BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   61   62   63   64   65   66   67   68   69

241
H.ə.əliyev: Nə kompromisdir, Bəxtiyar?
b.Vahabzadə:  İnanın  ki,  əgər  tamam Azərbaycan  dili 
götürsək, bizim buradakı ziyalıların bir qismi etiraz eləyə-
cək.
A.rzayev: Ümumi bir sualım var: iki il bundan qabaq 
qəbul olundu ki, bizim dilimiz türk dilidir. Mən mətbuatda 
yazdım ki, bu, düz deyil. Bəxtiyar müəllim də yazdı. Bura-
da oturanlardan kim mətbuatda yazıb buna etiraz etdi?
M.Adilov – BDU-nun professoru: Mən sizdən sonra bu 
barədə yazdım, Anar müəllim, 20 məqaləm çıxdı bu barə-
də.
A.rzayev:  İndi,  Heydər  müəllim,  biz  deyirik  ki,  bu, 
səhvdir. Düzdür, bu, səhvdir. Elə edək ki, bir müddətdən 
sonra yenə deməyək, ki, səhvdir. Çox xahiş edirəm, - mən 
akademiyada da dedim, - biz məsuliyyəti tək sizin boynu-
nuza qoymaq istəmirik.
H.ə.əliyev: Bəs kimin boynuna olsun?
A.rzayev:  Heydər  müəllim,  mən  istəmirəm  tək  sizin 
boynunuza  olsun.  Amma  Sabir  Rüstəmxanlının  bir  sözü 
ilə mən razıyam ki, - xahiş edirəm, bunu kompliment kimi 
qəbul etməyin, - siz Azərbaycan xalqı qarşısında o qədər 
misilsiz xidmətləri olan adamsınız ki, dilimizin halal adı-
nın da qaytarılması qoy sizin adınızla bağlı olsun. (Salonda 
alqışlar).
H.ə.əliyev: Həsən, sən nə deyirdin?
H.Həsənov: Mənə icazə verin, bir – iki kəlmə deyim. 
1990-cı ildə Azərbaycan emosiyalara uyanda, populist şüar-
lara uyanda bir neçə adam bunların arxasınca getdi. Onda 
Bəxtiyar Vahabzadə mənə müraciət elədi. Mən şəxsən Bəx-
tiyar Vahabzadəyə dedim ki, Bəxtiyar, mən qəti etiraz elə-


242
yirəm, hesab eləyirəm ki, bu gün “Azərbaycan dili” olsun. 
Heydər Əliyeviç, o mötərizə söhbəti ki, var, deməli, söhbət 
ondan gedir ki, bizim dilimizin Azərbaycan dili olması qə-
bul olunduqdan sonra Elçin tərəfdən də, Bəxtiyar tərəfdən 
də, mən belə başa düşdüm, sadəcə onlar istəyirlər ki, milli 
dilimizin adı ilə yanaşı, dilimiz hansı qrupa məxsusdursa, 
o da yazılsın. Demək, təklif bundan ibarət idi. Bizim mil-
li dilimiz Azərbaycan dilidir, - bu, aydındır, burada ikinci 
fikir ola bilməz, o hamı tərəfindən qəbul olundu. Sadəcə, 
təklif eləyirlər ki, dilin adı ilə yanaşı, Azərbaycan dili hansı 
dil qrupuna mənsubdursa, o da yazılsın.
V.bayatlı: Biz qəbul eləmirik axı. Biz qəbul eləmirik.
H.ə.əliyev: Bilirsiniz, bağışlayın, orada bir – iki adam 
yerindən qalxıb danışır. Mən sizi dəvət eləmişəm ki, bura-
da özünüzü ədəb-ərkanla aparasınız. Əgər belə olsa, mən 
sizi  bu  salondan  uzaqlaşdıracağam.  Ümumiyyətlə,  məs-
ləhət  görürəm  ki,  elə  bu  salonda  yox,  başqa  yerlərdə  də 
özünüzü belə aparmayasınız. Burada hay – küy olmaz. Elə 
bu  millətin  bu  günə  düşməyinə  bəzi  sizin  kimi  adamlar 
səbəb  oldular.  Belə  hay  –  küylə  burada  ciddi  məsələləri 
həll eləmək olmaz. Yerindən qalxırsan, - o yaşıl köynəkli 
oğlan, - cavan adamsan, nə yaşamısan, nə görmüsən, nə 
bilirsən? Bir xırda emosiyalardan savayı heç bir şey yox-
dur səndə. Bu qədər təcrübəli adam danışır, qoymursan, 
yerdən  qışqırırsan.  Hansı  tərbiyədən,  nə  təhər  deyərlər, 
hansı əxlaqdan danışmaq olar? Qurtarmaq lazımdır bu cür 
halları. Buyurun.
H.Həsənov: Cənab prezident, sizin xoşbəxtliyinizdən, 
bizim  də  bədbəxtliyimizdən,  siz  burada  olmayanda  bu 
proseslərə yol verilmişdir, yenə həmin prosesləri təkrar et-


243
mək istəyirlər. Amma başa düşmürlər ki, nə zəmanə o zə-
manədir,  nə  də  Heydər  Əliyev  başqalarından  deyil.  Mən 
bir də təkrar eləyirəm, söhbət ondan gedir ki, Azərbaycan 
dili Azərbaycan adı ilə qəbul olunur. Bu hamının fikridir. 
Bununla  yanaşı,  təklif  olunur  ki,  mötərizədə Azərbaycan 
dilinin hansı dil qrupuna daxil olduğu konstitusiyada qeyd 
edilsin.  Bunu  dünyanın  heç  bir  dövləti  qeyd  eləməyib. 
Onda ingilislər yazmalıdırlar: İngiltərənin dövlət dili ingi-
lis dilidir, mötərizədə - german. Onda fransızlar yazmalı-
dırlar: Fransanın dövlət dili fransız dilidir, mötərizədə - ro-
man. Onda ruslar yazmalıdırlar: Rusiyada dövlət dili rus 
dilidir, mötərizədə - slavyan. Konstitusiya mövzusu deyil 
bu, elmi tədqiqatların mövzusudur. Sözsüz ki, alimlər əsər-
lərində min dəfələrlə dönə - dönə yaza bilərlər ki, Azərbay-
can dili türk dili qrupuna daxildir. Mən belə hesab edirəm 
ki, elmi mövzunu konstitusiyaya gətirməyin xeyri yoxdur. 
Qəti surətdə Siyasi terminologiya başqa məsələdir, amma 
elmi terminologiya başqa şeydir. Siyasi terminologiya qısa, 
yığcam olmalıdır, lakonik olmalıdır və o dilin yuridik sta-
tusunu göstərməlidir.
H.ə.əliyev: Buyur.
e.əfəndiyev:  Mən  Heydər  Əliyeviç,  hörmətli  Həsən 
müəllimin analogiyasını qəbul eləmirəm. O özü bir gözəl 
söz dedi, dəqiq söz dedi ki, hüquqi bir status olmalıdır. O 
mötərizə məhz belə hüquqi statusla yazılır. (Yerdən səslər). 
Bir dəqiqə dayanın da, sözümü deyim. Sözünüz var, gəlin 
burada danışın da.
z.bünyadov: Konstitusiyada mötərizə olmaz.
H.ə.əliyev: Ziya, sən əyləş.
e.əfəndiyev:  Mən  Həsən  müəllimin  analogiyasını 


244
düzgün hesab eləmirəm. Nə üçün? Çünki, tutaq ki, kons-
titusiyada  1936-cı  ilə  qədər  belə  deyiblər.  Bu  analogiya  o 
analogiya ilə düz gəlmir. Söhbət nədən gedir? Bu mövzu-
lar da elmi xarakter daşımır, tarixi yaddaş xarakteri daşı-
yır. (Yerdən səslər). Bir dəqiqə dayanın, sözümü deyim də, 
hörmətli dostlar, hər biriniz burada gəlib sözünü desin, ki-
min nə sözü var, gəlsin desin. Yenə də təkrar eləyirəm, hör-
mətli prezident, o, qəti surətdə elmi xarakter daşımır. Bu, 
bizim tarixi yaddaşımızdır, bu, 1936-cı ilə qədər dilimizin 
adının hafizədə qalmasıdır və bu kompromis də Azərbay-
canın müstəqilliyi kontekstində həmin Azərbaycan dilinin 
köməkçi atributudur. İndi bu, başqa xalqların konstitusiya-
sında nə dərəcədə var, yoxdur, - mən bunu deyə bilmərəm, 
necə ki, onu da deyə bilmərəm ki, başqa xalqların dilinin 
başına bu oyunlar gəlir, ya gəlmir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə