BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   69

16
ğundan o, bəhs etdiyi sahələrlə bağlı öz görüşlərini aydın 
məntiqlə  söyləyirdi.  Konkret  olaraq  dövlətimizin  dilinin 
adına gəldikdə isə o deyirdi: “... Heç kəs deyə bilməz ki, XII 
əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə 
bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün ehkamdır. 
Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu 
gün biz dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir 
konyukturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul edəcə-
yiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu bizi narahat 
etməməlidir. Biz onu həqiqət əsasında qəbul etməliyik və kimdənsə 
üzrxahlıq da etməməliyik: Bağışlayın, biz sizinlə qardaşıq, amma 
biz dilimizi belə etmək isəyirik. Mən bununla da razı deyiləm”.
Heydər Əliyev əsl dilçi, tarixçi kimi təhlil aparır – dili-
mizin kökü barədə müfəssəl məlumat verir, dilimizin mən-
sub olduğu qrupu xarakterizə edir, keçdiyi inkişaf yollarını 
səciyyələndirir, dilimizin daim inkişafda olduğunu söylə-
yirdi. O deyirdi: “... Keçmiş Sovetlər İttifaqının ərazisində türk-
dilli 23 xalq məskun olubdur. Yəni türkdilli xalqlar çoxsaylıdır və 
millətcə, dilcə türk kökündən olan xalqlar çoxsaylıdır. Əgər keç-
miş Sovetlər İttifaqının ərazisində türkdilli 23 xalq olubsa, onun 
hüdudlarından  kənarda  da  var.  Bu  da  təbiidir,  çünki  dünyada 
olan dillər ayrı – ayrı dil qruplarına bölünüblər və bu dil qrupları 
tarix  boyu,  əsrlər  boyu  formalaşıblar,  sonra  şaxələniblər  və  hər 
bir şaxə müəyyən proseslər nəticəsində öz istiqamətində inkişaf 
edib  və  gəlib  indiki  səviyyəyə  çatıbdır”.  Bununla  da  Heydər 
Əliyev dillərin, o cümlədən türk dillərinin tarixi köklərin-
dən şaxələnməsini təbii bir proses kimi qiymətləndirir, hər 
şeyin inkişafda olduğunu dünya yarandığı gündən indiyə 
qədər  baş  verən  inkişaf  kimi  dəyərləndirirdi.  Doğrudan 
da, dünyada hər şey dəyişir, inkişaf edir, yeniləşir, bir söz-


17
lə,  olduğu  kimi  qalmır.  Belə  olan  təqdirdə  şaxələnmənin, 
diferensiallaşmanın  qarşısını  almaq  inandırıcı  görünmür. 
Bu mənada keçmiş Sovetlər İttifaqı ərazisində yaşayan 23 
türkdilli xalqın hər birinin dilinin adı olması onların tarixi 
nailiyyətləridir,  onların  inkişafıdır.  Ancaq  bununla  belə, 
inkişaf türkdilli xalqların heç birinin tarixi – etnik kökünü 
inkar edə bilmir, bu heç mümkün də deyildir. Bu mənada  
Heydər Əliyev dillərin (o cümlədən türk dillərinin) dünə-
ni, bu günü və sabahı barədə aydın bir məntiqlə deyirdi:  
“Şübhəsiz  ki,  dünyada  olan  dillərin  bugünkü  səviyyəsi  də  son 
hədd deyil. Bəşəriyyət, insan cəmiyyəti daimidir, hər şey inkişaf-
dadır, yüz, iki yüz, beş yüz ildən sonra nə olacaqdır, - bunu biz 
indi deyə bilmərik. Ancaq şübhəsiz ki, nə dünya belə olacaqdır, nə 
də dünyanın mənzərəsi bu şəkildə qalacaqdır. Hər şey inkişafdadır. 
Belə olan halda, şübhəsiz ki, bizim mənsub olduğumuz türkdilli 
xalqlar  da  şaxələniblər,  məskun  olduqları  yerin,  ərazinin  təsiri 
altında, qonşularının, başqa amillərin təsiri altında hərəsi öz is-
tiqamətində inkişaf edibdir”. Bununla da Heydər Əliyev türk-
dilli xalqların ortaq dəyərlərdən, vahid kökdən şaxələnmə-
sini təbii qəbul etməklə yanaşı, hər birinin məskun olduğu 
ərazinin, əlaqədə olduqları xalqın təsiri ilə bağlı özünəməx-
sus xüsusiyyətlər əldə etdiklərini də istisna etmirdi. Hey-
dər Əliyev türk dillərinin dövlət dili statusu alması barə-
də qeyd edirdi ki, burada dövlətin yaranması və dövlətin 
formalaşması vacib amillərdəndir. Düzdür, türk xalqlarının 
dövlətçilik tarixi və çoxlu dövlətləri olmuşdur. Ancaq türk 
xalqlarının  (xüsusilə  keçmiş  Sovetlər  İttifaqında  yaşayan 
23 türkdilli xalqın) milli dövlətlərinin dövlət dili daha çox 
XX əsrlə bağlıdır. Yəni, türk sözü ümumiləşdirici bir etnik 
termin kimi tarixən millət və dövlət adı kimi işlənmişdir. 


18
Sonralar  bu  sözün  (türk  sözünün)  ehtiva  etdiyi  millət  və 
dövlət anlayışı inkişaf etmiş, şaxələnmiş, qol – budaqlara 
ayrılmışdır.  Bütün  bəşəriyyət  üçün  millət,  dövlət  anlayışı 
və onun statusunun müəyyənləşməsi türk xalqlarının da, 
təbii ki, tarixi taleyidir. Bu barədə Heydər Əliyev deyirdi: 
“Ancaq bu dillərin, yəni bizim bu türk dili qrupuna mənsub dil-
lərin gəlib dövlət dili səviyyəsinə çatması XX əsrdə baş veribdir. 
Mən başqa Avropa dillərini demirəm. Dövlət dili statusu alınma-
sı da, şübhəsiz ki, hər bir dövlətin dövlət kimi formalaşması ilə 
bilavasitə əlaqədardır”.
Heydər Əliyev dövlət dili anlayışına aydınlıq gətirmək 
üçün  tarixdən  müqayisələr  gətirir,  qohum  –  qardaş  türk 
xalqlarının tarixində baş vermiş hadisələri xatırladırdı. Bu-
nunla da müqayisələr və tarixi gerçəklikləri üzə çıxarmaq 
yolu ilə dövlət dili və onun formalaşması ilə bağlı həqiqət-
ləri  söyləyirdi.  O,  Osmanlı  imperatorluğunun  simasında 
bu  imperatorluğun  dilinin  adı  və  Türkiyə  Cümhuriyyə-
ti  yaranandan  sonra  bu  cümhuriyyətin  dövlət  dilinin  adı 
barədə çox dəqiq elmi fikri dəlil kimi gətirirdi. Bu məna-
da  Heydər  Əliyevin  dediklərini  xatırlamaq  yerinə  düşər: 
“Osmanlı imperatorluğu və Osmanlı dili bu müzakirələr zamanı 
(yeni konstitusiya layihəsində 23-cü maddənin – dövlət dili 
məsələsinin müzakirəsi nəzərdə tutulur – B.X.) tez – tez yada 
salınır. Amma məlumdur ki, Osmanlı imperatorluğunun dövlət 
dili XIX əsrədək türk dili deyildi, tarixçilərimiz bunu yaxşı bilir-
lər. İmperatorluq Osmanlı İmperatorluğu idi, amma dövlət  dili 
türk dili deyildi. Götürün arxivlərdə onların kitablarına baxın, 
həmin  padşahların,  sultanların  fərmanlarına  baxın,  onlar  türk 
dillərində yazılmayıb. Bütün bunlar ərəb–fars dillərində yazılıb. 
Gedin İstanbuldakı muzeylərə baxın, yəqin çoxları baxıblar, kim 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə