BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

32
yi və ümumxalq müzakirəsinə verməyi çox vacib sayırdı. 
Onun  bütün  məsələlərdə  olduğu  kimi  bu  istiqamətdə  də 
mövqeyi olduqca dəqiq və dəfələrlə ölçülüb biçilmiş məz-
mun, mahiyyət daşıyırdı: “... bizim bu gün və gələcəkdə qəbul 
edəcəyimiz qanunlar və xüsusən əsas qanunumuz – konstitusiya 
gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquq-
larını qorusun,  insan  azadlıqlarını, demokratiyanı təmin etsin, 
siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını tə-
min etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün 
təsisatların yaranmasını təmin etsin ki, bu cür hallara yol veril-
məsin. Ona görə də, güman edirəm, biz elə bir konstitusiya ya-
radacağıq ki, bu konstitusiya Azərbaycan Respublikasının nəinki 
qısa müddətdə, həm də uzun müddətdə müstəqillik yolu ilə get-
məsini təmin edəcəkdir, Azərbaycan Respublikasında demokratik 
hüquqi dövlətin qurulmasını təmin edəcəkdir və ölkəmizdə olan 
bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir”.
Heydər Əliyev qəbul etdiyi qərarlarda, israrlı olduğu 
məsələlərdə həmişə hər kəsdən üstün mövqedə dayanırdı. 
Bunun ən başlıca səbəblərindən biri onun müzakirə olunan 
predmetlə, obyektlə bağlı kifayət qədər məlumatlı, bilgili 
olması idi. Odur ki, yeni konstitusiya layihəsinin hazırlan-
masında, o cümlədən referendum yolu ilə Azərbaycan Res-
publikasının Konstitusiyasının qəbul olunmasında bir sıra 
vacib məqamlarla bağlı çox dəqiq təhlil imkanına malik idi. 
Məsələn, o, “Azərbaycanın yeni konstitusiyası necə olmalıdır?” 
sualına elə məntiqli, sistemli izah verirdi ki, konstitusiya-
mızın tarixi barədə geniş, əhatəli məlumat verməklə yana-
şı, müstəqil Azərbaycan Respublikasının konstitusiyasının 
hazırlanmasını şərəfli, məsuliyyətli, müqəddəs bir iş kimi 
nəinki mütəxəssislərin (hüquqşünasların), o cümlədən yeni 


33
konstitusiya layihəsinin hazırlanmasında iştirak edən işçi 
qrupunun, eləcə də hər bir vətəndaşın diqqətinə çatdırırdı. 
Bununla da çox ciddi ideoloji bir işin nəzəriyyəsini, bütöv-
lükdə nəzəri əsaslarını ümumiləşdirərək dolğun forma və 
məzmunda  təqdim  edirdi.  Heydər  Əliyevin  konstitusiya-
mızın tarixi barədə söylədikləri dövlət quruculuğu prosesi-
nin aparılmasına, inkişaf etdirilməsinə və hər bir Azərbay-
can vətəndaşının hüquqlarının qorunmasına təminat verən 
prinsipləri  özündə  əks  etdirirdi.  Çoxlarının  bilmədiyi,  ya 
da çox az bildiyi tarixi, milli məsələlərə aydınlıq gətirirdi. 
Heydər Əliyev faktlarla sübut edirdi ki, Azərbaycan Res-
publikasının konstitusiya tarixi böyükdür: “Azərbaycan Res-
publikasının ilk konstitusiyası, demək olar ki, 1919-cu ildə qəbul 
edilibdir. Ancaq bu, konstitusiya olmayıbdır. Müstəqillik haqqın-
da akt qəbul olunubdur. 1919-cu ildə ilk Azərbaycan Demokratik 
Respublikası dövlət müstəqilliyi haqqında akt qəbul edibdir. Bu 
akt  konstitusiya  xarakteri  daşıdığına  görə  biz  onu  Azərbaycan 
dövlətçiliyində konstitusiyanın başlanğıcı kimi, konstitusiya ya-
ratmaq işinin başlanğıcı kimi qəbul edə bilərik”.
Heydər  Əliyev  tarixi  xronoloji  ardıcıllıqla Azərbayca-
nın  Sovetlər  İttifaqı  dövründə  qəbul  etdiyi  konstitusiya-
dan əsl tarixçi, hüquqşünas kimi bəhs edir, bir çox qaran-
lıq məqamlara aydınlıq gətirirdi. 1919-cu ildə Azərbaycan 
Demokratik Respublikasının dövlət müstəqilliyi haqqında 
qəbul  olunmuş  aktdan  sonra  1921,  1924-cü  illərdə  Azər-
baycanda  qəbul  edilmiş  konstitusiya  barəsində  maraqlı 
məlumat  verirdi:  “...  bildiyiniz  kimi,  1920-ci  ildə  Azərbay-
canda  Sovet  Sosialist  Respublikası  yaranıbdır.  Bu  respublika  
1921-ci ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O 
vaxt hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, kom-


34
munist  hakimiyyəti  altında  olan  respublikalar  müstəqil  idilər. 
Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə qədər davam 
edibdir. Baxmayaraq ki, 1924-cü ildə, Sovetlər İttifaqı yaranan-
dan sonra onun konstitusiyası da yaranmışdı, amma Azərbay-
canda 1921-ci ildə qəbul edilmiş konstitusiya davam edirdi. 
Ancaq şübhəsiz ki, ona dəyişikliklər, əlavələr olunmuşdu”.
Heydər  Əliyev  sonrakı  dövrlərdə  Azərbaycan  Sovet 
Sosialist  Respublikasında  qəbul  olunmuş  konstitusiyalar 
barədə  anlaşıqlı  məlumatı  təkcə  öz  biliyinə  çevirməmiş, 
onu  geniş  ictimaiyyətə  çatdırmağı,  o  vaxtlar  Azərbaycan 
Respublikası müstəqil dövlət olmadığı üçün həmin konsti-
tusiyalarda kommunist ideologiyasının, sovet hakimiyyəti-
nin prinsiplərinin əks olunduğunu dönə - dönə xatırlama-
ğı özünə borc bilmişdir. Onun 1937, 1938-ci illərdə qəbul 
olunmuş konstitusiyalar barədə dediklərində real Azərbay-
can konstitusiyasının tarixi vərəqlənir: “1936-cı ildə Sovetlər 
İttifaqının yeni konstitusiyası qəbul edildikdən sonra – 1937-ci 
ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusi-
yası qəbul olunub. Bu konstitusiya 1978-ci ilə qədər yaşayıbdır. 
1977-ci ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul olunub 
və ondan bir il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respub-
likasının yeni konstitusiyası yaranıbdır”.
Heydər Əliyev Azərbaycan Respublikasında 1978-ci və 
müstəqillik əldə etdikdən sonra 1991-ci ilin oktyabrın 18-
də qəbul olunmuş konstitusiya aktındakı siyasi məqamlara 
xüsusilə diqqət yetirirdi. Əsasən 1991-ci il oktyabrın 18-də 
qəbul olunmuş konstitusiya aktına qədərki 1978-ci il kons-
titusiyası barədə deyirdi: “İndiyə qədər Azərbaycan Respubli-
kası 1978-ci ildə qəbul olunmuş konstitusiya ilə yaşayır, işləyir. 
Doğrudur,  bu  müddətdə  konstitusiyaya  bir  çox  əlavələr,  dəyi-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə