BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   69

19
baxmayıbsa gedib baxa bilər. Mən bundan Türkiyənin dövlət baş-
çıları  ilə  danışıqlarımda  da  söhbət  açmışam.  Onlar  da  deyiblər 
ki, bəli, belə olub. Onlar da Türkiyə Cümhuriyyəti yaranandan 
sonra indiki türk dilini formalaşdırıb, dövlət dili ediblər”. Bu, ta-
rixi bir nailiyyətdir ki, türk sözünü dövlət dilinin adı kimi 
Türkiyə Cümhuriyyəti götürüb, inkişaf etdiribdir. Düzdür, 
Azərbaycan Demokratik Cümhuriyyəti türk sözünü döv-
lət dilinin adı kimi qəbul edibdir. Ancaq o vaxt Azərbaycan 
Demokratik  Cümhuriyyəti  yaşaya  bilmədiyi  üçün  onun 
dövlət dili olan türk dili də öz statusunu qoruya bilməmiş-
dir. Buna baxmayaraq, Mustafa Kamal Atatürkün qurdu-
ğu  Türkiyə  Cümhuriyyəti  yaşamış,  inkişaf  etmiş,  dünya 
birliyində  öz  yerini  tutmuşdur.  Bu  cümhuriyyətin  dövlət 
dili olan türk dili də inkişaf etmiş, bu günümüzə gəlib çat-
mışdır. Bu barədə Heydər Əliyev deyirdi: “Bizim üçün dost, 
qardaş olan Türkiyə Cümhuriyyətinin böyük Atatürkdən sonra 
onun fəaliyyəti nəticəsində bir cümhuriyyət kimi meydana gəl-
məsi, dünya birliyində öz yerini tutması və özünün dövlət dili 
olması bizi sevindirən bir haldır. Bir qardaş, dost ölkə kimi biz 
bunu böyük bir nailiyyət hesab edirik”.
Heydər Əliyevin dilimizin dövlət dili statusunu alma-
sı  ilə  bağlı  fikirləri  də  maraqlıdır.  Dilin  mövcudluğu,  hə-
min dildə danışılması hələ dilin statuslu olması deyil. Dilin 
dövlət dili statusunu alması üçün dövlətin mövcudluğu və 
onun konstitusiyasında dövlət dili ilə bağlı maddənin ol-
ması əsas şərtlərdən biridir. Eyni zamanda dövlət statuslu 
dilin tədrisinə, bütün sahələrdə tətbiqinə və tədqiqinə ge-
niş şərait yaratmalıdır. Məhz Heydər Əliyev bütün bu amil-
lərin və şərtlərin əlaqəsi ilə məsələlərə yanaşırdı. O deyirdi: 
“Bizim ərazimizdə, yəni Azərbaycanda yaşayan insanlar, İranda 


20
yaşayan və bizim dilə mənsub olan insanlar, Türkiyənin şərq his-
səsində yaşayan və azəri adlanan insanlar keçmişdə də, elə XX 
əsrdə də biz danışdığımız dildə danışıblar. Ona görə də dilimizin 
dövlət dili statusu alması  yalnız və yalnız 1978-ci ildə qəbul edil-
miş konstitusiyada olubdur. O vaxta qədər bizim dilimiz dövlət 
dili statusu almayıbdır. Hamı bu həqiqəti bilməlidir”.
Dili birinci növbədə xalqın özü yaşadır, qoruyub saxla-
yır. Belə ki, xalq öz doğma ana dilində danışır, bir – biri ilə 
ünsiyyət qurur, dili nəsildən-nəslə ötürür. Bizim hər birimiz 
doğma ana dilimizin bu günə gəlib çatmasında öz uluları-
mıza, ata-babalarımıza borcluyuq. Bu, işin bir tərəfidir. İkin-
ci tərəfdən, dili xalqın böyük şəxsiyyətləri – şairləri, yazıçı-
ları, filosofları, mütəfəkkirləri yaşadıblar. Onlar bu dildə öz 
əsərlərini yazıblar. Bu dil vasitəsilə nəsillər arasında əlaqə 
qurublar. Bir sözlə, bu dil vasitəsilə həm özlərini yaşadıblar, 
bu günümüzə gəlib çıxıblar, biz onları oxuyuruq, öyrənirik, 
həm də dili inkişaf etdiriblər, zənginləşdiriblər, yəni dili ya-
şadıblar. Beləliklə, dil xalq və onun içərisindən çıxan ziya-
lılar tərəfindən qorunur, işlənir, yaşadılır. Əgər ya xalq, ya 
da ziyalılar bu işə ögey münasibət bəsləsələr, onda dilin ya-
şamasından və inkişafından danışmaq əbəs bir söhbət olar. 
Bax, bu baxımdan da Heydər Əliyev məsələlərə elə aydın 
izahlar verirdi ki, bu izahları hər kəs çox asan başa düşürdü. 
O, deyirdi: “Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona 
görə ki, torpaqlarımız, ərazimiz cübəcür şahlıqların, sultanların, 
xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz itməyib, 
yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın bö-
yük şəxsiyyətləri yaşadıblar”. Heydər Əliyev bununla əcdadla-
rımızın qədir – qiymətini bilməyi, eyni zamanda xalqımızın 
görkəmli şəxsiyyətlərinin xidmətlərini unutmamağı, qədir-


21
bilənlik göstərməyi vacib sayırdı. Hətta bu istiqamətdə elə 
incə məqamlara diqqət yetirirdi ki, onu yalnız həmin sahə-
ni  dərindən  bilənlər  duya  və  mütəxəssis  kimi  fikir  yürü-
də bilərdi. Məsələn, o, qədirbilənliklə xalqımızın görkəmli 
şəxsiyyətlərinin  bir  qismi  barədə  deyirdi:  “Böyük  şairimiz, 
filosofumuz, mütəfəkkirimiz Nizami Gəncəvi əsərlərinin hamısını 
fars dilində yazmağına baxmayaraq, yenə də türk dili haqqında öz 
sözünü deyibdir. Böyük Füzuli əsərlərinin əksəriyyətini ərəb di-
lində yazmağına baxmayaraq, türk dilində də yazıbdır və dilimizi 
yaşadıbdır. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə 
dünyaya gəlmiş böyük şəxsiyyətlər – yazıçılar, o cümlədən Cəlil 
Məmmədquluzadə, şairlər, dövlət xadimləri və mütəfəkkir insan-
lar Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, 
Fətəlixan Xoyski, Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov, 
Dadaş Bünyadzadə və başqaları öz əsərləri ilə, verdikləri qərarlar-
la, dekretlərlə, sənədlərlə bizim dilimizi yaşadıblar”.
Heydər Əliyev dilimizin inkişafını elmin, mədəniyyə-
tin, ictimai – siyasi həyatın inkişafı ilə bağlayırdı. Dilimizin 
XX əsrin 20-ci, 30-cu, 40-cı illərindəki səviyyəsi ilə 90-cı il-
lərdəki səviyyəsini nəzəri və praktik baxımdan müqayisə 
edirdi. Bu illər ərzində dilimizin nə qədər zənginləşdiyini, 
görkəmli dilçi alimlərimizin, şairlərimizin, yazıçılarımızın, 
jurnalistlərimizin  yetişdiyini Azərbaycan  xalqının    böyük 
nailiyyəti  kimi  qiymətləndirirdi.  Doğrudan  da  dilçilər, 
ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusunun ya-
ranması  dilimizi  inkişaf  etdirib,  zənginləşdiribdir.  Bu  bö-
yük  ordu  xalqımıza  dilimiz  vasitəsilə  xidmət  göstəribdir. 
Dilimizin imkanları onların hər birini xalqın gözündə bö-
yüdübdür. Odur ki, Heydər Əliyev deyirdi: “... 1920-ci ildə 
dilimiz bu qədər zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qə-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə