BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

35
şikliklər edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan 
dövlət müstəqilliyini əldə edəndən sonra -1991-ci il oktyabrın 18-
də  Konstitusiya  Aktı  qəbul  edilibdir”.  Bununla  belə,  Heydər  
Əliyev bu konstitusiya aktı ilə bağlı fikirlərini söyləyərkən 
bir sıra ciddi məsələlərə diqqəti yönəldir, bəlkə də bir çox-
larının çox adi yanaşdığı, bir çoxlarının isə siyasi mahiyyə-
tinə varmadıqları məqamları xatırladırdı. 
Belə ki, Azərbaycan Milli Məclisinin 1992-ci il dekab-
rın 22-də qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili 
haqqında”  qanunu  Azərbaycan  Respublikasının  qüvvədə 
olan konstitusiyasının (1978-ci il konstitusiyası) və “Azər-
baycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusi-
ya aktı”nın müddəaları ilə ziddiyyət təşkil edirdi. Ona görə 
də Azərbaycan  Milli  Məclisinin  1992-ci  il  dekabrın  22-də 
qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili haqqında” 
qanunu heç bir hüquqi qüvvəyə malik deyildi. Bu mənada 
Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının 1978-ci 
ildə  qəbul  olunmuş  konstitusiyanın  dövlət  dili  haqqında  73-cü 
maddəsi Milli Məclisin məlum qərarı ilə ləğv olunmur (Azərbay-
can Milli Məclisinin 1992-ci il dekabrın 22-də qəbul etdiyi qə-
rar nəzərdə tutulur – B.X.), o qüvvədədir. Bax, respublikamızda 
belə qarışıqlıq yaranıbdır. O vaxt dövlət və hökumət başçıları, bu 
böyük məsuliyyəti üzərinə götürən adamlar belə qərarı, qanunu 
qəbul  edərkən  sizinlə  məsləhətləşiblərmi?  Onlar  Elmlər  Akade-
miyası, Yazıçılar Birliyi ilə, bizim bu alimlərimizlə, dilçilərimizlə 
məsləhətləşiblərmi?”
Beləliklə,  bu  görkəmli  siyasətçinin  siyasi  biliyi,  ha-
disələri və tarixi məqamları təhlil etmək qabiliyyəti, keçmiş 
Sovetlər İttifaqında gedən prosesləri dərindən bilməsi onun 
siyasi peşəkarlığının, siyasi erudisiyasının geniş diapazon-


36
lu olmasından xəbər verirdi. Heydər Əliyevin bu fikirlərinə 
diqqət yetirin: “... Xatirinizdədir ki, 1991-ci il avqustun 30-da 
Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat qəbul etdi. 
Ancaq görünür ki, Azərbaycan Respublikasının o vaxtkı rəhbər-
ləri müstəqilliyi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, 
vaxtında keçirmək olardı.
Belə  bir  bəyanat  olunandan  sonra  xeyli  vaxt  keçdi  və  okt-
yabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edil-
di. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı dağılırdı və bu, 
göz  qabağında  idi,  ancaq  Azərbaycan  xalqının  iradəsinə  zidd 
olaraq o zaman Azərbaycan Respublikasının rəhbərliyi müstəqil-
liyə getmək istəmirdi. Nədənsə, görünür ümid bəsləyirdi ki, So-
vetlər  İttifaqı  qalacaq,  yaşayacaqdır”.  Bunları  Heydər  Əliyev 
ona görə xatırladır ki, millətin hər bir üzvü bilsin ki, hətta  
ayrı-ayrı qruplar belə müstəqil dövlət olmağımıza maneçi-
lik göstərmiş, müstəqilliyi müvəqqəti hesab etmişlər. Sovet-
lər İttifaqının o vaxtkı prezidenti Qorbaçov Sovetlər İttifaqı-
nın dağılması barədə bəyanat versə də, o vaxtkı Azərbaycan 
rəhbərliyi 1991-ci ilin mart ayında referendum keçirib qərar 
qəbul  etdi  ki,  Sovetlər  İttifaqı  saxlanılmalıdır.  Və  1991-ci 
ilin avqust ayının 30-da müstəqillik haqqında bəyanat qə-
bul  ediləndən  sonra  oktyabrın  18-də  dövlət  müstəqilliyi 
haqqında Konstitusiya Aktı qəbul olundu. Bu Konstitusiya 
Aktından sonra referendum keçirilə bilərdi. Ancaq bu refe-
rendum uzadılmış və dekabrın 30-na salınmışdır. 
Heydər Əliyev qeyd edirdi ki, “Bütün bunlara baxmaya-
raq, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilli-
yi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə 
Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quru-
culuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır”.


37
Heydər Əliyev ümumiləşdirmə aparmaq bacarığı ilə öz 
dinləyicisini  inandırmağa  qadir  olan  bir  şəxsiyyət  idi.  O, 
ya faktları, hadisələri şərh edərək ümumiləşdirmə aparır-
dı,  ya  da  ümumiləşdirici  məntiqdən,  fikirdən,  mövqedən 
konkret olaraq faktların, hadisələrin şərhinə keçirdi. Və bu 
zaman rabitəni, əlaqəni elə qururdu ki, onun verdiyi infor-
masiya qarşı tərəfi təmin edirdi, anladırdı, etiraz etməyə, 
bitərəf qalmağa yer qalmırdı. Fikir verin, o, 1995-ci ildə qə-
bul olunmuş konstitusiyamıza qədərki dövrdə mövcud ol-
muş konstitusiyalar barədə nə qədər konkret və ümumiləş-
dirici fikir söyləyir: “... 1919-cu ildə qəbul olunmuş müstəqillik 
haqqında Akt” - əgər biz onu konstitusiya xarakterli bir sənəd 
kimi  qəbul  ediriksə,  -  o,  konstitusiya  olmayıbdır.  Ondan  sonra 
– 1921-cı ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan konsti-
tusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövründə qəbul edilən 
konstitusiyalardır. O vaxtlar Azərbaycan Respublikası müstəqil 
dövlət olmamışdır və şübhəsiz, bu konstitusiyalarda kommunist 
ideologiyası,  sovet  hakimiyyətinin  prinsipləri  öz  əksini  tapmış-
dır”.
Heydər  Əliyev  1995-ci  ildə  qəbul  etdiyimiz  konstitu-
siyamızın memarıdır. Bu konstitusiyanın hər sətrində, hər 
sözündə onun düşüncəsi, məntiqi kök salıbdır. O, hər şey-
dən əvvəl konstitusiyamızın demokratik, hüquqi, siviliza-
siyalı, dünyəvi prinsiplərə sadiq olmasını strateji maraqda 
saxlamış, dövlətin, xalqın və hər bir vətəndaşın hüquqları-
nın qorunmasına təminat verən sənəd olmasına nail olmuş-
dur. Heydər Əliyev 1995-ci il konstitusiyasının mayasının 
nə ilə yoğrulacağını dəqiq bilirdi. Belə hesab edirdi ki, bu 
konstitusiyada insanların hüquqları, azadlıqları qorunma-
lıdır, demokratiya və siyasi plüralizmi, mətbuat, söz, din, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə