206
edərək “Azərbaycan türkcəsi” adlandırıblar. Nəhayət, XX
əsrin ortalarında həm dilimizin, həm millətimizin inkişafı
tam formalaşmış və əsas vermişdi ki, millətimizin adı azər-
baycanlı, dilimizin adı Azərbaycan dili kimi qanuniləşsin.
Əgər biz millətimizə və dilimizə qoşalaşmış ad versək,
onda biz iki səhvə yol veririk. Birinci səhv ondan ibarət-
dir ki, biz türk dil qrupunun statusunu dəyişib onu vahid
bir dil, yəni X-XI əsrlər dövrünə qaytarırıq. İkinci səhv isə
ondan ibarətdir ki, əgər biz artıq müstəqilləşmiş dilimizi
ləhcə statusuna salırıqsa, yenə də orta əsrlərə məxsus türk
dilləri münasibətinə qaytarırıq. Bir halda ki, türk dilləri
arasında münasibətlər fundamental şəkildə dəyişilibdir,
əgər tam belədirsə - onda gərək dilimizi qoşalaşmış şəkil-
də “Azərbaycan türkcəsi” yox, üçləşmiş şəkildə, deyək ki,
“Azərbaycan oğuz türkcəsi” adlandıraq. Ona görə ki, oğuz-
lar qıpçaqları, bulqarlar isə hər ikisini başa düşmürlər.
İnsanların uşaqlığı, gəncliyi və püxtələşmə dövrü ol-
duğu kimi, dillərin də həmin taleyi var. Mən heç də hesab
etmirəm ki, biz milliyyətimizi və dilimizi “azərbaycanlı”
adlandıraraq türk varisliyimizdən əl çəkirik. Xeyr və yenə
də xeyr. Biz türk kökündə bitmiş və formalaşmış Azər-
baycan millətiyik. Bizim dilimiz türk kökündə bitmiş və
püxtələşmiş Azərbaycan dilidir. Bəli, keçən əsrlərdə dili-
mizə “türk dili” deyiblər, amma tarix inkişaf etdikcə, özü-
müzə məxsus mədəniyyətimiz inkişaf etdikcə dilimiz də
inkişaf edib və tam müstəqilləşib, əyalət ləhcəsi statusun-
dan çıxıb, müstəqil dövlətin müstəqil Azərbaycan dili sta-
tusuna qalxıb. Dilin və millətin adı kiminsə istəyi ilə yox,
tarixi proseslərə əsasən formalaşır. Bizim millətimizin və
dilimizin adı Azərbaycan adı ilə artıq formalaşıb və dünya
207
birliyi tərəfindən qəbul olunub.
H.ə.əliyev: Nəriman Həsənzadə buyursun. Bəs ko-
missiya üzvlərindən daha kim çıxış etmək istəyir? İzzət
Rüstəmov, sonra.
n.Həsənzadə – şair: Hörmətli prezident, hörmətli
Azərbaycan ziyalıları. Tarixi mənbələrdən çoxlu misallar
gətirildi, deyildi. Mən bunları təkrar eləmək istəmirəm.
Ancaq öz rəyimi bildirmək istəyirəm, çünki burada kənar-
da qalmaq olmaz. Mənim yadımdadır ki, biz uzun müddət
Rəsul Rza, Bəxtiyar Vahabzadə başda olmaqla Azərbaycan
dili uğrunda mübarizə aparırdıq şeirlərimizdə. Rəhmətlik
Xəlil də və başqa şairlərimiz də. İndi Azərbaycan dilinin
əleyhinə mübarizə gedir. Mən hörmətli türkoloq Tofiq Ha-
cıyevin tədqiqatlarında oxumuşam ki, XII əsrdə Əbül – üla
Gəncəvinin yanına bir nəfər Təbrizdən gəlib və o deyib ha-
radansan? Deyib, Azərbaycandanam və dilim də Azərbay-
can dilidir. Hələ XII əsrdə bu söhbət gedib. Yəni “Azərbay-
can dili” deməklə biz türkün əleyhinəyikmi? Yəni türklər
qabağa düşüb türk dili elan eləyib. İndi bayaq bu söhbət
olduğuna görə təkrar eləmək istəmirəm. Yəni biz Azərbay-
can dilini elan eləməklə, Azərbaycan dilini konstitusiyada
qəbul eləməklə biz türklüyümüzü, türk mənşəliyimizi, heç
birini danmırıq və burada çox hörmətli prezident o gün də
dedi, bu gün də dedi ki, nə gözəl dildir, nə şirin dildir, nə
ad qoyursunuz – qoyun. Doğma dilim. Mən bir misal gə-
tirmək istəyirəm. Vaxtilə yadınızdadırsa, bu da hörmətli
prezidentin vaxtında olub, bizə “azəri xalqı” deyirdilər, bir
də “Azərbaycan xalqı”. Onda da o qədər mübahisə getdi ki,
biz “azəri xalqı” deyək, yaxud “Azərbaycan xalqı” deyək?
Mən hərdən fikirləşirəm, görürəm: elə ki, Azərbaycan xalqı
208
bir az dirçəlir, görürlər ki, dünya miqyasına çıxır – nə qədər
yerdən böyründən bıçaqlar dəyir, vururlar.
Misal üçün, elə bizim neftimizi deyək. Neft indiyə qə-
dər heç kimin yadına düşmürdü. Elə ki, Azərbaycan öz nef-
tinə, öz var - dövlətinə sahib oldu, özü ortaya düşdü, - nə
qədər “sahibi” çıxarmış, nə qədər “şəriki” çıxarmış Azər-
baycanın sərvətinin! Dil də bizim sərvətimiz, Azərbaycan
xalqının sərvətidir. Bu bizim dilimizdir, Azərbaycan dilidir.
Yəni “Azərbaycan dili” deməklə qətiyyən mənşə danılmır,
burada heç bir şey yoxdur.
Mən bir balaca misal çəkim, onunla, hörmətli prezident,
vaxtınızı almayım. Biz Mustay Kərimlə Yuqoslaviyada po-
eziya günlərində idik. Gündüzlər görüşlərdə çıxış edirdik
və axşam Mustay Kərimlə danışırdıq ki, gəl çıxaq öz dili-
mizdə danışaq. O başqırddır, mən də Azərbaycan türkü,
yəni azərbaycanlı. Danışırdıq, sonra qayıdırdıq. Qayıtdıq
Moskvaya, indi Moskvadan məni yola salır. Dedim, Mus-
tay, sənə bir şey demək istəyirəm. Dedi, nədir? Dedim, o 10
gün ki, axşamlar danışdıq, mən səni heç başa düşmədim.
Dedi, Nəriman, mən də səndən heç nə başa düşmürdüm.
Belə isə öz dilimizdə danışmaq – niyə biz özümüzü bu cür
aldadaq, nə üçün axı? Mən istəyirəm, türk mənim qarda-
şımdır, doğmadır, əzizimdir, türklə Azərbaycan arasında
böyük bir dostluq, qardaşlıq körpüsü çəkildi. Türk bizə hə-
mişə dayaqdır, bizi həmişə dəstəkləyir. Amma deyirlər hər
qardaş öz evində xoşbəxt olsun.
Mən akademiyadakı söhbətdə eşidəndə ki, - Vaqif
müəllim dedi onu, Ağamusa müəllim dedi, - Kaliforniya-
da Azərbaycan dilinin öyrədilməsi, tədqiqi ləğv olunub ki,
belə dil yoxdur, belə bir xalq yoxdur, - düzü çox pis oldum.
209
Hələ onu da deyim. Yeddi türk dövlətinin görüşü oldu Biş-
kekdə. Bizim hörmətli prezidentimiz orada iştirak edirdi.
Süleyman Dəmirəl də gəlmişdi. Orada da hamısı yazılmış-
dı– yeddi türk dövləti, deməli, Türkiyə və Azərbaycan ya-
zılmışdı. Yəni bu bizim müstəqilliyimizdir, – mən belə qə-
bul eləyirəm, – suverenliyimizdir, dünya meydanına çıxırıq
bu adla, bu ünvanla, bu tarixlə, bu məntiq ilə. Heç kəs dan-
mır bunu. Bunu da konstitusiyada elan eləyirik. Mən sizi
23-cü bəndə səs verməyə çağırıram. Sağ olun.
H.ə.əliyev: İzzət Rüstəmov:
i.rüstəmov – baş nazirin müavini, yeni konstitusi-
ya layihəsini hazırlayan komissiyanın üzvü: Mən elə bu
məsələnin ilk müzakirəsi dövründən həyəcanlıyam. La-
kin indiki həyəcanlarım müəyyən bir istiqamətə yönəlib,
öz məcrasını tapıb və mən burada özümdə daxilən də bir
təminat hiss eləyirəm. Ölkəmizin adı Azərbaycandır, dili-
mizin adı Azərbaycandır. Mən dünyaya gələndən – 1932-
ci ildən ölkəmi Azərbaycan kimi tanıyıram, özümü azər-
baycanlı kimi tanıyıram. Azərbaycan dilini sevirəm, türk
dilinə, türk kökümüzə böyük hörmətlə yanaşıram. Kim
bu fürsətdən istifadə eləyib özünün antitürkizmini bir az
bəyan etmək istəyirsə, o, səhv eləyir. Burada söhbət ondan
getmir, söhbət ondan gedir ki, indiyə qədər kök üzərində
hamının sevdiyi əksəriyyətin sevdiyi və dünyanın tanıdığı,
nüfuzlu dünya tərəfindən qəbul olunan Azərbaycan dili və
Azərbaycan xalqı var. Azərbaycan respublikası var. Bayaq
kimsə valideynlə övladın müqayisəsini verdi. Heç zaman
övladı valideyn səviyyəsinə endirmək mümkün deyil. Bu
inkişafdır. Bütün türk dillərinin ən gözəl nə xüsusiyyətləri
varsa, Azərbaycan dili onu özündə birləşdirib.
Dostları ilə paylaş: |