245
Azərbaycan Prezidenti
Heydər Əliyevin yekun sözü
– Hesab edirəm ki, biz ətraflı fikir mübadiləsi apardıq.
Bütün fikirlər dinlənildi. Bu cürbəcür fikirlər xüsusən bu
dairələrdədir. Əhalidə, xalqımızın içində bu qədər fikir ay-
rılığı yoxdur. Mən belə hesab edirəm. Bunlara baxmayaraq
biz hər bir ziyalının, alimin və xüsusən dil – ədəbiyyat sahə-
sində böyük işlər görmüş şəxslərin fikirlərini dinləməliyik
və onlarla hesablaşmalıyıq. Güman edirəm ki, biz son qə-
rarı konstitusiya komissiyasının gələn iclasında qəbul edə-
rik. Bu gün burada konstitusiya komissiyanın üzvlərindən
savayı dəvət olunmuş şəxslər də var. Onlar hamısı dəvət
olunub ki, biz ictimai fikri və xüsusən bizim elm sahəsində,
ədəbiyyat sahəsində olan mütəxəssislərin fikrini öyrənək.
Bunları öyrənəndən, biləndən sonra konstitusiya komissi-
yasının gələn iclasında biz son qərara gəlirik və bunu mü-
zakirə edərik.
Ancaq bu müzakirəni sona çatdıraraq öz tərəfimizdən
onu bildirmək istəyirəm ki, bizim dilimiz əsrlər boyu ya-
şayıb. Biz dövlət müstəqilliyimizi 1918-ci ildə əldə etdik.
Qısa bir müddətdən sonra bu dövlət müstəqilliyi əldən get-
di. Dörd il bundan öncə dövlət müstəqilliyi yenidən əldə
olundu. Keçmiş tariximizi yüksək qiymətləndirərək, eyni
zamanda XX əsrdə xalqımızın həyatında, tarixində böyük
nailiyyətlər əldə olunmasını və böyük dirçəlişi, böyük irə-
liləməni xüsusi qiymətləndirməliyik. Əgər keçmişdə bizim
ayrı – ayrı dahi şəxsiyyətlərimiz orta əsrlərdən tutmuş in-
diyə qədər xalqımızın adını qaldırıblarsa, XX əsrdə və xü-
246
susən son dövrdə, – XX əsrin əvvəlindən götürsək, 1918-ci
ildə bizim ilk müstəqil respublikamızın yarandığı vaxtdan
götürsək və nəhayət 1920-ci ildə sovet respublikası yaran-
dığı dövrdən götürsək, – bu dövrdə əldə edilən nailiyyət-
lər Azərbaycan xalqının tarixində heç vaxt olmayıbdır. Biz
bunu nəinki qeyd etməliyik, biz bununla fəxr edə bilərik və
mən şəxsən özüm fəxr edirəm. Mən XX əsrin əvvəllərində
doğulmuşam, indi XX əsrin sonuna qədər yaşayıram. Mə-
nim həyatım bu dövrdə keçibdir və çox şeylərin şahidiyəm.
Ona görə də mən bilirəm, görmüşəm və tarixi də oxumu-
şam ki, bizim xalqımız bu dövrdə böyük bir inkişaf dövrü
keçibdir. İndi bu populist sözlər çoxdur ki, imperiya belə
eləyibdir, imperiya elə eləyibdir. Bizim xalqımızı, nə bilim,
parçalayıblar o vaxt, filan eləyiblər, peşməkan eləyiblər.
Bunlar tarixi həqiqətdir. Ancaq nəticəsi nədən ibarət-
dir? Nəticəsi ondan ibarətdir ki, bizim xalqımızın mədəniy-
yəti yaranıbdır, böyük ədəbiyyatı yaranıbdır. Əgər keçən
əsrlərdə biz iki – üç şəxsiyyətin adını çəkə biliriksə, indi XX
əsrdə görün nə qədər şəxsiyyətlərin adlarını çəkirsiniz. El-
mimiz yaranıb, ədəbiyyatımız yaranıb, mədəniyyətimiz ya-
ranıb, musiqimiz yaranıb, rəssamlıq məktəbimiz yaranıb,
tariximiz yaranıb. Dünyada məşhurlaşmışıq. Müstəqillik
almazdan əvvəl də biz məhşurlaşmışdıq, amma müstəqil-
lik əldə edəndən sonra artıq dünyada məşhurlaşmışıq. Gö-
rün nə qədər böyük bir yol keçmişik biz! İndi biz Birləşmiş
Millətlər Təşkilatının 50 illiyini qeyd eləyirik. 1945-ci ildə
BMT yaranarkən dünyada cəmisi 50 dövlət onun tərkibinə
daxil idi. İndi, 50 ildən sonra Birləşmiş Millətlər Təşkilatına
184 dövlət daxildir. Onlardan biri də müstəqil Azərbaycan
Respublikasıdır, Azərbaycan dövlətidir.
247
Bizim xalqımız savadlanıbdır. Mən başqa xalqlarla
müqayisə edib kimin hansı səviyyədə olduğunu demək
istəmirəm. Ancaq indi sərhədlər açılıb, dünya açılıb. Ha-
mınız getmisiniz, gəzmisiniz, görmüsünüz. Mənim özüm
də əvvəl gördüklərimdən indi daha çox görmüşəm. Mən
görürəm hansı ölkədə xalqın ümumi savadı hansı səviyyə-
dədir. Bunu görürük. Qonşu ölkələrdə də görürük. Asiya
ölkələrində də görürük. Afrika ölkələrində də görürük.
Avropa ölkələrinin bəzilərində də görürük. Azərbaycanda
xalqın ümumi savad səviyyəsi, ümumi mədəniyyət səviy-
yəsi haradadır? Nə qədər Azərbaycan vətəndaşı indi xarici
ölkələrdə gedib yüksək səviyyəli mütəxəssis kimi işləyir.
Düzdür, bizim üçün bəlkə də bu, mənfi cəhətdir ki, ağıllı
adamlarımız, böyük mütəxəssislərimiz, incəsənət xadim-
lərimiz, mədəniyyət xadimlərimiz gedirlər başqa ölkələr-
də işləyirlər. İndi respublikamızın belə vəziyyətinə görə.
Amma bunun müsbət cəhəti də var. Müsbət cəhəti ondan
ibarətdir ki, demək, xalqımızın dili, mədəniyyəti, elmi sə-
viyyəsi o qədər yüksəkdir ki, bizim adamlarımız – bu mü-
hitdə yetişmiş adamlar gedib başqa ölkədə müəllimlik edə
bilirlər, professorluq edə bilirlər, dərs deyə bilirlər, başqa
sahələrdə böyük mütəxəssis kimi işləyə bilirlər. İndiyə qə-
dər bu səviyyə yaranmasa idi, bu ola bilərdimi?!
Avropada vaxtilə cürbəcür ölkələrdən gedib fəhləlik
edirdilər. Xatirimdədir, Sovetlər İttifaqı zamanı Yuqosla-
viya ilə bizim əlaqələrimizlə bağlı mən bir neçə dəfə on-
larla görüşmüşdüm. Orada nümayəndə heyətləri ilə ol-
muşdum. Yuqoslaviyanın əhalisinin bir milyondan çoxu
gedib Almaniyada fəhləlik eləyirdi. Mən onların rəhbərləri
ilə mübahisə aparırdım ki, bəs siz nə cür buraxırsınız ki,
248
adamlarınız gedib Almaniyada fəhləlik eləyirlər? Deyir, biz
bundan xeyir götürürük? Nə xeyir götürürsünüz? Birinci,
onlar burada yaxşı yaşaya bilmirlər, orada isə fəhlə olaraq
buradan yaxşı yaşayırlar. İkincisi isə, onlar orada pul qaza-
nırlar, o pulu banklara keçirirlər, o da bizim banka keçirir
və maliyyə vəziyyətimiz yaxşılaşır. Yuqoslaviya kimi ölkə-
dən, başqa ölkələrdən də siz bilirsiniz ki, nə qədər adam
gedib Avropa ölkələrində fəhləlik eləyib. Bəli, daha mən
onun adını çəkmək istəmirəm, qonşumuzdur, o biri qonşu
ölkələrdən. Amma bizim adamlarımız gedib universitetlər-
də dərs deyirlər, gedib Türkiyədə yüksək incəsənət sahələ-
rində müəllimlik eləyirlər, musiqi öyrədirlər, bəstəkarlıq
öyrədirlər, başqa işlər görürlər. İndi görün bizim xalqımız
bu dövrdə, bu XX əsrdə, xüsusən bax, bu dövrdə nə qədər
inkişaf edibdir.
Bu gün, əlbəttə, ötən dövrün repressiyaları haqqında
demək olar, insanlara edilmiş zülm haqqında demək olar,
ədalətsizlik haqqında demək olar. Bunları demək olar. Bu
bizim tariximizdir. Tarixi həqiqəti həmişə demək lazımdır.
Ancaq bununla yanaşı, əldə olunan nailiyyətlərimizi niyə
unudursunuz? Bu nailiyyətlərin içərisində - burada deyil-
di və mən də bunu təsdiq edirəm; bu, şəxsən mənim də
fikrimdir, - Azərbaycan dili, indi bunu nə adlandırırsınız–
adlandırın, Azərbaycan dili bütün tarixdə bu qədər zəngin-
ləşməyibdir, nəinki bu 60 ilin içərisində bu qədər inkişaf
etməyib, Azərbaycan dilində bu qədər kitablar, bu qədər
romanlar, bu qədər zənginləşib, bu qədər şeirlər, bu qədər
hekayələr yazılmayıbdır. Bu bizim tarixi yolumuzdur, bu
bizim tarixi nailiyyətimizdir. Müstəqil Azərbaycan Respub-
likası deyəndə biz Azərbaycan Respublikası deyirik. Buna
Dostları ilə paylaş: |