dövründən  həyəcanlıyam.  La-
kin  indiki  həyəcanlarım  müəyyən  bir  istiqamətə  yönəlib, 
öz məcrasını tapıb və mən burada özümdə daxilən də bir 
təminat hiss eləyirəm. Ölkəmizin adı Azərbaycandır, dili-
mizin adı Azərbaycandır. Mən dünyaya gələndən – 1932-
ci  ildən  ölkəmi Azərbaycan  kimi  tanıyıram,  özümü  azər-
baycanlı  kimi  tanıyıram. Azərbaycan  dilini  sevirəm,  türk 
dilinə,  türk  kökümüzə  böyük  hörmətlə  yanaşıram.  Kim 
bu fürsətdən istifadə eləyib özünün antitürkizmini bir az 
bəyan etmək istəyirsə, o, səhv eləyir. Burada söhbət ondan 
getmir, söhbət ondan gedir ki, indiyə qədər kök üzərində 
hamının sevdiyi əksəriyyətin sevdiyi və dünyanın tanıdığı, 
nüfuzlu dünya tərəfindən qəbul olunan Azərbaycan dili və 
Azərbaycan xalqı var. Azərbaycan respublikası var. Bayaq 
kimsə valideynlə övladın müqayisəsini verdi. Heç zaman 
övladı valideyn səviyyəsinə endirmək mümkün deyil. Bu 
inkişafdır. Bütün türk dillərinin ən gözəl nə xüsusiyyətləri 
varsa, Azərbaycan dili onu özündə birləşdirib.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə