253
Konstitusiya komissiyasının üzvləri – Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Ali Sovetin
sədrinin müavini Yaşar Əliyev, BDU-nun professoru Səfiyar
Musayev, Milli Məclisin hüquq siyasəti daimi komissiyası-
nın sədri Aslan Abbasov, EA-nın Fəlsəfə və Hüquq İnsti-
tutunun aparıcı mütəxəssisi, fəlsəfə elmləri doktoru Rəfiqə
Əzimova, BDU- nun rektoru, professor Murtuz Ələsgərov,
Milli Məclisin dövlət quruculuğu və müdafiə məsələləri
daimi komissiyasının sədri Şirin Hacıkərimov, Milli Məc-
lisin üzvü Etibar Məmmədov, akademik Fərəməz Maqsu-
dov, Ali Sovetin sədrinin birinci müavini Arif Rəhimzadə,
Milli Məclisin üzvü Asya Manafova, respublikanın baş
prokuroru Eldar Həsənov, Ali Məhkəmənin sədri Xanlar
Hacıyev, habelə Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
Babək Hüseynov iclasda çıxış etdilər. Onların hamısı ( Eti-
bar Məmmədovdan başqa) Azərbaycan dilinin dövlət dili
olmasını təklif etdi.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
bu məsələnin müzakirəsinə yekun vurdu.
Azərbaycan respublikasının Prezidenti
Heydər əliyevin çıxışı
– Müstəqil Azərbaycan Respublikasının ilk konstitu-
siyasını qəbul etmək çox məsuliyyətli, eyni zamanda çox
şərəfli bir vəzifədir. Xoşbəxt adamlarıq ki, bu vəzifə bi-
zim üzərimizə düşübdür. Eyni zamanda məsuliyyətimizi
də dərk etməliyik və düşünməliyik ki, biz tarix qarşısın-
da, bu işimizə görə daim cavabdeh olacağıq. Ona görə də
bu məsələyə, gələcək nəsillər qarşısında bu işə fövqəladə
diqqət yetirməliyik, bu məsələyə obyektiv, çox səbrlə və
254
məsuliyyətlə yanaşmalıyıq. Mən bu gün bəyan etmək istə-
yirəm ki, konstitusiya komissiyası təşkil olunandan indiyə
qədər bu komissiyada belə bir mühit yaranıb: konstitusi-
ya komissiyasının üzvləri, o cümlədən komissiyanın səd-
ri kimi mən də məhz bu prinsiplər əsasında öz üzərimizə
düşən vəzifənin həll olunmasına çalışırıq.
İş sona çatır. Biz bu gün layihəni axıra qədər müza-
kirə edib, ümumxalq müzakirəsindən sonra daxil olmuş
təklifləri təhlil edib, konstitusiya layihəsinin son variantını
hazırlayıb dərc etdirməliyik. Bu proseslər içində siz – kons-
titusiya komissiyasının üzvləri də görürlər, bütün ictimaiy-
yət də bunun şahididir ki, mən dövlət dili ilə əlaqədar olan
maddənin hərtərəfli müzakirə edilməsinə cəhd göstərirəm
və nə qədər vaxt sərf olunsa da bunu çox lazımlı hesab
edirəm. Görürəm, bəzilərinin hövsələsi çatmır, bəziləri dü-
şünürlər ki, məsələ aydındır, qərar qəbul etmək lazımdır.
Ancaq mən belə hesab edirəm ki, bu məsələdə tam aydınlıq
hasil olmalıdır. Əgər mən şəxsən bu işə ümumi nöqteyi–
nəzərdən yanaşsaydım, biz bu məsələni indiyədək bir neçə
dəfə müzakirə etmişik və komissiya üzvlərinin əksəriyyə-
tinin fikri birdir.
Birincisi, komissiyada layihə hazırlanarkən bu məsələ
işçi qrupunda müzakirə olunub. Layihəyə bir neçə dəfə
baxılıb. Sonra, oktyabrın 14-də bu məsələ müzakirə
edilərkən biz bu maddə barədə fikir mübadiləsi apardıq.
Mən bunu bir neçə dəfə demişəm, komissiya üzvlərindən
üç nəfər bu barədə, yəni Azərbaycan dövlətinin konstitu-
siyasında olan maddədən fərqli fikir söylədi ki, indiyədək
Azərbaycan dili dövlət dili yazılıb, indi isə bu ya Azərbay-
can türkcəsi, ya Azərbaycan türk dili, ya da sonradan de-
255
yildiyi kimi, Azərbaycan ( türk dili) yazılsın. Komissiya-
nın qalan üzvləri bu fikri dəstəkləmədilər. Onların hamısı
Azərbaycan dili tərəfdarı oldu. Bu gün çıxış edən komis-
siyanın üzvü Etibar Məmmədov da o vaxt başqa fikir söy-
ləmədi; o, ümumiyyətlə fikir söyləmədi. Belə olan halda ,
əgər mən, komissiyanın sədri kimi, bu məsələlərə ümumi
prinsip nöqteyi- nəzərindən yanaşsaydım (üç nəfər deyir
ki, belə olsun, amma qalanları deyir ki, belə olsun), məsələ-
ni bununla da qurtarmaq olardı. Ancaq mən hesab etdim
ki, üç nəfər komissiyanın üzvləri arasında sayca çox azlıq
təşkil edirsə də , birincisi, komissiyanın hər bir üzvünün
fikrinə diqqət vermək və onu nəzərə almaq lazımdır; ikin-
cisi də, bu fikri söyləyən adamlar bizim görkəmli ziyalıla-
rımızdır – mədəniyyət, elm, ədəbiyyat sahəsində tanınmış
və böyük fəaliyyət göstərmiş adamlardır. Demək, bunların
fikirlərini daha da geniş müzakirə etmək lazımdır. Ancaq
eyni zamanda 1978-ci ildə qəbul edilmiş konstitusiyada
Azərbaycanın dövlət dili Azərbaycan dili yazıldığına görə
və on illər müddətində Azərbaycan dili həyatımızın hər ye-
rində bərqərar olunduğuna görə biz layihənin 23-cü mad-
dəsində yazdıq ki, “Azərbaycanın dövlət dili Azərbaycan
dilidir”. Bunu da ümumxalq müzakirəsinə verdik.
Ancaq bilirsiniz, - bunu keçən görüşlərimizdə de-
mişəm, - mən çalışırdım ki, başqa fikir söyləyənlərin fikir-
lərinin, dəlillərinin nə qədər əsaslı olduğunu, tarixi, elmi
nöqteyi- nəzərdən nə qədər münasib olduğunu araşdıraq.
Mən bütün bu müddətdə çalışmışam şərait yaradım ki, in-
sanlar sərbəst danışsınlar, hərənin sözü sərbəst meydana
çıxsın. İkinci tərəfdən də bu müzakirələrdə, mübahisələrdə
məsələni mən şəxsən özüm üçün daha da aydınlaşdırmaq
256
istəyirdim. Baxmayaraq ki, bu məsələnin tarixi də mənə
məlumdur, xalqımızın tarixini də, dilimizi də pis bilmirəm
və dilimizin tarix boyu keçdiyi yollar da başqaları kimi
mənə də məlumdur, bəlkə bir çoxlarından da az məlum de-
yil. Ona görə də ola bilərdi ki, mən dərhal bir mövqe tutum.
Ancaq mən bunu etmədim. Hesab edirəm ki, belə də lazım
idi, bu da həmin sahəyə maraq göstərənlərin, mütəxəsislə-
rin fikirlərinin açılmasına şərait yaradacaqdır. Ona görə də
layihə mətbuatda dərc olunandan sonra biz bu məsələnin
yenidən müzakirə edilməsini lazım bildik.
Oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalı-
ların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən
çox adam çıxış etdi. Mən bununla qane olmadım, noyabrın
2-də konstitusiya komissiyasının iclasını tamamilə buna
həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O mü-
zakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görür-
sünüz ki, mən bu gün konstitusiya komissiyasının və işçi
qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə
də davam etdirirəm. Bütün bu müzakirələrin nəticəsində
mən də öz fikrimi demək istəyirəm.
Dil, millət fəlsəfi məfhumdur, tarixi anlayışdır. İnsan-
lar dünyada mövcud olandan onlar hansısa dillərdə danı-
şıblar. Bir halda ki, insanlar olub, demək, onların bir- biri
ilə əlaqəsi üçün dil də olubdur. İnsanlar dünyada mövcud
olandan müəyyən tayfalar, qruplar, yaranıbdır, bundan
sonra onlar genişlənib, millət şəklinə gəlib çıxıblar. Ona
görə həm millət anlayışı, həm dil anlayışı, yenə deyirəm,
fəlsəfi məfhumdur, fəlsəfi, tarixi anlayışdır. Dialektikanın
qanununa görə bu iki anlayış daim inkişafda , dəyişiklikdə
olubdur.
Dostları ilə paylaş: |