BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə69/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

257
   Güman edirəm, tarixçilərimiz, filosoflarımız elmi nöq-
teyi-nəzərdən mənim bu dediyim sözlərlə razı olarlar. Belə-
liklə, heç kəs deyə bilməz ki, XII əsrdə kim nə deyibsə , o bu 
gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsr-
də kim nə deyibsə o da bizim üçün ehkamdır. Bunu nəzərə 
almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz 
dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir 
konyunkturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul 
edəcəyiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu 
bizi narahat etməməlidir. Biz bunu həqiqət əsasında qəbul 
etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: Bağışla-
yın, biz sizinlə qardaşıq, amma biz dilimizi belə etmək istə-
yirik. Mən bununla da razı deyiləm.
 Noyabrın 2-də keçirilən müzakirədə dilçi alimlərdən 
biri dedi, mən də onun dediyinə istinad edirəm ki, keçmiş 
Sovetlər  İttifaqının  ərazisində  türkdilli  23  xalq  məskun 
olubdur. Yəni türkdilli xalqlar çoxsaylıdır və millətcə, dilcə 
türk kökündən olan xalqlar çoxsaylıdır. Əgər keçmiş Sovet-
lər İttifaqının ərazisində türkdilli 23 xalq olubsa, onun hü-
dudlarından kənarda da var. Bu da təbiidir, çünki dünya-
da olan dillər ayrı-ayrı dil qruplarına bölünüblər və bu dil 
qrupları tarix boyu, əsrlər boyu formalaşıblar, sonra şaxələ-
niblər və hər bir şaxə müəyyən proseslər nəticəsində öz is-
tiqamətində inkişaf edib və gəlib indiki səviyyəyə çatıbdır.
 Şübhəsiz ki, dünyada olan dillərin bugünkü səviyyə-
sində son hədd deyil. Bəşəriyyət, insan cəmiyyəti daimidir, 
hər şey inkişafdadır, yüz, iki yüz, beş yüz ildən sonra nə 
olacaqdır, - bunu biz indi deyə bilmərik. Ancaq şübhəsiz 
ki, nə dünya belə olacaqdır, nə də dünyanın mənzərəsi bu 
şəkildə  qalacaqdır.  Hər  şey  inkişafdadır.  Belə  olan  halda, 


258
şübhəsiz ki, bizim mənsub olduğumuz türkdilli xalqlar da 
şaxələniblər, məskun olduqları yerin, ərazinin təsiri altın-
da, qonşularının, başqa amillərin təsiri altında hərəsi öz is-
tiqamətində inkişaf edibdir. 
 Ancaq bu dillərin, yəni bizim bu türk dili qrupuna mən-
sub dillərin gəlib dövlət dili səviyyəsinə çatması XX əsrdə 
baş veribdir. Mən başqa Avropa dillərini demirəm. Dövlət 
dili statusu alınması da, şübhəsiz ki, hər bir dövlətin dövlət 
kimi formalaşması ilə bilavasitə əlaqədardır. Osmanlı im-
peratorluğu və Osmanlı dili bu müzakirələr zamanı tez-tez 
yada salınır. Amma məlumdur ki, Osmanlı imperatorluğu-
nun dövlət dili XIX əsrədək türk dili deyildi, tarixçilərimiz 
bunu  yaxşı  bilirlər.  İmperatorluq  Osmanlı  imperatorluğu 
idi,  amma  dövlət  dili  türk  dili  deyildi.  Götürün  arxivlər-
də onların kitablarına baxın, həmin padşahların, sultanla-
rın fərmanlarına baxın, onlar türk dilində yazılmayıb. Bü-
tün bunlar ərəb-fars dillərində yazılıb. Gedin İstanbuldakı 
muzeylərə  baxın,  yəqin  çoxları  baxıblar,  kim  baxmayıbsa 
gedib baxa bilər. Mən bundan Türkiyənin dövlət başçıları 
ilə  danışıqlarımda  da  söhbət  açmışam.  Onlar  da  deyirlər 
ki,  bəli,  belə  olub.  Onlar  da  Türkiyə  Cümhuriyyəti  yara-
nandan  sonra  indiki  türk  dilini  formalaşdırıb,  dövlət  dili 
ediblər. O, orada inkişaf edibdir, o ərazidə yaşayan türklər, 
türkdilli xalqlar həmin dili dövlət dili ediblər. Bizim üçün 
dost,  qardaş  olan  Türkiyə  Cümhuriyyətinin  böyük  Ata-
türkdən sonra onun fəaliyyəti nəticəsində bir cümhuriyyət 
kimi meydana gəlməsi, dünya birliyində öz yerini tutması 
və özünün dövlət dili olması bizi sevindirən bir haldır. Bir 
qardaş, dost ölkə kimi biz bunu böyük bir nailiyyət hesab 
edirik.


259
Bizim  ərazimizdə,  yəni Azərbaycanda  yaşayan  insan-
lar,  İranda  yaşayan  və  bizim  dilə  mənsub  olan  insanlar, 
Türkiyənin  Şərq  hissəsində  yaşayan  və  azəri  adlanan  in-
sanlar keçmişdə də, elə XX əsrdə də biz danışdığımız dildə 
danışıblar. Ona görə də dilimizin dövlət dili statusu alması 
yalnız və yalnız 1978-ci ildə qəbul edilmiş konstitusiyada 
olubdur. O vaxta qədər bizim dilimiz dövlət dili statusu al-
mayıbdır. Hamı bu həqiqəti bilməlidir. 
  Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona 
görə ki, torpaqlarımız , ərazimiz cürbəcür şahlıqların, sul-
tanlıqların,  xəlifələrin,  dövlətlərin  əlinə  keçdiyi  vaxtlarda 
da dilimiz itməyib, yaşayıb. Onu xalq yaşadıbdır, eyni za-
manda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıblar. Bö-
yük şairimiz, filosofumuz, mütəfəkkirimiz Nizami Gəncəvi 
əsərlərinin  hamısını  fars  dilində  yazmağına  baxmayaraq, 
yenə də türk dili haqqında öz sözünü deyibdir. Böyük Fü-
zuli əsərlərinin əksəriyyətini ərəb dilində yazmağına bax-
mayaraq, türk dilində də yazıbdır və dilimizi yaşadıbdır, 
Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə dünya-
ya gəlmiş böyük şəxsiyyətlər – yazıçılar, o cümlədən Cəlil 
Məmmədquluzadə, şairlər, dövlət xadimləri və mütəfəkkir 
insanlar  Həsən  bəy  Zərdabi,  Əhmədbəy  Ağayev,  Əlibəy 
Hüseynzadə, Fətəlixan Xoyski, Məmmədəmin Rəsulzadə, 
Nəriman  Nərimanov,  Dadaş  Bünyadzadə  və  başqaları  öz 
əsərləri ilə, verdikləri qərarlarla, dekretlərlə, sənədlərlə bi-
zim dilimizi yaşadıblar. Ancaq dilimiz dövlət dili statusu 
almayıb.
 Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, bunla-
rın hamısına baxmayaraq, dilimiz yaşayıb və ilbəil zəngin-
ləşibdir. Mən bunu bir dəfə demişəm və bu gün bir daha 


260
deməyi lüzumlu hesab edirəm ki, 1920-ci ildə dilimiz bu 
qədər  zəngin,  eyni  zamanda  bu  qədər  sadə,  səlis,  bu  qə-
dər təmiz və cazibədar olmayıbdır. 30-cu ildə də, 40-cı ildə 
də belə olmayıbdır. Demək, həyat inkişaf etdikcə, xalqımız 
mədəniyyət  yolu  ilə,  elm  yolu  ilə  inkişaf  etdikcə,  irəliyə 
getdikcə, dünya mədəniyyətindən bəhrələndikcə öz dilini 
də ilbəil  inkişaf etdiribdir.Əgər XX əsri götürsək, xüsusən 
20-ci ildən indiyədək Azərbaycanda böyük dilçi alimlər or-
dusu,  böyük    ədəbiyyatçılar,  şairlər,  yazıçılar,  jurnalistlər 
ordusu yaranıbdır. Məhz bu dövrdə biz Nizami Gəncəvini 
qaldırıb dünyaya tanıda bilmişik, Məhəmməd Füzulini də, 
Nəsimini də qaldırıb dünyaya tanıtmışıq, Vaqifi də, Mirzə 
Fətəli Axundovu  da,  Sabiri  də,  Seyid  Əzim  Şirvanini  də, 
Abbasqulu Ağa Bakıxanovu da tanıtmışıq və bütün bunla-
rın hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlər-
də, dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? 
Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və bunla-
rın hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur.
   Biz Nizami Gəncəvinin əsərlərini, bütün poemalarını, 
“Xəmsə”sini ilk dəfə 1948-ci ildən sonra öz dilimizə, yəni 
indi danışdığımız Azərbaycan dilinə tərcümə etdirmişik və 
xalqımıza çatdırmışıq. Siz bunu da bilməlisiniz ki, mən Ni-
zami Gəncəvinin “Xəmsə”sinin ilk dəfə rus dilinə tərcümə 
edilib  Moskvada  nəşr  edilməsinə  nail  olmuşam.  Siz  də, 
bütün ictimaiyyət də bilməlidir ki, mən Nizami Gəncəvi-
nin “Xəmsə”sinin, beş poemasının rus dilində Moskvada, 
“Xudojestvennaya  literatura”  nəşriyyatında  yenidən  çap 
edilməsinə  nail  olmuşam.  Nizami  Gəncəvinin  poemaları 
rus dilində tamamilə nəşr edilməmişdi. Hətta sonra həyat 
mənə möhlət vermədi, o vaxt Moskvada bu işlərlə məşğul 


261
olarkən aydınlaşdırdım ki, Nizami Gəncəvinin əsərlərinin 
rus dilinə tərcüməsi tamam təkmil deyil. Mən o zaman belə 
bir fikrə düşdüm və onu həyata keçirməyə çalışdım ki, ye-
nidən tərcüməçilər qrupu yaradıb Nizami Gəncəvinin əsər-
lərini  orijinaldan  rus  dilinə  tərcümə etdirim  –  tək  Rusiya 
üçün yox, çünki rus dilini Rusiyadan savayı başqa ölkələr-
də də çox bilirlər. Bunlar hamısı bu dövrün bəhrəsidir.
    O  cümlədən,  biz  Nəsiminin  600  illik  yubileyini  ke-
çirərkən  Nəsiminin  əsərlərini  ilk  dəfə  Azərbaycan  dilinə 
tərcümə  etdirib  xalqımıza  çatdırdıq.  Beləliklə,  bu  dövr 
bizim üçün ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, 
məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edib-
dir. Dövlət dili statusu almaq üçün gərək dövlət olsun. Əgər 
bir dil bir dövləti təmsil etmirsə, o dilə nə deyirsən- de, o, 
dövlət  dili  ola  bilməz.  Hüquqi,  fəlsəfi  nöqteyi-  nəzərdən 
bunu da bilmək lazımdır. Biz Sovetlər İttifaqının tərkibin-
də müstəqil dövlət olmasaq da, onun tərkibində respublika 
idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağı-
mız  var  idi.  Doğrudur,  bunlar  hamısı  Ümumittifaq  tərki-
bində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz 
dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, 
nə qədər əzab-əziyyətə düşdük.
  Amma eyni zamanda bir şey də sizin üçün yəqin ma-
raqlı olar ki, - mən bunu bilirdim, ancaq indi xahiş etdim 
gətirdilər,  Sovetlər  İttifaqının  1977-ci  ildə  qəbul  olunmuş 
konstitusiyası buradadır, kim istəyir götürüb oxuya bilər, - 
burada dövlət dili maddəsi yoxdur. 
 Noyabrın 2-də keçirilən müzakirədə Baş Arxiv İdarə-
sinin  rəisi  arayış  verdi  və  məlum  oldu  ki,  1936-cı  ildə 
Azərbaycan  Respublikasının  konstitusiyası  hazırlanarkən 


262
layihədə  yazılmışdı  ki,  dövlət  dili  türk  dili  olsun. Ancaq 
bizim  nümayəndələr  Moskvaya  gedib  qayıdandan  sonra 
1937-ci  ildə  konstitusiya  qəbul  ediləndə  dövlət  dili  mad-
dəsi yazılmayıb. 1936-cı ildə Sovetlər İttifaqının konstitu-
siyasında da dövlət dili maddəsi yoxdur. 1977-ci ildə qə-
bul olunmuş Sovetlər İttifaqı konstitusiyasında dövlət dili 
barədə maddə yoxdur. Bunun səbəbi o deyildir ki, Sovetlər 
İttifaqı bir dövlət deyildi, yox. Yəqin, dövlət dilini yazma-
yan adamlar istəmirdilər ki, dillər parçalansın. Bir də bilir-
dilər ki, onsuz da rus dili hakim dildir və bunu konstitu-
siyaya yazmağa da ehtiyac yoxdur. Mən belə düşünürəm. 
Ancaq bilin, bu məsələ müzakirə olunmamışdı. Mən bunu 
da  bildirmək  istəyirəm  ki,  biz  1977-1978-ci  ildə Azərbay-
can konstitusiyasına “Azərbaycanın dövlət dili Azərbaycan 
dilidir” yazmağa çalışanda bizə Moskvadan deyirdilər ki, 
axı, SSRİ konstitusiyasında bu yoxdur və siz nə üçün yazır-
sınız? Deyirdilər ki, bizdə də yoxdur, sizdə də olmamalıdır. 
  Dilimizin inkişafı bax, belə mərhələlərdən keçib və nə-
hayət, bizim bugünkü dilimiz – zəngin dilimiz var. Əgər 
biz o tarixi nöqtələri bir də yadımıza salsaq, 1936-cı ildən 
indiyədək Azərbaycanda bizim dilimiz Azərbaycan dili ad-
lanmışdır. Bütün sənədlərdə Azərbaycan dili adlanır. Bütün 
yerlərdə Azərbaycan dili adlanır. 1978-ci ildəki konstitusi-
yada “Azərbaycan dili dövlət dilidir” yazılmışdır. Bu gün 
də hamımız deyirik ki, bizim dilimiz Azərbaycan dilidir. 
Tarixi  köklərimizə,  tarixi  keçmişimizə  böyük  hörmət 
və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməli-
yik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim di-
limiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus 
adını  götürüb  və  gəlib  dövlət  dili  səviyyəsinə  çatıb.  İndi 


263
bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi- 
nəzərdən düzgün deyil- həm tarixi nöqteyi- nəzərdən, həm 
fəlsəfi  nöqteyi-  nəzərdən,  həm  Azərbaycanın  dövlətçiliyi 
nöqteyi- nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqte-
yi- nəzərindən düzgün deyil. 
  Mən bir dəfə dedim ki, biz gərək öz milli mənliyimizi 
heç vaxt itirməyək. Xalqların hər biri tarixi yol keçib, hər 
birinin  də  özünəməxsus  nailiyyəti  var.  Bizim  ərazimizdə 
Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hü-
dudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayan-
lar  azərbaycanlılardır.  Bizim  keçmişimiz  məlumdur,  biz 
onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir 
xalqıq.  Bizim  dilimiz  türk  dilləri  qrupuna  məxsus  dildir. 
Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var. Biz öz dilimizi 
gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona ya-
pışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var. Bu dil 
də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, 
-  türk  dilləri  qrupuna  məxsus  olan  digər  dillər,  ola  bilər, 
həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir. 
 Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. 
Amma  hesab  edirəm  ki,  öz  dilimizlə, Azərbaycan  dili  ilə 
hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq 
dünyada  tanınmış  dildir.  Xalqımızın  adı  da  tanınıb,  res-
publikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu 
reallıqdır. Mən keçən dövrü kənara qoyuram, - 60 il ərzində 
bu, mövcud olmuş reallıqdır. Günü –gündən, aybaay inki-
şaf etmiş reallıqdır. 
Azərbaycanda  rus dili nə qədər hakim oldusa da, vax-
tilə Azərbaycanda nə qədər çalışdılar ki, Azərbaycan dilini 
sıxışdırıb çıxarsınlar, rus dilini geniş yaysınlar, amma biz 


264
dilimizi qoruduq, saxladıq. Biz dilimizi itirmədik. İndi biz 
dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri öz di-
limizdə ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, 
iqtisadi, başqa nailiyyətlərin hamısından üstün bir nailiy-
yətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var 
və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini 
biz öz dilimizdə ifadə edə bilirik. 
  Ona görə də bir də deyirəm – tarixi keçmişimizə, əc-
dadlarımıza  böyük  hörmət  və  ehtiram  hissini  bildirərək, 
bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbay-
can Respublikasının dövlət dilini qəbul etməliyik. Müstəqil 
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. 
  Mən hesab edirəm ki, biz bu layihəni bu gün hazırla-
yarkən 23-cü maddəyə baxıb onu bəlkə də bir az təkmil-
ləşdirmək, genişləndirmək olar. Hər halda bunu qəbul edi-
rik,  referenduma  veririk.  Bəli,  qoy  xalq  öz  sözünü  desin. 
Ancaq biz də xalqın nümayəndəsi, cəmiyyətin üzvü kimi, 
eyni zamanda xalq tərəfindən böyük səlahiyyətlərə malik 
olan şəxslər kimi bu gün öz fikrimizi deyirik. Əgər etiraz 
yoxdursa, bununla da bu məsələnin müzakirəsini bitirək. 
 * * *
Qısa fasilədən sonra iclasda yeni konstitusiya layihəsi 
mətbuatda  dərc  edildikdən,  ümumxalq  müzakirəsinə  ve-
rildikdən sonra onun barəsində konstitusiya komissiyasına 
daxil  olmuş  təkliflərin,  əlavələrin,  dəyişikliklərin  müza-
kirəsi başlandı. 
Prezident  Aparatının  şöbə  müdiri  Şahin  Əliyev  yeni 
konstitusiya  layihəsinin  ümumxalq  müzakirəsinin  nəti-
cələri barədə məlumat verdi. 


265
Sonra  ayrı-ayrı  maddələr  barədə  verilən  təkliflər, 
əlavələr, dəyişikliklər hərtərəfli müzakirə olundu.
İclasın  sonunda  konstitusiya  komissiyasının  sədri, 
Azərbaycan prezidenti Heydər Əliyev layihənin son vari-
antı üzərində işin başa çatdırılması ilə əlaqədar olaraq işçi 
qrupuna lazımi göstərişlər verdi. 


266
MündəricAT
Heydər Əliyev və 
Azərbaycan dili ....................................................... 4
Azərbaycan dili ilə 
hər birimiz fəxr edə bilərik .................................. 14
Heydər Əliyevin taleyüklü 
məsələlərin həllində rolu ..................................... 30
Heydər Əliyev və Azərbaycan 
dilinin nəzəri məsələləri ...................................... 40
Dövlət dili milli – 
mənəvi sərvətimizdir  .......................................... 48
Azərbaycan dili 
milli varlığımızdır ................................................ 66
Bunlar tarixi 
həqiqətdir .............................................................. 86
Ziyalılar yeni konstitusiya 
layihəsini  müzakirə edirlər
 
................................. 96


267
Buludxan XƏLİLOV
AzərbAycAn dili: 
milli varlığımız, 
mənəvi sərvətimiz
Bakı – 2013


268
Çapa imzalanıb: 15.XI.2013
Ölçüsü: 60x90  1/16
Ümumi həcmi:  16,75
Sayı: 500
Ofset çap üsulu

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə