BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   69

7
nun  verilməsində  öz  təcrübəsini  və  əməyini  əsirgəmədi. 
Azərbaycan dilini qorudu, yaşatdı və dövlət dili səviyyə-
sinə qaldırdı.
Birləşmiş  Millətlər  Təşkilatının  qərarı  ilə  hər  il  fevral 
ayının 21-də Ana dili günü qeyd olunur. Deməli, dünyanın 
hər yerində ana dilinə diqqət yetirilir, ana dilinin mövqe-
yi,  nüfuzu  yüksək  qiymətləndirilir.  Bu  mənada  Heydər 
Əliyev dünyanı yaxşı bilən, təhlil edən bir ictimai – siyasi 
xadim, dövlət adamı kimi yaxşı bilirdi ki, dillərin mövcud-
luğu,  nüfuzu  müasir  cəmiyyətdə  əvəzsiz  rol  oynayır.  Əl-
bəttə, biz Azərbaycan dilini qorumasaq, milli düşüncəmizi, 
məfkurəmizi qoruya bilmərik. Eyni zamanda dünya mədə-
niyyətinə, siyasətinə, müasir dünyanın düşüncəsinə qalxa 
bilmərik. Bütün bunların hamısına biz dilin sayəsində nail 
oluruq.  Məhz  doğma  ana  dilimiz  – Azərbaycan  dili  inki-
şaf etməsə, başqa dillərin təsirindən yaxa qurtara bilmərik. 
Bununla  da  azərbaycançılıq  təfəkkürünü,  düşüncəsini  və 
bunun  hər  ikisinin  səviyyəsini  itirə  bilərik.  Ona  görə  də 
Heydər  Əliyev  dünyanı  yaxşı  bilən,  tanıyan  bir  azərbay-
canlı, dövlət adamı kimi Azərbaycan dilinin statuslu olma-
sını dərindən dərk edərək həyata keçirdi. O, yaxşı bilirdi 
ki, Azərbaycan  dili  statuslu  olmasa,  onda  ingilis,  fransız, 
alman, ispan və s. dillərin nüfuzu doğma dilimizin imkan-
larına kölgə salar. Bu mənada Heydər Əliyev Azərbaycan 
dilinin  beynəlxalq  nüfuzunu  da  apardığı  siyasətin  tərkib 
hissəsinə çevirdi və Azərbaycan dilini mötəbər kürsülərdə 
səsləndirdi. Azərbaycan dilini beynəlxalq miqyasda səslən-
dirməklə dünyanın nüfuzlu dillərindən olan ingilis, fran-


8
sız, alman, çin, yapon və s. dillərdə rəqabət prosesinə ana 
dilimizi qoşdu. Bunun nəticəsində Azərbaycan dili ilə dün-
yanın nüfuzlu dilləri arasında tərcümə prosesi baş tutdu. 
Bu, təkcə dilimizin nüfuzlu dillərlə qarşılaşdırılması kimi 
başa  düşülməməli,  həm  də  milli  təfəkkürümüzün,  məf-
kurəmizin rəqabətə dözümü kimi anlaşılmalıdır. Dilimiz-
lə yanaşı, təfəkkürümüzün, məfkurəmizin nüfuzlu dillərə, 
təfəkkürlərə,  məfkurələrə  dözümü  kimi  qiymətləndiril-
məlidir. Bununla da Heydər Əliyev dilimizin dözümünü, 
daxili  potensialını,  imkanlarını  ortalığa  qoydu  və  sübut 
etdi ki, Azərbaycan dili tarixi ənənəsi olan bir dil olmaqla 
inkişaf etmək imkanına qadirdir. Və dünyanın dillərindən 
biri kimi həmişə yaşayacaq, insanların ünsiyyətinə xidmət 
edəcək, nəinki respublikamızın hüdudlarında, həm də rəs-
mi dövlət dili olaraq mötəbər kürsülərdə səslənəcək, dün-
yada həmişə mövcud olacaqdır.
Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan 51 
milyondan çox azərbaycanlının əlaqələrinin qurulmasında, 
azərbaycançılıq  ideologiyasının  təntənəsində  doğma  ana 
dilimizin roluna böyük əhəmiyyət verirdi. O, ana dilimiz 
vasitəsilə  dünya  azərbaycanlılarının  mənəvi  məsuliyyəti-
ni  artırırdı.  Ulu  öndər  Dünya Azərbaycanlılarının  Birinci  
qurultayında üzünü soydaşlarımıza tutaraq belə söyləmiş-
dir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız 
ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız 
ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unut-
mamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər 
birinizin  hüquqlarınızın  qorunması  üçün  lazımi  işlər  görəcək-


9
dir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan 
azərbaycanlılar  haqqında  daim  düşünürük,  maraqlanırıq,  hər 
bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı 
ölkədə özünə layiq yer tutmasını istəyirik”. Göründüyü kimi, 
doğma ana dilində öz fikrini sadə və aydın bir şəkildə ifadə 
etməklə dünya azərbaycanlılarında məsuliyyət hissini, bir-
liyi, milli və dövlətçilik ruhunu gücləndirirdi.
Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan dilinin 
istifadə imkanları ilə bağlı aşağıdakı mühüm işlər görüldü:
a)  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili  olması  təmin 
edildi.
b)  Azərbaycanda uşaq bağçalarından başlamış ali mək-
təblərə qədər təhsilin ana dilində aparılmasına üstünlük ve-
rildi.
c)  Kütləvi informasiya vasitələrinin dili kimi Azərbay-
can dilinə üstünlük verildi.
ç) Azərbaycan dilini araşdıran alimlərin əməyi yüksək 
qiymətləndirildi  və  onların  bir  qismi  “Müasir  Azərbaycan 
dili” dərsliyinə görə Dövlət mükafatına layiq görüldü.
d) Dünyada yaşayan 51 milyondan çox azərbaycanlının 
hər biri anladı ki, onların doğma ana dili Azərbaycan dilidir. 
Ona görə də xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşa-
dıqları ölkələrdə Azərbaycan dilində radio, televiziya veriliş-
ləri yayımlamalı, qəzet və jurnallar nəşr etdirməli, məktəblər 
yaratmalıdırlar. Odur ki, bu istiqamətdə xeyli işlər görüldü.
e) Dövlət orqanlarında çalışanların hər biri Azərbaycan 
dilinə təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də dövlət dili 
kimi yanaşmalı oldular.


10
ə) Azərbaycan dili elm, mədəniyyət, siyasət, iqtisadiy-
yat, hüquq və s. dili kimi özünü təsdiq etdi və s.
Heydər Əliyev hər bir kəsin doğma ana dilini bilməsi-
ni, bu dildən istifadə etməsini, Azərbaycan cəmiyyətində 
hakim dil olmasını vacib sayırdı. Onun fikrincə “... Biz di-
limizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. 
Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir 
Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən 
istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini döv-
lət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də 
Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Əlbəttə, Heydər 
Əliyev Azərbaycan  dilini  hər  bir  azərbaycanlıya  sevdirir, 
bu dilin istifadəsinə təminat verirdi: “Öz ana dilini bilməyən 
adamlar şikəst adamlardır!”.
Heydər Əliyev Azərbaycan dilini təkcə ünsiyyət vasitə-
si kimi qiymətləndirmir, həm də doğma ana dilinin arxasın-
da klassiklərimizin, milli – mənəvi dəyərlərimizin, millətin 
özünün dayandığını öz nitqində həmişə nəzərə çatdırırdı. 
Onun  digər  sahələrdə  olduğu  kimi,  dilimiz  barəsində  də 
söylədikləri təcrübədən, sınaqdan çıxdığından olduqca tə-
bii və praktik görünür və həmişə də belə olaraq qalacaqdır. 
Bir  sözlə,  Heydər  Əliyevin Azərbaycan  dili  –  doğma  ana 
dili barəsində dedikləri sadəcə olaraq bir fikir deyildir, qə-
libləşmiş, ölçülüb – biçilmiş, həkk olunmuş aforizmlərdir: 
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı 
bilə bilməz, öz klassiklərinin əsərlərini ana dilində oxuya bilməz. 
Əgər  onları  oxuya  bilməsə,  tariximizi  bilməyəcək,  onları  oxu-
ya  bilməsə,  bizim  mədəniyyətimizi  bilməyəcək,  milli  –  mədəni 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə